Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1720/2025 04.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi borcu 2.792,53 (iki min yeddi yüz doxsan iki ABŞ dolları 53 sent) ABŞ dolları- bundan 1.088,70 (bir min səksən səkkiz ABŞ dolları 70 sent) ABŞ dolları əsas, 545,55 (beş yüz qırx beş ABŞ dolları 55 sent) ABŞ dollarıfaiz, 999,73 (doqquz yüz doxsan doqquz ABŞ dolları 73 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 158,55 (bir yüz əlli səkkiz ABŞ dolları 55 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 67,48 (altmış yeddi Manat 48 qəpik) Manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 20,5 (iyirmi tam onda beş) faiz dərəcəsi ilə 3.000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2kredit verilərkən Cavabdeh1ilə Bank arasında 420008243/ZM saylı xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra ********* saylı xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə 13 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3.143,94 (üç min bir yüz qırx üç ABŞ dolları 94 sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2.308,75 (iki min üç yüz səkkiz ABŞ dolları 75 sent) ABŞ dolları əsas borc, 664,27 (altı yüz altmış dörd ABŞ dolları 27 sent) ABŞ dolları faiz borcu və 170,92 (bir yüz yetmiş ABŞ dolları 92 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-İ-41-3876/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 2.792,53 (iki min yeddi yüz doxsan iki ABŞ dolları 53 sent) ABŞ dolları təşkil edir. Bundan 1.088,70 (bir min səksən səkkiz ABŞ dolları 70 sent) ABŞ dolları əsas, 545,55 (beş yüz qırx beş ABŞ dolları 55 sent) ABŞ dolları faiz, 999,73 (doqquz yüz doxsan doqquz ABŞ dolları 73 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 158,55 (bir yüz əlli səkkiz ABŞ dolları 55 sent) ABŞ dolları faiz borcu təşkil edir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı əsas və faiz borcuna aid hissədə qəbul edərək bildirdi ki, maddi imkanı olmadığı üçün kredit borcunu vaxtında ödəyə bilməmişdir. O, yekun məhkəmə aktı qəbul edilərkən cərimənin azaldılmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, bank vaxtında iddia qaldırmamışdır. Hesab edir ki, iddia ona münasibətdə əsassızdır. O, yekun məhkəmə aktı qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş,həmçinin məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə qeyd olunanları nəzərə alaraq məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
7. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
İş materialları: 8.İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “əsas vəsaitin artırılması” məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 20,5 (iyirmi tam onda beş) faiz dərəcəsi ilə 3.000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir.
9. İş materiallarından görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 (zamin) ilə Bank arasında 420008243/ZM saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.
10. İş materiallarından görünür ki, ********* saylı xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə 13 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 3.143,94 (üç min bir yüz qırx üç ABŞ dolları 94 sent) ABŞ dolları təşkil edir.
11. İş materiallarından görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2.308,75 (iki min üç yüz səkkiz ABŞ dolları 75 sent) ABŞ dolları əsas borc, 664,27 (altı yüz altmış dörd ABŞ dolları 27 sent) ABŞ dolları faiz borcu və 170,92 (bir yüz yetmiş ABŞ dolları 92 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir.
12. xx.xx.2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 kreditin verilməsi üzrə 3000 ABŞ dolları məbləğində pul verilmiş, sonuncu isə həmin məbləği qəbul etmişdir.
13. İş materiallarına əlavə edilmiş “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişi üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur.
14. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 420008243/ZM zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin qimsində Cavabdeh1 öz üzərinə götürmüşdür.
15. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli, 420008243/ZM zaminlik müqaviləsinə Əlavə № 1, xx.xx.2017-ci il tarixli Sazişə əsasən Zaminlər bu Əlavə Sazişi imzalamaqla 11 avqust 2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsi və həmin müqaviləyə edilmiş 13 aprel 2017-cı il tarixli tarixli, 01 saylı Əlavə Sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.
16. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə olaraq bağlanmış 13 aprel 2017-ci il tarixli, 01 nömrəli Saziş üzrə Cavabdeh2 Müqavilə üzrə əsas borc 1088 ABŞ dolları 70 sent, müqavilənin müddəti 11 Avqust 2015ci il - 13 Aprel 2022-ci il, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 545 ABŞ dolları 55 sent, Müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış vətələb olunan cərimə 999 ABŞ dolları 73 sent, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, Həmin faizin hesablanması düsturu (əsas borc/100*5)/360, Həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı məbləği və gecikdirilmiş gün sayısı 0 ABŞ dolları 15 sent 1057, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 158 ABŞ dolları 55 sent, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2792 ABŞ dolları 53 sent təşkil edir.
17. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında aldığı kreditə görə ümumilikdə 2792 ABŞ dolları 53 sent məbləğində kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdırlar.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil omuş xx.xx.2025-ci il tarixli, 9/3047 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 13 aprel 2017-ci il tarixli, 01 saylı razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1.088,15 ABŞ dolları, faiz borcu üzrə 612,32 ABŞ dolları, xx.xx.2025-ci il tarixə;əsas borc üzrə 1.088,15 ABŞ dolları, faiz borcu üzrə, 612,32 ABŞ dolları, illik 5 % ilə hesablanan faiz borcu 157,63 ABŞ dolları, xx.xx.2025-ci il tarixə; əsas borc üzrə, 1.088,15 ABŞ dolları, faiz borcu üzrə 612,32 ABŞ dolları, illik 5 % ilə hesablanan faiz borcu 161,56 ABŞ dolları müəyyən edilir.
19. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
20. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatlardan Cavabdeh2 barəsində məlumat aşkar edilməmişdir.
21. İş materiallarından görünür ki, **********26 nömrəli qəbzən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 67,48 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. -477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
23. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın:
Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. 6-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6-cı bəndinə əsasən Fərmanın təsir dairəsinə fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
- 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
25. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
27. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, “ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləsi şərtlərinə görə “ləğv prosesində olan İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə kreditin şərtlərinə müvafiq olaraq iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.
28. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
29. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.
30. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3047 saylı ekspert rəyi ilə Cavabdeh2 iddiaçıya olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1.088,15 ABŞ dolları, faiz borcu üzrə 612,32 ABŞ dolları, xx.xx.2025-ci il tarixə;əsas borc üzrə 1.088,15 ABŞ dolları, faiz borcu üzrə, 612,32 ABŞ dolları, illik 5 % ilə hesablanan faiz borcu 157,63 ABŞ dolları, xx.xx.2025-ci il tarixə; əsas borc üzrə, 1.088,15 ABŞ dolları, faiz borcu üzrə 612,32 ABŞ dolları, illik 5 % ilə hesablanan faiz borcu 161,56 ABŞ dolları olduğu müəyyən edilir.
31. Məhkəmə işin faktiki halları və iş materialları ilə uyğun gəldiyindən qeyd olunan ekspert rəyini mötəbər sübut hesab edir.
32. Məhkəmə iş materiallarında olan ekspert rəyinə əsasən hesab edir ki, iddia tələbi əsas borca münasibətdə qismən - 1.088,15 ABŞ dolları hissədə əsaslıdır.
33. Məhkəmə faiz borcuna gəldikdə isə iddianı əsaslı hesab edir. Ona görə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı 545,55 ABŞ dollar tələb edir. Ekspert rəyi ilə faiz borcunun kredit müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə 612,32 ABŞ dolları olduğu müəyyən edilmişdir.
34. Məhkəmə 999,73 ABŞ dolları cəriməyə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində əsas borcun gecikdirilməsi halında iddiaçının cərimə hesablamaq hüququ nəzərdə tutulduğundan və borcalan cavabdeh tərəfindən kreditin ödənilıməsi gecikdirildiyindən, məhkəmə cəriməyə aid hissədə iddianı mahiyyəti üzrə əsaslı hesab edir.
35. Lakin məhkəmə cavabdehin əmlak vəziyyətini nəzərə alaraq iddiaçı tərəfindən hesablanmış cəriməni tənasübsüz yüksək hesab edir. Ona görə də, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən belə qəanətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış 999,73 ABŞ cərimə azaldılaraq 50 ABŞ dolları müəyyən edilməlidir.
36. Məhkəmə, həmçinin 158,55 ABŞ dolları faiz borcuna aid hissədə əsaslı hesab edir. Belə ki, AR MM-nin 445.7. maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə illik 5 % ilə hesablanan faiz borcunun 161,56 ABŞ dolları olduğu müəyyən edilmişdir.
37. Məhkəmə, həmçinin zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 məsuliyyəti ilə bağlı qeyd edir ki, o, imzaladığı zaminlik müqaviləsinə əlavə saziş ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi əsasında bağlanmış 13 aprel 2017-ci il tarixli, 01 nömrəli Əlavə Saziş üzrə əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixədək uzadılmış, lakin iddiaçı xx.xx.2025-ci il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh1 qarşı iddia irəli sürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır.
Məhkəmə xərcləri:
38. Məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 51,30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, qalan 16,18 iddiaçı tərəfə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 65,93 manatı Cavabdeh2, 34,07 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1088,15 ABŞ dolları əsas borc, 545,55 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 157,63 ABŞ dolları faiz borc, cəmi 1841,33 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumuna görə 51,30 (əlli bir manat, otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 16,18 (on altı manat, on səkkiz qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 65,93 manatı Cavabdeh2, 34,07 manatı isə, ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev