Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1701/2025 20.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC cavabdehlər Cəlilova (Adinayeva) Aygün Güləli qızı və qeyrilərinə qarşı – pul tələbi barəsində iddiaya dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı – cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 003R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 10.392,6 manat məbləğində krеdit bоrcu, 1.397,13 manat məbləğində faiz bоrcu və 650,13 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.439,86 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127,32 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə “iddia tələbinin azaldılması barədə” ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 003R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 4.779,3 manat məbləğində krеdit bоrcu, 2.257,78 manat məbləğində faiz bоrcu və 980,52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8.017,6 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127,32 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etdiyi üçün ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh(lər) isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiy(klər)indən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, Cavabdeh3 öhdəliyini icra etməsi səbəbindən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd edilən Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəlilova (Adinayeva) Aygün Güləli qızına qarşı – pul tələbi barəsində iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 127,32 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cəlilova (Adinayeva) Aygün Güləli qızından alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1701/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1701/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver