Məhkəmə qərarları › İş №e-2-2(121)-2460/2022

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2460/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2460/2022 04.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı - 30 İyul 2021-ci il tarixli, RB/SHF-6777 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3.037,13 manat, faiz borcuna görə 460,59 manat, dəbbə borcuna görə 800 manat, cəmi 4.297,72 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manat və 2,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı ASC ödənilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı - 30 İyul 2021-ci il tarixli, RB/SHF-6777 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3.037,13 manat, faiz borcuna görə 460,59 manat, dəbbə borcuna görə 800 manat, cəmi 4.297,72 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manat və 2,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı ASC ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş iddia ərizəsi elektron imza ilə X3 tərəfindən imzalanmış olsa da, iddia ərizəsini imzalamaq səlahiyyətinin olması iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-cü maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 5452 saylı etibarnamə mövcud olsa da, X1 iddia ərizəsin imzalamaq səlahiyyəti həmin etibarnamədə qeyd olunmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli DB-02/15 saylı etibarnamə ilə X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından iddia tələbinin ümumi məbləği 2001 manatdan 10000 manatadək olan iddia ərizələrini, iddia ərizələrinə əlavələri, ərizələri, iddia tələbinin azaldılmasına dair ərizələri, iddia tələbinin artırılmasına dair ərizələri, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələri, bankı təmsil etmək üçün nümayəndələrə verilən etibarnamələri, vəsatətləri, məhkəməyə göndərilən müştərilərin borcları barədə arayışları, teleqramları, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinə dair ərizələri imzalamaq səlahiyyəti verilmişdir. Etibarnamədə etibarnamə üzrə səlahiyyətlərin iddia tələbinin artırılmasına dair ərizələrin, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrin, teleqramların, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsinə dair ərizələrin və vəsatətlərin verilməsi istisna olmaqla digər şəxslərə verilə bilməməsi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, 5452 saylı etibarnamə xx.xx.2022-ci il tarixli DB-02/15 saylı etibarnamə əsasında X6 tərəfindən X2 verilmişdir. İddia ərizəsinin imzalanması səlahiyyəti yanlız X5 verilmişdir, onun da həmin səlahiyyəti başqasına etibar etmək hüququ olmamışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 10-1.3-cü maddəyə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, şəxsin iddia ərizəsini imzalamaq hüququnu təsdiq edən sənədi olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı - 30 İyul 2021-ci il tarixli, RB/SHF-6777 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3.037,13 manat, faiz borcuna görə 460,59 manat, dəbbə borcuna görə 800 manat, cəmi 4.297,72 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 manat və 2,98 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb İddiaçı ASC ödənilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar