Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-17/2023 26.09.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, girov predmeti olan dövriyyədəki malların ilkin satış qiymətinin müəyyən edilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan X4 məxsus dövriyyədəki malların (ehtiyyat hissələrinin) real bazar dəyərlərinin müəyyən edilməsinə dair Cavabdeh MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatının ləğv edilməsi, xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki malların (ehtiyyat hissələrinin) ilkin satış qiymətinin müəyyən edilməsi və mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-1-12067 №-li “Baş kredit razılaşması”na əsasən “Bank” “Kredit alan”a 120 (yüz iyirmi) ay müddətinə 5.000.000 (beş milyon) ABŞ dolları və ya Azərbaycan manatı ekvivalenti məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”nın şərtlərinə uyğun olaraq Bank ilə Ə.K.Hacı Zadə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-1-12067/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən Ə.K.Hacı Zadəyə illik 13 (on üç) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 1.500.000 (bir milyon beş yüz min) manat məbləğində və Bank ilə Ə.K.Hacı Zadə arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764- 1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Ə.K.Hacı Zadəyə illik 13 (on üç) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 1.912.289 (bir milyon doqquz yüz on iki min iki yüz səksən doqquz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və Baş Kredit Razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Ə.K.Hacı Zadə ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən, Ə.K.Hacı Zadənin mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 9-cu MKR, 1D, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 və ünvan 1 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallar Bankın xeyrinə girov qoyulmuşdur. Borclu şəxs Ə.K.Hacı Zadə üzərinə götürdüyü kredit öhdəliklərini lazımi qaydada icra etməmiş və bu səbəbdən Bank ona qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2019 nömrəli 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 132764-1- 12067/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 1.249.018 manat 81 qəpik məbləğində əsas borc, 278.739 manat 36 qəpik məbləğində faiz, 1000 manat cərimə olmaqla, cəmi 1.528.758 manat 17 qəpik məbləğində borcun, xx.xx.2014-cü il tarixli 132764-1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Banka 1.664.738 ABŞ dolları 16 sent məbləğində əsas borc, 355.911 ABŞ dolları 65 sent məbləğində faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 2.021.649 ABŞ dolları 81 sent məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X7 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mikrorayon 1D, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 2 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının (məhkəmə-mühasibatlıq) dəyəri olan 200 manatın cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissəsi rədd edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və iş üzrə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraat başlanılmış və onun müvafiq qərarına əsasən əmlakın qiymətləndirilməsinə dair mütəxəssisin dəvət edilməsi qərara alınaraq qiymətləndirmənin həyata keçirilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 995-183573/2020-5-1 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən girov predmeti olan Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki malların real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə Cavabdeh MMC tərəfindən qiymətlənirmə işi həyata keçirilmiş və xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabat verilmişdir. Cavabdeh MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatına əsasən Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki malların (ehtiyyat hissələrinin) ümumi real bazar dəyəri 1.406.150 (bir milyon dörd yüz altı min bir yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. Hesab edirik ki, Cavabdeh MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatı əsassız və qanunsuz olmaqla girov predmeti olan dövriyyədəki malların real qiymətini əks etdirmir, ümumiyyətlə, həmin qiymətlər həqiqətə uyğun ola bilməz və ağlabatan deyil. Belə ki, sözügedən qiymətləndirmənin nəticələri haqqında hesabatda da qeyd edilmişdir ki, “Nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğundan texniki cəhətdən dəqiqləşdirmək mümkün olmamışdır. Əlavə olaraq qeyd edək ki, bir çox ehtiyyat hissələri dövriyyədə olduğundan onların da texniki vəziyyəti müəyyən olunmamışdır. Bu detalları nəzərə alaraq, siyahı üzrə təqdim olunmuş ehtiyyat hissələrinin qiyməti işlənmiş halda bazar qiymətinə uyğun hesablanmışdır”. Hesab edirik ki, girov predmeti olan Ə.K.Hacı Zadəyə məxsus dövriyyədəki mallar (ehtiyyat hissələri) siyahı üzrə müəyyən edilməli, onlara baxış keçirilməli, texniki göstəriciləri və yararlılıq vəziyyəti nəzərə alınaraq həmin malların həqiqi vəziyyətinə uyğun qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər Abşeron rayon icra və probasiya şöbəsinin nümayəndəsi və X7 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında xx.xx.2014-cü il tarixli, 132764-3-177 saylı “Dövriyyədəki malların girov müqaviləsi” bağlanmışdır. Həmin girov müqaviləsinə edilmiş xx.xx.2014-cü il tarixli, 1 saylı Əlavəyə əsasən X4 məxsus ümumi dəyəri 3.000.000 manat olan 62 adda ehtiyyat hissələri girov qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2019 nömrəli 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 132764-1-12067/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 1.249.018 manat 81 qəpik məbləğində əsas borc, 278.739 manat 36 qəpik məbləğində faiz, 1000 manat cərimə olmaqla, cəmi 1.528.758 manat 17 qəpik məbləğində borcun, xx.xx.2014-cü il tarixli 132764-1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Banka 1.664.738 ABŞ dolları 16 sent məbləğində əsas borc, 355.911 ABŞ dolları 65 sent məbləğində faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 2.021.649 ABŞ dolları 81 sent məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X7 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mikrorayon 1D, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 2 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının (məhkəmə-mühasibatlıq) dəyəri olan 200 manatın cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında 13 oktyabr 2020-ci il tarixdə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X4 məxsus 62 adda ehtiyyat hissələrinin real bazar dəyəri 1.406.150 manat təşkil etmişdir. Eyni zamanda həmin hesabatda qeyd edilmişdir ki, nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğundan texniki cəhətdən dəqiqləşdirmək mümkün olmamışdır. Əlavə olaraq qeyd edək ki, bir çox ehtiyyat hissələri dövriyyədə olduğundan onların da texniki vəziyyəti müəyyən olunmamışdır. Bu detalları nəzərə alaraq, siyahı üzrə təqdim olunmuş ehtiyyat hissələrinin qiyməti işlənmiş halda bazar qiymətinə uyğun hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli məlumatından görünür ki, ekspert vəsatətində göstərilmiş sənədlər Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X5 məxsus 48 ad altında (qırx səkkiz) dövriyyədəki malların (ehtiyat hissələrinin) xx.xx.2023-cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan bazar dəyəri 742.563 (yeddi yüz qırx iki min beş yüz altmış üç) manat, likvid dəyəri 705.435 (yeddi yüz beş min dörd yüz otuz beş) manat təşkil edir. Eyni zamanda həmin hesabatda qeyd edilmişdir ki, nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğu aşkar olunmuşdur. Bu səbəbdən dolayı olaraq da ehtiyyat hissələrinin texniki cəhətdən işlək olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, bir çox ehtiyyat hissələri istifadədə olduğundan onların da texniki vəziyyəti müəyyən oluna bilməmişdir. Bu məsələləri nəzərə alaraq təqdim olunan ehtiyyat hissələrinin qiyməti işlənmiş halda olan ehtiyyat hissələrinin bazar dəyərinə uyğun olaraq hesablanmışdır. Qiymətləndirmə xərci 1.000 manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X5 məxsus dövriyyədəki malların (ehtiyat hissələrinin) xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 531.250 manat, likvid dəyəri isə 507.400 manat təşkil edir. Qiymətləndirmə xərci 1.500 manat təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2019 nömrəli 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli 132764-1-12067/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən 1.249.018 manat 81 qəpik məbləğində əsas borc, 278.739 manat 36 qəpik məbləğində faiz, 1000 manat cərimə olmaqla, cəmi 1.528.758 manat 17 qəpik məbləğində borcun, xx.xx.2014-cü il tarixli 132764-1-12067/2 №-li “Kredit Müqaviləsi”nə əsasən Banka 1.664.738 ABŞ dolları 16 sent məbləğində əsas borc, 355.911 ABŞ dolları 65 sent məbləğində faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 2.021.649 ABŞ dolları 81 sent məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın X7 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 132764-3-177 №-li “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mikrorayon 1D, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 2 ünvanlarında yerləşən anbarlarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədəki mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsaitin hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının (məhkəmə-mühasibatlıq) dəyəri olan 200 manatın cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişə əsasən Cavabdeh MMC tərəfindən girov predmeti olan ehtiyyat hissələrinin real bazar dəyəri 1.406.150 manat müəyyən edilməklə qiymətləndirmənin nəticələri haqqında hesabat tərtib edilmişdir. İddiaçı ASC qeyd olunan qiymətləndirmənin nəticələri haqqında hesabat ilə razılaşmamış və həmin hesabatın ləğv edilməsi, X4 məxsus dövriyyədəki malların (ehtiyyat hissələrinin) ilkin satış qiymətinin müəyyən edilməsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə tərəfindən mübahisəli qiymətləndirmə hesabatında qiymətləndirilmiş girov predmeti olan dövriyyədəki malların (ehtiyyat hissələrinin) ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-1054/2022 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsi barədə vəsatəti təmin edilmiş və ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli ekspert vəsatəti göndərilsə də ekspert vəsatətində göstərilmiş sənədlər nə iddiaçı, nə də ki cavabdeh tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Bundan sonra iddiaçının mütəxəssisin işə cəlb edilməsinə dair vəsatəti təmin edilmiş, məhkəmənin e-2-2(121)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən X5 məxsus 48 ad altında (qırx səkkiz) dövriyyədəki malların (ehtiyat hissələrinin) xx.xx.2023-cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan bazar dəyəri 742.563 (yeddi yüz qırx iki min beş yüz altmış üç) manat, likvid dəyəri 705.435 (yeddi yüz beş min dörd yüz otuz beş) manat təşkil etmişdir. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğu aşkar olunmuş, bu səbəbdən dolayı olaraq da ehtiyyat hissələrinin texniki cəhətdən işlək olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, bir çox ehtiyyat hissələri istifadədə olduğundan onların da texniki vəziyyəti müəyyən oluna bilməmişdir. Bu məsələləri nəzərə alaraq təqdim olunan ehtiyyat hissələrinin qiyməti işlənmiş halda olan ehtiyyat hissələrinin bazar dəyərinə uyğun olaraq hesablanmışdır. "xxxx" MMC-nin rəyi ilə razılaşmayan iddiaçı təkrar məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-17/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təkrar məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsi barədə vəsatəti təmin edilmiş və ekspertizasının aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən X5 məxsus dövriyyədəki malların (ehtiyat hissələrinin) xx.xx.2023-cü il tarixinə olan bazar dəyəri 531.250 manat, likvid dəyəri isə 507.400 manat təşkil etmişdir. Məhkəmə, "xxxx" MMC-nin dövriyyədəki malların (ehtiyat hissələrinin) likvid dəyərinin 507.400 manat təşkil etməsinə dair qiymətləndirmə rəyinə münasibətdə qeyd edir ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Odur ki, məhkəmə, həmin ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Eyni zamanda, məhkəmə, Cavabdeh MMC tərəfindən verilmiş mübahisəli hesabatda müəyyən edilmiş dövriyyədəki malların (ehtiyyat hissələrinin) real bazar qiymətini isə ağlabatan hesab etmir. Həmin hesabata əsasən dövriyyədəki malların (ehtiyyat hissələrinin) real bazar dəyəri 1.406.150 manat müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh MMC-nin sözügedən hesabatından da göründüyü kimi nəqliyyatın ehtiyyat hissələrinə baxış zamanı təqdim olunan ehtiyyat hissələrinin texniki vəziyyəti işlənmiş olduğundan texniki cəhətdən dəqiqləşdirmək mümkün olmamış, bir çox ehtiyyat hissələri dövriyyədə olduğundan onların da texniki vəziyyəti müəyyən olunmamışdır. Bu detalları nəzərə alaraq, siyahı üzrə təqdim olunmuş ehtiyyat hissələrinin qiyməti işlənmiş halda bazar qiymətinə uyğun hesablanmışdır. Bundan əlavə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi mübahisəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş dövriyyədəki malların (ehtiyyat hissələrinin) real bazar dəyəri "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyi ilə müəyyən edilmiş ilkin satış qiymətindən iki dəfə çoxdur. Məhkəmə hesab edir ki, qiymətləndirilmə rəylərində müəyyən edilmiş ilkin satış qiymətinin 2 il ərzində belə kəskin surətdə fərqlənməsi Cavabdeh MMC-nin hesabatında müəyyən edilmiş qiymətin həqiqətəuyğun olmamasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatında müəyyən edilmiş dövriyyədəki malların (ehtiyyat hissələrinin) ilkin satış qiyməti həqiqəti əks etdirmir və həmin hesabatın ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə girov predmetinin (ehtiyyat hissələrinin) qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.000 manat məbləğində pul vəsaitinin 500 manatı cavabdeh Sərraf-M" MMC-dən, 500 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq "xxxx" MMC-nin hesabına, iş üzrə girov predmetinin (ehtiyyat hissələrinin) qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaitinin 750 manatı cavabdeh Sərraf-M" MMC-dən, 750 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC-nin 07 aprel 2021-ci il tarixli qiymətləndirmənin nəticələri haqqında hesabatı ləğv edilsin. 12 sentyabr 2014-cü il tarixli, 132764-3-177 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən müqavilənin 1 saylı Əlavəsində göstərilən girov predmeti olan dövriyyədəki malların (ehtiyyat hissələrinin) ilkin satış qiyməti 507.400 (beş yüz yeddi min dörd yüz) manat məbləğində müəyyən edilsin. 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə girov predmetinin (ehtiyyat hissələrinin) qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.000 manat məbləğində pul vəsaitinin 500 manatı cavabdeh Sərraf-M" MMC-dən, 500 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. İş üzrə girov predmetinin (ehtiyyat hissələrinin) qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaitinin 750 manatı cavabdeh Sərraf-M" MMC-dən, 750 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-17/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-17/2023
26.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver