Məhkəmə qərarları › İş №e-2-2(121)-1886/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1886/2023

25.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1886/2023 25.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı – qeyri-yaşayış sahəsindən qanunsuz istifadəyə görə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı – xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixləri arasında İddiaçı ASC-ninmükiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərindəki əmlak kompleksi kimi müəssisənin birinci mərtəbəsində yerləşən iaşə obyektlərindən qanunsuz istifadə etdikləri üçün iddiaçıya dəyən maddi ziyana görə Cavabdeh6 3600 (üç min altı yüz) manat məbləğində; Cavabdeh1 3600 (üç min altı yüz) manat məbləğində; Cavabdeh2 3600 (üç min altı yüz) manat məbləğində; Cavabdeh5 3600 (üç min altı yüz) manat məbləğində; Cavabdeh4 Fizuli qızından 3600 (üç min altı yüz) manat məbləğində; Cavabdeh3 3600 (üç min altı yüz) manat məbləğində pulun tutulması; mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində altı cavabdeh göstərilmiş və hər cavabdehə qarşı ayrı tələb irəli sürülmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, həmin tələblər iddiaçı ilə cavabdehlər arasında mövcud olan ayrı-ayrı mülki hüquq münasibətlərdən irəli gələn dəymiş zərərin ödənilməsi tələbidir. Eyni zamanda iddiaçı ilə cavabdehlər arasında olan mübahisələr ayrı-ayrı mülkiyyət münasibətlərindən yaranan müstəqil tələb olmaqla yanaşı, tələblərin bir-biri ilə əlaqəsi yoxdur. Buna görə məhkəmə hesab edir ki, bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı – qeyri-yaşayış sahəsindən qanunsuz istifadəyə görə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar