Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-199/2024 04.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus 219 mm-lik, orta təzyiqli, daşıyıcı, yeraltı qaz kəmərinin üstündə Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən, mühafizə zonasında fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh tərəfindən 1 mərtəbəli qeyri-yaşayış sahəsi cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş 80 manat dövlət rüsumunun və xidmət haqqı 0,40 manat və mediasiya xərci 20 manat, cəmi 100,40 manat cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ******************** SWİFT AİBAZ2X, İddiaçı İB VÖEN ********** İBAN AZ90AİİB******************** hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında yaranmış mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığı üçün iddia ərizəsinin və ödənilmiş dövlət rüsmunun İddiaçı İB-nə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********) iddiaçı Azəriqaz” İstehsalat Birliyinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-199/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-199/2024
04.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver