Məhkəmə qərarları › İş №e-2-2(121)-2082/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2082/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2082/2025 20.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X4 qızının katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı – pul tələbi barəsində ilkin iddiasına; Cavabdeh2 İddiaçı QSC-yə qarşı – zaminliyə xitam verilməsi barədə qarşılıqlı iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 11.343,14 manat məbləğində krеdit bоrcu, 1.081 manat məbləğində faiz bоrcu və 313,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12.737,21 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,21 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 022L**********34 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 1.000.000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 iddiaçı ilə xx.xx.2023-cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3.656,86 manat ödəmiş, onun 11.343,14 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 138 gün üçün hesablanmış faiz borcu 1.081 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 138 gün üçün hеsablanmış cərimə 313,07 manat təşkil edir. Cavabdeh2 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçının iddiasının Cavabdeh2 aid olan hissədə əsassız oldugundan rədd edilməsini, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarşılıqlı razılaşmasında və İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 022L**********34 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə zaminliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasından onun qəti şəkildə məlumatı yoxdur və bu kredit verilərkən razılığı alınmamışdır. Həmin vaxt ümumiyyətlə Azərbaycan Respublikasının ərazisində olmamışdır. Təqdim edilən məbləğə diqqət edilsə, məbləğin həddindən artıq yüksək göstərilməsi və illik faiz və aylıq ödənilməli olan məbləğin onun bu öhdəliyi icra etməyi mümkün olmadığına əsas verir. Çünki ilkin götürülən pulla daha sonra məbləğin artırılması və bu zaman ona məlumat verilməməsi və razılığının alınmaması, eyni zamanda kredit götürən şəxslə müəyyən müddət keçdikdən sonra hansı münasibətdə olmasının müəyyən edilməməsi iddiaçının məsuliyyətidir. Həmin vaxt Azərbaycan Respublikasında olmamış, ikinci kreditə görə zamin qəbul edilməyi təmamilə qanunvericiliyə ziddir. Mütləq şəkildə razılığı alınmalı olduğu halda buna bank riayət etməmişdir. Buna əsasən də bağlanılan müqaviləyə zaminə aid olan hissədə zaminliyinə xitam verilməlidir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi. Məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3, həmçinin ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 (bundan sonra “cavabdehlər”) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 022L**********34 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə kredit faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla 1.000.000 manat məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 15.000 manat məbləğində kredit vəsaiti aylıq 1.8333% faiz olmaqla, 30 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 022R********** saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 11.343,14 manat məbləğində əsas, 1.081 manat məbləğində faiz, 313,07 manat məbləğində cərimə olmaqla, cəmi 12.737,21 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl xitam verilməsi və borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iddia tələbini tam qəbul etdiyini, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3904 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2023-cü il tarixli 022R********** saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh1 banka olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 11.331,85 manat, faiz borcu üzrə 1.183,64 manat; xx.xx.2025-ci il tarixədək əsas borc üzrə 11.331,85 manat, faiz borcu üzrə 2.201,15 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditlər üzrə əsas borcları, faizləri və cərimələri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sözügedən Məcəllənin hazırda qüvvədə olan 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin hazırda qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqavilələri üzrə əsas borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin 022R********** saylı kredit müqaviləsinə (razılaşmasına) əsasən xx.xx.2025-ci il tarixinə əsas borcun 11.331,85 manat olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehlərdən 022R********** saylı kredit müqaviləsi üzrə 11.331,85 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin oldu(qların)ğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyır(lar). Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdür. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 128,21 manat məbləğində dövlət rüsumunun 128,18 manatı (yəni, 12.725,92 manat münasibətdə) cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qarşılıqlı iddianın dəlillərini araşdıraraq, hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh qarşılıqlı iddia tələbini xx.xx.2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasından məlumatı olmaması, həmin kredit verilərkən razılığının alınmaması, kredit razılaşmasında məbləğin həddindən artıq yüksək göstərilməsi, illik faiz və aylıq ödənilməli olan məbləğin onun bu öhdəliyi icra etməsinin mümkün olmaması, ilkin götürülən pulla daha sonra məbləğin artırılması və bu zaman ona məlumat verilməməsi və razılığının alınmaması, eyni zamanda kredit götürən şəxslə müəyyən müddət keçdikdən sonra hansı münasibətdə olmasının müəyyən edilməməsi, həmin vaxt Azərbaycan Respublikasında olmaması, ikinci kreditə görə zamin qəbul edilməyi təmamilə qanunvericiliyə zidd olması, mütləq şəkildə razılığının alınmalı olduğu halda buna riayət edilməməsi ilə əsaslandırmış və Mülki Məcəllənin müvafiq maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi qeyd edilən dəlilləri əsassızdır. Ona görə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15.000 manat məbləğində kredit vəsaitinin aylıq 1.8333% faiz olmaqla, 30 ay müddətinə verilməsinə dair xx.xx.2023cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmada zamin Cavabdeh2 imzası olmasa da, həmçinin onun razılığının alınması iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmasa da, ondan daha uzun müddətə olan, habelə faiz dərəcəsi və veriləcək kreditin məbləğinin daha yüksək göstərildiyi, yəni iddiaçı ilə Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış Cavabdeh1 120 ay müddətinə kredit faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla 1.000.000 manat məbləğində krеdit хətti açılmasına dair xx.xx.2023-cü il tarixli 022L**********34 saylı uzunmüddətli kredit və təminat müqaviləsi məhz onun tərəfindən imzalanmışdır. Yəni, iddiaçı ilə Cavabdeh1 arasında sonradan bağlanmış xx.xx.2023-cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasında kreditin məbləği, müddəti və faiz dərəcəsi artmamış, əksinə olaraq azalmışdır. Belə olan halda, zaminin razılığının alınmasına da zərurət yoxdur. Ona görə ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 15.000 manat məbləğində kredit vəsaitinin aylıq 1.8333% faiz olmaqla, 30 ay müddətinə verilməsinə dair xx.xx.2023cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi kimi “ikinci” kredit müqaviləsi deyil, krеdit хətti açılmasına dair xx.xx.2023-cü il tarixli 022L**********34 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış razılaşmadır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenumunun qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Plenumunun qərarında göstərilir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, kredit xətti müqaviləsində mühüm şərtlərdən biri olan kredit vəsaitinin qaytarılması üçün nəzərdə tutulan kreditin məbləği, müddəti, illik və ya aylıq faiz dərəcəsi göstərildiyindən, habelə bağlanmış kredit razılaşmasında zaminin məsuliyyəti artmadığından, bununla da, kredit xətti müqaviləsi əsasında bağlanmış kredit razılaşmasında verilmiş 15.000 manat məbləğində kredit vəsaitinin qaytarılması üçün müəyyən edilmiş 30 ay müddətinə aylıq 1.8333% faiz dərəcəsi barədə zamin(lər)in hər birinin razılı(qları)ğının alınmasına zərurət olmadığından, qarşılıqlı iddia ərizəsinin göstərilən dəlilləri əsassızdır. Buna görə də, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslıdı, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddiası qismən təmin edilsin. 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11.331,85 manat əsas borc, 1.081 manat faiz borcu, 313,07 manat cərimə, cəmi 12.725,92 manat məbləğində pul vəsaiti və 128,18 manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı QSC-yə qarşı – zaminliyə xitam verilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar