Məhkəmə qərarları › İş №e-2-2(121)-210/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-210/2020

21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-210/2020 21.05.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankı cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə 4 saylı X2 MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı kredit müqaviləsi üzrə 1.602,02 manat məbləğində əsas borcun, 91,44 manat məbləğində faiz borcunun, 1.051,06 manat cərimənin, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 230,12 manat faiz məbləğinin, ümumilikdə 2.974,64 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdeh 4 saylı X2 MMC-dən Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının xeyrinə tutulması və tutmanın QSC “xxxx” Kommersiya Bankının qarşısında ipoteka ilə yüklü edilmiş sedan tipli, 2013-cü il buraxılışlı, ağ rəngli, “Hyundai Accent” markalı, ban nömrəsi Z94CU41DBDR266634 olan ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə4 saylı X2 MMC arasında xx xxxxxx 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/3027/13 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 11.250 (on bir min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə4 saylı X2 MMC-yə məxsussedan tipli, 2013-cü il buraxılışlı, ağ rəngli, HYUNDAİ ACCENT minik, Ban nömrəsi Z94CU41DBDR266634 olan ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2013cü il tarixli, 1xx/xx/3027/13 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Lakin hazırki iş üzrə cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir və bunun nəticəsində cavabdehin banka 1.602,02 manat məbləğində əsas borc, 91,44 manat məbləğində faiz borcu, 1.051,06 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 230,12 manat məbləğində faiz məbləği, ümumilikdə isə 2.974,64 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə rəsmi qaydada xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.Qeyd olunanlara əsasən, hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının və cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Həmçinin iddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan QSC “xxxx” X1 filialı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinin arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı kredit müqaviləsinə əsasən, Ləğv prosesində olan QSC “xxxx” X1 filialı tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 11.250 (on bir min iki yüz əlli) manat məbləğində kreditin açılması öhdəliyi götürülmüşdür. İş materiallarında olan QSC “xxxx” X1 filialı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı ipoteka müqaviləsindən görünür ki, Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı kredit müqaviləsinin təminatı kimi 2013-cü il buraxılışlı, ağ rəngli, “Hyundai Accent” markalı, ban nömrəsi Z94CU41DBDR266634 olan ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil QSC “xxxx” X1 filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məlumatdan (maliyyə arayışından) görünür ki, tərəflər arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı kredit müqaviləsi üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixə 1.602,02 manat məbləğində əsas borcu, 91,44 manat məbləğində faiz borcu, 1.051,06 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 230,12 manat məbləğində faiz borcu, ümumilikdə 2.974,64 manat borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, QSC “xxxx” X1 filialı tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xx.xx.2013-cü il tarixdə kredit kimi 11.250 manat köçürülmüşdür. İş materialında olan QSC “xxxx” Kommersiya Bankı tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********951 və **********934 saylı kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair pretenziya məktubunun surətindən görünür ki, QSC “xxxx” X1 filialı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kreditdən ödənilməmiş əsas və faiz borcunun 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan QSC “xxxx” Kommersiya Bankı tərəfindən AR DİN BDYPİ-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********984 saylı kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ərizədən görünür ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2019-cu il tarixli, 16- 07 saylı məktubda qeyd olunur ki, hal-hazırda 4 saylı X2 MMC QSC “xxxx” Kommersiya Bankı qarşısında olan borcunu ödəməyə hazırdır. Kredit borcunun ödənişindən sonra QSC “xxxx” Kommersiya Bankı müəssisəyə məxsus Hyundai Accent minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad olunması barədə rəsmi sənəd verilməlidir. Lakin danışıqlar əsasında məlum olur ki, kredit borcunun əsas hissəsi tam şəkildə banka ödənildikdən sonra girov qoyulmuş Hyundai Accent minik markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad olunması haqqında bank tərəfindən müəssisəyə verilməli olan rəsmi sənədin verilişi yubanacaqdır. Belə ki, Ləğv prosesində olan QSC “xxxx” KB Lənkəran şəhərində yerləşən nümayəndəliyindən bildirirlər ki, həmin sənədi verə bilmirlər, həmin sənəd bankın əvəzedicisi Əmanətlərin Sığortalanması Fondundan alınmalıdır. Həmin sənədin rəsmi olaraq yubanmadan 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim ediləcəyi halda müəssisə QSC “xxxx” KB qarşısında mövcud olan borcunu tam şəkildə ödəməyə hazırdır. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx xxx 2020-ci il tarixli, 18-03 saylı məktubda qeyd olunur ki, Əmanətlərin Sığortalanması Fondunun Kredit Komitəsinin xx.xx.2020-ci il tarixli protokoluna əsaslanmış 11002STB nömrəli xx.xx.2020-ci il tarixli qərara uyğun olaraq 1.602,02 manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixinə olan 193,57 manat məbləğində faiz borcu olmaqla cəmi, 1.788,59 manat məbləğində kredit borcu tərəflərindən QSC “xxxx” X3 Bankdakı hesabına, 7 manat isə nağd formada tərəflərindən banka köçürülmüşdür. Sözügedən məktuba qərar, protokol və ödəniş tapşırığı əlavə olunmuşdur. Məktuba əlavə olunmuş Ləğv prosesində olan QSC “xxxx” KB-nin müştərisi 4 saylı X2 MMC ilə bağlanılmış kredit müqaviləsi üzrə BƏS-də olan faizlərə güzəşt edilməsi haqqında xx.xx.2020-ci il tarixli 108 saylı qərarın surətindən görünür ki, keçirilmiş iclasda əsas və faiz borcu ödənilməklə hesablanmış cərimələrə tam güzəşt edilməsi təklifi müzakirə olunmuş, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə BƏS-də olan əsas borcun tam və ödəniş gününə hesablanmış faiz borcunun ödənilməsinin təmin edilməsi, bu icra olunduqdan sonra qalıq cərimə (dəbbə) borcu məbləğinə güzəşt tətbiq edilərək balansdan və BƏS-dən silinməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. Məktuba əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 01 saylı ödəniş tapşırığının surətindən görünür ki, 4 saylı X2 MMC tərəfindən Ləğv prosesində olan QSC “xxxx” KB-nin hesabına kredit müqaviləsi üzrə əsas və faiz borcu qismində 1.788,59 manat pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, QSC “xxxx” KB-nin Lənkəran filialı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı kredit müqaviləsinə əsasən, Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 MMC-yə illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə, 11.250 manat məbləğində kreditin açılması öhdəliyi götürülmüş və həmin müqaviləyə əsasən QSC “xxxx” KB-nin Lənkəran filialı tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 MMC-nin hesabına xx.xx.2013-cü il tarixdə 11.250 manat pul köçürülmüşdür. Sözügedən kredit müqaviləsinin təminatı kimi 2013-cü il buraxılışlı, ağ rəngli, “Hyundai Accent” markalı, ban nömrəsi Z94CU41DBDR266634 olan ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə yüklü edilmişdir. İddiaçı məhkəməyə müraciət edən zaman tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 1.602,02 manat məbləğində əsas borcu, 91,44 manat məbləğində faiz borcu, 1.051,06 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 230,12 manat məbləğində faiz borcu, ümumilikdə 2.974,64 manat borcu olmuşdur. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmiş, lakin borc ödənilməmişdir. Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən xx.xx.2020-ci il tarixli 108 saylı qərar qəbul edilərək, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə BƏS-də olan əsas borcun tam və ödəniş gününə hesablanmış faiz borcunun ödənilməsinin təmin edilməsi, bu icra olunduqdan sonra qalıq cərimə (dəbbə) borcu məbləğinə güzəşt tətbiq edilərək balansdan və BƏS-dən silinməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmış, bundan sonra xx.xx.2020-ci il tarixdə 4 saylı X2 MMC tərəfindən Ləğv prosesində olan QSC “xxxx” KB-nin hesabına kredit müqaviləsi üzrə əsas və faiz borcu qismində 1.788,59 manat pul köçürülmüşdür. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 MMC-dən 1xx/xx/3027/13 saylı kredit müqaviləsi üzrə əsas borc kimi 1.602,02 manat pulun, faiz borcu kimi isə 91,44 manat pulun - əsas və fazi borcu kimi cəmi 1.693,46 manat pulun tutulmasını xahiş etmişdir. Sonradan iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB tərəfindən xx.xx.2020-ci il tarixdə bağlanılmış kredit müqaviləsi üzrə əsas və faiz borcunun tam ödəniləcəyi təqdirdə, cərimə (dəbbə) pulunun silinməsinə dair qərar qəbul edilmiş, nəticədə cavabdeh tərəfindən iddiaçının hesabına əsas və faiz borcu kimi 1.788,59 manat pul köçürülmüşdür. Göründüyü kimi, iddia qaldırılan zaman tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyi mövcud olmuş olsa da, sonradan cavabdeh tərəfindən iddiaçıya pul vəsaiti ödənilmiş və nəticədə QSC “xxxx” KB tərəfindən xx.xx.2020-ci il tarixli 108 saylı qərarı nəzərə alınmaqla, cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi qalmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. İşin yuxarıda qeyd olunan hallarına və qanunvericiliyin sadalanan normalarına əsasən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi qalmadığından ondan hər-hansı məbləğdə pul tutula bilməz. Tələb mövcud olmadığı üçün isə onun ipoteka predmetinə yönəldilməsi mümkün deyildir. Belə olan halda isə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının cavabdeh Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 4 saylı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı ilə 4 saylı X2 MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 1xx/xx/3027/13 saylı kredit müqaviləsi üzrə 1.602,02 (min altı yüz iki manat,iki qəpik) manat məbləğində əsas borc, 91,44 (doxsan bir manat,qırx dörd qəpik) manat məbləğində faiz borcu, 1.051,06 (min əlli bir manat,altı qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 230,12 (iki yüz otuz manat,on iki qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 2.974,64 (iki min doqquz yüz yetmiş dörd manat,altmış dörd qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh 4 saylı X2 MMC-dən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının xeyrinə tutulması, tutmanın Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişsedan tipli, 2013cü il buraxılışlı, ağ rəngli, HYUNDAİ ACCENT minik, Ban nömrəsi Z94CU41DBDR266634 olan ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar