Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-21/2024 13.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Balayeva Sevinc Natiq qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı qiymətləndirmənin nəticələri haqqında hesabatın ləğv edilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 139.80 kv.m olan 4 otaqlı 30 saylı mənzilin likvid dəyərinin müəyyən edilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 0331/22 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 139.80 kv.m olan 4 otaqlı 30 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 149787-1-16742 №-li “Baş kredit razılaşması”na əsasən “Bank” “Kredit alan”a 120 (yüz iyirmi) ay müddətinə 2.000.000 (iki milyon) ABŞ dolları və ya AZN/RUB/AVRO ekvivalenti olan məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”nın şərtlərinə uyğun olaraq Bank ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 149787-1-16742/1 №-li “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən "xxxx" MMC-yə illik 17% (on yeddi faiz) hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 286.000 (iki yüz səksən altı min) ABŞ dolları məbləğində; - xx.xx.2015-ci il tarixli 149787-1-16742/2 №-li “Bərpa olunan kredit xətti müqaviləsi”nə əsasən "xxxx" MMC-yə illik 17% (on yeddi faiz) hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditlərin təminatı kimi: - Bank ilə Maraqlı şəxs və "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 116540-NEDVİJ-3737 №-li “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi”nə əsasən tam mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 230.5 kv.m, yaşayış sahəsi 90.00 kv.m olan 4 otaqlı 30 saylı mənzil; - Bank ilə X4 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 149688-NEDVİJ-3738 №-li “Daşınmaz Əmlakın İpoteka Müqaviləsi”nə əsasən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 115.5 kv.m, yaşayış sahəsi 64.5 kv.m, yardımçı sahəsi 51.0 kv.m olan 3 otaqlı 17 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin, Bank tərəfindən verilmiş kreditlərin təminatı kimi xx.xx.2015-ci il tarixli 149688-7-9092 №-li “Zaminlik müqaviləsi”nə əsasən X4 "xxxx" MMC-nin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kredit öhdəlikləri X4 və "xxxx" MMC tərəfindən lazımi qaydada icra edilmədiyi üçün Bank onlara və Maraqlı şəxs qarşı kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(009)-294/2017 nömrəli qətnaməsi ilə (hakim Z.Maraqlı şəxs) iddia qismən təmin edilərək, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2015-ci il tarixli, 149787-1-16742 saylı “Baş kredit razılaşması”nın, 11 iyun 2015-ci il tarixli, 149787- 1- 16742/1 saylı və 28 avqust 2015-ci il tarixli, 149787-1-16742/2 saylı kredit xətti müqavilələrinin ləğv edilməsi, "xxxx" MMC-dən və X2 İddiaçı ASC-nin xeyrinə: 11 iyun 2015-ci il tarixli, 149787-1-16742/1 saylı kredit xətti müqaviləsi üzrə 286000 ABŞ dolları əsas borc, 31062,78 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 318562,78 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun; 28 avqust 2015-ci il tarixli, 149787-1- 16742/2 saylı kredit xətti müqaviləsi üzrə 100000 ABŞ dolları əsas, 10861,11 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 111361,11 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 manat dövlət rüsumlarının müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzilinin ilkin satış qiyməti 270000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzilinin ilkin satış qiyməti 460000 manat müəyyən edilməklə, tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzili satıldıqdan sonra həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq X4 və Maraqlı şəxs qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)-51/2020 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2(009)- 294/2017 nömrəli qətnaməsinin 11 iyun 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği hissəsində dəyişdirilməsi və əsas borcun məbləğinin 285864,72 ABŞ dolları müəyyən edilməsi, həmin müqavilə üzrə əsas, faiz borcunun və cərimənin cəmi 318427,5 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamənin cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti üzrə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2021-ci il tarixli 2(102)-104/2021 nömrəli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)-51/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni 11 iyun 2015-ci il tarixli, 149787-1- 16742/1 nömrəli “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə əsas borcun müəyyən edilməsi, cərimə borcunun müəyyən olunması və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)-51/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və iş üzrə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraat başlanılmışdır. Texniki səhv nəticəsində ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 230.5 kv.m, yaşayış sahəsi 90.00 kv.m olan 4 otaqlı 30 saylı mənzilin çıxarışında mənzilin ümumi sahəsi düzgün qeyd edilmədiyindən İddiaçı ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə müraciət edilmiş və sonuncu tərəfindən aidiyyəti quruma sorğu göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********80 nömrəli cavab məktubu ilə bildirilmişdir ki,“İdarənin müvafiq şöbəsinin mühəndisi tərəfindən həmin mənzilə texniki baxış keçirilmiş və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü ildə tərtib olunmuş texniki pasportda mənzilin ümumi sahəsinin mexaniki səhv nəticəsində səhv olaraq 230.5 kv.m kimi göstərilmişdir. Əlavə olaraq qeyd edirik ki, mənzilin faktiki vəziyyətə uyğun cari dəyişiklik edilməsi üçün sənədlərin əsilləri ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olundudğu təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır”. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən həmin mənzilə dairyeni çıxarış (daşınmaz əmlakın reyestr nömrəsi: **********25-05301-093013; qeydiyyat nömrəsi: **********) verilmişdir. Həmin çıxarışa əsasən isə müəyyən olunmuşdur ki, həmin mənzilin ümumi sahəsi 230.5 kv.m deyil, 139.8 kv.mtəşkil edir (fərq: 90.7 kv.m). Belə olduğu halda isə məhkəmə tərəfindən müəyyən edilmiş həmin mənzilin ilkin satış qiymətinin həqiqəti əks etdirməsi ağlabatan deyil və qeyri-mümkündür. Bu səbəbdən İddiaçı ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə müraciət edilmiş və həmin daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndiricinin dəvət edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən İddiaçı ASC-nin müraciəti və yuxarıda qeyd olunanlar nəzərə alınaraq, qiymətləndiricinin dəvət edilməsi qərara alınaraq qiymətləndirmənin həyata keçirilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət olunması haqqında qərarına və həmin tarixli 14792-105370/2021-15-18 nömrəli sifariş məktubuna əsasən ipoteka predmeti olan Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən 30 saylı mənzilin likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş və xx.xx.2022-ci il tarixli 0331/22 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat verilmişdir. Cavabdeh MMC-ninxx.xx.2022-ci il tarixli 0331/22 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən 30 saylı mənzilin likvid dəyəri 170.000 (bir yüz yetmiş min) manat təşkil edir. Hesab edirik ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 0331/22 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ipoteka predmeti olan daşınmaz əmlakın real likvid dəyərini əks etdirmir, yəni həqiqi deyildir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(009)-294/2017 nömrəli qətnaməsi iləsözügedən ipoteka predmeti olan mənzilin yerləşdiyi binada yerləşən digər ipoteka predmeti olan X3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 115.5 kv.m olan 3 otaqlı 17 saylı mənzilin ilkin satış qiymətinin 270.000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilməsini nəzərə alsaq, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 139.80 kv.m olan 4 otaqlı 30 saylı mənzilin likvid dəyərinin 170.000 (bir yüz yetmiş min) manat olması həqiqəti əks etdirə bilməz. Eyni ünvanda yerləşən eyni binada olan mənzillər arasında olan qiymətləri müqayisə edərkən müəyyən etmək olar ki, Cavabdeh MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri çox aşağıdır. Bundan başqa, sözügedən hesabatda Cavabdeh MMC tərəfindən likvid dəyərinin necə, yəni hansı hesablama metodu ilə müəyyən edilməsi öz əksini tapmamışdır. Halbuki, Beynəlxalq və Milli Qiymətləndirmə Standartlarının tələblərinə görə likvid dəyərinin necə müəyyən edilməsi hesabatda öz əksini tapmalıdır. Nəzərə alınmalıdır ki, əmlakın likvid dəyəri həmin əmlakın bazar dəyəri müəyyən edildikdən sonra müəyyən edilir. Standartlar və mövcud təcrübəyə görə əmlakın likvid dəyəri həmin əmlakın bazar dəyərindən 5-30% aşağı müəyyən edilir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(009)-294/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən ümumi sahəsi 115.5 kv.m olan 3 otaqlı 17 saylı mənzilin ilkin satış qiyməti həmin əmlakın bazar dəyərinə əsasən 270.000 (iki yüz yetmiş min) manat müəyyən edilmişdir, Həmin mənzilin ümumi sahəsi isə hazırki mübahisləndirilən hesabat ilə likvid dəyəri müəyyən edilən əmlakın ümumi sahəsindən azdır (fərq: 24.3 kv.m). 270.000 manat məbləğində müəyyən edilmiş bazar dəyərinə əsasən 30% çıxmaqla likvid dəyəri müəyyən etsək belə 189.000 manat edir ki, bu da öz növbəsində bir daha sübut edir ki, Cavabdeh MMC tərəfindən müəyyən edilmiş likvid dəyəri həqiqəti əks etdirmir, çox aşağıdır. Qiymətləndirmə - ixtisaslı qiymətləndirici tərəfindən müstəqil, obyektiz və qərəzsiz sürətdə tərtib edilmiş yazılı nəticədir. Burada konkret tarixə toplanmış müvafiq məlumat, onun təhlili və qiymətləndirilən əmlakın bazar dəyəri barədə qiymətləndiricinin rəyi ifadə olunur. Qiymətləndirmə fəaliyyətinin başlıca məqsədi hər hansı əmlak növünün real, konkret tarixə olan qiymətinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Lakin, Maraqlı şəxs vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 294/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2015-ci il tarixli, 149787-1-16742 saylı “Baş kredit razılaşması”nın, 11 iyun 2015-ci il tarixli, 149787-1- 16742/1 saylı və 28 avqust 2015-ci il tarixli, 149787-1-16742/2 saylı kredit xətti müqavilələrinin ləğv edilməsi, "xxxx" MMC-dən və X2 İddiaçı ASC-nin xeyrinə: 11 iyun 2015-ci il tarixli, 149787-1- 16742/1 saylı kredit xətti müqaviləsi üzrə 286000 ABŞ dolları əsas borc, 31062,78 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 318562,78 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, 28 avqust 2015-ci il tarixli, 149787-1- 16742/2 saylı kredit xətti müqaviləsi üzrə 100000 ABŞ dolları əsas, 10861,11 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 111361,11 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 manat dövlət rüsumlarının müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzilinin ilkin satış qiyməti 270000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzilinin ilkin satış qiyməti 460000 manat müəyyən edilməklə, tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzili satıldıqdan sonra həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq X4 və Maraqlı şəxs qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Nəhkəməsinin 2(103)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-294/2017 saylı, 07 dekabr 2017-ci il tarixli qətnaməsi 11 iyun 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcunun məbləği hissəsində dəyişdirilməsi və əsas borcun məbləği 285864,72 ABŞ dolları müəyyən edilməsi, həmin müqavilə üzrə əsas, faiz borcunun və cərimənin cəmi 318427,5 (üç yüz on səkkiz min dörd yüz iyirmi yeddi ABŞ dolları, əlli ABŞ senti) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamə cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti üzrə mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-104/221 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-51/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni 11 iyun 2015-ci il tarixli, 149787-1-16742/1 nömrəli “Bərpa olunan kredit xətti müqaviləsi” üzrə əsas borcun müəyyən edilməsi, cərimə borcunun müəyyən olunması və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əliyev küçəsi, məhəllə 942/943, ev 18, mənzil 30-un likvid dəyəri 170.000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, məhəllə 942/943, ev 18-də yerləşən 139.80 kv.m ümumi sahədən ibarət olan 30 saylı mənzilin bazar dəyəri 249.403.0 manat, likvid dəyəri 236.933 manat məbləğində müəyyən olunmuşdur. Qiymətləndirmə xərci 500 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8343-9/8555 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, məhəllə 942/943, 18 saylı binada yerləşən 30 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 338.000 manat azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri tqribən 304.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-294/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2015-ci il tarixli, 149787-1-16742 saylı “Baş kredit razılaşması”nın, 11 iyun 2015-ci il tarixli, 149787- 1- 16742/1 saylı və 28 avqust 2015-ci il tarixli, 149787-1-16742/2 saylı kredit xətti müqavilələrinin ləğv edilməsi, "xxxx" MMC-dən və X2 İddiaçı ASC-nin xeyrinə: 11 iyun 2015-ci il tarixli, 149787-1-16742/1 saylı kredit xətti müqaviləsi üzrə 286000 ABŞ dolları əsas borc, 31062,78 ABŞ dolları faiz və 1500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 318562,78 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, 28 avqust 2015-ci il tarixli, 149787-1- 16742/2 saylı kredit xətti müqaviləsi üzrə 100000 ABŞ dolları əsas, 10861,11 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 111361,11 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 60 manat dövlət rüsumlarının müştərək qaydada tutulması, ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzilinin ilkin satış qiyməti 270000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzilinin ilkin satış qiyməti 460000 manat müəyyən edilməklə, tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 17 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı evin 30 saylı mənzili satıldıqdan sonra həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq X4 və Maraqlı şəxs qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru tərəfindən verilmiş sifarişə əsasən Cavabdeh MMC tərəfindən ipoteka predmeti olan mənzilin real bazar dəyəri 170.000 manat müəyyən edilməklə qiymətləndirmənin nəticələri haqqında hesabat tərtib edilmişdir. İddiaçı ASC qeyd olunan qiymətləndirmənin nəticələri haqqında hesabat ilə razılaşmamış və həmin hesabatın ləğv edilməsi, Maraqlı şəxs məxsus mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə tərəfindən mübahisəli qiymətləndirmə hesabatında qiymətləndirilmiş ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1098/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsi barədə vəsatəti təmin edilmiş və ekspertizasının aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, məhəllə 942/943, ev 18də yerləşən 139.80 kv.m ümumi sahədən ibarət olan 30 saylı mənzilin bazar və likvid dəyərinin xx.xx.2023-cü il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan bazar dəyəri 249.403 (iki yüz qırx doqquz min dörd yüz üç) manat, likvid dəyəri 236.933 (iki yüz otuz altı min doqquz yüz otuz üç) manat təşkil etmişdir. "xxxx" MMC-nin rəyi ilə razılaşmayan mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi-vəkili təkrar məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-1098/2023 saylı qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi-vəkilinin təkrar məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsi barədə vəsatəti təmin edilmiş və ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Maraqlı şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, məhəllə 942/943, ev 18-də yerləşən 139.80 kv.m ümumi sahədən ibarət olan 30 saylı mənzilin bazar dəyəri 338.000 manat, likvid dəyəri isə 304.000 manat təşkil etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mənzilin likvid dəyərinin 304.000 manat təşkil etməsinə dair qiymətləndirmə rəyinə münasibətdə qeyd edir ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Odur ki, məhkəmə, həmin ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir. Eyni zamanda, məhkəmə, Cavabdeh MMC tərəfindən verilmiş mübahisəli hesabatda müəyyən edilmiş mənzilin real bazar qiymətini ağlabatan hesab etmir. Həmin hesabata əsasən mənzilin real bazar dəyəri 170.000 manat müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh MMC-nin sözügedən hesabatından da göründüyü kimi mənzilin ilkin satış qiyməti Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyunkturasına uyğun olaraq hesablanmışdır. Bundan əlavə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi mübahisəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş mənzilin real bazar dəyəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən edilmiş ilkin satış qiymətindən iki dəfə azdır. Məhkəmə hesab edir ki, qiymətləndirilmə rəylərində müəyyən edilmiş ilkin satış qiymətinin 2 il ərzində belə kəskin surətdə fərqlənməsi Cavabdeh MMC-nin hesabatında müəyyən edilmiş qiymətin həqiqətəuyğun olmamasına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında müəyyən edilmiş mənzilin ilkin satış qiyməti həqiqəti əks etdirmir və həmin hesabatın ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə, həmçinin iddianın 400 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatı ləğv edilsin. 10 iyun 2015-ci il tarixli, 116540-NEDVİJ-3737 saylı ipoteka müqaviləsinə əsasən Maraqlı şəxs məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 18 saylı binada yerləşən, ümumi sahəsi 139.80 kv.m olan, 4 otaqlı, 30 saylı mənzilin ilkin satış qiyməti 304.000 (üç yüz dörd min) manat məbləğində müəyyən edilsin. 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-21/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-21/2024
13.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver