Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1940/2023 15.11.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, İddiaçı "xxxx" QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" QSC BOKT Cavabdeh qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC BOKT-nın nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə hazırlıq iclasına çağırılmış, lakin o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və “X4 Kompleksi” MMC məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə hazırlıq iclasına çağırılmış, lakin o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etdiyindən, mövcud idda ərizəsi əsasında işin mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilməsinə zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" QSC BOKT-nın Cavabdeh qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-1940/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1940/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver