Məhkəmə qərarları › İş №e-2-2(121)-1838/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1838/2023

23.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1838/2023 23.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və X1 işirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2021-ci ilin mart, aprel, may, iyun, iyul və noyabr aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 10.171,15 manat və 200 manat ödənilmiş mediasiya xərci, cəmi 10.371,15 manat Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödəniməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2021-ci ilin mart, aprel, may, iyun, iyul və noyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Ələt-Bərə stansiyasında 2021-ci ilin mart, aprel, may, iyun, iyul aylarında, Astara stansiyasında isə həmin ilin noyabr ayında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “dalan yolundan istifadə” və s.) görə Cavabdeh MMC-yə 10.171,15 manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25- ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan RespublikasıQanununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək "xxxx" QSC-nin “Yük daşımaları” departamentinin rəisinin hərəkət və kommersiya üzrə müavini vəzifəsində çalışdığını, Astara stansiyası ilə bağlı hesablanmış borc üzrə güzəştin tətbiq edilməsinə dair Cavabdeh tərəfindən hər hansı rəsmi müraciətin olunmadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2021-ci ilin mart, aprel, may, iyun və iyul aylarını əhatə edən əlavə yığımlar üçün yığım vərəqələrindən (Forma FDU-92) görünür ki, iddiaçı tərəfindən cavabdehə Ələt-Bərə stansiyasında göstərilmiş stansiya xidmətlərinin ümumi dəyəri 3.006,77 manat təşkil edir. İş materiallarında olan 2021-ci ilin mart, aprel, may, iyun və iyul aylarını əhatə edən qəbul-təhvilçinin yaddaş vərəqələrindən (Forma QU-45) görünür ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri göstərilmişdir. İş materiallarında olan 2021-ci ilin mart, aprel, may, iyun və iyul aylarını əhatə edən hesablaşma hesablarından görünür ki, 2021-ci ilin mart, aprel, may, iyun və iyul ayları ərzində cavabdehə Ələt-Bərə stansiyasında ümumilikdə 3.006,77 manat dəyərində stansiya xidmətləri göstərilmişdir. İşdə olan 2021-ci ilin mart, aprel, may, iyun və iyul aylarını əhatə edən elektron qaimələrdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ƏDV daxil ümumilikdə 3.006,73 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İşdə olan 2021-ci ilin noyabr ayını əhatə edən əlavə yığımlar üçün yığım vərəqələrindən (Forma FDU-92) görünür ki, iddiaçı tərəfindən cavabdehə Astara stansiyasında göstərilmiş stansiya xidmətlərinin ümumi dəyəri 7.164,38 manat təşkil edir. İş materiallarında olan 2021-ci ilin noyabr ayını əhatə edən qəbul-təhvilçinin yaddaş vərəqəsindən (Forma QU-45) görünür ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli hesablaşma hesablarından görünür ki, 2021-ci ilin noyabr ayı ərzində cavabdehə Astara stansiyasında ümumilikdə 7.164,38 manat dəyərində stansiya xidmətləri göstərilmişdir. İşdə olan 2021-ci ilin noyabr ayını əhatə edən elektron qaimələrdən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ƏDV daxil ümumilikdə 7.164,38 manat məbləğində stansiya xidmətləri təqdim edilmişdir. İşdə olan xx.xx.2021-ci il-xx.xx.2023-cü illər ərzində “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq edilmiş yığımlardan yaranan debitor borc barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh MMC-yə Ələt-Bərə və Astara stansiyalarında göstərilmiş stansiya xidmətlərinə görə 10.171,15 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 3.006,77 manat hissəsi Ələt-Bərə stansiyasında göstərilmiş xidmətlərə, 7.164,38 manat hissəsi isə Astara stansiyasında göstərilmiş xidmətlərə görə hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən Astara stansiyasına konteyner, vaqon və digər d/y vasitələri ilə Cavabdeh MMC-nin ünvanına daxil olan yüklərin boşaldılmasında və həmçinin sənədləşdirilərək yola salınmasını təmin etmək üçün X3 xx.xx.2021-ci il tarixədək səlahiyyət verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli öhdəliyin icra edilməsi barədə pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-nin stansiya xidmətlərinə görə hesablanmış 10.171,15 manat borcun 10 (on) gün müddətinə ödənilməsi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında iddiaçı tərəfindən cavabdehə Ələt-Bərə və Astara stansiyalarında müxtəlif stansiya xidmətlərinin göstərilməsinə dair şifahi müqavilə bağlanmışdır. Həmin razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin mart, aprel, may, iyun, iyul və noyabr aylarında hər iki stansiya üzrə ümumilikdə 10.171,15 manat dəyərində stansiya xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı göstərdikləri stansiya xidmətlərininə görə yığımların cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək 10.171,15 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir. Məhkəmənin 19 oktyabr 2023-cü il tarixində keçirilən iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (rəhbəri) X6 izahatında iddiaçı tərəfindən Ələt-Bərə və Astara stansiyalarında ümumilikdə 10.171,15 manat dəyərində stansiya xidmətlərinin göstərildiyini, lakin Astara stansiyasında göstərilmiş xidmətlərə görə hesablanmış borcun güzəşt olunmalı olduğunu qeyd etmişdir. Həmçinin, İlqar Əliyev izahatında Cavabdeh MMC tərəfindən Astara stansiyasına yüklərin boşaldılmasını və sənədləşdirilərək yola salınmasını təmin etmək üçün Cavabdeh MMC-nin əməkdaşı X3 xx.xx.2021-ci il tarixində etibarnamə verdiyini də təsdiq etmişdir. Tərəflər arasında şifahi xidmət (tapşırıq) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin mart, aprel, may, iyun, iyul və noyabr aylarında Ələt-Bərə və Astara stansiyalarında müxtəlif stansiya xidmətlərinin göstərilməsi işin mübahisəsiz halını təşkil edir. İşin mübahisəli halı isə iddiaçı tərəfindən Astara stansiyasında göstərilmiş xidmətlərə görə hesablanmış borca güzəştin tətbiq edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən borcun güzəşt olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar işin hazırlıq mərhələsində məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında Astara stansiyası ilə bağlı hesablanmış borc üzrə güzəştin tətbiq edilməsinə dair Cavabdeh tərəfindən hər hansı rəsmi müraciətin olunmadığını, habelə bununla bağlı “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən qərar qəbul edilmədiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Buna görə də etiraz təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə və aşağıdakı maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində tapşırıq müqaviləsinin yazılı formada bağlanması ilə bağlı imperativ norma nəzərdə tutulmasa da cavabdehin izahatı və işdə olan sübutlarla tərəflər arasında şifahi xidmət müqavilə münasibətlərinin yarandığı müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir Göründüyü kimi, hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, razılaşdırılmış xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən göstərilmiş xidmətlərə görə şərtləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 10.171,15 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, eyni zamanda qeyd edir ki, stansiya xidmətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış edir. QU-45 sənədləri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatının” 3.1.2-ci bəndinə əsasən, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Göründüyü kimi, QU-45 sənədləri olmadan FDU-92, yəni yığım vərəqələri tərtib edilə bilməz. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə FDU-92 sənədləri ilə yanaşı QU-45 sənədləri də təqdim edilmişdir. Məhkəmə, iddianın 200 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 10.171,15 manat məbləğində əsas borc və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 10.371,15 (on min üz yüz yetmiş bir manat, on beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar