Azərbaycan Respublikası adından QƏRARDAD İş № e-2-2(121)-2537/2022 18.10.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Cabbarov İlqar Hidayət oğlu İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyəti Cavabdeh qarşı Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 620 saylı kredit müqaviləsi üzrə 14283.77 manat hesablanmış faiz, 2774.21 manat hesablanmış faiz, 5548.42 manat dəbbə pulu olmaqla cəmi 22606.40 manat kredit borcunun və 200 manat ödənilmiş mediasiya xərcinin tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh özünə məxsus olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəəsi olmaqla 169.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə (MA seriyalı, ******* nömrəli, **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi, əmlakın 33 000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; fərdi yaşayış evində yaşayanların - X4, X1 və X2 və Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş iddia ərizəsi elektron imza ilə Nümayəndə tərəfindən imzalanmış olsa da, iddia ərizəsini imzalamaq səlahiyyətinin olması iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-cü maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 6455/PB saylı etibarnamə mövcud olsa da, Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyəti həmin etibarnamədə qeyd olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Nümayəndə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinində işləməsinə dair sənədlər elektron qaydada məhkəməyə təqdim olunmamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 0860-1/PB saylı etibarnamə ilə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elnur Quliyev tərəfindən İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini X3 İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin adından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının bütün instansiya mehkemelerinde, dövlət və qeyri dövlət təşkilatlarında işlərin aparılmasını, iddia ərizələrini və digər ərizələri imzalamaq, məhkəmə aktlarından şikayət vermək, qanunla iddiaçıya, cavabdehə, 3-cü şəxslərə, maraqlı şəxslərə, barəsində inzibati xətalara dair işlər üzra icraat aparılan şəxslərə, zərərçəkmiş şəxslərə verilmiş bütün hüquqlardan istifadə etməyi, iddianın predmetinin və ya esasının dəyişdirilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın alınması və X11 adından İddiaçı BOKT ASC-nin təmsilçisi kimi imza etməyi , o cümlədən əqdlər bağlamağı, İddiaçı BOKT ASC-nin işçilərinə verilən etibarnamələri imzalamaq və s. səlahiyyətləri verilmişdir. Məhkəmə eləcə də qeyd edir ki, məhkəməyə elektron qaydada kağız daşıyıcıda olan nüsxəsi də təqdim edilmişdir ki, həmin iddia ərizəsini İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin birinci müavini X5 imzalamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. xx.xx.2021-ci il tarixli, 6455/PB saylı etibarnamə xx.xx.2021-ci il tarixli, 0860- 1/PB saylı etibarnamə əsasında X5 tərəfindən Nümayəndə verilmişdir. Lakin həmin etibarnamə ilə Nümayəndə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin adından iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 10-1.3-cü maddəyə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, şəxsin iddia ərizəsini imzalamaq hüququnu təsdiq edən sənədi olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və.s tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2537/2022
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2537/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver