Məhkəmə qərarları › İş №e-2-2(121)-1797/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1797/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1797/2024 05.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh2, Cavabdeh10 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 29933.57 manat krеdit bоrcu, 3687.59 manat faiz bоrcu və 4370.70 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 37.991,86 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 204 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 60 manat rüsum və 228 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh11 məxsus Beyləqan şəhəri Gülüstan Ağayeva küçəsi 6 nömrəli fərdi yaşayış evinə 0.06 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh6 məxsus Beyləqan şəhəri Gülüstan Ağayeva küçəsində 15 nömrəli fərdi yaşayış evinə 0.0529 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh3na məxsus Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində 89.7 m ümumi sahədən ibarət qeyri yaşayış binasına 0.099 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh2 məxsus Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə 0.06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 37991 (otuz yeddi min doqquz yüz doxsan bir) manat 86 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 204 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 60 manat rüsum və 228 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, həldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh6, Cavabdeh2,Cavabdeh10 MMC-dən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Beyləqan şəhəri Gülüstan Ağayeva küçəsi 6 nömrəli fərdi yaşayış evinə 0.06 ha torpaq sahəsi ilə birlikdətutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh11,Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Beyləqan şəhəri Gülüstan Ağayeva küçəsi 15 nömrəli fərdi yaşayış evinin 0.0529 ha torpaq sahəsi ilə birlikdətutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh9 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Beyləqan şəhəri Sərdar İmrəliyev küçəsində 89.7 m2 ümumi sahədən ibarət qeyri yaşayış binası 0.099 ha torpaq sahəsi ilə birlikdətutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Beyləqan şəhəri SMD-42 qəsəbəsində yerləşən 3 nömrəli fərdi yaşayış evini 0.06 ha torpaq sahəsi ilə birlikdətutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5 Alllahverdi oğlunun, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh8 Alahverdi qızının həmin əmlakdan çıxarılması,əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron qaydada təqdim olunmuş iddia ərizəsindən görünür ki, İddiaçı QSC tərəfindən Bakı Kommersiya Məhkəməsinə 228 manat məbləğində dövlət rüsumu ödənilmiş, lakin iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Göründüyü kimi İddiaçı QSC tərəfindən müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilsə də, həmin dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə ödənilmiş, başqa sözlə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə 228 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və Bakı Kommersiya Məhkəməsinə ödənilmiş 228 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə ödənilmiş 228 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar