Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-183/2024 29.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 43.500 (qırx üç min beş yüz) manat məbləgində borcun, 205 (iki yüz beş) manat mediasiya rüsumunun və 16 (on altı) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində icarə əsasında 1-ci zona, 5-ci sırada yerləşən 242-244 nömrəli mağazada tekstil məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Həmçinin ticarət mərkəzində 2-ci zona, 5-ci sırada yerləşən 138 nömrəli anbarı da icarǝyǝ götürmüş və orada tekstil mallarını saxlayırdı. Cavabdeh 2011-ci ildən tanımış, İlkin o zaman "Sədərək" ticarət mərkəzində olan müxtəlif tekstil mağazalarında satıcı işləyirdi. 2018-ci ilin yay aylarından isə İlkin özü onunla qonşuluqda olan mağazanı icarəyə götürüb işlədirdi. 19 fevral 2021-ci il tarixdə ilkin "Sədərək" ticarət mərkəzində işlətdiyi mağazada ona yaxınlaşaraq uzun illərdir tekstil işləri ilə məşğul olduğunu, bu işi bacardığını, pulunu hissə-hissə ödəmək şərti ilə nisyə tekstil malları olan müxtəlif parçalardan verməyini xahiş etdi. O da Cavabdeh həmyerli olmasını nəzərə alaraq İlkinǝ nisyə mal verməyə razılaşdı. Həmin ərəfədən başlayaraq Cavabdeh təxminən 3000 manat məbləğində müxtəlif ev tekstili parçalarından verdi. Bu şəkildə Cavabdeh ilə arasında ticarət əlaqələri davam etdi və İlkin hər verdiyi partiya mallara görə pulunu ödəməyə başladı. Sonuncu dəfə Ramazan bayramından əvvəl, 2021-ci ilin may ayının əvvələrində İlkin ona hansısa bir təşkilatla müqavilə bağladığını, onlara çox sayda ağ rəngli çit parçalardan lazım olduğunu, bayramdan sonra malın pullarını ona verəcəyini bildirdi. O da İlkinə etiraz etmədi və hissə-hissə İlkinə qeyd olunan parçalardan verdi. İlk olaraq 8000 metr, sonra 15000 metr, daha sonra isə 4000 metr ölçüdə parçalardan İlkinə icarəyə götürdüyü anbarda təqdim etdi. Həmin mallara görə İlkinin ona 43.500 manat borcu yarandı. Buna baxmayaraq İlkin verdiyi vədə əməl etməyərək Ramazan bayramından sonra guya təşkilatdan pul götürəcəkdi və ona ödəyəcəkdir. Üstündən bir müddət keçdikdən sonra, 13 iyul 2021-ci il tarixdə Cavabdeh mağazanı bağlayıb Rusiya Federasiyasının Moskva şəhərinə qaçdığı ona məlum oldu. O İlkinlə mobil telefonla əlaqə saxlayanda, İlkin həmin parçaları ondan aldığı qiymətdən daha da aşağı qiymətə ticarət-mərkəzində tekstil malların alqı-satqısı ilə məşğul olan Rəşad adlı şəxsə satdığını, Rəşadın isə həmin parça məhsullarını bazarda başqa şəxslərə satdığını bildirdi. Hətta telefonda ona faizə çox miqdarda pul götürdüyünü, həmin faizləri ödəyə bilmədiyi üçün məcbur olub onun və ticarət mərkəzində olan digər adları çəkdiyi şəxslərin mallarını dəyər dəyməzinə satıb faizləri ödədiyini bildirdi. Hazırda İlkinin mallarını ələ keçirməsi nəticəsində ona 43.500 (qırx üç min beş yüz) manat maddi ziyan dəymişdir. İlkin qalan malların pulunu ona ödəmədiyi üçün və onu aldadaraq pulları ələ keçirdiyini başa düşdüyünə görə məcbur olub 22 iyul 2021-ci il tarixdə Qaradağ rayon polis idarəsinə ərizə ilə müraciət etməli olub. Bundan sonra xx.xx.2021-ci il tarixdə fakta görə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyət üzrə Qaradag RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cinayət işi Qaradag RPİ-nin İstintaq şöbəsinə həvalə edildiyindən icraata qəbuledilərək istintaq davam etdirilmiş, elə həmin tarixdə Cavabdeh oglu şübhəli şəxs qismində saxlanılaraq Qaradag RPİ-nin MSY-nə təhvil verilmişdir. 19 sentyabr 2021-ci il tarixdə Cavabdeh ogluna Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Qaradag Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə həmin cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş və həmin iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilən ona mülki iddia ilə baglı məhkəməyə müraciət etmək hüquqlarını izah edilərək bildirilmişdir ki, Cavabdeh oglu ibtidai araşdırma zamanı borcunu tam etiraf etmiş və imkanı olan kimi həmin borcu qaytarmaga söz vermişdir. Ona görə də məhkəməyə mülki qaydada müraciət etməyi bildirildi. Sonda bildirir ki, Cavabdeh istintaq zamanı ona olan 43.500 manat borcunu tam etiraf etmiş və imkanı olan kimi borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Pul tələbi barədə mübahisənin məhkəmədən kənar danışıqlar yolu ilə həlledilməsi üçün Mediasiya Şurasına müraciət etdi. Lakin cababdeh təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmədi, mediator tərəfindən ilkin mediator sessiyasında cavabdehin iştirak etməməsi barədə ona arayış verilmişdir. Bundan sonra o məcbur qalaraq pul tələbi barədə məhkəməyə müraciət etmək qərarına gəldi. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elgiz Məmmədov tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı Cavabdeh izahatında Emili də 2018-ci il tarixdən tanıdığını bildirmişdir. Belə ki, o, Emildən müxtəlif vaxtlarda və müxtəlif çeşidlərdə tekstil malları alıb satıb Emil ilə arasında olan pul haqq hesabını həll etmişdir. Sonuncu dəfə Emil ifadəsində göstərdiyi kimi ağ rəngli çit parçalardan ilk olaraq 8.000 metr, sonra 1.5000 metr, daha sonra isə 4.000 metr ölçüdə parçalardan götürmüş və həmin parçaları satdıqdan sonra Emilə 43.500 manat pul verməli olmuşdur. Lakin pandemiya dövrü olduğundan ziyan etdiyi üçün satış edə bilməmiş, işçilərin maaşlarını və digər ödənişləri vermək məcburiyyətində qaldığı üçün dəyərindən aşağı qiymətdə satmışdır. O, 43.500 manat pulu Emilə hissə-hissə qaytaracağını bildirmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X3 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 205 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddiaçı X3 ilə Cavabdeh arasında tekstil məhsullarına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif çeşidlərdə tekstil malları almışdır. Sonuncu dəfə cavabdeh iddiaçıdan ağ rəngli çit parçalardan ilk olaraq 8.000 metr, sonra 1.5000 metr, daha sonra isə 4.000 metr ölçüdə parçalardan götürmüşdür. İddiaçı şifahi razılaşmaya əsasən 43.500 manat dəyərində parça məhsullarını cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini cavabdehə ödəməyi öhdəsinə götürsə də həmin şifahi razılaşma üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş və nəticədə iddiaçıya 43.500 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, cavabdehin iddiaçıya 43.500 manat məbləğində borcunun olması Qaradağ RPİ-nin İŞ-də aparılan araşdırma zamanı Cavabdeh verdiyi izahatı ilə də təsdiq olunur. Məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları (izahatın mülki iş üzrə icraat zamanı və ya cinayət təqibi zamanı verilməsindən asılı olmayaraq) sübut növlərindən biridir. Mülki prosessual qanunvericilikdə tərəflərin tələb və etirazları ilə bağlı cinayət təqibi zamanı toplanmış sübutların mülki məhkəmə icraatı zamanı sübut kimi qəbul edilməsini, məhkəmə tərəfindən araşdırılmasını və həmin sübutlara mülki icraat çərçivəsində hüquqi qiymət verilməsini qadağan edən hər hansı norma yoxdur. Bundan başqa, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən cavabdehin Qaradağ RPİ-nin İŞ-də aparılan araşdırma zamanı qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” 20 iyul 2022-ci il tarixli qərarından şikayətin verildiyi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd olunan xüsusatlara əsasən hesab edir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçıdan parça materialları alsa da, həmin malların dəyərini iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı həmin məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia təmin edilərək, 43.500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda məhkəmə xərclərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Bundan əlavə, işdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, ******* 137saylı mədaxil qəbzinə əsasən 16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, iddia əsas tələbə münasibətdə təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 16 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin iddianın 205 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq qeyd edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunvericliyin yuxarıda qeyd olunan normalarına əsasən məhkəmə hesab edir ki, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 205 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 43.500 manat əsas borc, mediasiya xərci olaraq ödənilmiş 205 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 16 manat olmaqla, ümumilikdə 43.721 (qırx üç min yeddi yüz iyirmi bir) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-183/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-183/2024
29.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver