Məhkəmə qərarları › İş №e-2-2(121)-200/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-200/2024

25.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-200/2024 25.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X3 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu Gərmətuk qəsəbəsində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh məxsus “Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş beton örtüyünün öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı və mediasiya xərci 20 (iyirmi) manat, cəmi 100,40 manatın cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı kod:200383 VÖEN **********, MH AZ37NABZ******************** SWİFT AİBAZ2X, İddiaçı İB VÖEN ********** İBAN AZ90AİİB**********7200642138 hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Lənkəran X3 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən küçə qaz kəmərlərinə baxış keçirilərkən Lənkəran rayonu, Gərmətuk qəsəbəsində yerləşən, fiziki şəxs kimi qeydiyyatda olan (VÖEN **********) Cavabdeh məxsus “Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik küçə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən həmin qaz kəmərinin L=16,0 p/m hissəsinin üzərinin qanunsuz olaraq beton örtüyünün altına salınması aşkarlanmışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında ona məxsus “Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mm-lik qaz kəmərinin üzərinin beton örtüyünün altına salınması yalnız İddiaçı nümayəndələrinin razılığı ilə həyata keçirildiyini, bununla bağlı onun heç bir məsuliyyətinin olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 20.04.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixində Lənkəran rayonu, Gərmətürk qəsəbəsi ərazisində (Bakı-Astara şosse yolunun sağında) yerləşən Cavabdeh məxsus “Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli D57 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı mlum olmuşdur ki, vətəndaş qaz xəttinin L=16, 0 p/m hissəsinin üzərini qanunsuz olaraq beton örtüyünün altına salmışdır. Bununla o, qaz xəttinin mühafizə zonasını kobud şəkildə pozmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2378 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1999-vu il 21 iyun 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizaında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda qaz xəttinin yeraltı keçən hissəsinin üzərinin beton örtük (beton məhlulu) ilə örtülməməsi ilə bağlı hər hansı tələb mövcud olmadığından, Cavabdeh məxsus “favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D-57 mmlik küçə qaz kəmərinin L=16,0 p/m yeraltı hissəsinin üzərinin beton məhlulu (beton örtüyü) örtülməsinin həmin qaydaları ilə tənzimləndiyi müəyyən edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi haqqında pretenziya məktubu göndərilmişdir. - 19.10.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı tərəfindən 20 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. - 30.11.2023-cü il tarixli mədaxil qənzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, Lənkəran rayonu, Gərmətürk qəsəbəsi ərazisində (Bakı-Astara şosse yolunun sağında) yerləşən Cavabdeh məxsus “Favorit” marketin (ticarət obyekti) qarşısından keçən orta təzyiqli D57 mm-lik qaz qaz xəttinin L=16, 0 p/m hissəsinin üzəri beton örtüyü ilə örtülmüşdür. Qeyd olunan hal İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş akt və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/2378 saylı ekspert rəyi ilə təsdiq edilməklə işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə qaz xəttinin üzərinin betonlanaraq metlax örtüyünün altına salınmasında cavabdehin məsuliyyətinin olub-olmamasıdır. Qeyd olunan mübahisəli halın araşdırılması məqsədilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2378 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlət Kabinetinin 1999-cu il 21 iyun 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizaında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda qaz xəttinin yeraltı keçən hissəsinin üzərinin beton örtük (beton məhlulu) ilə örtülməməsi ilə bağlı hər hansı tələb mövcud olmadığından, Cavabdeh məxsus “Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli, yerüstü D- 57 mm-lik küçə qaz kəmərinin L=16,0 p/m yeraltı hissəsinin üzərinin beton məhlulu (beton örtüyü) örtülməsinin həmin qaydaları ilə tənzimləndiyi müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2378 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Belə olduğu təqdirdə məhkəmə, ekspert rəyini sübut növü kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 3.2-ci bəndinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Padan artıq) qaz kəmərlərinə ayrılır. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarında da qaz xəttinin yeraltı keçən hissəsinin üzərinin beton örtüklə örtülməməsi ilə bağlı hər hansı tələbin mövcud olmadığı məhkəmə tərəfindən müəyyən olunur. Belə olan halda, Lənkəran rayonu, Gərmətürk qəsəbəsi ərazisində (Bakı-Astara şosse yolunun sağında) yerləşən Cavabdeh məxsus “Favorit” ticarət obyektinin qarşısından keçən orta təzyiqli D57 mm-lik qaz kəmərinə baxış zamanı müəyyən olunan qaz xəttinin L=16, 0 p/m hissəsinin üzərinin beton örtüyünün altına salınması qaz xəttinin mühafizə zonasının pozulması kimi qiymətləndirilməməlidir. Bu hal eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/2378 saylı ekspert rəyində də öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş beton örtüyünün sökülməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 80 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar