Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2/2020 06.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin cavabdeh Məhdud X1rşı borcun ödənilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs cavabdeh Məhdud X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 851.239,03 manat əsas borcun, 13.425,75 manat hesablanmış faiz borcunun, 376.435,37 manat cərimə borcu olmaqla cəmi 1.241.100,15 manat pulun, ödənilmiş dövlət rüsumunun və çəkilmiş məhkəmə xərclərinin cavabdeh X3 Kredit İttifaqından, onun bank hesabı və digər əmlakları hesabına tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu”publik hüquqi şəxsə ödənilməsibarədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsinnümayəndəsi X6 tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, 849.534,03 manat əsas borcun, 23.691,62 manat faiz borcunun, 759.963,08 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ödənilməsinixahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılmasında müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə “Yüksəliş” Kredit İttifaqı arasında xx.xx.2012-ci il tarixdə “Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq “Yüksəliş” X5 vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 333 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında ******* manat güzəştli kredit ayrılmışdır. Ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində “Yüksəliş” Kredit İttifaqı xx.xx.2017-ci il tarixdən gecikmələrə yol vermiş və nəticədə müqavilənin müvafiq bəndləri pozulduğuna görə öhdəliklərin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanmışdır. Müqavilə şərtlərinə əməl etmədiyi üçün Məhdud Məsuliyyətli “Yüksəliş” Kredit İttifaqının borcu yaranmışdır. X4 “Yüksəliş” kredit ittifaqı arasında xx.xx.2018-ci il tarixdə aparılmış və kredit ittifaqının rəhbəri tərəfindən imzalanmış və möhürlənmiş üzləşmə aktına əsasən borclunun fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir.Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsinvə cavabdeh X3 Kredit İttifaqının nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Həmçinin iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək, Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının ezamiyyətlərinə qoyulduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı arasında vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə Məhdud Məsuliyyətli “Yüksəliş” Kredit İttifaqı arasında Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 7 oktyabr tarixli, 162 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadə Qaydaları”nın 1.3-cü bəndinə müvafiq olaraq Fondun vəsaitlərinin istifadə edilməsinin şərtlərini nəzərdə tutan müqavilə bağlanmışdır. Həmçinin xx.xx.2013-cü il tarixdə tərəflər arasında bağlanmış xx xxxxx 2012-ci il tarixli müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən, Fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Qaydalara və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin edir. Müqavilənin 3.3-cü bəndinə əsasən, müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. Müqavilənin 3.4-cü bəndinə əsasən, Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatı tərəfindən verilən kreditlərin hədləri, müddət və faizləri, habelə kreditlər üzrə güzəşt müddəti Qaydalara uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən, kredit vəsaiti üzrə faizlərin hesablanması güzəştli kredit vəsaitinin Fondun xəzinə hesabından silindiyi tarixdən başlayır və əsas borc üzrə son ödənişin fondun xəzinə hesabına daxil olduğu tarixədək davam edir. Faizlər günlər üzrə hesablanır və hesablama zamanı 1 (bir) il 360 (üç yüz altmış) günə bərabər götürülür. Müqavilənin 3.6-cı bəndinə əsasən, sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarına güzəştli kreditləri, hesablanmış faizləri və digər ödənişləri ödəyibödəməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısındakı öhdəliklərini müqavilənin şərtlərinə uyğun olaraq vaxtında yerinə yetirməlidirlər. Müqavilənin 3.16-cı bəndinə əsasən Qaydalar və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin müvəkkil kredit təşkilatı tərəfindən pozulması aşkar edildikdə, müvəkkil kredit təşkilatı layihədən kənarlaşdırılır. Belə bir halda sahibkarlıq subyektləri tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı tərəfindən Fond qarşısında bütün öhdəliklər təxirə salınmadan icra edilir. Müqavilənin 5.8-ci bəndinə əsasən müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsaitlər üzrə əsas borc və hesablanmış faizləri hər ay üzrə növbəti ayın 3 bank günündən gec olmayaraq fondun müvafiq xəzinə hesabına ödəməlidirlər. Müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İş materiallarında olan qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Məhdud Məsuliyyətli “Yüksəliş” Kredit İttifaqına verilmiş güzəşli kredit vəsaitləri üzrə 2018-ci ilin 01 avqust tarixinə qalıqları barədə tərəflər arasında qarşılıqlı üzləşmə aktı imzalanmışdır. Həmin üzləşmə aktına əsasən, Məsuliyyətli “Yüksəliş” Kredit İttifaqının əsas kredit borcu üzrə 851.431,03 manat, faiz borcu üzrə 10.899,46 manat və 279.942,70 manat cərimə təşkil etmişdir. İş materiallarından görünür ki, “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs tərəfindən Məhdud Məsuliyyətli “Yüksəliş” Kredit ittifaqına xx.xx.2018-ci il tarixli, 06/01-12/72 saylı, xx.xx.2018-ci il tarixli, SİF-06/01-12/125 saylı və xx.xx.2018-ci il tarixli, SİF-06/01-12/197 nömrəli məktublar göndərilərək, borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin Məhdud Məsuliyyətli “Yüksəliş” Kredit ittifaqına ünvanladığı xx.xx.2018-ci il tarixli, SİF-06/01-12/197 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Sahibkarkarlığın İnkişafı Fondu tərəfindən “Yüksəliş” X7 Məsuliyyətli Cəmiyyətinə ayrılmış güzəştli kredit vəsaitləri üzrə 2018-ci ilin 1 dekabr tarixinə əsasən kredit borcunun 851.239,03 manat, 13.425,75 manat faiz borcunun və 376.435,37 manat cərimə borcunun mövcud olması barədə cavabdeh məlumatlardırılmışdır və 1.200.544,83 manat vaxtı keçmiş borcun Fondun bank hesabına təxirəsalınmadan ödənilməsinin təmin olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin, eləcə də tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə X3 Kredit İttifaqı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqaviləyə əsasən fond müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş əsas və əlavə limit çərçivəsində vəsaitlərin ayrılmasını, müvəkkil kredit təşkilatı isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi və verilmiş güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməsi üzərində mütəmadi nəzarətin həyata keçirilməsini və vaxtında qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq Məhdud Məsuliyyətli “Yüksəliş” X5 vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 333 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 1.675.000 manat güzəştli kredit ayrılmışdır. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən ayrılmış güzəştli kredit vəsaitini Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına və bu müqaviləyə uyğun olaraq müəyyən edilmiş şərtlər əsasında öz adından və öz riski ilə həmin vəsaitlər hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 849.534,03 manat əsas borc və23.691,62 manat faiz borcunun“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddiaçı əsas borc məbləği ilə yanaşı həmin borca görə hesablanmış dəbbə pulunun tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Tərəflər arasında bağlanılmış xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ilə müvəkkil kredit təşkilatı arasında vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilənin 6.1-ci bəndinə əsasən müvəkkil kredit təşkilatının fond qarşısında öhdəliyi, onların sahibkarlıq subyektlərinə olan münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Müvəkkil kredit təşkilatı fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəməlidirlər. Müvəkkil kredit təşkilatı 1 ay ərzində öhdəliklərini icra etmədikdə, fond vəsaitlərin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görür. İddiaçı 759.963,08 manat dəbbə pulunu tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının pul tələbi cərimə borcu hissəsində qismən təmin edilməli, cavabdehdən 30.000 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və işin hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi cavabdeh X3 Kredit İttifaqından tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ödənilməli, 10 manat dövlət rüsumu isə iddiaçıya aid edilməldir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-cı, 220-ci, 227-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 849.534,03 manat əsas borc, 23.691,62 manat hesablanmış faiz borcu, 30.000 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 903.245,65 manat pul cavabdeh X3 Kredit İttifaqından tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2/2020
06.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver