Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2416/2024 21.11.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı – dəymiş maddi zərərin ödənilməsi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 240.000 ABŞ dolları pulun, ödənilmiş 700 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 520 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə Ticarət Mərkəzi”ndə qadın paltarlarının satışı ilə məşğul olur. Mağazada satılan paltarların hamısı Türkiyə istehsalı olduğundan iddiaçı Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərinə gedib paltarları bəyənib seçməklə sifariş verir. Cavabdehi təxminən 2012-ci ildən işlədiyi “Binə Ticarət Mərkəzi”ndən tanıyır. Cavabdeh “Binə Тicarət Мərkəzi”də qaynı Rəşadla birlikdə iş fəaliyyəti ilə məşğul olub bazarda olan ticarətlə məşğul olan şəxslərin pulunu Türkiyə Respublikasına göndərmiş və həmin pulun üzərinə öz faizini qoyaraq xeyrini götürmüşdür. 2018-ci ildən başlayaraq pulu “Binə Тicarət Мərkəzi”də cavabdehin vasitəsilə göndərmişdir. Türkiyə Respublikasında iddiaçının sifariş verdiyi paltarların karqo ilə Azərbaycana göndərilməsindən əvvəl оnа məlumat daxil olmuş və о, paltarların qiymətini öyrənib “Binə Ticarət Мərkəzi”dən cavabdehin vasitəsilə deyilən məbləği göndərmişdir. Elə olmuşdur ki, о, aparıb pulu ticarət mərkəzində cavabdehin ofisində özünə vermiş, elə olmuşdur ki, cavabdeh özü gəlib mağazada оndan pulu götürmüş, elə vaxt olmuşdur ki, cavabdehin Zabil adlı baldızı oğlu gəlib pulu оndan götürmüşdür. Bu kimi alış-veriş zamanı cavabdeh özünü оnа ən yaxın və etibarlı adam kimi göstərməyə başlamışdır. Elə vaxt olmuşdur ki, telefonda оndan sifariş verilmiş malın ümumi dəyərini soruşub öz şəxsi hesabından pulunu göndərib sonradan gəlib оndan pulunu götürmüş və bəzi hallarda pulun göndərilmə faizini оndan almаmışdır. Bəzi hallarda onun əvəzindən 40.000 və 50.000 ABŞ dolları göndərib həftə ərzində pulu оndan istəməmiş, sonra alıb bu cür etibarını qazanmışdır. 2018-ci ilin təxminən iyun ayının ortalarında cavabdeh ona zəng edərək dövriyyə üçün ona 60.000 ABŞ dolları məbləğində pul lazım olduğunu, həmin pulu dövriyəyə buraxıb üzərində gəlir əldə edəcəyini, həmçinin оnun mal üçün göndərdiyi pullardan faiz almayacağını və nə vaxt istəsə həmin pulu geri ala biləcəyini bildirmişdir. О dа, cavabdehə inandığı üçün bu barədə anası Süsənə məlumat vermişdir. Həmin gün cavabdeh anasının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanına gəlmiş və оnlar bir qədər söhbət etdikdən sonra cavabdehə inandığı üçün 60.000 ABŞ dollar pulu cavabdehə verməyə razılaşmışdır. Bundan sonra о, özünə məxsus 60.000 ABŞ dolları məbləğində pulu kağıza bükdükdən sonra cavabdehlə birlikdə mənzildən çıxaraq binanın alt hissəsində yerləşən qaraja düşmüşlər. Оnlar qaraja düşən zaman cavabdehin qaynı Rəşadın da orada olmasını görmüşdür. Bundan sonra о, Rəşadın iştirakı ilə onun yanında 60.000 ABŞ dolları pulu cavabdehə vermişdir. Cavabdeh də pulu оndan qəbul edərək narahat olmamağı, həmin pulu dövriyyəyə buraxaraq gəlir əldə edəcəklərini bildirmiş, о dа, cavabdehə inandığı üçün heç bir söz deməyib razılaşmışdır. Bundan təxminən bir neçə ay keçmiş, yəni 2018-ci ilin noyabr ayında cavabdeh yenidən оnunla əlaqə saxlayaraq dövriyyəyə buraxmaq üçün əlavə 40.000 ABŞ dolları məbləğində pul lazım olduğunu, həmin pulu da dövriyyəyə buraxıb gəlir əldə edəcəklərini aldığı pulları nə zaman istəsə qaytara biləcəyini bildirmişdir. О dа, aralarında olan yoldaşlıq münasibətinə görə cavabdehə inandığı üçün yenə də, ona pul verə biləcəyini demişdir. Buna görə də, həmin gün cavabdeh anasının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanına gəlməmişdir. Qeyd etmişdi ki, оnlar hər axşam anasının evində toplaşıb görüşmüş və anasının səhhəti ilə maraqlanmışlar. Bundan başqa onun və anasının yaşadıqları ev eyni binada olmaqla arasında bir-iki mərtəbə fərqi vardır. Buna qədər cavabdeh dəfələrlə onların evində olmuş, qarşılıqlı olaraq xeyir şərlərində iştirak etmişlər, anasına ana deyib onların bütün ailə sirləri ilə yaxından tanış olmuşdur. Cavabdehin pul almağa gəldiyini anası da bilmiş, hətta anasının yanında danışmışlar ki, onları guya kimsə izləyir, əslində, maşında çoxlu pulu olanda onu aparıb pulu ala bilərlər. Ona görə də işini ehtiyatlı tutur, bir yerə gedəndə azyaşlı övladı, hətta arvadını da özü ilə aparmalı olur. Pulları anasının evində saxladığından puldan hansısa məbləğ götürdükdə anasından istəməli olurlаr. Ona görə də о, anasından 40.000 ABŞ dolları gətirməsini istəmiş və anası gətirib pulu ona vermişdir. Hətta cavabdeh pulun əlindən alına biləcəyini danışanda anası bir büküm qozfındıq bağlaması da vermişdir ki, pulları onun içinə qoyub aparsın və görən olmasın. О, cavabdehi ötürmək üçün yaşadığı binanın alt hissəsində olan qaraja düşmüşdür. Fariqin idarə etdiyi qara rəngli “Hyundai Santafe” markalı avtomobilə yaxınlaşdıqda avtomobildə çarşabda, dindar olduğunu bildiyi arvadının da maşında olduğunu görmüşdür. Bundan sonra о, 40.000 ABŞ dolları pulu sayaraq cavabdehin idarə etdiyi avtomobilin salonunda ona vermişdir. Cavabdeh də pulu ondan qəbul edib narahat olmamağı, həmin pulu da dövriyyəyə buraxıb gəlir əldə edəcəklərini bildirmişdir. О dа inandığı üçün razılaşmış və cavabdehin idarə etdiyi avtomobildən düşərək çıxıb getmişdir. Bundan təxminən 10 gün sonra cavabdeh onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” proqramına zəng vuraraq yenidən əlavə 25.000 ABŞ dolları dövriyyə buraxmaq üçün pul istəmişdir. Həmçinin cavabdeh telefonda ona narahat olmamağı, istənilən vaxt verdiyi pulları dövriyyədən geri çəkə biləcəyini söyləyib onu inandırmışdır. Bu dəfə də о, cavabdehə inandığı üçün razılaşmış və istədiyi 25.000 ABŞ dolları pulu ona verəcəyini bildirmişdir. Buna görə də 2018-ci ilin noyabr ayının sonlarında cavabdeh anasının yaşadığı Yasamal rayonu, H.B.Zərdabi küçəsiev 92A mənzil 247a saylı mənzilə gəlmişdir. Həmin vaxt о, orada dövriyyəyə buraxıb gəlir əldə etmək üçün anası Süsən Qasımovanın iştirakı ilə 25.000 ABŞ dolları pulu cavabdehə vermişdir. Cavabdeh pulu ondan qəbul edib bir daha narahat olmamağı, hər bir işin yaxşı olacağını, aldığı pulları dövriyyəyə buraxıb yaxşı gəlir əldə edəcəklərini, istənilən vaxt pulu dövriyyədən geri çəkərək qaytara biləcəyini bildirmişdir. О da, cavabdehə inandığı üçün razılaşmış və cavabdeh pulu götürdükdən sonra çıxıb getmişdir. Həmin vaxta kimi cavabdeh ondan 3 dəfəyə 125.000 ABŞ dolları məbləğində pulu anasının yaşadığı mənzildə almışdır. Bundan başqa, 2019cu ilin sentyabr ayında о, mal gətirmək üçün Türkiyə Respublikasına getmişdir. Türkiyədə olarkən cavabdeh istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinin “Whatsapp” proqramına zəng edərək təcili 30.000 ABŞ dolları pul lazım olduğunu, kiməsə nisyə pul göndərdiyini, həmin adamın ona hələ pul vermədiyini bildirmişdir. О, yenə də cavabdehə inandığı üçün ona istədiyi 30.000 ABŞ dolları pulu verə biləcəyini bildirmişdir. Bundan sonra həmin gün anası Süsənlə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Oskar” şadlıq evinin qarşısında cavabdehlə görüşüb orada 30.000 ABŞ dolları pulu ona vermişlər. Bundan başqa, 2019-cu ilin aprel ayında bacısı X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən mənzilini 85.000 manata satmışlar və bacısına yaşadıqları binada ev almaq istəmişlər. Cavabdeh də onların evinə gəlib getdiyindən bu barədə yaxşı məlumatı оlmuşdur. Həmin vaxt əllərində 85.000 ABŞ dolları məbləğində pul olduğunu və bacısına ev axtardıqlarını bildiyindən 2019-cu ilin oktyabr ayında cavabdeh ona həmin pulu da ona verməsini və dövriyyə etməsini, yaxşı gəlir əldə edəcəklərini demişdir. О, artıq bu məbləğdə pulu ona verdiyi halda ümumilikdə 240.000 ABŞ dolları pul almış olduğunu və bu pulların qaytarılması lazım olacağını dedikdə heç bir problemin olmadığını, qaynatası Ərgürşadın da pul dəyişmədə işlədiyini, qaynı Rəşadın dövriyyəsində 1.500.000 ABŞ dolları, özünün 450.000 ABŞ dolları məbləğində dövriyyədə pullarının olduğunu, qaynı Rəşada 60.000 ABŞ dollarına saat aldıqlarını, Rəşada 255.000 ABŞ dollarına “Galenvagen” markalı son model markalı avtomobil aldığını, onun aldığı 240.000 ABŞ dolları məbləğini qaytarmaq probleminin olmadığını bildirmişdir. О, Fariqin sözlərinə inandığı üçün anasına saxlaması üçün verdiyi, bacısının evinin satılmasından əldə etdikləri 85.000 ABŞ dolları məbləğində pulu Fariqə verməyə razılıq vermişdir. Buna görə də, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” deyilən yerdə cavabdeh görüşmüş və orada 85.000 manat pulu sayaraq cavabdehə vermişdir. Cavabdeh də ona həmin pulu da dövriyyəyə buraxıb gəlir əldə edəcəklərini bildirmişdir. Həmçinin Fariq оnu inandırmaq üçün Xətai rayonu, Ağ Şəhər yaşayış kompleksində olan binalardan birini ona göstərib həmin binada özünün və qaynı Rəşadın hər birinin 5 otaqlı mənzili olduğunu bildirmişdir. О, cavabdehə inandığı üçün razılaşaraq heç bir söz deməmişdir. 2020-ci ilin yanvar ayında onlar artıq bacısı Nəzakətə ev almaq istədikləri üçün Fariqlə əlaqə saxlayıb ona verdiyi 240.000 ABŞ dolları pulu hissə-hissə qaytarmasını istəməyə başlamışlar. Onlar həmin vaxt həcc ziyarətinə getməli olduqları üçün cavabdeh ona həcc ziyatərindən gəldikdən sonra oturub birlikdə haqq hesab edərək pulunu verəcəyini bildirmişdir. О dа, cavabdehə inandığı üçün razılaşmışdır. 2020-ci ilin yanvar ayında həcc ziyarətinə getmiş və ziyarətdən qayıtdıqdan sonra bütün dosttanışları, qohumları onlarlа görüşə gəlsə də, etibar edərək yoldaşlıq etdiyi cavabdeh onlarа gəlməmişdir. Buna görə də, cavabdehə zəng vuraraq ziyarətdən qayıtdıqlarını bildirib nə üçün anası ilə görüşməyə gəlmədiyini bildirmişdir. Həmin vaxt cavabdeh ona həmin gün saat 15 radələrində anası ilə görüşməyə gələcəyini bildirsə də, gəlməmişdir. Həmin gün cavabdehin oğlu Rüfət onunlа əlaqə saxlayaraq atası Fariqin mobil nömrəsinə zəng çatmadığını, atasının sonuncu dəfə onunlа əlaqə saxladığını bildirmişdir. Bundan bir qədər sonra Fariq onunlа əlaqə saxlayaraq söhbət etmək üçün Bakı şəhəri, Günəşli qəsəbəsində yeni açdığı “Səfa” adlı restorana dəvət etmişdir. О, həmin restorana gedən zaman Fariqin, qaynı Rəşadın, qayınatası Ərgüşadın və bəzi adlarını bilmədiyi qohumlarının orada olduğunu görməmişdir. Qeyd etmişdir ki, Ərgüşad da “Binə Ticarət Мərkəzi”də Türkiyə və Çin respublikasına qeyri qanuni yolla pul köçürmə işləri ilə məşğuldur. Söhbət zamanı ona məlum olmuşdur ki, guya cavabdeh Amur adlı şəxsə 35.000 ABŞ dolları pul köçürmüş, lakin Amur pulu ona qaytarmamışdır. Buna görə də, cavabdeh Quba rayonuna gedərək guya orada intihar etməyə cəhd edib və onu tapıb gətirmişlər. Həmin vaxt söhbət zamanı Ərgürşad və Fariq ona narahat olmamağı, 1 hektar torpaq sahələri, Ağ şəhərdə yerləşən binalarda mənzilləri olduğunu, həmin torpaq və mənzilləri sataraq pulunu qaytaracaqlarını, 2021-ci ilin mart ayına kimi onlara müddət verməsini bildirmişlər. О dа, onlara inandığı üçün razılaşmış və 2021-ci ilin mart ayına kimi gözləsə də, heç bir nəticə olmamışdır. Bundan sonra о, Fariqə zəng vuraraq pullarını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirib iş qurmaq adı ilə ondan aldığı 240.000 ABŞ dolları pulunu qaytarmamışdır. Sonradan isə cavabdeh telefon zənglərinə cavab verməyib mobil nömrəsini dəyişmişdir. О, artıq cavabdeh оnu aldadaraq dövriyyəyə buraxıb gəlir əldə etmək adı ilə оnu aldadaraq 240.000 ABŞ dolları pulunu ələ keçirməsini başa düşmüşdür. Buna görə də, baş vermiş hadisə ilə bağlı Xətai rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 240.000 ABŞ dolları maddi ziyan dəymişdir. Daha sonra, bununla bağlı Bakı şəhəri Nizami RPİ-nin İsintaq Şöbəsində cinayət işi açılmışdır. Bakı şəhəri, Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun cinayət işinin icraatına xitam verilməsi barədə qərarına əsasən, cavabdeh ilə iddiaçı аrasında birgə kommersiya fəaliyyəti nəticəsində yaranmış narazılığın mülki xarekterli olduğu və dələduzluq kimi qiymətləndirilə bilməyəcəyi səbəbindən cinayət işinin icraatına xitam verilmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh Bakı şəhəri Nizami RPİ-nin İsintaq Şöbəsində dindirildiyi zaman iddiaçıdan qanunsuz olaraq pul mənimsədiyini etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(050)-1986/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh oğlunun nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ərizəsinə əsasən, Nizami RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı xx.xx.2022-ci il tarixdə verdiyi əlavə ifadəsində əvvəl verdiyi ifadələrini qismən təsdiq edərək bildirmişdir ki, qardaşı Elxanla birlikdə vergi orqanlarında qeydiyyatda olmaqla, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Uzun müddət Türkiyə Respublikasında biznes partnyorları ilə ticarət fəaliyyəti ilə əlaqədar müəyyən mallar alıb, Azərbaycanda satışı aparmışlar. Bu səbəbdən mal materiallarının daşınması üçün Türkiyəyə pul köçürmə zərurəti yaranmışdır. Bina Ticarət Mərkəzində, 6-cı sırada olan ofis sahiblərindən biri pul köçürməsi fəaliyyəti ilə məşğul olan Cavabdehlə 2014-cü ildə tanış olub, delfarlara ona Bakıdan pul verib, Türkiyədə deyilən ünvanlara çatdırılmasını təmin etmişdir. Heç bir problem yaşanmamışdır. 2016-cı ildə, Fariq onlara qaynı Rəşadla birlikdə Bina Ticarət Mərkəzində, 5-ci sırada yeni ofis açdığını, fəaliyyətini orada davam etdirəcəyini bildirmişdir. Onlarla Fariq arasında o qədər etibarlı münasibətlər yaranmışdır ki, hətta Fariq onun anasına “ana” deyə müraciət etmiş, ailə üzvlərindən birinə çevrilmişdir. Fariqlə bütün pul köçürmələrində hər hansı bir maniyə, problem yaranmamış, aralarında tam etibarlı, dost münasibətləri yaranmışdır. Fariqlə o, iman əhli olduqlarından birgə dini ibadətlər icra etmələri onları daha da yaxınlaşdırmışdır. Təxminən 2018-ci ilin iyun ayının əvvəllərində Fariq ona vatsap nömrəsinə zəng edərək bildirmişdir ki, “Sən həmişə Türkiyəyə pul köçürməsi edirsən. Bəzən sən məndən pul köçürməsini xahiş edərkən, Türkiyədə hazır pulum olmur, ona görə sən qabaqcadan 60 min ABŞ dolları verə bilərsən, sənə lazım olduqda İstanbuldan dediyim ünvandan gedib götürərsən” və bu sözlər onu arxayın etmiş, çünki dəfələrlə əvvəllər bu qaydada Fariqə pulları Bakıda verib, İstanbul şəhərində Fariqin dediyi ünvanlardan almışlar. Həmin günün axşamı Fariq qaynı Rəşadla birlikdə Yasamal rayonu, Zərdabi küçəsinə onların yaşadıqları ünvanın qarajına gəlmişdir. Qardaşı Elxan pulu anasından götürüb binanın qarajında Fariqlə maşında olan şəriki Rəşada vermişdir. Pulların 30 min ABŞ dollarını Fariq, 30 min ABŞ dollarını Rəşad sayıb götürmüşlər. Bundan sonra 2018-ci ilin noyabr ayının əvvəlində Fariq həyat yoldaşı ilə birlikdə həmin ünvana onların evinə gəlib bu dəfə də eyni məqsədlə 40000 ABŞ dolları istəmiş, onları bir daha inandırmışdır ki, pulunuz Türkiyəyə gedəcək, sizə lazım olan kimi dərhal Türkiyədə dediyi ünvandan ala bilərsiniz. Onlar da Fariqə inanıb anasının və qardaşı Elxanın yanında 40000 ABŞ dolları pulu Fariqə vermişlər. Həmin vaxt Fariqin həyat yoldaşı maşınında oturmuşdur. Bundan əlavə 2018-ci ilin noyabr ayının axırı Fariq yenə anası Qasımova Süsənin yaşadığı Yasamal rayonu, Zərdabi küçəsi ev 92a mənzil 647A-ya gəlib bu dəfə eyni məqsədlə 25000 ABŞ dolları pul istəmiş, həmin məbləği də qardaşı Elxanın və anasının iştirakı ilə Fariqə vermişlər. Fariq onlarla bir ailəli kimi olduğundan bacısı X1 evin 85000 ABŞ dolları pulunun onların sərəncamında olduğunu bilmiş, həmin məbləği də ələ keçirmək üçün 2019-cu ilin sentyabr ayının əvvəlində Fariq yenə onları inandırmışdır ki, “Onsuzda o pulu da Türkiyəyə göndərəcəksiniz. Verin mənə, göndərim Türkiyəyə, sizə lazım olanda orada götürərsiniz”. Həmin pulu da Fariq Əhmədli qəsəbəsində Məhəmməd Hadi küçəsində yerləşən mağazalarına gəlib orada qardaşı Elxanın iştirakı ilə onlardan almışdır. Beləliklə, Cavabdeh onlardan 2018-ci ilin iyun ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövrdə cəmi 210000 ABŞ dolları məbləğində pul alaraq etibardan suiistifadə etməklə ələ kecirmişdir. O, Fariqə pullarını borca verməmiş, sadəcə mütəmadi olaraq Türkiyəyə göndərəcəyi pulları ona vermişdir ki, ona lazım olan anda dərhal pulunu Türkiyədə dediyi ünvanda ala bilsinlər. xx.xx.2021-ci il tarixli Nizami Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair qərarından görünür ki, təqsirləndirilən şəxsin vəkili məhkəməyə təqdim etdiyi vəsatətində göstərmişdir ki, guya həmin məbləğdə pulları Cavabdeh faizlə borca vermişdir. Həmin məhkəmə prosesinə o, dəvət olunmamış, məhkəmədə onun fikrini soruşmamışlar. Məhkəmənin qərarında göstərilən fikir yanlışdır, həqiqətə uyğun deyil, bunu özünə təhqir hesab edir. O, heç bir vaxt Fariqə borc pul verməmişdir. Fariqin buna eytiyacı da olmamış, ona dövriyyəsinin 450 min ABŞ dolları, qaynı Rəşadın da 1 milyon 500 min ABŞ dolları dövriyyəsi olduğunu bildirmişdir. Dinimizin hökmüne görə "Sələm verib almaq kəbə evində insanın öz yaxını ilə zina etməyə bərabər günahdır". O, bunu bilmiş və heç kimə heç vaxt faizə pul verməmiş, nə də almamışdır. Həmin pulun Fariqin hər hansı bir şəxsi maraqları üçün istifadə etməsinə heç bir vaxt razılıq verməmişdir. Biznes işindən başı çıxan adam kimi bilmişdir ki, dövriyyədə olan pulu dövriyyədən çıxarıb kiməsə ev, maşın almağa borc verməzlər. 2019-cu ilin sentyabr ayının sonunda o, Türkiyədə olarkən malın pulunu ödəməyə təcili 30 min ABŞ dolları lazım olmuş, o, Fariqə vatsapla zəng edib, həmin məbləğdə pulu haradan, hansı ünvandan ala biləcəyini soruşmuş, Fariq isə hazırda pulu çatdıra bilməyəcəyini bildirmiş, müxtəlif bəhanələr gətirmiş, onda olan 210 min dollarının Çində olduğunu bildirmişdir. Həmin pulu dövriyyəyə buraxdığını demişdir. O, hiddətlənmiş, onun pulunu ondan xəbərsiz, hansı səbəbdən öz məqsədilə istifadə etdiyini soruşmuşdur. Fariq yalvarmağa başlamış, "Ölüm ayağının altında, sən Allah mənim problemimi anana və Elxana demə, 30 min ABŞ dollarını başqa yerdən təşkil elə, bilməsinlər mənim problemim olduğunu" demişdir. O da, məcbur olub dostu Samirə zəng etmiş, Samirdən 30000 ABŞ dolları borc istəmiş, Samir həmin məbləği ona verəcəyini bildirmiş, Muqbilov Samir (**********) yaşadığı ünvana gəlib qardaşı Elxana 30 min ABŞ dolları gətirmişdir. Elxan da anası ilə birlikdə Nizami rayonu, «Oskar» şadlıq sarayının yanına gedərək həmin məbləği aparıb Fariqə vermiş və təcili Türkiyəyə göndərməsini demişlər. Lakin Fariq həmin 30000 ABŞ dollarını da Türkiyəyə köçürməmiş, təkrarən ələ keçirmişdir. O, məcbur olub malı nisyə almış, bu barədə qaiməni təqdim edə bilər. Bakıya qayıdandan sonra əmin olmuşdur ki, Fariq onu aldatmış və pulu tələb etmək fikrinə düşmüşdür. Buna görə də gələn kimi Fariqlə görüşüb bir neçə dəfə pulunu ona təcili olaraq qaytarılmasını tələb etməyə başlamışdır. Fariq sıxıntıları olduğunu, noyabr ayına kimi səbr etməsini demişdir. Lakin Fariq pulunu qaytarmamış, yenə də zəng etdikdə Fariz restoran açdığını, təmir işləri apardığını, bir az gözləməsini demiş, restoranın açılışına xx.xx.2019-cu ildə onu da qardaşı ilə birlikdə çağırmışdır. O və qardaşı Elxan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "Səfa" restoranına getmişlər. Həmin restoranın "İnstaqram" sosial şəbəkəsindən götürülmüş şəklini təqdim etmişdir. Orada Fariq pul köçürmə biznesindən uzaqlaşdığını, yeni restoran şəbəkəsi açdığını və onları da bu işə şərik etmək istədiyini demişdir. Restoranın təmirini görəndə şoka düşmüşdür. Çünki cox bahalı tərmir aparılmış, avadanlıqlar alınmışdır. Fariq özü yalnız avadanlığa 70-80 min ABŞ dollan pul xərclədiyini demişdir. Aşağıda dayanmış son model yeni Qalenvaqen avtomobilini göstərib, qaynı Rəşad üçün alındığını bildirmişdir. O, bunları görəndə Fariqdən onların pullarının harada olduğunu, nə zaman qaytaracağını soruşmuşdur. Fariq isə bundan başqa digər böyük işləri olduğunu, narahat olmamağı, pullarını yanvarın əvvəli qaytaracağını söyləmiş, “Həcc ziyarətinə gedin, qayıdın, qaytaracam” demişdir. Lakin onlar Fariqlə heç bir şərikli iş qurmaq niyyətində olmadıqlarını və pullarını tam şəkildə 2020-ci ilin yanvar ayının əvvəlinə kimi qaytarmağını tələb etmişlər. Yanvar ayında həcc ziyarətindən qayıtdıqdan sonra bir daha zəng etmiş və pulun göndərilməməsinin səbəbini Fariqdən soruşmuşdur. Fariq onların evinə gələcəyini demişdir. O, Fariqi gözləyərkən Fariqin oğlu zəng etmiş, atasının axırıncı dəfə onunla danışıb və yoxa çıxdığını demişdir. Qayıdandan sonra bilmişdir ki, Fariq Qubaya getmiş, güya orada intihar etmək istəmiş, yəni şou düzəltmişdir ki, onlar qorxub Fariqdən halal pullarını tələb etməsinlər. Fariq pulunu Türkiyəyə göndərməməsinə görə Türkiyədə sahibkarlara onun 150 min ABŞ dolları borcu yaranmışdır. Əlavə 30 min dollar da Samirə borcu olmuşdur. Fariqin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmayaraq, bu yaranmış etibardan sui-istifadə edərək, onun əmlakını əvəzsiz olaraq ələ keçirməsi, uzun müddət ərzində onlara yalanlar söyləyərək, müxtəlif bəhanələr və yalan vədlər verərək, onların pullardan istifadə edərək özünün digər məqsədlərinə xərcləyəcəyi onların ağlına belə gəlməmişdr. Belə ki, Fariq “Ag şəhərdə” həyat yoldaşının adına özünə yeni tikilidə ev almış, yoldaşına KİA markalı avtomaşın almış, qaynı Rəşada Mersedes-Qalinvagen markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili 255 min ABŞ dollarına almış, Yeni Günəşli qəsəbəsində "Səfa" adlı restoranı icarəyə götürüb təmir edib pul qazanmışdır. 2018-cı ildən bu günə qədər, Fariq və Rəşad 240 min dollar pul vəsaitini, dələduzluq yolu ilə əldə etmişlər. Onlar bu müddət ərzində həmin əmlakın geri qaytarılmasını ehtimal edərək, dəfələrlə Fariqlə görüşüb Fariq və Rəşada müraciətlər etmələrinə baxmayaraq, onlara dəymiş zərəri geri qaytarmaq niyyətində olmadıqları, öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmədiklərini görüb hüquq mühafizə orqanlarına müracət etmişlər. Onu da qeyd etmişdir ki, Fariqin onları mütəmadi aldatdığını bilib, məcbur olub səs yazısını yazmışdır. Həmin səs yazılarını təqdim etmişdir. Belə ki, xx.xx.2020-ci ildə Fariq anasının yaşadığı evə gəlmiş, onların anasının evi ilə bir mərtəbə fərqi var, eyni blokda yaşayırlar. Fariq ondan aldığı pulları etiraf etmiş, maliyyə vəziyyətinin ağır olduğunu bildirib, 1 ay möhlət istəmiş, bacısının pulunu martın əvvəli, digərini isə, qayınatası Ərgürşadın Buzovnada yerləşən 1 hektar torpağını, özünün isə Ağ Şəhərdə, yoldaşının adına aldığı 5 otaqlı evi satıb verəcəyini demişdir. Bunları da etməmişdir. Aldatmışdır. Bundan sonra o, qardaşı ilə Fariqin restoranına getmiş, orada Ərgüşadla oturub söhbət etmişlər. Fariq yenə yalan vədlər vermiş, torpaq satacağını bildirmişdir. Lakin Ərgüşad “O, torpaqda gözün olmasın, onun başqa borcları da var, sənə cəmi 10-15 min verəcəyəm” demişdir. O, tam əmin olmuşdur ki, pulu qaytaran deyillər. Telefonlarına cavab verməmiş, onları bloka atmışdır. O da, məcbur olub, 2021-ci ilin iyul ayında Xətai rayon Prokurorluğuna müraciət etmişdir. Ərizəni yazmaqda ona kömək edilməsini xahiş etmiş, vəkili olmamışdır. Fariq cəzadan canını qurtarmaq üçün, onun güya faizə pul verdiyini bildirmişdir. O isə üzləşmə zamanı Fariqi ifşa etmişdir. Qeyd etmişdir ki, istintaq orqanı uzun müddətdir ki, işi tamamlamamış, bir orqandan digərinə qöndərmiş, süründürmüşdür. Fariqin həbsdən azad olmasını isə 3 ay 6 gün sonra bilmişdir. Yəni işin gedişatı barəsində ona heç bir məlumat verilməmişdir. Bu hallar isə onun hüquqlarını pozmuş, cəzasızlıq mühiti yaratmışdır. Əlavə suallara cavab olaraq, ilkin olaraq Xətai rayon prokurorluğunda ərizə və izahat verərkən, sonradan Xətai RPİ-nin İŞ-də və Nizami RPİ-nin İŞ- də cinayət işinin istintaqı zamanı verdiyi ifadələrlə hazırki verdiyi ifadə arasında olan ziddiyyətləri izah edərək bildirmişdir ki, həmin vaxt müdafiəçisi olmamış, ona görə Xətai rayon prokurorluğunda adını unutduğu prokuror koməkçisindən ona ərizə və izahat yazmağa kömək etməsini xahiş etmişdir. Həmin vaxt dedikləri düzgün qeyd edilməmişdir. Hazırda verdiyi ifadə tam həqiqətə uyğundur. Cavabdeh ondan 2018-ci ilin iyun ayından 2019-cu ilin sentyabr ayına kimi olan dövrdə aldığı cəmi 210000 ABŞ dolları məbləğində puldan 2018-ci ilin iyun ayından 2019-cu ilin sentyabr ayına kimi pul ehtiyacı olmadığı üçün gedib Türkiyə Respublikasından pul götürməmişdir. 2019-cu ilin sentyabr ayında Fariqdən pulu haradan götürəcəyini soruşduqda Fariq ona pulların Çin Respublikasında olduğunu demişdir. Qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 2014-cü ildən 2017-ci ilə kimi qayınatasının qardaşı Həmzənin yanında paltar mağazasında satıcı kimi işləmişdir. İddiaçı təxminən 2012-ci ilden tanıyır. 2017-ci ilin əvvəllərindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Binə Ticarət Mərkəzinin” 1-ci sırasında icarəyə ofis götürüb ticarətlə məşğul olan bazar işçilərinin pul köçürmələrini həyata keçirmişdir. Bazar işçiləri Türkiyə və Çindən mal gətirmək üçün pul köçürmək məqsədilə ona müraciət edərək malın qiymətinə uyğun pul vermiş və pulun köçürülməsi üçün puldan 1 faiz tutaraq gəlir əldə etmişdir. Bundan sonra xaricdə olan tanışları ilə əlaqə saxlayıb köçürülmüş pulu lazımı şəxslərə təhvil vermişdir. 2017-ci ildən başlayaraq ticarət mərkəzində paltar dükanları olan Elxan və İmran qardaşları da Türkiyə Respublikasındakı mal sahibinə pul göndərmək üçün ona müraciət etmişdir. Həmin vaxtdan aralarında yaxın münasibətlər yaranmışdır. 2017-ci ildən başlayaraq o, İmran və Elxanın yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsindəki evlərinə gedib-gəlmiş, anası Süsənlə tanış olmuşdur. Onların dindar, allaha yaxın, mömin ailə olduqlarını bilmişdir. Özü də söhbət zamanı 6 dəfə Kərbəla ziyarətində olduğunu onlara danışmış, anasına ana demiş və yaxın münasibətləri yaranmışdır. Bu kimi münasibətləri olduğundan o, İmranın Türkiyəyə göndərmək istədiyi pulları bəzi hallarda telefonda məbləğini deyib pulu öz hesabından göndərmiş və sonra onlardan pulu almışdır. Həmin vaxt əlində xeyli miqdarda pullar olmuşdur. Belə ki, o, yaşadığı ünvan 6 ünvanında olan evini satmış, əlində maya kimi istifadə etmişdir. O, pul köçürmələrdə hər 100.000 ABŞ dollarından 3500 ABŞ dolları qazanc əldə etmişdir. Hərdən də bazarda olan sahibkarlara faizə pullar verib qazanc əldə etmişdir. Özü də vergi ödəyicisi olmuşdur. İmran pul göndərəndə ondan alınan köçürmə haqqından qazanc olduğunu, onun fərasətli olduğunu görüb ona təklif etmişdir ki, ona 100.000 ABŞ dolları məbləğində pul versin və o, ayda İmrana 3000 ABŞ dolları versin. İmran bildirmişdir ki, pulu evdə hərəkətsiz qalıb, verim işlət, mənə də qazanc ver. O isə, ayda 2500 ABŞ dolları verə biləcəyini demişdir. Çünki 500 ABŞ dolları da ona qalmalı idi. Sonra İmran onunla razılaşmışdır. Buna görə də 2017-ci ilin təxminən iyun ayının ortalarında İmranın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zerdabi kopasi ev 92Aepvanının alt hissəsində yerləşən avtomobil qarajında İmrandan qardaşı Elxanın yanında 100.000 ABŞ dolları məbləğində pul almış və həmin pulun qarşılığında razılaşdıqları kimi İmrana aylıq olaraq 2500 ABŞ dolları pul verməyə başlamışdır. Her ayın 30-31-i o, İmranın ona verdiyi pulun müqabilində əldə etdiyi qazancı İmrana vermişdir. Ele olmuşdur ki, 30- 31-i o, İmranın pulunun faizini verməyəndə ayın 1-i ona zəng edib pulu soruşmuşdur. O, pulun faizini çox vaxt Binə bazarında olan mağazasında İmranın özünə və anasının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ev 92A mənzil 247a saylı mənzildə anası Süsən mamaya vermişdir. O, İmranın anasına mama demişdir. Bu minvalla 4-5 ay İmranın ona verdiyi 100.000 ABŞ dolları pulun müqabilində hər ay 2500 ABŞ dolları olmaqla təxminən 12.500 ABŞ dollar faizini tam olaraq ödəmişdir. Lakin pulun əsas mayası, yəni 100.000 ABŞ dolları onda qalmışdır. Bundan sonra ona 25.000 ABŞ dolları pul lazım olduğu üçün 2017-ci ilin noyabr ayının sonlarında İmrana müraciət edərək əlavə pul verməsini istəmişdir. İmran da ona pul verə biləcəyini bildirdiyi üçün həmin gün İmranın anası Süsənin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi ev 92A mənzil 247a saylı mənzilə getmiş, orada İmran 25.000 ABŞ dolları pulu anası Süsənin və qardaşı Elxanın yanında ona vermişdir və onun ümumilikdə İmrana 125.000 ABŞ dollan pul verəcəyi olmuşdur. Razılaşdıqlan kimi İmranın verdiyi 125.000 ABŞ dollar pula görə aylıq olaraq 3500 ABŞ dolları pul ödəməli olmuşdur. Bu şərti İmran qoymuşdur. O, iki ay 3500 ABŞ dolları olmaqla 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar ayında İmrana 210.000 ABŞ dolları pul verəcəyi olmuşdur. Həmin pulun müqabilində İmran ondan 6000 ABŞ dolları pul alacağını demişdir. O isə, İmrana 6000 ABŞ dolları çox olduğunu, ona 5500 ABŞ dolları verəcəyini bildirmişdir. Onlar razılaşmışlar. Razılaşdıqları kimi İmranın ona verdiyi 210.000 ABŞ dollar pula görə aylıq olaraq 5500 ABŞ dolları pul ödəməyə başlamışdır. 2019-cu ilin iyul ayına qədər hər ay 5500 ABŞ dolları olmaqla, 17 ay, ümumlikdə İmrana 93500 ABŞ dolları pul ödəmişdir. Bir müddət sonra təxminən 2019-cu ilin iyul ayında ona yenidən pul lazım olduğu üçün İmranla əlaqə saxlayıb əlavə olaraq 30.000 ABŞ dolları pul verməsini və həmin pula görə də ona aylıq olaraq pul verəcəyini bildirmişdir. İmran ona Türkiyə Respublikasında olduğunu bildirib pulu qardaşı Elxanın gətirəcəyini demişdir. Həmin gün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Oskar” şadlıq evinin qarşısında Elxanla görüşüb 30.000 ABŞ dolları pulu almışdır. Həmin vaxt Elxan anası Süsənlə birlikdə gəlmişdir. Artıq onun İmrana 240.000 ABŞ dolları pul verəcəyi yaranmış və həmin pula görə İmrana aylıq olaraq 6.500 ABŞ dolları pul verməli olmuşdur. Həmin pulu da hər ay İmrana verməyə başlamışdır. Təxminən 2020-ci ilin yanvar ayı da daxil olmaqla hər ay 6500 ABŞ dolları olmaqla 7 ay, ümumilikdə İmrana 45.500 ABŞ dolları faiz ödəmişdir. Hər ay İmrana pulu özü görüşüb vermişdir. Təxminən 2 ya 3 dəfə isə özü şəxsi işləri ilə əlaqədar rayonda olan zaman və ya bazarda olmadığı üçün baldızı oğlu Zabil də İmrana olan faiz borclarını aparıb vermişdir. O, pulları adətən İmranın anası Süsənə vermişdir. Bir neçə dəfə isə pul İmranın işlətdiyi Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən Lotos ticarət mərkəzinin yaxınlığında olan mağazasında İmranın özünə vermişdir. Bundan əlavə bir neçə dəfə isə İmranın qardaşı Elxanın "Əhmədli” metrostansiyasnın yaxınlığında işlətdiyi mağazada şəxsən Elxanın özünə vermişdir. O, ümumilikdə onlara 155.000 ABŞ dolları pul faiz olaraq ödəmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, bazarda ofis açmış, həmin ofisdə köçürmə ilə məşğul olmuşdur. Əvvəllər ticarətlə məşğul olan zaman Türkiyədə tanış olduğu Şahin adlı Türk vətəndaşına zəng edib xahiş etmiş, Şahin onun dediyi adama Türkiyədə dediyi məbləği vermiş, o da, burada pulu Şahinin dediyi adamlara vermişdir. Şahin də orada pul qazanmışdır. Təxminən 4-5 aydan sonra o, ofisi bağlamış, pul köçürmələri azalmış və səyyari faizə işləməyə başlamışdır. Hərdən da köçürmə etmişdir. Sonradan bu iş zəiflədiyi üçün əlaqələri kəsilmişdir. İmrandan pul almağı barədə və ona pul qaytarmağı barədə özünə məxsus kompyuterdə qeydlər aparmış, lakin həmin kompüteri satdığı üçün həmin qeydlər silinmişdir. İmran pulları ona verən zaman yanlarında yalnız İmranın anası Süsən və qardaşı Elxan olmuşdur, başqa heç kim olmamışdır. İlkin və sonrakı ifadələrində heç vaxt Bakı şəhəri, Xətai rayonu, "Ağ şəhər” adlanan ərazidə İmrandan pul aldığını deməmişdir. Həmin ifadələr yazılmış, o isə, imza etmişdir. Pulun harada alınıb verilməsinin əhəmiyyətli olmasını düşünüb fikir verməmişdir. Hazırda o, tam olaraq həqiqəti deyir. Onun Xətai rayonu ərazisində pul aldığı yalandan quraşdırılmışdır. İddiaçı aldığı 240.000 ABŞ dolları pulu "Binə" və "Sədərək" bazarlarında işləyən sahibkarlara faizə vermişdir. Son dövrlərdə, yəni pandemiya başlayandan, 2020-ci ilin yanvar və fevral ayından faizə verdiyim pulları yığa bilməmiş, "Sədərək" bazarlarında işləyən Nəriman adlı elektrik avadanlıqları satan şəxsə 160.000 ABŞ dolları, "Binə" bazarlarında İşləyən Zaur adlı əl çantası satan şəxsə 80.000 ABŞ dolları pulu ala bilməmişdir. Həmin pullar hələ də Nəriman və Zaur adlı şəxslər tərəfindən qaytarılmamışdır. O, həmin şəxslərdən pulunu dəfələrlə tələb etmiş, lakin hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Çünki bazar sistemində hər kəsin hər kəsə borcu olur. Onlar da borclarını işləyib verəcəklərini demişlər. Çünki onlar vaxtında verdiyi pulların faizlərini mənə vermişlər, o da, İmrana ödəmişdir. Qazancını da özünə xərcləmişdir. O, fikirləşmişdir ki, onlardan şikayət etsə onlara verdiyi borc pulun üzərindən xətt çəkəcəklər. Bilmişdir ki, onlar da alverdə iflasa uğramışlar. İmrandan aldığı pullardan başqa özünün şəxsi pulları da olmuşdur. Ümumilikdə əlində 300.000 ABŞ dollar pul olmuşdur. O, Nəriman və Zaurdan başqa “Binə” bazarında işləyən Hacı Samir və Vüqar adlı şəxslərə də pul vermiş, onlar da işlədiyi müddətdə həmişə verdiyi pulun müqabilində faizlərini ödəmişlər. Sonradan əsas pulu da qaytarmışlar. Hazırda ona heç bir borcları yoxdur. İşlədiyi müddətdə ayrı-ayrı şəxslərdə xırda-xırda məbləğlərdə pulları batmışdır. Alacaqları təkcə Nəriman və Zaurda qalmışdır. Həmin şəxslər də pulunu qaytarsalar, İmrana olan borcunu qaytara bilər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, İddiaçı aldığı 240.000 ABŞ dollarının əsas hissəsindən İmrana ödəməmiş, İmrana ancaq 155.000 ABŞ dolları faiz ödəmişdir. Əsas pulunu hələ də borcludur. Faizə pul verdiyini bazarda çox adam bilmişdir. Konkret olaraq İmrandan faizə vermək məqəsdilə pul aldığını heç kim bilməmişdir. İmran özü də kiməsə bildirməyini istəməmişdir. Pulu ona verəndə elə vermişdir ki, ailə üzvlərindən başqa heç kim bilməsin. Elə vaxtlar olub ki, ona 20.000 və ya 30.000 ABŞ dolları pul lazım olduqda bir aylıq İmrandan götürüb, sonra aparıb faizi ilə birlikdə qaytarmışdır. İddiaçı ifadəsində pul göndərmək lazım olanda pulunu Türkiyəyə göndərərkən faiz almadığı üçün ona 240.000 ABŞ dolları məbləğində pul verdiyini, heç vaxt əldə etdiyi qazancdan İmrana vermədiyi barədə bildirməsinə cavab olaraq qeyd etmişdir ki, İmran onun vasitəsi ilə 2-3 dəfə pul göndərmişdir. 50.000 ABŞ dolları pul göndərəndə 500 ABŞ dolları faiz alınmışdır. Həmişə də İmrandan göndərdiyi pulun faizini almışdır. İmran ticarətçidir, xeyiri olmasa, ondan aldığı borc pulu və ya gəlir əldə etmək üçün verdiyi puldan qazancı olmasa ona heç vaxt bir manat da verməzdi. O, İmranın verdiyi 100.000 ABŞ dolları məbləğində pulun qarşılığında xeyir verməsə, İmran ona yenidən heç vaxt pul verməyi təklif etməzdi və verməzdi. Hətta qazancının yaxşı olduğunu görüb, mənzilini də satıb ona verməzdi. İddiaçı ona verdiyi 85.000 ABŞ dollar pulun bacısına məxsus olduğunu deməmişdir. İmranın imkanı çox yaxşı olmuşdur. Ona vermək üçün bacısının evini satmağa ehtiyacı olmamışdır. O, İmrana xeyir vermirdisə, nəyə görə bacısının evinin pulunu ona verirdi. O, İmranla təkbətək söhbət edəndə həmişə etiraf edib ki, o, İmrana 155.000 ABŞ dolları xeyir vermişdir. Onlar bir dəfə Yeni Günəşli qəsəbəsində olan restoranda görüşən zaman da İmran onun 155.000 ABŞ dolları xeyir verdiyini etiraf etmişdir. İmran onu da qeyd etmişdir ki, “Onun bura nə dəxli var. Mənim əsas pulumu qaytarsın. Həmin görüş zamanı onun qaynatası Ərgüşad da yanlarında olmuşdur. İmran da qardaşı Elxan ilə gəlmişdir. O da, İmrandan vaxt istəmişdir ki, ona borclu olan şəxslərdən alıb və özü də işləyib İmranın pulunu qaytarsın. İmran da pulun ona hissə-hissə lazım olmadığını, pulunu bütöv verməsini demişdir. Həmin vaxt İmran açıq edib getmiş və ona hədə qorxu gələrək “Gör mən sənə nə edəcəm” demişdir. İmran ifadəsində yalan demişdir. Belə ki, heç vaxt İmran ona pul verəndə nə Rəşad, nə də Esmira onun yanında olmamışdır. İmran onun qaynı Rəşad, qaynatası Ərgüşadın adını hallandıraraq onun İmrana olan borcunu ödəmələrini istəyir. Lakin hazırda ailə problemi yarandığından onun İmrana olan borcunu ödəməyə kömək etmək belə fikirləri yoxdur. Həm də buna maddi imkanları yoxdur. İmran vaxtında onların imkanlı olduğunu bilmişdir. Qərardan həmçinin görünür ki, istintaq materiallarından göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzində ticarətlə məşğul olan şəxslərə biznesə yatırmaq üçün müxtəlif məbləğlərdə pul verərək əldə olunmuş gəlirin bir hissəsini götürmüşdür. Həmin ticarət mərkəzində 6-cı sıra, 1-ci korpus, 60 nömrəli mağazada qadın paltarları satışı ilə məşğul olan İddiaçı da Cavabdeh qeyd olunan biznesə yatırması və gəlir əldə etmək məqsədi ilə 2018-ci ilin iyun ayından başlayaraq xx.xx.2019-cu il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 240.000 ABŞ dolları, yəni 408.000 Azərbaycan manatı ekvivalentində pul vermişdir. Cavabdeh İddiaçı ona verdiyi pulları da dövriyyəyə buraxaraq hər ay müxtəlif məbləğlərdə olmaqla ümumilikdə İddiaçı 155000 ABŞ dolları gəlir vermiş, lakin pandemiya ilə əlaqədar ticarətdə yaranmış çətinliklər səbəbindən İddiaçı ona verdiyi 240000 ABŞ dollarını qaytara bilmədiyindən tərəflər arasında narazılıq yaranmışdır. Cavabdeh ilə İddiaçı arasında birgə kommersiya fəaliyyəti nəticəsində yaranmış narazılıq mülki xarakterlidir və dələduzluq kimi qiymətləndirilə bilməz. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərmişdir. İş materiallarından görünür ki, Cavabdeh vəkili Vəkil2 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, bildirmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında qeyd etmişdir ki, cavabdehlə aralarındakı razılaşmaya əsasən iddiaçının tələb etdiyi anda cavabdeh ondan aldığı pulu qaytarmalı idi. İddiaçı yenə həm iddia ərizəsində, həm də məhkəmə iclasında qeyd etmişdir ki, o cavabdehdən 2020-ci ilin yanvar ayında pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh ondan 2021-ci ilin mart ayına qədər möhlət istəmiş, həmin tarixədək pulu qaytaracağını bildirmişdir. Göründüyü kimi tərəflər öhdəliyin icrası anını tələb etmə anı kimi müəyyənləşdirsələr də, sonradan hər ikisinin razılığı ilə öhdəliyin icra edilməsi üçün cavabdehə müddət verilmişdir. MM-nin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi hazırki iş üzrə iddia müddəti məhz 2021-ci ilin mart ayında başlamışdır. İddiaçı isə xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırki iş üzrə iddiaçı iddia tələbini irəli sürmək üçün 3 illik iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2018-ci ilin təxminən iyun ayının ortalarında 60.000 ABŞ dolları, 2018-ci ilin noyabr ayında 40.000 ABŞ dolları, bundan təxminən 10 gün sonra 25.000 ABŞ dolları, 2019-cu ilin sentyabr ayında 30.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 85.000 ABŞ dolları, ümumilikdə 240.000 ABŞ dolları məbləğində pulu cavabdehə hər hansı yazılı formada bağlanmış müqavilə olmadan borc olaraq vermişdir. 2020-ci ilin yanvar ayında iddiaçı cavabdehlə əlaqə saxlayıb ona verdiyi 240.000 ABŞ dolları pulu hissəhissə qaytarmasını istəməyə başlamışdır. Cavabdeh 2021-ci ilin mart ayına kimi ona müddət verməsini bildirmiş, iddiaçı dа, onunla razılaşmış və 2021-ci ilin mart ayına kimi gözləsə də, heç bir nəticə olmamışdır. Bundan sonra о, Fariqə zəng vuraraq pullarını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirib iş qurmaq adı ilə ondan aldığı 240.000 ABŞ dolları pulunu qaytarmamışdır. Bundan sonra iddiaçı Bakı şəhəri Xətai rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Daha sonra, bununla bağlı Bakı şəhəri Nizami RPİ-nin İsintaq Şöbəsində cinayət işi açılmışdır. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun cinayət işinin icraatına xitam verilməsi barədə qərarına əsasən, cavabdeh ilə iddiaçı аrasında birgə kommersiya fəaliyyəti nəticəsində yaranmış narazılığın mülki xarekterli olduğu və dələduzluq kimi qiymətləndirilə bilməyəcəyi səbəbindən cinayət işinin icraatına xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(050)-1986/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəmə kimi Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra iddiaçı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin e-2-2(121)-2002/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2- 2(121)-2118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadları ilə iddiaçının iddia ərizəsi geri qaytarılmışdır. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddəti cavabdehə verdiyi pulun qaytarılmasını tələb etdiyi tarixdən, yəni 2020-ci ilin yanvar ayından başlamışdır. İşin materiallarından da görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Göründüyü kimi, iddiaçı 240.000 ABŞ dolları məbləğində pulun cavabdehə borc olaraq verilməsinə dair yazılı formada müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan (yəni, “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə əlavə edilən və “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 822- VİQD nömrəli, xx.xx.2023-cü il tarixli Qanunu ilə çıxarılan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericilikdə borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu təqirdə borc müqaviləsinin yazılı formada bağlanmalı olması nəzərdə tutulmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 240.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə verilərkən tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmadığından, qanunvericiliyin müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı qeyd edilən iddiaçı tərəfindən 240.000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsi ilə bağlı bağlanmış göstərilən şifahi borc müqaviləsinin qanunvericiliyin göstərişlərinə zidd olaraq bağlandığı müəyyən edildiyindən, həmin müqavilə əhəmiyyətsiz əqddir. Buna görə də, qeyd edilən şifahi müqavilə mübahisələndirilmədən, məhkəmə qərarından və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan əqddir. Belə olan halda, tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh 240.000 ABŞ dolları məbləğində puli iddiaçıdan hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan aldığından, cavabdeh əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri olmadığından, iddia tələbi əsassız varlanma ilə bağlıdır, yəni qeyd edilən hissədə iddia tələbi müqavilə tələbləri üzrə deyildir. Buna görə də, bu münasibətlərə müqavilə tələbləri üzrə olan 3 illik iddia müddəti şamil edilə bilməz. Odur ki, hazırki mübahisə üzrə əsassız varlanma ilə əlaqədar müddət şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qıldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti keçdiyindən, iddia müddətinin axımının kəsilməsi halları müəyyən edilmədiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə həmçinin iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 520 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməli olduğundan, habelə iş materiallarına əlavə edilən portaldan çıxarışda iddiaçı tərəfindən hüquqi yardımla bağlı hər hansı bir məbləğin köçürülməsi (belə ki, “De Fendo” Vəkil Bürosu (iddiaçı tərəfindən deyil) tərəfindən “De Fendo” Vəkil Bürosunun hesabına 520 manat məbləğində pul vəsaiti köçürülmüşdür ) müəyyən olunmadığından, iddiaçı ilə vəkil arasında hər hansı bir müqavilənin bağlanmasını təsdiq edən sübut isə təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda iddianın 700 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – dəymiş maddi zərərin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-2416/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2416/2024
21.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver