Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1734/2025 01.08.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödəməli olduğu 7600 manat və ödənilmiş 97 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə ötən iclasda məhkəməyə verdiyi ərizədə növbəti iclasıların onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, məhkəmə iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, tərəflər ərizə ilə məhkəməyə müraciət edərək öz aralarında mübahisənin barışıq yolu ilə həll edilməsinə dair razılığa gəldiklərini, bu barədə barışıq sazişi tərtib edərək imzaladıqlarını bildirmişlər və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş İddiaçı və Cavabdeh hazırki barışıq sazişini Şirvan Kommersiya Məhkəməsinin icraatında e-2-2(121)-1734/2025 nömrəli iş üzrə olan mübahisənin sülh yolu ilə həll etmək məqsədi ilə aşağıdakı şərtlərlə bağlayırlar:
1. Cavabdeh üzərinə öhdəlik götürür ki, İddiaçı olan 7600 manat məbləğində borcunu və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 97 manat dövlət rüsumunu 2026-cı ilin yanvar ayınının sonunadək İddiaçı ödəyəcək.
2. İddiaçı üzərinə öhdəlik götürür ki, Cavabdeh 7600 manat məbləğində borcun və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 97 manat dövlət rüsumunun ödənilməsi üçün Cavabdeh 2026-cı ilin yanvar ayınının sonunadək möhlət verəcək.
3. Hər iki tərəf qəbul edir ki, barışıq sazişinin şərtləri pozularsa qanunla müəyyən olunmuş qaydada mülki məsuliyyət daşıyacaqlar.
4. Hər iki tərəf barışıq sazişini könüllü olaraq tərtib edir və təsdiq olunması üçün məhkəməyə təqdim edirlər.
5. Tərəflər qəbul edir və bəyan edirlər ki, barışıq sazişinin təsdiq olunmasının Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində nəzərdə tutulmuş hüquqi nəticələri onlara aydındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən və tərəflər arasında artıq mübahisə mövcud olmadığından işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Bundan əlavə, prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261.0.5, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı ilə Cavabdeh arasında 24 iyul 2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh üzərinə öhdəlik götürür ki, İddiaçı olan 7600 (yeddi min altı yüz) manat məbləğində borcunu və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunu 2026-cı ilin yanvar ayınının sonunadək İddiaçı ödəyəcək.
2. İddiaçı üzərinə öhdəlik götürür ki, Cavabdeh 7600 manat məbləğində borcun və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 97 manat dövlət rüsumunun ödənilməsi üçün Cavabdeh 2026-cı ilin yanvar ayınının sonunadək möhlət verəcək.
3. Hər iki tərəf qəbul edir ki, barışıq sazişinin şərtləri pozularsa qanunla müəyyən olunmuş qaydada mülki məsuliyyət daşıyacaqlar.
4. Hər iki tərəf barışıq sazişini könüllü olaraq tərtib edir və təsdiq olunması üçün məhkəməyə təqdim edirlər.
5. Tərəflər qəbul edir və bəyan edirlər ki, barışıq sazişinin təsdiq olunmasının Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində nəzərdə tutulmuş hüquqi nəticələri onlara aydındır. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim Rəmzi Nəbiyev