Məhkəmə qərarları › İş №e-2-2(121)-2425/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2425/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2425/2022 25.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – 3.500 manat əsas borc, 213,51 manat faiz borcu, cəmi 3.713,51 manat, habelə ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.500 manat əsas borc, 213,51 manat faiz borcu, cəmi 3.713,51 manat, habelə ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə kiçik iddiaya dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-3(103)-141/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AKİA-nın vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kreditlər üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. Həmin qərarın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2020-ci il tarixli, 38 saylı təhvil-təslim aktı (bundan sonra – Akt) əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 08/0009/KTK saylı kredit müqaviləsinə əsasən yeni növ buğda toxumunun alınması məqsədilə 24 ay müddətinə qaytarılmaq şərti ilə illik 7%-lə 3.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə zamin olmuş şəxs Cavabdeh1 arasında 09 dekabr 2019-cu il tarixli 08/0009/KTK saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilənin şərtlərinə görə zamin borclu Cavabdeh2 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaztərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bağlanmış zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, borclu kreditorla bağladığı 09 dekabr 2019cu il tarixli 08/0009/KTK saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri kreditora ödənəyədək bu müqavilə qüvvədə olur. Bağlanmış zaminlik müqaviləsinin 4.3-cü bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik borclu, zamin və ya üçüncü şəxs tərəfindən tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. xx.xx.2022-ci il tarixə cavabdehin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 3.500 manat, faiz borcu 213,51 manat, cəmi borcu 3.713,51 manat təşkil edir. Sözügedən mübahisə üzrə Cavabdeh2 Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı medaitor X1 tərəfindən təyin edilmiş ilkin mediasiya sesssiyası ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İlkin mediasiya sessiyasında borcun ödənilməsi barədə Cavabdeh2 müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Borcun ödənilməsi barədə zamin Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün mediator X1 tərəfindən lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq zaminin ilkin mediasiya sessiyasında iştirakı təmin olunmamışdır. Sözügedən mübahisə üzrə medaitor X1 tərəfindən MŞB/11 – 00053 saylı, xx.xx.2022-ci il tarixliarayış təqdim etmişdir. Qeyd olunmalıdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamininə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehin Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-3(103)-141/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AKİA-nın vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kreditlər üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. Həmin qərarın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2020-ci il tarixli, 38 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 08/0009/KTK saylı kredit müqaviləsinə əsasən ona yeni növ buğda toxumunun alınması məqsədilə 24 ay müddətinə qaytarılmaq şərti ilə illik 7%-lə 3.500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci yarımbəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə zamin olmuş şəxs Cavabdeh1 arasında 09 dekabr 2019-cu il tarixli 08/0009/KTK saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, borclu kreditorla bağladığı 09 dekabr 2019-cu il tarixli 08/0009/KTK saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri kreditora ödənəyədək bu müqavilə qüvvədə olur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik borclu, zamin və ya üçüncü şəxs tərəfindən tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 09 dekabr 2019-cu il tarixli, 08/0009/KTK saylı kredit müqaviləsinə əsasən 3.225,27 manat borcu yaranmışdır. Odur ki, noyabr ayının 16-na kimi borcun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağına dair xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında yeni növ buğda toxumunun alınması üçün kredit müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. Cavabdeh isə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliklərini yerinə yetirmədiyi iş materialları ilə tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, kredit müqaviləsi üzrə alınmış 3500 manata görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir.. İş materiallarında olan ilkin mediasiya sessiyasının 30 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3.500 manat əsas borc, 213,51 manat faiz borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat, cəmi 3.773,51 manat məbləğdə pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar