Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1973/2025 07.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələb:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıdan hissə-hissə götürmüş olduğu qızıl-zinət əşyalarının dəyəri olaraq 50.000 (əlli min) manat, girov qoyulmuş hazırda cavabdehə məxsus onda olan müxtılif çeşidli 2 kq çəkidə olan qızıl-zınət əşyalarının dəyəri olaraq 154.600 (bir yüz əlli dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və 2 kq çəkidə olan qızıl-zınət əşyalarının cavabdehə qaytarılması ilə cəmi 204.600 (iki yüz dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinin eyni vaxtda icra olunması və dövlət rüsumu kimi ödənilmiş 496 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıdan ayrı-ayrı vaxtlarda almış olduğu ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manat və həmin pul məbləğinin hər ay 2.5 faizi olaraq 5115 (beş min bir yüz on beş) manat pulun iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı tarixə kimi hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan almış olduğu ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manat və həmin pul məbləğinin hər ay 2.5 faizi olaraq 5.115 (beş min bir yüz on beş) manat pulun iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı tarixədək hesablanaraq borcun girov qoyulmuş qızıl-zinət əmlakının pul ilə dəyərinə yönəldilməklə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan almış olduğu və qaytarmadığı ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manatın və həmin pul məbləğinin ödənilməsinin gecikdirildiyindən gecikdirilmiş vaxt üçün illik beş faiz olaraq hesablanan 10230 ( on min iki yüz otuz ) manat, dövlət rüsumu kimi ödənilmiş 506 manat, cəmi 215336 (iki yüz on beş min üç yüz otuz altı) manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir rayonu ərazisində "Təzə Bazar" adlanan yerdə qızıl-zinət əşyalarının alqı-satqısı və Lombard işi ilə məşğul olur. "Lombardı" özü işlətsə də, həmin lombarda nəzarəti Elburus Zamanov həyata keçirmişdir. Lombarda girov qoyulan qızıl-zinət əşyalarını yoxlayıb Elburusa vermişdir. Elburus da həmin qızılların qarşlılığında vətəndaşlara pul verir. Elburusa qızıl girov qoyarkən, hər iş üçün Elburus iddiaçıya pul vermişdir. Cavabdeh Kürdəmir rayon sakini kimi tanımış və o, rayon ərazisində "lombard" işlədir. İddiaçı Zümrüdlə onun əri Yasər vasitəsı ilə tanış olmuşdur. İddiaçı Zümrüdlə təxminən 2024-cü ilin aprel ayından verdiyi qızılların qarşılığında müxtəlif məbləğdə nağd şəkildə pul, həmçinin Cavabdeh verdiyi məbləğə görə 2.5%-la dəbbə pulu almaq şərti ilə aralarında şifahı razılaşma olmuşdur. Bir müddət Zümrüd iddiaçıya qızıl gətirmiş və həmin qızılları verərək əvəzində isə müxtəlif məbləğdə pulları iddiaçı Zümrüdə vermişdir. Zümrüd iyul ayına qədər 204.600 manat dəyərində qızıl vermiş, əvəzində isə 204.600 manat hissə-hissə pul almışdır. Zümrüd bir neçə aydır ki, pulu ödəmişdir. Lakin o, iyul ayında iddiaçının yanına gəlib verdiyi qızıllardan pul vermədən ümumilikdə 50 000 manatlıq qızıları hissə-hissə almış, hər dəfə qızıları götürəndə qısa zaman ərzində borcunu bağlayacağını demişdir. İddiaçı Zümrüdə inanıb onunla razılaşıb hissə-hissə qızıları ona vermişdir. Zumrüdün hissə-hissə götürdüyü qızıların ümumilikdə 50.000 manat olduğunu bilmiş və iddiaçıdan qızıl istəyən zaman həmin qızılların pulunu tam ödənməsə digər qızıları verməyəcəyini bildirmişdir. Zümrüd bununla bağlı iddiaçının şərti ilə razılaşmışdır. Zümrüdün pulu olmadığından, alıdığı pulları qaytara bilmədiyi üçün qızılların pulunu verə bilməmişdir. İddiaçı Zümrüddən əlavə pul istəməmiş, sonradan 50 000 manat dəyərində iddiaçıdan qızıl-zinət əşyalarını götürdüyünü, lakin həmin pulları ödəmədiyi üçün onunla razılaşmadığını Zümrüdün iddiaçı hazırda 154.600 manat dəyərində qızıl-zinət əşyaları olduğunu, 154 600 manat pulu və 50 000 manat borcu ödəndikdən sonra qızılıları verəcəyini, Zümrüdün iddiaçıya 204 600 manat borcu olduğunu, həmin 204.600 manat pulu nağd şəkildə ödədikdən sonra qızılları tam qaytaracağını bildirmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh intihara cəhd etməsi əsasında RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1-1712 va HK-1-1725 nömrəli materiallar araşdırması zamanı vermiş olduğu izahatında göstərmişdir ki, Kürdəmir şəhərində Lombard fəaliyyəti ilə məşğul olur. İddiaçı bu məqsədlə vətəndaşların girov qoyduğu qızılları Cavabdeh təqdim edərək əvəzinə ondan pul vəsaitləri almışdır. Hazırda Zümrüdün iddiaçıda 2 kq, 60 qram çəkidə, dəyəri təqribən 154.600 min manat olan qızılzinət əşyaları vardır. Həmçinin Zümrüd iddiaçıdan 50 min manat dəyərində qızıl-zinət əşyaların pulunu vermədən götürmüş, bu səbəbdən Zümrüdün iddiaçıya əlavə olaraq 50 min manat borcu vardır. Hazırda Zümrüd iddiaçıda olan qızılları tələb etmiş, lakin bunun əvəzinə ödənişlərini etmək istəməmişdir. İddiaçı bildirir ki, Zümrüdün verdiyi qızılları tam şəkildə geri qaytarmağa hazırdır, bir şərtlə ki, Zümrud də həmin qızıllara görə pulları tam şəkildə ödəsin. Əlavə olaraq bildirilir ki, Kürdəmir RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 icraatında olan HK-1/1912 saylı material üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında "11" oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cavabdeh intihara cəhd etməsi əsasında RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1- 1712 va HK-1-1725 nömrəli materiallar üzrə araşdırma zamanı izahatında göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayından etibarən Kürdəmir şəhərində Lombard fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətdə vətəndaşlardan qəbul etdiyi qızıl-zinət əşyalarını Kürdəmir şəhər sakini kimi tanıdığı İddiaçı girov qoyaraq ondan aşağı faizlə kredit əldə edib vətəndaşlara pul vermişdir. Bu yolla İsmayıla təxminən 154.600 min manat dəyərində qızıl-zınət əşyalarını girov qoymuşdur. Lakin hazırda İsmayıl ona girov qoyduğu qızılları tək-tək qaytarmaq istəməmiş və yalnız bütün qızılların dəyəri tam şəkildə ödəniləcəyi halda qızılları qaytarmağa razı olmuşdur. Göründüyü kimi cavabdeh Kürdəmir RPŞ-də vermiş olduğu izahatında iddiaçının qeyd etdiyi əsasları təsdiq etmiş, lakin buna baxmayaraq iddiaçıdan əsassız olaraq Kürdəmir RPŞ-nə və Kürdəmir rayon Prokurorluğuna şikayət etmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməməsi səbəbindən məhkəməyə müraciət etmişdir.
6. “İddia tələbinin dəqiqləşdirilməsi” barədə xx.xx.2025-ci il tarixli ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh qarşı "cavabdehin iddiaçıdan hissə-hissə götürmüş olduğu qızıl-zinət əşyalarının dəyəri olaraq 50.000 (əlli min) manat məbləğində pulun, girov qoyulmuş iddiaçıda olan cavabdehə məxsus müxtəlif çeşidli 2 kq, 60 qram çəkidə olan qızıl- zinət əşyalarının dəyəri olaraq 154.600 (bir yüz əlli dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və 2 kq, 60 qram çəkidə olan qızıl-zinət əşyalarının cavabdeha qaytarılması ilə cəmi 204.600 (iki yüz dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinin eyni vaxtda icra olunması və dövlət rüsumu kimi ödənilmiş 496 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hal-hazırda Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verilməsin zərurəti yaranmışdır. Qeyd olunmuş hüquq normalarna görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinə dəqiqləşmə verilməsi ilə əlaqəli bildirilir ki, cavabdeh təxminən xx.xx.2024-cü il tarixində qızıl-zinət əşyalarını girov qoyaraq iddiaçıdan nağd şəkildə pul almış, həmçinin iddiaçının verdiyi məbləğə görə iddiaçıya hər ay 2.5%-lə dəbbə pulu verməyi öhdəsinə götürmüş və bununla bağlı iddiaçı və cavabdeh arasında şifahı razılaşma olmuşdur. Belə ki, Cavabdeh 2 kg, 60 qram çəkidə qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan 154.600 (bir yüz əlli dörd min altı yüz) manat məbləğində pul almış və ancaq həmin pul məbləğini hal-hazıra kimi qaytarmamışdır. Bundan əlavə, cavabdeh 2 kg 60 qram çəkidə qızıl-zinət əşyalarından əlavə iddiaçıya vermiş olduğu 50.000 (əlli min) manat dəyərində qızıl-zinət əşyalarını da hissə-hissə iddiaçıdan geri götürmüş, lakin hal-hazıra kimi nə həmin qızılları, nə də ki, onların pulunu iddiaçıya qaytarmamışdır. Eyni zamanda, aralarında olan şifahi razılaşmaya görə cavabdeh iddiaçı tərəfindən ona verilmiş olduğu cəmi 204.600 (iki yüz dörd min altı yüz) manat pulun qarşılığında iddiaçıya həmin məbləğin 2.5 faizi məbləğində pul verməyi öhdəsinə götürmüş, lakin hal-hazəra kimi həmin pul məbləğini da verməmişdir. Qeyd olunmuş faktiki və hüquqi əsaslara uyğun olaraq cavabdehin iddiaçıdan ayrı-ayrı vaxtlarda almış olduğu ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manat və həmin pul məbləğinin hər ay 2.5 faizi olaraq 5.115 (beş min bir yüz on beş) manat pulun iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı tarixə kimi hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. “İddia tələbinin dəqiqləşdirilməsi” barədə xx.xx.2025-ci il tarixli ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıdan hissə-hissə götürmüş olduğu qızıl-zinət əşyalarının dəyəri olaraq 50.000 (əlli min) manat məbləğində pulun, girov qoyulmuş iddiaçıda olan cavabdehə məxsus müxtəlif çeşidli 2 kq, 60 qram çəkidə olan qızıl- zinət əşyalarının dəyəri olaraq 154.600 (bir yüz əlli dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və 2 kq. 60 qram çəkidə olan qızıl-zinət əşyalarının cavabdeha qaytarılması ilə cəmi 204.600 (iki yüz dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinin eyni vaxtda icra olunması və dövlət rüsumu kimi ödənilmiş 496 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hal-hazırda Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verilməsin zərurəti yaranmışdır. Qeyd olunmuş hüquq normasına görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbinə dəqiqləşmə verilməsi ilə əlaqəli bildirilir ki, cavabdeh təxminən xx.xx.2024-cü il tarixində qızıl-zinət əşyalarını girov qoyaraq iddiaçıdan nağd şəkildə pul almış, həmçinin iddiaçının verdiyi məbləğə görə iddiaçıya hər ay 2.5%-lə dəbbə pulu verməyi öhdəsinə götürmüş və bununla bağlı iddiaçı və cavabdeh arasında şifahı razılaşma olmuşdur. Belə ki: Cavabdeh 2 kg, 60 qram çəkidə qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan 154.600 (bir yüz əlli dörd min altı yüz) manat məbləğində pul almış və ancaq həmin pul məbləğini hal-hazıra kimi qaytarmamışdır. Bundan əlavə, cavabdeh 2 kg 60 qram çəkidə qızıl-zinət əşyalarından əlavə iddiaçıya vermiş olduğu 50.000 (əlli min) manat dəyərində qızıl-zinət əşyalarını da hissə-hissə iddiaçıdan geri götürmüş, lakin hal-hazıra kimi nə həmin qızılları, nədə ki, onların pulunu iddiaçıya qaytarmamışdır. Eyni zamanda, aralarında olan şifahi razılaşmaya görə cavabdeh iddiaçı tərəfindən ona verilmiş olduğu cəmi 204.600 (iki yüz dörd min altı yüz) manat pulun qarşılığında iddiaçıya həmin məbləğin 2.5 faizi məbləğində pul verməyi öhdəsinə götürmüş, lakin hal-hazəra kimi həmin pul məbləğini da verməmişdir. Qeyd olunmuş faktiki və hüquqi əsaslara uyğun olaraq cavabdehin qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan almış olduğu ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manat və həmin pul məbləğinin hər ay 2.5 faizi olaraq 5.115 ( beş min bir yüz on beş) manat pulun iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı tarixədək hesablanaraq borcun girov qoyulmuş qızıl-zinət əmlakının pul ilə dəyərinə yönəldilməklə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə Cavabdeh qarşı “cavabdehin iddiaçıdan hissə-hissə götürmüş olduğu qızıl-zinət əşyalarının dəyəri olaraq 50.000 (əlli min) manat məbləğində pulun, girov qoyulmuş iddiaçıda olan cavabdehə məxsus müxtəlif çeşidli 2 kq, 60 qram çəkidə olan qızıl-zinət əşyalarının dəyəri olaraq 154.600 (bir yüz əlli dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi və 2 kq, 60 qram çəkidə olan qızıl-zinət əşyalarının cavabdehə qaytarılması ilə cəmi 204.600 (iki yüz dörd min altı yüz) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinin eyni vaxtda icra olunması və dövlət rüsumu kimi ödənilmiş 496 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. İddiaçı iddia ərizəsinin məhkəmə baxışı zamanı iddia tələbinə dəqiqləşmə verərək “cavabdehin qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan almış olduğu ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manat və həmin pul məbləğinin hər ay 2.5 faizi olaraq 5.115 (beş min bir yüz on beş) manat pulun iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı tarixə kimi hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə təkrar dəqiqləşmə verilmək zərurəti yaranmışdır. Qeyd olunmuş hüquq normalarına görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır . İddiaçı iddia tələbinə dəqiqləşmə verilməsi ilə əlaqəli bildirir ki, Cavabdeh 2 kg 60 qram çəkidə qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan 154.600 ( bir yüz əlli dörd min altı yüz) manat məbləğində pul almış, lakin həmin pul məbləğini hal-hazıra kimi qaytarmamışdır. Bundan əlavə cavabdeh vermiş olduğu 50.000 (əlli min) manat dəyərində qızıl-zinət əşyalarını da hissə-hissə iddiaçıdan geri götürmüş, lakin hal-hazıra kimi həmin qızılların pulunu iddiaçıya qaytarmamışdır. Eyni zamanda, iddiaçı ilə cavabdeh arasında olan razılaşmanın əksinə olaraq almış olduğu cəmi 204.600 (iki yüz dörd min altı yüz) manat pulu iddiaçıya qaytarmadığından qanunvericiliyə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz pul məbləği ödəməlidir. Cavabdeh artıq 15 aydır ki, həmin pul məbləğini iddiaçıya ödəməmişdir. Qeyd olunmuş faktiki və hüquqi əsaslara uyğun olaraq cavabdehin qızıl-zinət əmlakını girov qoymaqla iddiaçıdan almış olduğu və qaytarmadığı ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manat və həmin pul məbləğinin ödənilməsinin gecikdirildiyindən gecikdirilmiş vaxt üçün illik beş faizin olaraq 10230 (on min iki yüz otuz ) manat, dövlət rüsumu kimi ödənilmiş 506 manat, cəmi 215336 (iki yüz on beş min üç yüz otuz altı ) manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh çox hissəsi özünə və az hissəsi iddiaçının tanımadığı başqa şəxslərə məxsus qızıl-zinət əşyalarını girov qoymaqla iddiaçıdan borc pullar almışdır. Aralarındakı razılaşmaya əsasən cavabdeh borcu qaytardıqca iddiaçı saxladığı qızılları borcun məbləğinə müvafiq olaraq cavabdehə qaytarmalı idi. İddiaçı pulu bu şəkildə verməklə gəlir əldə etmək məqsədi güdürdü. Eyni zamanda cavabdeh də pulun dövriyyəsindən gəlir əldə edirdi. Tərəflər arasında yazılı müqavilə olmamışdır. Aralarındakı şifahi razılaşmaya uyğun olaraq cavabdeh iddiaçıya qızıl-zinət əşyalarını girov qoymaqla hissə-hissə olmaqla ümumilikdə 204600 manat borc pul almış, həmin pullara görə iddiaçıya qızıl-zinət əşyaları vermiş və üzərinə öhdəlik götürmüşdür ki, borc aldığı pulları geri qaytaracaq, eyni zamanda iddiaçıda cavabdehdən götürdüyü qızılları qaytarılan pula müvafiq olaraq geri qaytarmalı idi. Lakin, cavabdeh 50000 manat pulu qaytarmadan həmin məbləğdə qızılların qaytarılmasını xahiş etmiş, iddiaçı aralarındakı işgüzar münasibətlərə görə cavabdehə inanıb etibar etdiyinə görə borcu almadan qızılları geri qaytarmışdır. Cavabdeh iddiaçıya olan borcu ümumilikdə 204.600 (iki yüz dörd min altı yüz) manat təşkil etmişdir. Tərəflər arasındakı razılaşmaya görə girov kimi verilən qızılların qramı 75 manatdan qiymətləndirilmişdir. Yəni, cavabdehin girov kimi qoyduğu qızılların çəkisinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə borc verilmişdir. İddiaçı girov kimi verdiyi qızıllardan dəyəri 50000 manat olan hissəsini iddiaçının ona olan etibarından istifadə edib müvafiq borcu qaytaracağını vəd edib inandıraraq iddiaçıdan geri almışdır. Hazırda iddiaçıda cavabdehə məxsus 2 kg 60 qram qızıl-zinət əşyası vardır. Həmin qızıllarla bağlı zəruri məlumatlar tərəflərdə mövcuddur. İddiaçı dəfələrlə bildirmişdir ki, cavabdeh 204600 manat borcu qaytaran kimi o da qızılları cavabdehə geri qaytaracaqdır. Ötən iclaslarda, video qeydlər və cavabdeh Zümrüdün dediklərinə baxılsa görülər ki, o, 154.000 manat borcunun olduğunu etriaf edir. Lakin mübahisəli məsələ iddiaçıya borclu olduğu 50.000 manatdır. Ötən iclasda iş materillarına əlavə olunmuş disklərdə ki, “Whats up” tətbiqi vasitəsilə iddiaçı tərəfindən cavabdehə göndərilmiş səs yazılarına diqqət etsək Zümrüdün 50.000 manat borcuda qəbul etdiyini görə bilərik. Qeyd etdiyi kimi, Zümrüdün İsmayıla təqdim etdiyi qızılların bir hissəsi vətəndaşlara məxsusdur. Vətəndaşların şikayəti üzrə Kürdəmir rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. Çoxsaylı vənəndaş şikayətlərinin olması nəzərə alınaraq, vətandaşlara məxsus olan 25 qram qızılı qaytarmaq üçün həm prokrorluq, həm də cavabdeh Zümrüd qızılın qram dəyərinin 70 manatdan hesablanaraq borcun qaytarılması barədə ortaq məxrəcə gəlməyi təklif etmiş, məhz vətəndaşlara məxsus qızılın qaytarılması və çoxsaylı şikayətlərin aradan qaldırılmasına köməklik məqsədilə İsmayıl bu təkliflə razılaşmış və cavabdeh tərəfindən ümumilikdə 1750 manat ödəniş edildikdən sonra vətəndaşlara məxsus 25 qram qızılları geri qaytarmışdır. Hazırda 204600 manat borcun 1750 manatı ödənilmişdir. O, məhkəmənin sualına cavabında əlavə olaraq bildirdi ki, iddiaçı özündə saxladığı cavabdehə məxsus qızılları istifadə edə və onlar barədə sərəncam verə bilmir. İddiaçı belə bir hərəkət etmiş olsa, hesab edirlər ki, cinayət məsuliyyətinə cəlb oluna bilər. Bununla belə iddiaçı qızılları özündə saxlamış olsa da, mövcud vəziyyət iddiaçının hüquqlarını kobud şəkildə pozur və ona maddi ziyan vurulmasına gətirib çıxarır. Çünki cavabdeh vəd versə də, bu günə kimi aldığı borcu qaytarmır. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, hesab edir ki, AR MPM-də məhkəmə baxışında iddia tələbinin həcminin azaldılmasına mane norma yoxdur. Cavabdeh iddiaçıya məxsus pulu vaxtında qaytarmadığından və özündə əsassız olaraq saxladığından, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ödəməyə borcludur. İddiaçı ilə cavabdeh arasında pul və qızılla bağlı mübahisə 2024-cü ilin avqust ayından başlamışdır. Cavabdeh qızılları tələb etmiş, iddiaçı da öz növbəsində cavabdehdən borcun qaytarılmasını tələb etmişdir. Ona görə də, illik 5%-i 2024-cü ilin avqust ayından başlayaraq ərizənin verildiyi tarixədək hesablamışlar. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh özünə və başqa şəxslərə məxsus qızıl-zinət əşyalarını iddiaçıya girov qoymaqla iddiaçıdan borc pullar almışdır. Tərəflər arasında yazılı müqavilə olmamışdır. Hazırda cavabdehin iddiaçıya cəmi 154000 manat borcu vardır. İddiaçı istintaq orqanında və məhkəmədə verdiyi izahatlarda eyni sözü demişdir. İddiaçının tələb etdiyi 50000 manat tam olaraq əsassızdır. Belə ki, cavabdeh iddiaçıdan qızılı girov qoyub pulu götürərkən qızılın qramı 65 manat olmuş, sonradan qızılın dəyəri qalxdığı üçün iddiaçı da cavabdeh ilə aralarındakı razılaşmanın şərtlərindən kənara çıxaraq qızılın qramını 75 manat üzərindən hesablayıb cavabdehdən əlavə 50000 pulun ödənilməsini tələb etmişdir. Hazırda iddiaçının cavabdehdə 2.6 kq çəkidə qızıl-zinət əşyaları vardır. Tərəflər arasında 2024-cü ilin avqust ayından başlayaraq pul və qızılların qaytarılması barədə mübahisə yaranmış, cavabdeh qızılların, iddiaçı isə pulların qaytarılmasını tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçıya 1750 manat ödəniş edimiş və vətəndaşlara məxsus qızılların 25 qramı geri qaytarılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs qeydlərini mötəbər dəlil hesab etmir. Ona görə ki, iddiaçı ilə cavabdeh arasında əvvələr də pullar və qızıllar alınıb qaytarılmışdır. İddiaçı tərəfin təqdim etdiyi səs qeydlərində cavabdehin bildirdiyi 50000 manatın iddiaçının hazırki tələbi ilə əlaqəsi yoxdur. İddiaçı həmin səs qeydlərinin hansı tarixə aid olması ilə əlaqədar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də, hesab edir ki, həmin səs qeydi mötəbər dəlil hesab oluna bilməz. Bundan başqa hesab edir ki, iddia tələbi faiz borcuna aid hissədə də əsassızdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
İddia ərizəsinə etiraz:
11. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
12. İşdə olan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və ona xx.xx.2018-ci il tarixdə VÖEN: ********** verilmişdir.
13. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, onun Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmış və ona xx.xx.2023-cü il tarixdə VÖEN: ********** verilmişdir.
14. İşdə olan Kürdəmir rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünası Rüfət Seyidov tərəfindən verilmiş arayışdan görünür ki, Kürdəmir rayonu ərazisində lombard fəaliyyəti ilə məşğul olan X1 ayrı-ayrı şəxslər ona kredit götürmək üçün müraciət edən zaman onlardan girov qismində götürtdüyü qızıl-zinət əşyalarını girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı olmadığı halda həmin qızıl zinət əşyalarını fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı girov qismində qoyaraq aşağı faizlə borc alıb həmin vəsaitini lombardın kredit dövriyyəsində istifadə etməklə ayrı-ayrı şəxslərə kredit olaraq verməsi, həmin şəxslərin kredit borclarını ödəməsinə baxmayaraq qızıl zinət əşyalarının İddiaçı girovda saxlanılmasına görə sonuncunun həmin qızılları kredit borclarını tam şəkildə ödəmiş müştərilərə qaytara bilməməsi nəticəsində çoxsaylı şəxslərə mühüm ziyan vurulması faktı ilə bağlı icraatında Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə ********* saylı cinayət işinin istintaqı aparılır.
15. İşdə olan məhkəmənin sorğusu əsasında alınmış Kürdəmir rayon Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh və İddiaçı xx.xx.2024-cü il tarixli izahatlarının mahiyyətindən görünür ki, Cavabdeh, İddiaçıla 1 il 6 ay işlədikdən sonra onda olan 2.5 kq qızıllarını istədiyini və əvəzində ona olan 154000 manat borcumu qaytaracağını, lakin İsmayılın ona həmin qızılları verməyəcəyini,154000 manatdan əlavə 57 000 manat da verəcəyini dediyini, onunda İsmayıla 57000 manat verməyəcəyini və onun İsmayıl 154000 manatdan başqa borcunun olmadığını dediyini bildirmiş, İddiaçı isə izahatında Zümrüdlə aralarında təxminən 2024-cü ilin aprel ayından şifahi formada razılaşdıqlarını, Zümrüdün ona verdiyi qızılların qarşılığında onun Zümrüdə 2.5%-la pul verdiyini, bir müddət Zümrüdün ona qızıl gətirdiyini və həmin qızılları Elburusa verdiyini, əvəzində isə Elburus verdiyi pulları Zümrüdə verdiyini, Zümrüdün 204600 manat dəyərində qızıl verib əvəzində 204600 manat hissə-hissə pul aldığını bildirmişdir.
16. İş materallarına əlavə olunmuş “CD disk”də əks olunan səs qeydlərindən görünür ki, Cavabdeh İddiaçı 30000, 15000 və 5000 olmaqla ümumilikdə 50000 (əlli min) manat əlavə borcu olmasını təsdiq edir.
17. İş materiallarından görünür ki, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 495 manat dövlət rüsumu ödənilmişdir.
18. İş materiallarından görünür ki, 76082758 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir.
İşin halları:
19. Tərəflər arasında şifahi formada bağlanmış müqavilələr əsasında cavabdehin özünə və üçüncü şəxslərə məxsus qızılları iddiaçıya verməsi və bunun müqabilində borc pulları alması, tərəflərin hər ikisinin bu fəaliyyətdən mənfəət əldə etmək məqsədinin olması, cavabdehin iddiaçıya olan borcunun 154000 (bir yüz əlli dörd min) manat təşkil etməsi, cavabdehin iddiaçıda 2060 qram çəkidə qızılının olması və tərəflər arasında borcun alınması və qızılların qaytarılması ilə əlaqədar mübahisələrinin 2024-cü ilin avqust ayından başlanması, iddiaçı tərəfindən cavabdehə 1750 manat ödənilməsi və həmin məbləğin cavabdeh tərəfindən qəbul edilməsi işin mübahisəsiz hallarını təşkil edir.
20. Cavabdehin iddiaçıya 154000 (bir yüz əlli dörd min) manatdan əlavə 50600 (əlli min altı yüz) manat borcunun olması və cavabdehin iddiaçıda 2.6 kq çəkidə qızılının qalması işin mübahisəli halını təşkil edir.
b) Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -269.1-ci maddəsinə əsasən, Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 270.1-ci maddəsinə əsasən, Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -739.3-ci maddəsinə əsasən, Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. -1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -17.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Məhkəmə baxışının hədləri:
- AR MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir.
26. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırkı kommersiya mübahisəsi tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə şifahi formada bağladıqları borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərindən yaranmışdır.
27. Məhkəmə ilkin olaraq hesab edir ki, tərəflər arasında bağlanmış əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Bunun üçün isə, əvvəla tərəflər arasındaki mübahisəyə tətbiq edilməli olan maddi hüquq norması düzgün müəyyən edilməlidir. AR MPM-nin tələbinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin yaranması, 24 fevral 2023-cü il tarixli, 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiya verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin qüvvəyə minməsindən sonrakı dövrə (Həmin qanunun 2-ci maddəsinə görə, bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.) düşdüyündən, hazırki mübahisəyə qeyd olunan qanunla edilmiş dəyişikliklə yeni redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 37-ci fəslinin 739-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
28. Tərəflər arasında bağlanmış əqdin etibarlı olub olmaması məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, tərəflər pulun borc verilməsi barədə əqdi şifahi formada bağlamaqla, əqdin formasına dair Mülki Məcəllədə müəyyənləşdirilmiş məcburi şərti pozmuşlar. Belə ki, iş materiallarından göründüyü kimi müqavilə iştirakçılarının hər ikisi fərdi sahibkar statusu olan fiziki şəxs olsa da, aralarındakı borc müqaviləsinin predmeti olmuş pul vəsaitinin məbləği 3000 manatdan çox olduğundan, onlar bu müqaviləni yazılı formada bağlamalı olduqları halda, şifahi formada bağlamışlar. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında forma şərti pozulmaqla bağlanmış əqd etibarsız olduğundan, hazırki mübahisə AR Mülki Məcəlləsinin 52-ci fəslində nəzərdə tutulan əsassız varlanmaya dair müddəaları nəzərə alınmaqla həll edilməlidir.
29. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün işin mübahisəli və mübahisəsiz hallarına toxunmağı zəruri hesab edir və qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh tərəf 204600 manat borcun 154000 manat hissəsini qəbul edir, eyni zamanda iddiaçıya olan borcun 1750 manatını ödədiklərini bildirir, iddiaçı isə 1750 manatın ödənildiyini qəbul edir. Ona görə də, məhkəmə iddianı 154000 manat hissədə əsaslı hesab edir.
30. İşin mübahisəli halına gəldikdə isə bu, tələb edilən 204600 manat məbləğin cavabdehin qəbul etmədiyi 50600 manat hissəsini təşkil edir. İddiaçı tələbin mübahisəli 50000 (əlli min) manat hissəsini təsdiq edən sübut kimi məhkəməyə “CD disk”də əks olunan cavabdehə məxsus səs qeydlərini təqdim etmiş və həmin səs qeydlərindən cavabdehin iddiaçıya 30.000, 15.000 və 5.000 manat borcunun olmasını təsdiq etdiyi görünür. Lakin cavabdeh tərəf həmin səs qeydini mötəbər dəlil hesab etmir və sübutun əsassızlığına dair dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfin təqdim etdiyi səs qeydlərində cavabdehin bildirdiyi 50.000 manatın iddiaçının hazırki tələbi ilə əlaqəsi yoxdur və iddiaçı həmin səs qeydlərinin hansı tarixə aid olması ilə əlaqədar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də, cavabdeh tərəf hesab edir ki, həmin səs qeydi mötəbər dəlil hesab oluna bilməz.
31. Məhkəmə cavabdeh tərəfin səs qeydinin mötəbər olmayan sübut kimi qiymətləndirməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, səs qeydləri cavabdehin şəxsən özü tərəfindən “whats up” tətbiqi vasitəsi ilə iddiaçıya göndərildiyindən və bu tətbiq cavabdehə həmin səsləri qeydlərini nə vaxt və nə məqsədlə göndərdiyini sübut etmək imkanı verdiyindən, mötəbərliyi mübahisələndirilən sözügedən səs qeydlərinin, iddiaçının məhz hazırki tələbi üzrə deyil, başqa dövrdə alınmış pullarla bağlı olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. AR MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Qeyd olunanlara nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 204000 manat borc verməsi və həmin məbləğin 1750 manatının cavabdeh tərəfindən ödənilməsi və ödənilməmiş qalan pul məbləğin 202250 manat təşkil etməsi işin müəyyən edilən halları ilə təsdiq olunur. Mülki Məcəlləninin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
33. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia tələbi 204.600 (iki yüz dörd min altı yüz) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissədə qismən - 202250 manat hissədə əsaslıdır.
34. Məhkəmə iddianı yuxarıda göstərilən hissədə təmin edilməsinə dair qənaətini əsaslandırarkən cavabdehə məxsus 2060 qram çəkidə qızıl-zinət əşyalarının iddiaçıda qalmasına münasibət bildirməyi zəruri hesab edir və qeyd edir ki, işin faktiki hallarından cavabdehin həmin qızıl-zinət əşyalarını özgəninkiləşdirilməyə dair əqd üzrə iddiaçıya verməsi müəyyən edilmir. AR Mülki Məcəllənin 181.4-cü maddəsinə əsasən Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Göründüyü kimi mövcud vəziyyətdə cavabdeh sözügedən qızıllar barədə mülkiyyət hüququnu itirməməklə yanaşı, iddiaçının həmin qızıllar üzərində mülkiyyət hüququ əldə etməsindən söhbət gedə bilməz. Cavabdeh öz iradəsi ilə verdiyindən iddiaçı həmin qızıllar üzərində sadəcə faktik sahiblik həyata keçirir. Nəzərə alınmalıdır ki, cavabdehin iddiaçıya verdiyi qızıllar fərdi müəyyən əşya xüsusiyyətinə malikdir, iddiaçının cavabdehə verdiyi pullara münasibətdə isə eyni sözü demək mümkün deyil. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, “iddiaçı özündə saxladığı cavabdehə məxsus qızılları istifadə edə və onlar barədə sərəncam verə bilmir. İddiaçı belə bir hərəkət etmiş olsa, hesab edirlər ki, cinayət məsuliyyətinə cəlb oluna bilər. Bununla belə iddiaçı qızılları özündə saxlamış olsa da, mövcud vəziyyət iddiaçının hüquqlarını kobud şəkildə pozur və ona maddi ziyan vurulmasına gətirib çıxarır. Çünki cavabdeh vəd versə də, bu günə kimi aldığı borcu qaytarmır. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır”. Bütün bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehə məxsus qızılları özündə saxladığına görə iddiaçı da öz növbəsində varlanmış şəxs, cavabdeh isə məhrum olan şəxs kimi qiymətləndirilə, iddia tələbi bu əsasla rədd edilə bilməz. 35 İddiaçının tələb etdiyi qalan 600 manata gəldikdə bununla bağlı iddiaçı tərəfindən hər məhkəməyə hansı bir mötəbər sübut təqdim edilmədiyindən və bu hissədə iddia tələbi cavabdeh tərəfindən qəbul edilmədiyindən məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir.
36. Məhkəmə iddianı illik 5% ilə hesablanan 10230 ( on min iki yüz otuz ) manat gecikdirmə faizinə münasibətdə əsaslı hesab edir. Ona görə ki, işin müəyyən edilən hallarından müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borclu olduğu pulun qaytarılmasını 2024-cü ilin avqust ayından tələb etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyinə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçının borcun ödənilməsini tələb etdiyi vaxtdan, ərizənin verildiyi tarixədək 13 aylıq müddətin keçdiyi və həmin müddət ərzində cavabdehin borcun qaytarmadığı nəzərə alındıqda illik 5% ilə hesablanan faiz məbləği 11050 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə iddianı həmin hissədə verilmiş tələb daxilində, yəni 10230 manat hissədə əsaslı hesab edir.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumuna görə 502,48 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 2,52 manat isə iddiaçının özünə aid edilməlidir.
Nəticə
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 202250 manat və 10230 manat illik 5% ilə hesablanan gecikdirmə faizi olmaqla, cəmi 212480 (iki yüz on iki min dörd yüz səksən) manat pul vəsaiti və ödənilmiş 502,48 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 2,52 (iki manat, əlli iki qəpik) manat isə İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev