Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2299/2024 24.07.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlunun İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli KM-İM-49/23 saylı icarə müqaviləsinə əsasən, 794.84 AZN, gecikdirilmiş icarə haqqı üçün cərimə 399.16 AZN olmaqla, cəmi 1194 AZN məbləğində borcun, habelə 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Çünki, icarə müqaviləsi üzrə yaranmış borcun mövcudluğunu təsdiq edən sənədlər ərizəyə əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat qaydasında işə yazılı icraat qaydasında baxıldığından ərizəyə tələbin əsaslı olmasını təsdiq edən bütün sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4.-cü maddəsinə görə ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmin maddədən də göründüyü kimi ərizənin forma və məzmununda verilmiş tələbin əsaslığını təsdiq edən sənədlər göstərildiyi halda kommersiya mübahisələrinə sadələşdirilmiş icraat qaydasında baxılması imkanı nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hazırkı iş üzrə iddia tələbinin əsaslığını təsdiq edən sənədlər təqdim olunmadığından hesab edir ki, hazırkı iddiaya kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Həmçinin, “dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Şirvan Kommersiya Məhkəməsinə 32 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 32 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 268-269–cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddiaçı tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 32 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-2299/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2299/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver