Məhkəmə qərarları › İş №e-2-2(121)-2105/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2105/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2105/2025 22.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, X7 qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh8 və qeyrilərinə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh4 qarşı - 008R********** saylı krеdit razılaşması üzrə 116.472,39 manat məbləğində krеdit bоrcu, 8.339,64 manat məbləğində faiz bоrcu və 5.729,45 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 130.541,48 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 420,54 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının tutulması; tələbin X11 Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə və Cavabdeh2, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh8 mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməsi, həmin nəqliyyat vasitəsi və torpaq sahəsi və fərdi yaşayış evlerinin açıq hərracdan satılması və 130.541,48 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 420,54 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 72 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh8 iddiaçı ilə bağladığı xx.xx.2018ci il tarixli 008L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh8 iddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli 008R********** saylı krеdit razılaşması əsasında 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150.000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh8 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh8 götürdüyü krеdit bоrcundan 33.527,61 manat ödəmiş, onun 116.472,39 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh8 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 195 gün üçün hesablanmış faiz borcu 8.339,64 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 195 gün üçün hеsablanmış cərimə 5.729,45 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh5, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X6, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh8 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh8 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan Cavabdeh8 və bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 008M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus X11 Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. AR DİN BDYPİ Qeydiyyat imtahan İdarəsi tərəfindən verilmiş AA №136122 saylı çıxarışa əsasən, Cavabdeh8 məxsus X11 Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh8 knredit öhdəliklərinin icrasını təmin еtmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı Cavabdeh3 X11 Yük 99GT114 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçıya ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakın ipoteka qoyulmasına razılıq vermişdir. İddiaçı tərəfindən cavabdeh – ipoteka qoyana xx.xx.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə AR DİN BDYPİ Qeydiyyat İmtahan şöbəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 ilə bank arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi Cavabdeh8 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdeh – ipoteka qoyan Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 xx.xx.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh8 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh2, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh8 ilə bank arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh8 mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh8 mülkiyyətində olan Lənkəran rayonu, Şıxıkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi Cavabdeh8 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdeh – ipoteka qoyan Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 xx.xx.2025- ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh8, Cavabdeh10, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh5 və Cavabdeh6 teleqramla məhkəməyə müraciət edərək, iclasın təxirə salınmasını xahiş etmişlər. Cavabdehlərin iclasa gəlməməklərinin üzürsüz səbəblərlə əlaqədar olduğundan, habelə cavabdehlər icraatı qəsdən yubandırdıqlarından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 008L**********50 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 500.000 manat məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 008R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh8 27 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, 150.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli köçürmə sənədinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh8 150.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh8 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 008L**********50 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC ilə X6 arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh8 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 008L**********50 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə X6 ilə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh8 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 008L**********50 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh9, Cavabdeh1, Cavabdeh5, Cavabdeh10 və Cavabdeh6 ilə xx.xx.2024-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh7 və Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh8 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 008L**********50 saylı uzunmüddətli kredit müqaviləsi və kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh7 və Cavabdeh4 ilə xx.xx.2024-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 008M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh8 mülkiyyətində olan X11 yük, furqon tip, ağ rəngli, buraxılış ili 1998, **-GT-*** dövlət qeydiyyat nişanlı, WDB9700131K330652 ban nömrəli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN DYPİ-nin kompüter çıxarışından görünür ki, DİN DYPİ Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasının məlumatları üzrə xx.xx.2018-ci il tarixli AA 136122 nömrəli “ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” çıxarışa əsasən, Cavabdeh8 adına mülkiyyətində olan X11 yük **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh3 Lənkəran rayonu 1 saylı notariat ofisində imzaladığı xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, əri Cavabdeh8 məxsus **- GT-*** dövlət nömrə nişanlı X11 yük nəqliyyat vasitələrinin İddiaçı QSC-də və onun istənilən filialında ipotekaya qoyulmasına razılıq vermişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 008M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256.9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi, paylı mülkiyyət hüququ üzrə Cavabdeh5 payı olan fərdi yaşayış evi və torpaq sahəsi, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 pay torpaq sahələri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh10 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Şıxəkəran kəndində fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) onların mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan X2 Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, əri Cavabdeh10 paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Cavabdeh8 Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, arvadı Cavabdeh3 paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 008M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evi, paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 payı olan fərdi yaşayış evi və 2/5 hissə torpaq sahəsi, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh8 1/5 hissə pay torpaq sahələri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh9 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olan Lənkəran rayonu, Şıxəkəran kəndində fərdi yaşayış evi (torpaq sahəsi 1/5 hissə) onların mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan X1 Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, arvadı Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan Cavabdeh3 Lənkəran Regional ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, əri Cavabdeh8 paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan X4 6 saylı Bakı ASAN xidmət mərkəzinin xüsusi notarisunda imzaladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, arvadı Cavabdeh9 paylı mülkiyyət hüququ üzrə Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ona məxsus hissəsinin ipotekaya qoyulmasına etiraz etməmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2025-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə müraciət etmiş və bunun üçün 30 manat dövlət rüsumu və 72 manat xidmət haqqını ödəmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2025-ci il tarixli bildirişlər göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı BDYPİ-nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh8 xx.xx.2024-cü il tarixli 008R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 116.472,39 manat məbləğində əsas, 8.339,64 manat məbləğində faiz, 5.729,45 manat məbləğində cərimə olmaqla, cəmi 130.541,48 manat məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə kredit müqavilə(lərin)sinə (kredit razılaşma(lar)sına) vaxtından əvvəl ləğv edilməsi (xitam verilməsi) və borcun ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli tarixli xəbərdarlıq məktubları göndərmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh8 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, iş üzrə iddianın əsas borc, faiz borcu və cərimə borcunun ondan tutulma hissəsində qəbul etdiyini, iddianın qalan hissəsinə etiraz etdiyini bildirmişdir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınar əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh8 mülkiyyətində olan **-GT-*** dövlət qeydiyyat nişanlı X11 yük nəqliyyat vasitəsinin likvid dəyəri 18.000 manat məbləğində; Cavabdeh5, Cavabdeh10, Cavabdeh6 və X3 mülkiyyətində olan Lənkəran rayonu, Şıxakəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 250,9 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin likvid dəyəri 70.000 manat məbləğində və Cavabdeh8, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Şıxakəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 266 kv.m ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat məbləğində müəyyən olunmuşdur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3550 saylı, xx.xx.2025-ci il tarixli rəyi ilə xx.xx.2024-cü il tarixli 008R********** saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh8 banka olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 116.961,81 manat, faiz borcu üzrə 8.103,86 manat, xx.xx.2025-ci il tarixədək əsas borc üzrə 116.961,81 manat, faiz borcu üzrə 14.130,13 manat müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu, faizləri və cəriməni tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin hazırda qüvvədə olan 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimələrin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehlərdən hesablanmış faizin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 008R********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə faiz borcunun 8.103,86 manat müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən xx.xx.2024-cü il tarixli 008R********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 116.472,39 manat əsas borc, 8.103,86 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh5, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X6, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh8 kredit müqavilə(lər)si (razılaşma(lar)sı) üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh5, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X6, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh4 kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh8 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərlərinə götürmüşdürlər. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınar əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınar və daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınar və daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdeh(lər)dən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “30 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 72 manat məbləğində xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır . Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi;6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 420,54 manat məbləğində dövlət rüsumunun 420,31 manatı (yəni, 130.305,7 manat məbləğinə münasibətdə) cavabdeh(lər)dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 10 manatı iddiaçıdan, 90 manatı isə cavabdehlər Cavabdeh8, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X6, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 008R********** saylı kredit razılaşması üzrə 116.472,39 manat əsas borc, 8.103,86 manat faiz borcu, 5.729,45 manat cərimə, cəmi 130.305,7 manat məbləğində kredit borcu, 420,31 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 72 manat məbləğində xidmət haqqı Cavabdeh8, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X6, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb Cavabdeh8 mülkiyyətində olan ** GT *** qeydiyyat nişanlı, “furqon” tipli, buraxılış ili 1998-ci il olan, ağ rəngli, ban nömrəsi WDB9700131K330652 olan, “X11 yük” markalı nəqliyyat vasitəsinə; Cavabdeh5 (fərdi yaşayış evi və torpaq sahəsi), Cavabdeh10 (torpaq sahəsi), Cavabdeh6 (torpaq sahəsi) və X3 (torpaq sahəsi) mülkiyyətlərində olan Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256,9 kv.m. ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə; Cavabdeh8 (torpaq sahəsi 1/5 hissə), Cavabdeh9 (torpaq sahəsi 1/5 hissə), Cavabdeh1 (torpaq sahəsi 1/5 hissə) və Cavabdeh2 (fərdi yaşayış evi tam, torpaq sahəsi 2/5 hissə) mülkiyyətlərində olan Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 266 kv.m. ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh8 mülkiyyətində olan ** GT *** qeydiyyat nişanlı, “furqon” tipli, buraxılış ili 1998-ci il olan, ağ rəngli, ban nömrəsi WDB9700131K330652 olan, “X11 yük” markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 18.000 manat məbləğində; Cavabdeh5 (fərdi yaşayış evi və torpaq sahəsi), Cavabdeh10 (torpaq sahəsi), Cavabdeh6 (torpaq sahəsi) və X3 (torpaq sahəsi) mülkiyyətlərində olan Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində 256,9 kv.m. ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 manat məbləğində; Cavabdeh8 (torpaq sahəsi 1/5 hissə), Cavabdeh9 (torpaq sahəsi 1/5 hissə), Cavabdeh1 (torpaq sahəsi 1/5 hissə) və Cavabdeh2 (fərdi yaşayış evi tam, torpaq sahəsi 2/5 hissə) mülkiyyətlərində olan Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayış məntəqələrinin torpaqları təyinatlı xüsusi mülkiyyətli 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 266 kv.m. ümumi sahəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən xx.xx.2024-cü il tarixli, 008R********** saylı kredit razılaşması üzrə ümumilikdə 130.305,7 manat məbləğində kredit borcu, 420,31 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 72 manat məbləğində xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 10 manatı İddiaçı QSC-dən, 90 manatı isə Cavabdeh8, Cavabdeh5, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, X6, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar