Məhkəmə qərarları › İş №e-2-2(121)-2561/2022

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2561/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-2561/2022 06.12.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – borc tələbi, tutmanın ipoteka predmetinə və girov əmlakına yönəldilməsi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı – cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas, 53014,06 manat faiz, 10999,8 manat cərimə borcu olmaqla cəmi 207259,3 manat məbləğində borcun, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas, 36156,9 manat faiz, 7237,01 manat cərimə borcu olmaqla cəmi 141211,54 manat borcun, 638,47 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərcidir), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən, 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, borcun əvəzi Cavabdeh məxsus xx.xx.2019-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş əmlakına yönəldilməsi hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən, 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-ci il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “11 saylı” filialından illik faiz dərəcəsi 30%-dən çox olmamaqla 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti ayrılmışdır. 23-BİZ-1- 0-2154-19 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “11 saylı” filialından illik 16%-lə 36 ay müddətinə 150000 manat məbləğində kredit götürmüşdür. 23-BİZ-1-0-2154-19/2 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin “11 saylı” filialından illik 16%-lə 36 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 192.30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzili xx.xx.2020-cu il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 23-BİZ-1-0-2154-19 nömrəli, xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən ünvan 2 X4 yanı Maqazin AvtoPlanet ünvanında yerləşən 300000 manat dəyərində olan dövriyyə vəsaiti (Avtomobil ehtiyat hissələri) girov qoyulmuşdur. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.1 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2022-ci il tarixədək Cavabdeh xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas, 53014,06 manat faiz, 10999,8 manat cərimə borcu olmaqla ümumilikdə 207259,3 manat borcu vardır. xx.xx.2022-ci ilədək Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas, 36156,9 manat faiz, 7237,01 manat cərimə borcu olmaqla ümumilikdə 141211,54 manat borcu vardır. Tərəflər arasında xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyası keçirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə girov predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun bir qisminin əvəzinə yönəldilməlidir. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, Cavabdeh "‘Yelo Bank” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas borcun, 59885,32 manat faiz borcunun, 18388,86 manat dəbbə olmaqla cəmi 221519,62 manat məbləğində borcun, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas borcun, 40849,25 manat faiz borcunun, 12097,49 manat dəbbə olmaqla cəmi 150764,37 manat borcun, 638,47 manat ödənilmiş dövlət rüsumunun (400 manatı mediasiya xərcidir), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən, 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun qeyd edilən mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, borcun əvəzi cavabdehə məxsus xx.xx.2019-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş əmlakına yönəldilməsi hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehə məxsus olan göstərilən mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavəsini onunla əsaslandırmışdır ki, iş üzrə iddia tələbinin həcminin artırlması zərurəti yaranmışdır. Belə ki, cavabdehdən bankın xeyrinə kredit borcunun tutulması ilə bağlı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. İddiaçı ilə cavabdeh arasında kredit limitinin ayrılmasına dair kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə 120 ay müddətinə bağlanmışdır. Cavabdeh tərəfindən müqavilənin şərtləri vaxtında yerinə yetirilmədiyindən xx.xx.2022-ci ilədək cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 143245,44 manat əsas borc, 59885,32 manat faiz borcu, 18388,86 manat dəbbə olmaqla cəmi 221519,62 manat borc tutulmalıdır. xx.xx.2022-ci ilədək Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 97817,63 manat əsas borc, 40849,25 manat faiz borcu, 12097,49 manat dəbbə olmaqla ümumilikdə cəmi 150764,37 manat borc tutulmalıdır. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23-BİZ-1- 0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsi bağlanmışdır. Göstərilən baş kredit müqaviləsinə əsasən cavabdehə 500000 manat məbləğində illik faiz dərəcəsi 30 faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0,1 faizdən çox olmamaq şərtilə 120 ay müddətinə kredit limiti ayrılmışdır. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kredit verilməsinə dair razılaşma bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehin dövriyyə sisteminin artırılması və “VTB Bank”-dan biznes məqsədilə götürdüyü aktiv xx.xx.2019-cu il tarixdə verilmiş 186000 manat və xx.xx.2019-cu il tarixdə verilmiş 12000 manat kreditlər üzrə qalıq borc məbləğinin bağlanması məqsədilə illik 16 faiz ödəmək şərti ilə 36 ay müddətinə 150000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23-BİZ-1-0-2154- 19/2 saylı, xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair razılaşma bağlanmışdır. Göstərilən kredit razılaşmasına əsasən cavabdehin dövriyyə sisteminin artırılması və “VTB Bank”-dan biznes məqsədilə götürdüyü aktiv xx.xx.2019-cu il tarixdə verilmiş 186000 manat və xx.xx.2019-cu il tarixdə verilmiş 12000 manat kreditlər üzrə qalıq borc məbləğinin bağlanması məqsədilə illik 16 faiz ödəmək şərti ilə 36 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli girov müqaviləsinə əsasən, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 300000 manat dəyərində olan dövriyyə vəsaitini (avtomobil ehtiyyat hissələri) 23-BİZ-1-0- 2154-19 saylı, xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi girov saxlayana girova vermişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzili 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli baş kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kredit verilməsinə dair razılaşması üzrə 143245,44 manat məbləğində əsas borc, 53014,06 manat məbləğində faiz borcu, 10999,8 manat məbləğində cərimə borcu, cəmi 207259,3 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə 97817,63 manat məbləğində əsas borc, 36156,9 manat məbləğində faiz borcu, 7237,01 manat məbləğində cərimə borcu, cəmi 141211,54 manat məbləğində kredit borcu vardır. İşdən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı – kredit borcu,tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1364/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh qarşı – borc tələbi, tutmanın ipoteka predmetinə və girov əmlaka yönəldilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İşə əlavə olan Masallı Rayon Məhkəməsinin 2(050)-613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9-3234 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 143245,44 manat, faiz borcu üzrə 14968,2 manat, 23-BİZ-1-0-2154-19/2 saylı, xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 97817,63 manat, faiz borcu üzrə 9990,76 manat borcu olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilin likvid dəyəri 310000 manat məbləğində olması müəyyən olunmuşdur. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 250 manat məbləğində təşkil edir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kredit verilməsinə dair razılaşması üzrə xx.xx.2022-ci il tarixə 143245,44 manat məbləğində əsas borc, 59885,32 manat məbləğində faiz borcu, 18388,86 manat məbləğində cərimə borcu, cəmi 221519,62 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 23-BİZ-1-0-2154-19/2 saylı, xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair razılaşması üzrə xx.xx.2022-ci il tarixə 97817,63 manat məbləğində əsas borc, 40849,25 manat məbləğində faiz borcu, 12097,49 manat məbləğində cərimə borcu, cəmi 150764,37 manat məbləğində kredit borcu vardır. Məhkəmə iddianın müqavilənin ləğv (və sazişin) edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilələrin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh(lər)dən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilə(lər)in (və saziş(lər)in) ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit razılaşmaları əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit razılaşmaları əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9-3234 saylı, xx.xx.2022-ci il tarixli rəyindən aydın olur ki, həmin vaxt iddiaçının Masallı Rayon Məhkəməsinin icraatında olmuş iddia tələbində göstərdiyi əsas borc və faiz borcu qeyd edilən ekspert rəyi ilə eynilik təşkil etmişdir. Buna görə də, hazırki iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət olmamış və Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(121)-1364/2022 saylı iş materiallarından göstərilən ekspert rəyi götürülərək, hazırki işə əlavə edilmişdir. Ona görə ki, qeyd edilən iş Masallı Rayon Məhkəməsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinə göndərildikdən sonra iddia ərizəsi geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun və faiz borcunun tutulması hissəərində təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə (dəbbə pulu) borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissələri də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə (dəbbə pulu) əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsinə əlavə ərizədə göstərilən 23- BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə cərimə (dəbbə pulu) borcu 18388,86 manat məbləğində deyil, 1800 manat məbləğində, 23-BİZ-1-0-2154- 19/2 saylı, xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə cərimə (dəbbə pulu) borcu 12097,49 manat məbləğində deyil, 1200 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 350 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 238,47 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 200 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-613/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı əsasında əmlakın likvid qiyməti qiymətləndirilməsi qiymətləndiriciyə həvalə edildiyindən, hazırki iş üzrə yenidən qiymətləndirici təyin edilməsinə zərurət olmamış və Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(121)-1364/2022 saylı iş materiallarından göstərilən rəy (hesabat) götürülərək, hazırki işə əlavə edilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və cavabdehin əmlakdan çıxaırılması”na dair hissələrini araşdıraraq hesab edir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissələrdə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak, həmin əmlakın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissələrdə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın banka təhvil verilməsi”nə dair hissələrini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, əmlakda olan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi (əmlakın cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və) əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın banka təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, əmlak satıldıqdan sonra həmin əmlakın mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı əmlakın iddiaçıya təhvil verilməsini tələb etməsi əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın banka təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddia qismən təmin olduğundan, iddia bu hissədə qismən təmin edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 10 manatı cavabdehə, 5 manatı iddiaçıya, xidmət haqqının 25 manatı cavabdehə, 5 manatı iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 10 manatı və xidmət haqqının 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin tələbin girov qoyulmuş əşyaya (əmlaka) yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyaya (əmlaka) yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya (əmlaka) yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara (əmlaklara) yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Məhkəmə eyni zamanda hesab edir ki, qiymətləndirici rəyi (hesabatı) hazırki işə əlavə edildiyindən, iş üzrə daşınmaz əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia əmlaka dair hissədə qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – əmlak(lar)ın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olaraq 250 manat məbləğində pul vəsaitindən 200 manatı cavabdehdən, 50 manatı İddiaçı ASC-dən alınaraq "xxxx" MMCnin hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ekspert rəyi hazırki işə əlavə edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı-ASCdən, 80 manatı X2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019cu il tarixli baş kredit müqaviləsi ləğv edilsin. 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 143245,44 manat əsas borc, 59885,32 manat faiz borcu, 1800 manat cərimə, cəmi 204930,76 manat məbləğində kredit borcu, 23-BİZ-1-0-2154-19/2 saylı, xx.xx.2020-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 97817,63 manat əsas borc, 40849,25 manat faiz borcu, 1200 manat cərimə, cəmi 139866,88 manat məbləğində kredit borcu, 550 manat dövlət rüsumu (350 manat mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla), 10 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 25 manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinin ilkin satış qiyməti 310000 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 204930,76 manat məbləğində kredit borcu, 23-BİZ-1-0-2154-19/2 saylı, xx.xx.2020-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 139866,88 manat məbləğində kredit borcu, 550 manat dövlət rüsumu (350 manat mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla), 10 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 25 manat məbləğində xidmət haqqı İddiaçı ASC-yə ödənilsin. ünvan 1 ünvanında yerləşən 192,30 kv.m ümumi sahədən ibarət 3 nömrəli evin 211 nömrəli mənzilinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra mənzil boşaldılmaqla Cavabdeh həmin mənzildən çıxarılsın. Tələb Cavabdeh məxsus 23-BİZ-1-0-2154-19 saylı, xx.xx.2019-cu il tarixli girov müqaviləsi üzrə girov qoyulmuş əmlaka, yəni ünvan 2 ünvanında yerləşən 300000 manat dəyərində olan dövriyyə vəsaitinə (avtomobil ehtiyyat hissələrinə) yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın və əmlakın satılmasından əldə edilən vəsaitdən 23-BİZ-1-0- 2154-19 saylı, xx.xx.2019-cu il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 204930,76 manat məbləğində kredit borcu, 23-BİZ-1-0-2154-19/2 saylı, xx.xx.2020-ci il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 139866,88 manat məbləğində kredit borcu, 550 manat dövlət rüsumu (350 manat mediasiya xərci və 200 manat dövlət rüsumu olmaqla), 10 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və 25 manat məbləğində xidmət haqqı İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı ASC-dən, 80 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaitinin 200 manatı Cavabdeh, 50 manatı isə İddiaçı ASC-dən alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar