Məhkəmə qərarları › İş №e-2-2(121)-1726/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1726/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1726/2025 13.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X14 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X8 qanuni nümayəndə Cavabdeh2 olmaqla, X2 qanuni nümayəndə Cavabdeh2 olmaqla və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 027R********** saylı krеdit razılaşması üzrə 5165,71 manat məbləğində krеdit bоrcu, 5910,24 manat məbləğində faiz bоrcu və 4942,43 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16018,38 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 138,06 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Abbasov Elnur Firudin oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 027L**********88 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Abbasov Elnur Firudin oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində krеdit götürmüşdür. Abbasov Elnur Firudin oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Abbasov Elnur Firudin oğlu götürdüyü krеdit bоrcundan 2834.29 manat ödəmiş, onun 5165.71 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Abbasov Elnur Firudin oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 1745 gün üçün hesablanmış faiz borcu 5910.24 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 1745 gün üçün hеsablanmış cərimə 4942,43 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Abbasov Elnur Firudin oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1. bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Abbasov Elnur Firudin oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİNin BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan Abbasov Elnur Firudin oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, D-356/14 saylı cavab məktubu ilə xx.xx.2021-ci il tarixdə 2V-14 və xx.xx.2023-cü il tarixdə 2V-9 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi məlum olmuşdur. Nəticədə Cavabdeh2, X13, X9 və Cavabdeh3 miras əmlaklarını qəbul etdiklərindən onlar Abbasov Elnur Firudin oğlunun vərəsələri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1257.1- ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmçinin bildirilir ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1-ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

Tərəflərin izahatları:

3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işi üzrə məhkəmə iclası 23 oktyabr 2025-ci il tarixlinə saat 10:30-a təyin edilmişdir. İddia ərizəsini müdafiə edirlər. Cavabdehin ərizəsinə münasibətdə bildirirlər ki, bank tərəfindən vərəsələrə və zaminlərə qarşı iddia qaldırılması üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Zaminlik müqavilələrin 4.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

4. Məhkəmə qeyd olunanlara əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

7. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin də iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İddia ərizəsinə etiraz:

8. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

9. Cavabdeh2 Çingiz qızının vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddiasını onunla əsaslandırıb ki, Abbasov Elnur Firudin oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 027L**********88 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Abbasov Elnur Firudin oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Abbasov Elnur Firudin oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Abbasov Elnur Firudin oğlu götürdüyü kredit borcundan 2834.29 manat ödəmiş, onun 5165.71 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirilir ki, Abbasov Elnur Firudin oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 1745 gün üçün hesablanmış faiz borcu 5910.24 manat təşkil edir. xx.xx.2025-ci il tarixə 1745 gün üçün hesablanmış cərimə 4942.43 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Abbasov Elnur Firudin oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Abbasov Elnur Firudin oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınmış arayışdan cavabdeh X3 vəfat etdiyi “AccessBank" QSC-yə məlum olmuşdur. Bununla bağlı, Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, D- 356/14 saylı cavab məktubu ilə 14.01,2021-ci il tarixdə 2V-14 və xx.xx.2023-cü il tarixdə 2V-9 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi məlum olmuşdur. Nəticədə Cavabdeh2, X13, X9 və Cavabdeh3 miras əmlaklarını qəbul etdiklərindən onlar Abbasov Elnur Firudin oğlunun vərəsələri hesab edilir. Hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür və həmin ərizəyə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd edib ki, Abbasov Elnur Firudin oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. İddiaçının həmin qeydi ilə məlum olur ki, Çingiz qızı isə həmin ilin əvvəli, yəni 14.01 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisinin 2V-14 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, iddiaçıya X3 ölməsi faktı məlum olduğu vaxt, cavabdeh artıq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan başqa, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, bununla bağlı, Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, D-356/14 saylı cavab məktubu ilə xx.xx.2021-ci il tarixdə 2V-14 və 13.01,2023-cü il tarixdə 2V-9 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi məlum olmuşdur. Göründüyü kimi, iddiaçıya X3 ölməsi faktı xx.xx.2021-ci il tarixdə məlum olmasına baxmayaraq, o, vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat əldə etmək üçün xx.xx.2024-cü ıl tarixdə müraciət etmişdir. Yenə də, iddiaçının məsuliyyətsizliyi və müddətlərə diqqətsiz yanaşması ortaya çıxır. Beləliklə, borclu X3 xx.xx.2020-ci il tarixdə ölməsinə baxmayaraq iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, yəni 4 il 9 aydan sonra müraciət etmişdir. Kredit isə 24 ay müddətinə götürülmüşdür və xx.xx.2021-ci il tarixdə son ödəniş vaxtı idi. Müqaviləyə münasibətdə isə iddia ərizəsi məhkəməyə 3 il 11 aydan sonra verilmişdir. Hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini həm nümayəndəsi olduğu Cavabdeh2, həm də zamin durmuş digər cavabdehlərə münasibətdə keçirmişdir. Odur ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, iddiaçı “Accessbank" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə” dair iddiası Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizəsinə əsasən təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

10. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Abbasov Elnur Firudin oğlu (kredit alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 027L**********88 saylı “uzunmüddətli kredit və təminat müqaviləsi”nə əsasən Abbasov Elnur Firudin oğluna 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır.

11. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, 027L**********88 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə Abbasov Elnur Firudin oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə xx.xx.2019-cu il tarixdə Cavabdeh4 (zamin), Cavabdeh1 (zamin) və Cavabdeh5 (zamin) ilə bağlanmış, müvafiq olaraq 027S**********05, 027S**********03 və 027S**********04 saylı zaminlik müqavilələrinə əsasən bank zaminlər qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. “uzunmüddətli kredit və təminat müqaviləsi”nin müddəti 300 000 manat, müddəti 120 ay, faiz dərəcəsinin yuxarə həddi 28% təşkil edir. Həmin Zamin müqavilələrinin 4.1. bəndinə əsasən bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir.

12. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Abbasov Elnur Firudin oğlu (kredit alan) arasında “uzunmüddətli kredit və təminat müqaviləsi”əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 027R********** saylı “kredit razılaşması”na əsasən Abbasov Elnur Firudin oğluna 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir.

13. İş materiallarından görünür ki, xx.xx.2019-cü il tarixli köçürmə sənədindən görünür ki, İddiaçı QSC tərəfindən Abbasov Elnur Firudin oğlu bank hesabına 8000 manat məbləğində pul köçürülmüşdür.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cü il tarixli, 027R********** saylı kredit razılaşması üzrə Abbasov Elnur Firudin oğlunun xx.xx.2025-ci il tarixinə 5165,71 manat məbləğində əsas bоrcu, 5910,24 manat məbləğində faiz bоrcu və 4942,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16018,38 manat borcu vardır.

15. İş materiallarında olan Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC ilə iş üzrə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışdır.

16. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasov Elnur Firudin oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir.

17. İş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat Ofisinin olan xx.xx.2024-cü il tarixli, D-356/14 saylı cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlaklarla bağlı Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-14 və xx.xx.2023-cü il tarixdə 2V-9 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

18. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-14 9 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X5 vərəsələri Cavabdeh2, X13, X9 və Cavabdeh3 miras qalmış əmlakdan - buraxılış ili 2011ci il olan, “DAEWOO MATİZ minik” markalı, 99Bo995 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi – ¼ irs almalıdırlar. 19 İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-9 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X5 vərəsələri Cavabdeh2, X13, X9 və Cavabdeh3 miras qalmış əmlakdan - ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi – ¼ irs almalıdırlar.

20. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən surətlərindən görünür ki, X10 ilə X6 xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. Onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh3 adlı uşaqları vardır.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cİ il tarixdə məhkəməyə daxil omuş, xx.xx.2025-ci il tarixli, 9/2973 saylı ekspert rəyində qeyd edilmişdir: - Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlər, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Abbasov Elnur Firudin oğlunun xx.xx.2020-ci il tarixə (Vəfat etdiyi tarixə) "xxxx" QSC-yə olan borcu - əsas borc üzrə 5139,98 manat, faiz borcu üzrə 406,60 manat müəyyən edilir. - İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlər, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları, tərəflər arasında imzalanmış xx.xx.2019-cü il tarixli, 027R********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Abbasov Elnur Firudin oğlunun xx.xx.2025-ci il tarixə (maliyyə arayışında və xəbərdarlıq məktubunda qeyd olunan tarixə) "xxxx" QSC-yə olan borcu - əsas borc üzrə 5139,98 manat, faiz borcu üzrə 1509,13 manat, müəyyən edilir.

22. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir

23. İş materiallarında olan ********** ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 138,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 1159.1- ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1-ci maddəsinə əsasən, Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.1-ci maddəsinə əsasən, Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2- ci maddəsinə əsasən, Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1151.1-ci maddəsinə əsasən, Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1306.1-ci maddəsinə əsasən, Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1309-cu maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarı: Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər. Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Xarici ölkələrin qanunvericiliyinə nəzər yetirdikdə, əksər ölkələrdə məhz bu yanaşmanın qəbul edildiyini görmək olar. Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinə əsasən, əsas borclu öldükdə, zamin borclunun vərəsəsinin məhdud öhdəlik daşımasına istinad edə bilməz (Mülki Qanunnamənin 768.1-ci maddəsi). Rusiya Federasiyasının Mülki Məcəlləsinə əsasən, borclunun ölümü, borclu hüquqi şəxsin yenidən təşkili zaminliyin xitamına səbəb olmur (Mülki Məcəllənin 367-ci maddəsinin 4-cü hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə xitam verilməsi hallarını nəzərdə tutan 477-ci maddəsində borclunun ölümü halının zaminlik münasibətlərinin hüquqi qüvvəsinə təsiri məsələsi tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndində mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ barədə qaydaların müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir. Qeyd olunanlara əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu zaminliyə xitam verilməsini tənzimləyən Mülki Məcəllənin 477-ci maddəsinin qanunverici tərəfindən təkmilləşdirilməsini məqsədəmüvafiq hesab edir. Zamin və vərəsələrin əsas borca görə hesablanan faizlərə dair məsuliyyətli olubolmaması məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, müqavilənin müddətinin bitməsi, əks hal razılaşdırılmadığı təqdirdə tərəflər arasında müqavilə münasibətlərinin sona çatmasına səbəb olmur, tərəflər arasında öhdəlik münasibətləri davam edir, kreditor yenə də borcludan müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək səlahiyyətinə malik olur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Azərbaycan Respublikası Mərkəzi X11 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 15.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

28. Məhkəmə baxışının hədləri:

- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

29. Məhkəmə baxışının hədləri:

-218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

30. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

31. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı QSC ilə kredit alan Abbasov Elnur Firudin oğlu arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı QSC Abbasov Elnur Firudin oğluna borc (kredit) verməyi, Abbasov Elnur Firudin oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

32. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Abbasov Elnur Firudin oğlu müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən, həmçinin zaminlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmaları üzrə üzrə iddiaçı qarşısında Abbasov Elnur Firudin oğlu ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürdüklərinə görə, onlar da, iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək qeyd edir ki, borcalanın ölməsi, zaminləri kreditor qarşısında öhdəliklərin icra edilməsindən azad etmir. Bundan əlavə, zamilik müqaviləsinin 4.1. bəndində əsasən bu müqavilə uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir.

33. İşin araşdırılan hallarından müəyyən olunur ki, Abbasov Elnur Firudin oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-14 9 reyestr nömrə ilə və xx.xx.2023-cü il tarixdə, 2V-9 reyestr nömrə ilə rəsmiləşdirilmiş rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə görə xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X5 vərəsələri Cavabdeh2 (həyat yoldaşı) və uşaqları xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh3 miras qalmış əmlakdan - buraxılış ili 2011-ci il olan, “DAEWOO MATİZ minik” markalı, 99Bo995 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi – ¼ irs almalıdırlar.

34. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya həmin öhdəliklərdən azad olunmalarını sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.

35. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X8 qanuni nümayəndə Cavabdeh2 olmaqla, X2 qanuni nümayəndə Cavabdeh2 olmaqla və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 027R********** saylı krеdit razılaşması üzrə 5165,71 manat məbləğində krеdit bоrcu, 5910,24 manat məbləğində faiz bоrcu və 4942.43 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16018,38 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 138,06 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, borclu Abbasov Elnur Firudin oğlunun vərəsələri olan Cavabdeh2 (həyat yoldaşı) və uşaqları xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh3 miras qalmış əmlakı qəbul etdiklərinə görə, onlar iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit müqaviləsindən irəli gələn əsas, faiz və cərimə borcunun ödənilməməsinə görə birgə məsuliyyət daşımalıdırlar.

37. Məhkəmə vərəsələrin kreditor (iddiaçı) qarşısında məsuıiyyət məsələsini həll edərkən, iddia müddətinin tərbiqi ilə bağlı ərizəyə də hüquqi qiymət verilmısini zəruri hesab edir və qeyd edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassızdır. Ona görə ki, işmateriallarından müəyyən olunur ki, İddiaçı QSC ilə Abbasov Elnur Firudin oğlu arasında “uzunmüddətli kredit və təminat müqaviləsi”əsasında bağlanmış xx.xx.2019-cu il tarixli, 027R********** saylı “kredit razılaşması”na əsasən Abbasov Elnur Firudin oğluna 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, iddiaçı isə, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunduğu kimi Abbasov Elnur Firudin oğlu xx.xx.2020-ci il tarixində vəfat etmiş, Bakı şəhəri 18 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-14 9 reyestr nömrə ilə və xx.xx.2023-cü il tarixdə, 2V-9 reyestr nömrə ilə rəsmiləşdirilmiş rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, lakin vərəsəlik işinin açılması və vərəsələrin miras əmlakı qəbul etmələri faktı iddiaçıya Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, D-356/14 saylı cavab məktubundan sonra məlum olmuşdur. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, hazırki vəziyyətdə iddia müddəti tətbiq edilə bilməz. Nəzərə alınmalıdır ki, AR Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. İşin araşdırılan hallarından göründüyü kimi Abbasov X7 Xumarə Çingiz qızı ilə rəsmi nikahda olmuş, sağlığında iddiaçıdan götürdüyü kreditin bir hissəsini ödəmişdir. Bu vəziyyətdə mirası qəbul etmiş vərəsələr olaraq cavabdehlər mirasın açılması barədə iddiaçıya məlumat verməli idi.

38. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-cİ il tarixdə məhkəməyə daxil omuş, xx.xx.2025-ci il tarixli, 9/2973 saylı ekspert rəyindən göründüyü kimi xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit razılaşmasının qeyd olunan şərtləri əsas götürülməklə Abbasov Elnur Firudin oğlunun xx.xx.2020-ci il tarixə (Vəfat etdiyi tarixə) "xxxx" QSC-yə olan borcu - əsas borc üzrə 5139,98 manat, faiz borcu üzrə 406,60 manat, xx.xx.2025-ci il tarixə (maliyyə arayışında və xəbərdarlıq məktubunda qeyd olunan tarixə) "xxxx" QSC-yə olan borcu - əsas borc üzrə 5139,98 manat, faiz borcu üzrə 1509,13 manat, müəyyən edilmişdir.

39. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2973 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu təqdirdə məhkəmə ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir.

40. Məhkəmə iddianın 5165,71 manat əsas bоrca aid hissədə qismən əsaslı hesab edir və məhkəmə qeyd edir ki, ekspert rəyində əsas borcun 5139,98 manat müəyyən edildiyindən, iddia tələbi həmin hissədə 5139,98 manat həcmdə əsaslıdır.

41. Məhkəmə, həmçinin iddianı 5910,24 manat faiz borcuna münasibətdə də qismən əsaslı hesab edir. Ona görə ki, ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında və xəbərdarlıq məktubunda qeyd olunan tarixə) "xxxx" QSC-yə faiz borcunun 1509,13 manat olduğu müəyyən edilmişdir.

42. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində eyni zamanda borcun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2019-cü il tarixli, 027R********** saylı kredit razılaşmasına əsasən hesablanmış 4942.43 manat tələbini də irəli sürmüşdür.

43. Məhkəmə, iddia tələbini 4942,43 manat məbləğində cərimənin tutulması hissəsində də qismən əsaslı hesab edərək qeyd edir Ona görə ki, xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit razılaşmasının 4.2.2. bəndindən görünür ki, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faizi məbləğində cərimə ödəmək öhdəliyini üzərinə götürmüşdür. Lakin hesablanmış cərimə tənasübsüz yüksəkdir. -AR Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, hesablanmış cərimə azaldılaraq 200 manat müəyyən edilməlidir.

44. Beləliklə, məhkəmə işin hallarını və sadalanan qanunvericilik normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X8 qanuni nümayəndə Cavabdeh2 olmaqla, X2 qanuni nümayəndə Cavabdeh2 olmaqla və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə müştərək qaydada 5139,98 manat əsas borc, 1509,13 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 6849,11 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş 138,06 manat dövlət rüsumuna görə 88,50 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 49,56 manat isə iddiaçının özünə aid edilməli, həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 42,75 manatı cavabdehlər cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X8 qanuni nümayəndə Cavabdeh2 olmaqla, X2 qanuni nümayəndə Cavabdeh2 olmaqla və Cavabdeh3 müştərək qaydada, 57,25 manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X8 qanuni nümayəndə Cavabdeh2 olmaqla, X2 qanuni nümayəndə Cavabdeh2 olmaqla və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə müştərək qaydada 5139,98 manat əsas borc, 1509,13 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 6849,11 (altı min səkkiz yüz qırx doqquz manat, on bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 88,50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin. Ödənilmiş qalan 49,56 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın, 42,75 manatı cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X8 qanuni nümayəndə Cavabdeh2 olmaqla, X2 qanuni nümayəndə Cavabdeh2 olmaqla və Cavabdeh3 müştərək qaydada, 57,25 manatı manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar