Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-19/2020 04.06.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, X18 Kredit Təşkilatı İddiaçı2 nümayəndəsi İddiaçı3, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5, həmçinin nümayəndəsi və vəkili X3, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X1 və X6 iştirakları ilə, X18 Kredit Təşkilatı İddiaçı2 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” MMC-yə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X18 Kredit Təşkilatı İddiaçı2 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən “xxxx” ASC ilə “xxxx” MMC KT/2517 saylı, xx.xx.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən “xxxx” MMC-yə verilmiş kreditin51.000 manat əsas borcun, 495,50 manat faiz borcunun, 18.861 manat cərimə borcunun (dəbbə pulunun), ümumilikdə 70.329,50 manat məbləğdə borcun və 30 manat dövlət rüsumunun tutularaq, BOKT “xxxx” MMC-yəödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan X18 Kredit Təşkilatı İddiaçı2nümayəndəsi İddiaçı3 tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, X18 Kredit Təşkilatı İddiaçı2 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qalıq 51.000 manat əsas borcun, 2.436,06 manat faiz borcunun və 39.961,83 manat dəbbə pulunun, ümumilikdə 93.398,25 manat borc məbləğindən, cavabdeh “xxxx” MMC-dən əsas borcdan 12.864,17 manat hissəsinin, faiz borcundan 358,03 manathissəsinin, dəbbə pulunun 15.021,80 manat hissəsinin, ümumilikdə 28.244 manat pulun, cavabdeh “xxxx” MMC-dən əsas borcdan 38.135,83 manat hissəsinin, faiz borcundan 2.078,39 manat hissəsinin, dəbbə pulunun 24.940,03 manat hissəsinin, ümumilikdə 65.154,25 manat pulun və 30 manat dövlət rüsumunun tutulub X19 Təşkilatı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan X18 Kredit Təşkilatı İddiaçı2nümayəndəsi İddiaçı3 tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, 51.000 manat əsas borcun, 1.460,19 manat faiz borcunun və 78.480,12 manat dəbbə pulunun, ümumilikdə 130.940,31 manat borc məbləğindən cavabdeh “xxxx” MMC-dən əsas borcdan 12.864,17 manat hissəsinin, faiz borcundan 358,03 manat hissəsinin, dəbbə pulunun 26.347,15 manat hissəsinin, ümumilikdə 39.569,35 manat pulun və borc məbləğinin proporsiyasına müvafiq olaraq 9,07 manat dövlət rüsumunun, cavabdeh “xxxx” MMC-dən əsas borcdan 38.135,83 manat hissəsinin, faiz borcundan 1.102,16 manat hissəsinin, dəbbə pulunun 52.132,97 manat hissəsinin, ümumilikdə 91.370,96 manat pulun və əsas borc məbləğinin proporsiyasına müvafiq olaraq 20,93 manat dövlət rüsumunun tutulub X19 təşkilatı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi haqqında ərizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramının icrası təyinatı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına,“Pambıq Tədarükü” təyinatı ilə KT/2517 saylı, xx.xx.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən “xxxx” MMC-yə bu müqavilənin 1.2-ci və 1.3-cübəndinə müvafiq olaraq 101.500 manat məbləğində, 7 ay müddətinəillik 6 faiz ödənişi, 4.3-cü bəndinə görə “Borcalan” kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə “Borcverən” gecikdirildiyi ən borc məbləğinə hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi şərti ilə “xxxx” ASC-dən təminatsız kredit verilmişdir. “xxxx” MMC-yə və ölkənin müxtəlif rayonlarında pambıqçılığın tədarükü ilə məşğul olan digər müəssisələrə pambıqçılığın inkişafı məqsədi ilə “xxxx”ASC-nin vasitəsi ilə verilmiş güzəştli kreditlərin qalıq borclarının idarəçiliyi və tələb hüquqları X8 və X4 üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə xx xxxx 2018-ci il tarixli “Kreditb borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsi”nə dair üçtərəfli müqavilə və təhvil-təslim aktına əsasən X19 təşkilatı “xxxx” MMC-yə ötürülmüşdür. Qeyd olunduğu kimi kredit müqavilələrinin maliyyələşdirilməsi dövlətin X8nin maliyyələşdirilməsinə yönəldilən vəsaiti hesabına icra edilmişdir. Kreditdən istifadənin 4 ay güzəşt müddəti bitdikdən sonra, yəni xx xxxxxx 2018-ci il tarixdən sonrakı üç ay ərzində xx xxxxx 2018-ci il tarixinə kimi kredit borcu üzrə öhdəliyin icrası “xxxx” MMC tərəfindən təmin etməli idi. Göründüyü kimixx.xx.2018-ci il tarixə kimi kredit borcu üzrə ödəniş edilməmişdir. Ona görə də 101.500 manat məbləğində kredit borcunun ödənişinin gecikdirilmə müddəti xx xxxxxx 2018-ci il tarixdən başlanmışdır. Bu tarixdən etibarən ödənişi gecikdirilən borc məbləğinin hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi cavabdehdən tələb edilməlidir. Cavabdeh yalnız xx.xx.2018-ci tarixdə “xxxx” ASC-dəki ssuda hesabının qalığından4.794,43 manat əsas kredit borcunun və 3.451,08 manat faiz ödəməklə, ümumilikdə 8.245,45manat kredit borcuna ödəniş etmişdir. Bu ödənişdən sonra xx.xx.2018-ci il tarixə cavabdehin KT/2517 saylı, xx.xx.2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə 96.705,57 manat məbləğində əsas kredit borcunun qalığı qalmışdır. Borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə məhkəyə qədər pretenziya proseduru üzrə iddiaçı tərəf olaraq cavabdeh tərəflə aparılmış sorğular və səndlər üzrə monitorinqlə müəyyən edilmişdir ki, birinci tərəf kimi “xxxx” MMC və ikinci tərəf kimi “xxxx” MMCarasındaxx xxxxxx 2017-ci il tarixdə “Qarşılıqlı razılaşma müqaviləsi” bağlanmışdır. Birinci tərəf öhdəlik götürür ki, ayri-ayrı icarəçilərlə pambıq məhsulunu əkilib, yetişdirilib MMC-yə təhvil verilməsi barədə.müvafiq sənədləri ikinci tərəfə “xxxx” MMC-nin direktoru X9 təhvil vercək. İkinci tərəf öhdəlik götürür ki, birinci tərəfin icarəçilərlə bağladığı müqavilələr əsasında pambıq məhsulunun pambıq qəbulu məntəqəsinə verilmiş çəkisinə uyğun olaraq yığım pullarını bankdan verilmiş kredit hesabına icarəçilərə ödəyəcəkdir. İddiaçının “xxxx” MMC-yə göndərdiyi pretenziyadan sona Cavabdeh xx.xx.2018-ci il tarixli, 01 saylı məktubu ilə bildirir ki, “xxxx” dan götürdüyü kredit xam pambığın əl ilə yığımına verilmişdir. Tədarük edilən xam pambıq “xxxx” MMC-nin nəzarətində olan pambıq məntəqəsinə verilmişdir. Əldə olunan vəsait pambıq satıldıqdan sonra həmin vəsait “xxxx” MMC-nin öz üzərinə götürülmüşdür. “xxxx” MMC-yə təhvil verdiyi xam pambığın əllə dəriminə 76.304,02 manatını xxxxdan götürülmüş kredit hesabına fermerlərə nəğd şəkildə ödəmişdir. xx.xx.2018-ci il tarixdə “xxxx” MMC-nin fəaliyyətinə xitam verilmiş və “xxxx” MMC-yə birləşdirilmişdir. Məntəqədə olan pambıq “xxxx” MMC-yə realizasiya olunmuşdur. Ona görə də, “xxxx” MMC-nin “xxxx”dan götürülmüş 76.304,02 manat əsas məbləğ, faiz və məbləğ “xxxx” MMC-nin üzərinə düşmüşdür. Xam pambıq satıldıqdan sonra əldə olunan vəsait hesabına kredit və faiz borcları ödəniləcəkdir. Cavabdehin istifadəsində olan 101.500 manat kredit borcu və faiz ödənişləri üzrə öhdəliklərinin icrası üç ay ərzində xx xxxxxx 2018-ci il tarixindən xx xxxxx 2018-ci il tarixinədək “xxxx” MMC tərəfindən təmin etməli idi. Həmən müqavilənin 2.4.-cü bəndinin şərtinə görə “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə mövcud kredit faizlərinin, ikinci növbədə dəbbə pulunun və üçüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. Göründüyü kimi xx.xx.2018ci il tarixə kimi kredit borcu üzrə ödəniş edilməmişdir. Ona görə də 101.500 manat məbləğində kredit borcunun ödənişinin gecikdirilmə müddəti xx xxxxxx 2018-ci il tarixdən başlanmışdır. Bu tarixdən etibarən “xxxx” ASC-yə KT/2517 saylı xx.xx.2017-ci il tarixli X10 4.4. bəndinin tələbinə görə əsas borc məbləği və faiz ilə yanaşı ödənişi gecikdirilən borc məbləğinin hər təqvim günü üçün ödənilməli olan məbləğin illik 1% miqdarında cərimə ödənişi cavabdehdən tələb edilməlidir. Kreditin 76.304,02 manat məbləği hesabına tədarük edilmiş 764.089 kiloqram xam pambıq “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixdə “Qarşılıqlı razılaşma” müqaviləsinə əsasən “xxxx” MMC satış üçün məntəqəyə qəbul etmişdir və kreditin bu məbləğə görə illik 6 faiz və 1,5 faiz bank xərcinin icrası satışdan daxil olacaq vəsait hesabına borc öhdəliyinin icrasını öhdəsinə götürmüşdür. Ona görə də bu məbləğ üzrə yaranan öhdəliklərə görə cavabdeh “xxxx” MMC-nin hüquqi varisi “xxxx” MMC-nin üzərinə düşmüş hesab edilir. Kreditin verildiyi xx.xx.2017-ci il tarixdən etibarən bu məbləğ üzrə borc öhdəliyi yaranmış və uzun müddət xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və son ödəniş tarixindən bu günə kimi heç bir ödəniş olunmamışdır. “xxxx” MMC-nin əsas borc üzrə 38.135,83 manat, faiz borcu üzrə 2.078,39 manat, cərimə borcu üzrə 24.940,03 manat təşkil edir. İş üzrə məhkəmə ekspertizasının 27867 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyi üzrə xx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi üzrə “xxxx” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixədək borcverənə olan 130.940,31 manat ümumi borc məbləğinin cavabdehlərin sərəncamında və istifadəsində olmuş məbləğlərin proporsiyalarına, yəni 25.195,58 manat məbləğə və 76.304,03 manat məbləğə mütanasib faizinə uyğun hesabatı ilə bölgüsü üzrə “xxxx” MMC-nin əsas borc üzrə 12.864,17 manat, faiz borcu üzrə 358,03 manat, cərimə borcu üzrə 26.347,15 manat, “xxxx” MMC-nin əsas borc üzrə 38.135,83 manat, faiz borcu üzrə 1.102,16 manat, cərimə borcu üzrə 52.132,97 manat təşkil edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. X18 Kredit Təşkilatı İddiaçı2 nümayəndəsi İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinin və iddianın dəyişdirilməsinə dair ərizələrin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12, həmçinin nümayəndəsi və vəkili X11 iddia tələbinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X2 və X13 iddia tələbinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinə əsasən, “xxxx” MMC-yə 7 ay müddətinə 4 ay güzəşt müddəti olmaqla illik 6 faiz dərəcəsi ilə 101.500 (yüz bir min beş yüz) manat məbləğində kredit verilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, kredit borcu kimi verilən 101.500 manat pul vəsaiti “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqavilədən görünür ki, “xxxx” ASC (BANK), X19 Təşkilatı İddiaçı2 (BOKT) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və X4 üzrə Dövlət Xidməti (Xidmət) arasında kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair xx xxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmentini bank ilə xidmət arasında bağlanmış xx xxx 2017-ci il tarixli kredit müqaviləsi əsasında 1.000.000 manat məbləğində və xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi əsasında 1.000.000 manat məbləğində kredit vəsaitindən istifadə üzrə “Bank”ın “Xidmət” qarşısında yaranan ümumilikdə 1.862.436 manat məbləğində istifadə olunmuş əsas borc və bu kredit müqavilələri əsasında hesablanmış faiz və cərimə (dəbbə pulu) pulu borcu üzrə öhdəliklərin idarəçiliyini və kreditorlardan tələb hüququnun qəbuluna razılığı təşkil etmişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli “xxxx” ASC, X19 Təşkilatı İddiaçı2 və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və X4 üzrə Dövlət Xidməti arasında bağlanmış üç tərəfli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqavilənin əlavəsi olan təhvil-təslim aktının surətindən görünür ki, “xxxx” ASC, X19 Təşkilatı İddiaçı2 və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və X4 üzrə Dövlət Xidməti arasında xx xxxx 2018-ci il tarixli üç tərəfli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqaviləyə əsasən Dövlət Xidmətinin vəsaiti hesabına “xxxx Kənd Təsərrüfatı” MMC-nin “xxxx” ASC-dən götürmüş kredit üzrə xx xxxx 2018-ci il tarixinə əsas borc qalığı 96.705,57 manat, MMC-nin “xxxx” ASC-yə ödəməli olan 1.065,73 manat məbləğində faiz borcu gələcəkdə Dövlət Xidmətinə ödənilmək üçün “BOKT “xxxx” MMC-yə təhvil verilmişdir. İş materiallarında olan “X14” MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsinin surətindən görünür ki, “X14” MMC 2017-ci ilin məhsulu üçün ayrı-ayrı icarəçilərlə 900 hektar ərazidə qismən ödənişlə pambıq məhsulunun əkililb, yetişdirilib MMC-yə təhvil verilməsi barədə müqavilənin yerinə yetirilməsinin davamı olaraq özündə olan müvafiq sənədləri “xxxx” MMC-yə təhvil verməyi, “xxxx” MMC “X14” MMC-nin icarəçilərlə bağladığı müqavilə əsasında icarəçilərin əkib becərdiyi pambıq məhsulunun pambıq məhsulu məntəqəsinə verilmiş çəkisinə uyğun olaraq yığım pullarını bankdan verilmiş kredit hesabına icarəçilərə ödəməyi öhdələrinə götürmüşdürlər. Bankın verdiyi kreditə görə illik 6% və 1,5% bank xərci icarəçinin satdığı pambıq məhsulunun dəyərində banka ödəniləcəkdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx xxxxxxxx 2018-ci il tarixli, 06 saylı məktubun surətində qeyd olunur ki, 2017-ci il təsərrüfat ilində İmişli pambıq istehsalı tədarükü və qəbulu məntəqəsinə kondisiya çəkidə 1.715.576,3 kiloqram xam pambıq qəbul edilmişdir. Qəbul edilmiş xam pambığın 951.674 kiloqramı xxxx MMC tərəfindən tədarük edilmişdir. Qalan xam pambığın 764.089 kiloqramı xxxx MMC tərəfindən tədarük edilib İmişli pambıq istehsalı, tədarükü və qəbulu məntəqəsinə təhvil verilmişdir. xxxx MMC təhvil verdiyi xam pambığın əllə dəriminə 76.304,02 manatı “xxxx”dan götürülmüş kredit hesabına fermerlərə nağd şəkildə ödəmişdir. xx.xx.2018-ci il tarixdə xxxx MMC-nin fəaliyyətinə xitam verilmiş və “xxxx” MMC-yə birləşdirilmişdir. Məntəqədə olan pambıq “xxxx” MMC-yə realizasiya olunmuşdur. Ona görə də, “xxxx” MMC-nin “xxxx”dan götürülmüş 76.304,03 əsas və faiz məbləği “xxxx” MMC-nin üzərinə düşmüşdür. Xam pambıq satıldıqdan sonra əldə olunan vəsait hesabına kredit və faiz borcları ödəniləcəkdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx xxxxx 2019-cu il tarixli, 01/214 saylı məktubun surətində qeyd olunur ki, sizin 01 saylı xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2019-cu il tarixli, 03/14-08-397 saylı məktubu ilə baxılması üçün “xxxx” MMC-yə göndərilmiş, “X14” MMC ilə xx.xx.2017-ci il tarixli razılaşma və pambıq tədarükü ilə bağlı “xxxx”dan götürdüyünüz 101.500 manat kreditlə əlaqədar sənədlər tərəfimizdən araşdırıldı. Araşdırma nəticəsində məlum oldu ki, tərəfinizdən alınmış kreditin 76.304,02 manat məbləğini “xxxx” MMC-nin İmişli filialına təhvil verilmiş 764.089 kiloqram xam pambığın əl ilə yığımına sərf etmisiniz. Həmin pambığın “xxxx” MMC-nin İmişli filialına təhvil verilməsini nəzərə alaraq onun tədarükünə çəkdiyiniz 76.304,02 manat məbləğində vəsaiti və həmin məbləğə hesablanmış 4.695,98 manat faiz məbləği, cəmi 81.000 manatın “xxxx”a ödənilməsi tərəfimizdən təmin edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 2092 saylı, xx.xx.2018-ci il tarixli, 2403 saylı və xx.xx.2018-ci il tarixli, 2657 saylı ödəniş tapşırıqlarından görünür ki, “xxxx” MMC tərəfindən X19 Təşkilatı İddiaçı2 “xxxx” ASC-nin Nəsimi filialında olan hesabına ümumilkdə 81.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “xxxx” MMC tərəfindən X19 Təşkilatı İddiaçı2nə ünvanlanan xx.xx.2018-ci il tarixli, 01 saylı məktubda qeyd olunur ki, “xxxx” MMC-nin “xxxx” tərəfindən götürülmüş kredit xam pambığın əl yığımına verilmişdir. Tədarük olunan xam pambıq “xxxx” MMCnin nəzdində olan pambıq məntəqəsinə verilmişdir. Əldə olunan vəsait pambıq satıldıqdan sonra həmin vəsaitin ödənilməsini “xxxx” MMC öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, “xxxx” ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsinə əsasən, “xxxx” MMC-nin 12.864,17 manat əsas borcu, 358,03 manat faiz borcu, cərimə borcu 15.021,80 manat, ümumilikdə 28.244 manat borcu və “xxxx” MMC-nin 38.135,83 manat əsas borcu, 2.078,39 manat faiz borcu, 24.940,03 manat cərimə borcu, ümumilikdə 65.154,25 manat borcu yaranmışdır. İş materialında olan X19 Təşkilatı İddiaçı2 tərəfindən “xxxx” MMC-yə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 065/19 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, “xxxx” MMC “xxxx” ASC ilə bağlanılmış xx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi əsasında aldığı kreditə görə 51.000manatəsas borc, 1.470,29 manat faiz borcu, 13.250,26 manat borcunun olması barədə xəbərdar edilmiş və həmin borcun ödənilməsi ondan tələb olunmuşdur. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə “xxxx” MMCməlumatlandırılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanan xx xxxxxxxx 2019-cu il tarixli, 01/752 saylı ərizədə qeyd olunur ki, X18 Kredit Təşkilat “xxxx” MMC pambıq tədarükü təyinatı ilə KT/2517 saylı, xx.xx.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdeh “xxxx” MMC-yə 7 ay müddətinə 101.500 manat məbləğində kredit verilmişdir Bununla KT/2517 saylı, xx.xx.2017-ci il tarixli müqavilə ilə “xxxx” MMC-nin kreditor “xxxx” MMC qarşısında üzərinə götürdüyü öhdəliyi və mülki hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Göründüyü kimi qeyd olunan müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən iki tərəf, “xxxx” MMC-nin kredit BOKT “xxxx” MMC qarşısında üzərinə götürdüyü öhdəliyin yerinə yetirməməsi hərəkətidir. Hüquqi varisi olduğumuz “X14” MMC ilə iş üzrə cavabdeh “xxxx” MMC arasında qarşılıqlı razılaşma müqaviləsindən görünür ki, 1-ci tərəf olan “X14” MMC ancaq 2017-ci ilin məhsulu üçün ayrı-ayrı icarəçilərlə 900 hektar ərazidə qismən ödənişlə pambıq məhsulunun əkilib, yetişdirilib MMC-yə təhvil verilməsi barədə müqavilənin yerinə yetirilməsinin davamı olaraq özündə olan müvafiq sənədlərin ikinci tərəfə “xxxx” MMC-nin direktoru X9 verməsini öhdəsinə götürmüşdür. Razılaşmada başqa bir öhdəlik nəzərdə tutulmamışdır. “X14” MMC və “xxxx” MMC-nin təsisçilərin qərarı ilə “X14” MMC “xxxx” MMC-yə qoşulma yolu ilə ləğv olunaraq “xxxx” MMC-nin İmişli filialı kimim fəaliyyətini davam etdirir. “xxxx” MMC-nin İmişli filialı 05 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə rəhbərliyə müraciət edərək, 2017-ci il təsərrüfat ilində “xxxx” MMC tərəfindən İmişli pambıq istehsalı, tədarükü və qəbulu məntəqəsinə 764.089 kiloqram xam pambıq təhvil verildiyi bildirilmiş və həmin xam pambığın yığılmasına “xxxx” MMC tərəfindən 76.304,02 manat məbləğində vəsait xərclənmişdir. Hüquqi varis olaraq “xxxx” MMC BOKT ilə razılaşdırılmaqla “xxxx” MMC tərəfindən xam pambığın yığılmasına sərf olunan 76.304,02 manat və 4.695,98 manat faiz, cəmi 81.000 manat məbləğində vəsaitin ödənilməsini oktyabr 2018-ci il tarixdə təmin etmişdir. “X14” MMC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli qarşılıqlı razılaşma müqaviləsi bağlanan zaman kredit müqaviləsi mövcud olmamış, bu müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Qarşılıqlı razılaşma müqaviləsində hər iki tərəfin öhdəlikləri konkret göstərilmişdir. X19 Təşkilat “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış KT/2517 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, “X14” MMC müqavilə üzrə tərəf deyil, kredit götürən “xxxx” MMC-nin zamini deyil. Kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Kreditin vaxtında qaytarılması məsuliyyəti KT/2517 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən kredit alan “xxxx” MMC-nin üzərinə düşür. Həmin məsuliyyətin “X14” MMC-yə aid olması barədə hər-hansı sənəd-sübut mövcud deyil. Qeyd olunanlardan görünür ki, “X14” MMC-nin hüquqi varisi olaraq “xxxx” MMC X19 Təşkilatı “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış KT/2517 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə heç bir öhdəlik daşımır ona görə də cavabdeh ola bilməz. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 27867 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2017-ci il tarixli, KT/2517 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixədək “borc verən”ə olan borcu 130.940,31 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 51.000 manat, faiz borcu üzrə 1.460,19 manat, dəbbə borcu üzrə 78.480,12 manat, ümumi borcu üzrə 130.940,31 manat müəyyən olunur. Məhkəmə müəyyən etdi ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında xx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, “xxxx” MMC-yə 7 ay müddətinə 4 ay güzəşt müddəti olmaqla illik 6 faiz dərəcəsi ilə 101.500 manat məbləğində kredit verilmiş, tərəflər arasında kreditin qaytarılması müddəti və qaydası, o cümlədən öhdəliklər icra edilmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı hər gecikdirilən gün üçün cərimənin hesablanması müqavilədə nəzərdə tutulmuşdur. Daha sonra “xxxx” ASC, BOKT “xxxx” MMC və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X8 və X4 üzrə Dövlət Xidməti arasında kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair xx xxxx 2018-ci il tarixli kredit borcları üzrə idarəçiliyin və tələb hüquqlarının ötürülməsinə dair müqavilə bağlanmış, “xxxx” MMC-nin “xxxx” ASC-dən götürmüş kredit üzrə xx xxxx 2018-ci il tarixinə 96.705,57 manat məbləğində əsas borc və 1.065,73 manat məbləğində faiz borcu gələcəkdə Dövlət Xidmətinə ödənilmək üçün “BOKT “xxxx” MMC-yə təhvil verilmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən götürülmüş kredit müqavilə üzrə müəyyən olunmuş məbləğdə və qaydada ödənilməmiş və beləliklə, cavabdeh “xxxx” MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı BOKT “xxxx” MMCxx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi üzrə 51.000 manat əsas borcun, 1.460,19 manat faiz borcunun və 78.480,12 manat dəbbə pulunun, ümumilikdə 130.940,31 manat borcun qaldığını bildirir. Həmin borc məbləğinin qaldığı iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 27867 saylı ekspert rəyində də qeyd olunmuşdur. Sonuncu, xx.xx.2020-ci il tarixli iddia tələbi həcminin artırılması haqqında ərizədə iddiaçı BOKT “xxxx” MMC qalıq 51.000 manat əsas borcun 12.864,17 manat hissəsini “xxxx” MMC-dən, 38.135,83 manat hissəsini “xxxx” MMC-dən, 1.460,19 manat faiz borcunun 358,03 manat hissəsinin “xxxx” MMC-dən, 1.102,16 manat hissəsinin “xxxx” MMC-dən, 78.480,12 manat dəbbə pulunun (cərimə borcunun) 26.347,15 manat hissəsinin “xxxx” MMC-dən, 52.132,97 manat hissəsinin “xxxx” MMC-dən və ödənilmiş 30 manat dövlət rüsumunun 9,07 manat hissəsinin “xxxx” MMC-dən, 20,93 manat hissəsinin isə “xxxx” MMC-dən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlərdən tutulması tələb edilən borc məbləğini ayırmış, hər cavabdehdən ayrılıqda əsas, faiz və dəbbə pulu borcunun, o cümlədən ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə tələbin “xxxx” MMC-yə yönələn hissəsi ilə bağlı qeyd edir ki, BOKT “xxxx” MMCnin “xxxx” MMC-dən 38.135,83 manat əsas borcun, 1.102,16 faiz borcunun 52.132,97 manat dəbbə pulunun (cərimə borcunun) və 20,93 manat ödənilmiş dövlət rüsumunun hissəsinin isə “xxxx” MMC-dən tutulmasına dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materialları ilə BOKT “xxxx” MMC (və ya “xxxx” ASC) ilə “xxxx” MMC (və ya onun hüquqi varisi olduğu “xxxx” MMC) ilə hər-hansı müqavilənin bağlanıldığı, “xxxx” MMC-nin BOKT “xxxx” MMC qarşısında hər-hansı öhdəliyinin mövcud olması iş materialları ilə müəyyən olunmur. İddiaçı, “xxxx” MMC-nin həm iddiaçıya, həm də “xxxx” MMC-yə ünvanladığı müraciətlərə, “xxxx” MMC-nin (həm də hüquqi varisi olduğu “xxxx” MMC-nin) məktublarına, “xxxx” MMC tərəfindən “xxxx” MMC pambıq təhvil verildiyinə və bunun əvəzi kimi “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə “xxxx” MMC-nin borcundan BOKT “xxxx” MMC-yə 81.000 manat məbləğində pul vəsaitinin ödənildiyinə istinad edərək, qalıq borcun müvafiq hissəsinin məhz “xxxx” MMC tərəfindən ödənilməli olmasını hesab edir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir. Belə ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin borcundan BOKT “xxxx” MMC-yə ümumilkdə 81.000 manat məbləğində pul ödənilməsi, borcun qalan hissəsinin və ya qalan borcun bir hissəsinin də “xxxx” MMC tərəfindən ödənilməli olması anlamına gələ bilməz. “xxxx” MMC (və ya onun hüquqi varisi olduğu “xxxx” MMC) BOKT “xxxx” MMC-dən (və ya “xxxx” ASC-dən) hər-hansı məbləğdə kredit götürməmiş, tərəflər arasında müqavilə bağlanmamış, öhdəlik münasibətləri yaranmamışdır. “xxxx” MMC ilə “xxxx” MMC (və ya onun hüquqi varisi olduğu “xxxx” MMC) arasında olan münasibətlər və mübahisələrin hazırki kredit borcunun “xxxx” MMC tərəfindən ödənilməli olması qənaətinə gəlməyə əsas deyildir. Məhkəmə tələbin “xxxx” MMC-yə yönələn hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növblədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı borc məbləğinin bir hissəsini, yəni əsas borcun 12.864,17 manat hissəsini, faiz borcunun 358,03 manat hissəsini, dəbbə pulunun (cərimə borcunun) 26.347,15 manat hissəsini və ödənilmiş 30 manat dövlət rüsumunun 9,07 manat hissəsini “xxxx” MMC-dən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı kredit xətti müqaviləsi üzrə 12.864,17 manat əsas və 358,03 manat fai borcunun olması iş materialları ilə sübut olunduğundan, həmçin yuxarıda qeyd olunan ekspert rəyi ilə müəyyən olunan əsas və faiz borcu, hazırda “xxxx” MMC-dən tələb edilən əsas və fazi borcunu əhatə etdiyindən, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, xx xxxxxxxx 2017-ci il tarixli, KT/2517 saylı X10 4.3-cü bəndinə əsasən, borcalan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmədikdə “Borcverən” gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan məbləğin 1% həcmində cərimə ödəyir. İddiaçı “xxxx” MMC-dən 26.347,15 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 200 manat dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manatın 130 (bir yüz otuz) manatı X18 Kredit Təşkilatı İddiaçı2ndən, 70 (yetmiş) manatı isə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı iddiaçıya aid edilməli, 3 manatı isə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12.864,17 əsas borc, 358,03 manat faiz borcu, 200 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 manat olmaqla, cəmi 13.425,20 (on üç min dörd yüz iyirmi beş manat, 20 qəpik) manat məbləğində pul cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X18 Kredit Təşkilatı İddiaçı2nə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 12.864,17 manat əsas borc, 358,03 manat faiz borcu, 200 manat dəbbə pulu (cərimə) və ödənilmiş dövlət rüsumuna görə 3 manat olmaqla, cəmi 13.425,20 (on üç min dörd yüz iyirmi beş manat, 20 qəpik) manat məbləğində pul tutularaq X18 Kredit Təşkilatı İddiaçı2nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manatın 70 (yetmiş) manatı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 130 (yüz otuz) manatı isə X18 Kredit Təşkilatı İddiaçı2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-19/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-19/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver