Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1763/2023 04.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – icarə haqqı üzrə borcun ödənilməsi, mağazadan qanunsuz istifadəyə son qoyulması və mağazanın dərhal iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı - müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh1 8.040 (səkkiz min qırx) manat əsa borcun, 27.496 (iyirmi yeddi min dörd yüz doxsan altı) manat məbləğində cərimənin, Cavabdeh2 1.680 (bir min altı yüz səksən) manat məbləğində əsas borcun 484 (dörd yüz səksən dörd) manat məbləğində cərimənin ümumilikdə 39.332 (otuz doqquz min üç yüz otuz iki) manat məbləğin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi və İddiaçınə məxsus 190 saylı mağazadan (qeyri yaşayış sahəsi) qanunsuz istifadəyə son qoyulması və mağazanın dərhal İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının ünvanladığı iddia ərizəsində iki cavabdeh göstərilmiş və hər cavabdehə qarşı ayrı tələb irəli sürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, həmin tələblər iddiaçı ilə cavabdehlər arasında olan fərqli icarə müqavilələrindən irəli gələn icarə haqqı üzrə borcun ödənilməsi tələbidir. Eyni zamanda iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında olan icarə haqqı üzrə mübahisələr ayrı-ayrı müqavilə münasibətlərindən yaranan müstəqil tələb olmaqla yanaşı, tələblərin bir-biri ilə əlaqəsi yoxdur. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 8 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 8 manat məbləğində dövlət rüsumu İddiaçınə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı – icarə haqqı üzrə borcun ödənilməsi, mağazadan qanunsuz istifadəyə son qoyulması və mağazanın dərhal iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 8 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçınə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1763/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1763/2023
04.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver