Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-22/2022 15.03.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 9758,34 manat əsas, 1573,74 manat faiz, 878,23 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1403,52 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat olmaqla cəmi 13.613,83 manatın Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən 336,1 kv.m. ümumi, 169,2 kv.m. yaşayış, 166,9 kv.m. sahəndən ibarət 2 mərtəbəli, 6 otaqlı, fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 9758,34 manat əsas, 1573,74 manat faiz, 878,23 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1403,52 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat olmaqla cəmi 13.613,83 manatın Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən 336,1 kv.m. ümumi, 169,2 kv.m. yaşayış, 166,9 kv.m. sahəndən ibarət 2 mərtəbəli, 6 otaqlı, fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında qanuna müvafiq qaydada qərar verilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X2 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Cavabdeh2 münasibətdə icraata xitam verilməli, Cavabdeh1 münasibətdə isə iddia baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 08.11.2016-cı il tarixdə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 17.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh2 iddiaçı məhkəməyə 17.02.2021-ci il tarixdə müraciət etməmişdən əvvəl, yəni 08.11.2016-cu il tarixdə vəfat etmişdir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 ölmüş olduğundan, bununla da Cavabdeh2 cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 261.0.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi Cavabdeh2 münasibətdə mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına əməl edilməsi o öldüyü üçün mümkün olmamış və bu qaydanı tətbiq etmək imkanı itirilmişdir. Məhkəmə hazırki halda MPM-nin 254.1.1-ci maddəsinin tələblərinə riayət olunmamasını, yəni işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, məhkəmə iş üzrə icraatı dayandırmalıdır müddəasının tədbiq olunmasını ona görə mümkünsüz hesab edir ki, Cavabdeh2 məhkəməyə müraciət olunana qədər öldüyündən onun tərəf olması mümkün deyil. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmçinin Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət olunmamışdır. İddia ərizəsinə əlavə olunan pretenziya məktubundan görünür ki, pretenziya yalnız mərhum Cavabdeh2 göndərilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki, əsas öhdəlik üzrə borclu şəxs, hazırki halda Cavabdeh2 məhkəməyə müraciət olunduğu zamandan əvvəl öldüyündən, o, tərəf olmadığından ona münasibətdə hər hansı pretenziya və mediasiya qaydasına riayət edilməsi mümkün deyil. Yuxarıda qeyd olunduğu kimi iddiaçı (kreditor) tərəfindən onun vərəsələri müəyyən olunmalı, zərurət yarandığı halda onlara münasibətdə pretenziya və mediasiya qaydasına riayət olunmalı, bundan sonra əsas öhdəlik üzrə tələblə müvafiq məhkəməyə müraciət edilməlidir. İpoteka müqaviləsi hazırki mübahisə üzrə əsas öhdəliyin təminatı olması səbəbindən və əsas öhdəliyə dair mübahisə üzrə iddianın məhkəmə baxışına xitam verildiyi üçün əlavə öhdəliyə də baxılması qeyd olunan hallara görə hazırki halda mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – mütəxəssis dəyəri olan 300 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 261 və 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 9758,34 manat əsas, 1573,74 manat faiz, 878,23 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1403,52 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat olmaqla cəmi 13.613,83 manatın Cavabdeh2 tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən 336,1 kv.m. ümumi, 169,2 kv.m. yaşayış, 166,9 kv.m. sahəndən ibarət 2 mərtəbəli, 6 otaqlı, fərdi yaşayış evinə yönəlməsinə, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsinə və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair iddiası üzrə iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilsin.. İddiaçıya Cavabdeh2 vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Cavabdeh1 münasibətdə iddia ərizəsi baxılmamış saxlansın. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-22/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-22/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver