Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-259/2025 04.06.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 kəndində yerləşən xüsusi mülkiyyətində olan 3.8835 ha kənd təsərrüfatı təyinatlı torpağında olan istixanaların Cavabdeh İB tərəfindən qazla təmin edilməsi, Cavabdeh İB tərəfindən iddiaçı ilə “qazın alqı-satqısı” müqaviləsinin bağlanılması, müqavilənin şərtlərinə uyğun olaraq qazın verilməsinin təmin edilməsi, həmin istixanalarda olan **********00010 kod üzrə 268306.30 manat və **********00000 kod üzrə 52327.88 manat olmaqla, cəmi 320634.18 manat borcun qeyd edilən abonent kodlarından və 80099891 saylı və 83047663 saylı sayğaclardan silinməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması və ödənilmiş 611 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 kəndində yerləşən xüsusi mülkiyyətində olan 3.8835 ha kənd təsərrüfatı təyinatlı torpağında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** saylıp VÖEN ilə sahibkarlıq uçotu haqqında şəhadətnamə almışdır. Həmin torpaq sahəsində istixana-tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer mövcuddur. Həmin istixana illərdir ki, Cavabdeh tərəfindən verilən texniki şərt və bağlanmış müqavilələr əsasında qazla təmin edilmişdir. Həmin illər ərzində nə qədər təbii qaz sərfiyyatı olmuşdursa ona uyğun ödənişlər tərəfindən ödənilmiş və heç bir problem yaranmamışdır. 2021-ci ilin yanvar ayından etibarən ünvan 2 kəndində yerləşən xüsusi mülkiyyətində olan 3.8835 ha torpağını X5 adlı sahibkar icarəyə götürmüş və Cavabdeh İB tərəfindən də həmin şəxs arasında razılıq verilərək həmin şəxsin adına müxtəlif iki sayğaca - 80099891 saylı sayğaca **********00000 kodla və 83047663 saylı sayğaca **********00010 kodla təbii qazın verilməsi davam etmişdir. X5 istehlak etdiyi qazın ödənişlərini gecikdirmiş və daim Cavabdeh İB-yə borclu qalmışdır. Həmin borcların ödənilməsi ilə bağlı 21 dekabr 2023-cü il tarixdə Cavabdeh İB Salyan RQİİ və X5 arasında “təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu tərtib edilmiş və tərəflər X3 xx.xx.2023-cü il tarixinə 172163.06 manat borcunun olmasını qəbul etmiş və həmin borcdan ilkin olaraq 50000 manat Y.Həşimov tərəfindən ödənilmiş və 122163.06 manat qalıq borcu xx.xx.2023-cü il tarixinə kimi ödəməyi öhdəsinə götürmüşdür.Əlavə olaraq isə Y.Həşimov həmin tarixdən sonra istifadə edəcəyi təbii qaza görə borcunu ödəməyi öhdəsinə götürmüş və öhdəliklərini icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul etmişdir. Cavabdeh İB və X5 arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli qazın alqı satqısı barədə müqavilələrlə 83047663 saylı sayğaca və 80099891 saylı sayğaca qazın verilməsi ilə bağlı hüquq və vəzifələr müəyyən edilmişdir. X5 tərəfindən həmin müqavilələr bağlandıqdan sonra da təbii qaz istehlakına görə ödənişlər ödənilməmiş və **********00010 kod üzrə 268306.3 manat və **********00000 kod üzrə 52327.88 manat borc olmaqla cəmi 320634.18 manat debitor borcu yaranmışdır. X5 artıq iddiaçının icarəçisi deyildir və iddiaçının torpağında sahibkarlıqla məşğul olmur. X4 qarşı Cavabdeh İB tərəfindən qeyd edilən borcun tələbi ilə bağlı iş Gəncə Kommersiya Məhkəməsindədir. Hazırda iddiaçıya öz istixanasında təsərrrüfat fəaliyyəti ilə məşğul olmağı üçün təbii qaz lazımdır və bununla bağlı Cavabdeh İB Salyan RQİİ-nə əvvəllər müqavilə əsasında verilmiş təbii qazın bərpa edilməsi xahişi ilə müraciət etmişdir. Lakin cavabdeh təşkilat Cavabdeh İB 17 sentyabr 2024-cü il tarixli məktubu ilə imtina etmiş və səbəb olaraq qeyd etmişdir ki, istixanalarda X3 **********00010 kod üzrə 268306.3 manat və **********00000 kod üzrə 52327.88 manat borc olmaqla, cəmi 320634.18 manat debitor borcu yaranmışdır. Həmin borc ödənildikdən sonra qaz təminatının bərpa edilməsi məsələsinə baxılacağı qeyd edilmişdir. Halbuki, Cavabdeh İB tərəfindən qaz təchizatı üçün Texniki Şərt iddiaçıya 14 noyabr 2011-ci il tarixdə verilmiş və növbəti illər ərzində həmin texniki şərtə uyğun Cavabdeh İB ilə qazın alqı satqı müqavilələri bağlanmışdır. Sonuncu belə müqavilə 21 yanvar 2021-ci il tarixdə bağlanılmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcının vəzifəsi istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməkdir. Həmin müqavilənin 7.3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı müqavilənin bitməsinə 1 ay qalmış müqavilənin ləğvi ilə bağlı təşəbbüs göstərmədikdə həmin müqavilə hər növbəti il üçün uzadılmış sayılır. İddiaçı həmin müqavilənin ləğvi ilə bağlı təşəbbüs göstərməmiş və uzadılmasına razılığını vermişdir. Həmin müqavilənin icra yerinin Salyan rayonu olması göstərilmişdir. Cavabdeh təşkilat iddiaçının qazdan istifadəyə görə borcu olduğu halda və ödəmədiyi halda qaz təchizatını dayandıra bilər. Ancaq cavabdeh təşkilat özü də qəbul edir ki, həmin borc iddiaçının deyil X1r. Belə ki, abonent saldolarında, razılaşma aktında və məhkəməyə verilmiş iddia tələbinda də bu açıq-aşkar müəyyən edilir. Y.Həşimovun borcunun olması iddiaçının hüquqlarını məhdudlaşdırmamalıdır. Belə ki, cavabdeh özü də həmin borcun Y.Həşimova məxsus olmasını qəbul edir. Çünki müvafiq abonent saldosunda borc X3 adınadır. Hazırda iddiaçının adına abonent kimi borc yoxdur və imtinanın əsasını başqa şəxsin yəni, X3 borcu olması təşkil edir. Həmin borcun ona məxsus olmasını təsdiqləyən sənədlər də yuxarıda sadalanmışdır və cavabdeh təşkilat da bunu faktiki və qanuni olaraq qəbul edir ki, həmin şəxsdən pulu məhkəmə vasitəsilə tələb edir. Cavabdeh İB tərəfindən bazarda üstün mövqe tutulması səbəbindən iddiaçı ilə müqavilə bağlamaqdan əsassız imtina edilməməlidir. Belə ki, . Cavabdeh İB-yə qarşı hər hansı icra edilməmiş və ya tam icra edilməmiş öhdəliyi yoxdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, ünvan 2 kəndində yerləşən xüsusi mülkiyyətimdə olan 3.8835 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan istixanaların Cavabdeh İB tərəfindən qazla təmin edilməsini, Cavabdeh İB tərəfindən iddiaçı ilə “qazın alqı-satqısı” müqavilələrinin bağlanılması, müqavilənin şərtlərinə uyğun olaraq qazın verilməsinin təmin edilməsi, həmin istixanalarda olan **********00010 kod üzrə 268306.30 manat və **********00000 kod üzrə 52327.88 manat olmaqla, cəmi 320634.18 manat borcun qeyd edilən abonent kodlarından və 80099891 saylı və 83047663 saylı sayğaclardan silinməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması və ödənilmiş 611 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə prosesi getdiyi dövrdə Cavabdeh İB tərəfindən İddiaçı ilə qazın alqı satqısı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Odur ki, yuxarıda qeyd edilənləri və MPM-nin 53-cü maddəsinin tələblərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli iddia ərizəsinin tələb hissəsini aşağıdakı redaksiyada qəbul edilməsi xahiş olunur: “ünvan 2 kəndində yerləşən xüsusi mülkiyyətində olan 3.8835 ha kənd təsərrüfatı təyinatlı torpağında olan istixanalarda **********00010 kod üzrə 268306.30 manat və **********00000 kod üzrə 52327.88 manat olmaqla, cəmi 320634.18 manat borcun qeyd edilən abonent kodlarından və 80099891 saylı və 83047663 saylı sayğaclardan silinməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması və ödənilmiş 611 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul qəbul edilsin.” İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayarq, təyin edilmiş məhkəmə baxış iclasında üzürlü səbəblərdən iştirakının mümkün olmayacağını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən borcun tutulması barədə əsas borcluya qarşı iddia tələbi verilmiş və Gəncə Kommersiya Məhkəməsi tərəfindən e-2-2(115)-123/2025 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilərək icraya yönəldilmişdir. Hazırda həmin borcun sayğaclarda və ya abonent kodlarında qalması əsassız olmaqla iddiaçının hüquqularını məhdudlaşdırır. Məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini nəzərə alaraq dəqiqləşdirilmiş iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə baxış iclasında iştirakını təmin etməmiş, həmçinin məhkəmə iclasında iştirak edə bilinməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq subyekti kimi xx.xx.2016-cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AMX-4523/20 nörməli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və qiraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir; İş materiallarında olan İddiaçı (İcarəyə verən) ilə X5 (İcarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, İcarəyə verən ünvan 2 kəndi ünvanında yerləşən ümumi sahəsi 3.8835 ha olan torpaq sahəsini xx.xx.2024-cü il tarixədək X3 icarəsinə verir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AMX-5674/23 nörməli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AMX-0380/24 nörməli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçınin icarəçisi X5 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Təbii qazdan istifadəyə görə debitor borcun ödənilməsi haqqında” Razılaşma protokolunun: 1.1-ci yarımbəndinə əsasən, İstehlakçı təbii qazdan istifadəyə görə “Azəriqaz" İstehsalat Birliyinə xx.xx.2023-cü il tarixinə 172163,06 manat məbləğində debitor borcunun olmasını qəbul edir; 1.2-ci yarımbəndinə əsasən, İstehlakçı həmin borcdan ilkin olaraq 50000.00 manat ödəniş edildi, qatan 122163,06 manat borcu xx.xx.2023-cü il tarixinə kimi Cavabdehnə tam ödəməyi öhdəsinə götürür; 1.3-cü yarımbəndinə əsasən, İstehlakçı bu Razılaşma Protokolunun 1.2-ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borcu “Qazdan istifadə Qaydaları ”nın 5,5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür; 1.4-cü yarımbəndinə əsasən, İstehlakçı hər ay hesab faktura təqdim edildikdən sonra bu Razılaşma Protokolunun 1,2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb İrəli sürməyəcəyini bildirir. 3-cü bəndinə əssən, “İstehlakçı" bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə “Azəriqaz" İstehsalat Birliyi borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AMX-0380/24 nörməli müqavilənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilə bağlanmışdır. İş materiallarında olan X3 abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən X4 **********00010 kod üzrə 268306,30 manat borc hesablanmışdır. İş materiallarında olan X3 abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən X4 **********00000 kod üzrə 52327,88 manat borc hesablanmışdır. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(115)-123/2025 nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh X4 qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 **********00000 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü il tarixə yaranmış 52327,88 manat, **********00010 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü il tarixə yaranmış 268306,30 manat olmaqla, ümumilkdə 320634,18 manat borc məbləği və 610,64 manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsindən daxil olmuş xx.xx.2025ci il tarixli məktubda bildirilir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(115)-123/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir. Məhkəmə, baxılan işin yuxarıda sadalanan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, həmin halların yenidən araşdırılması və onlara yenidən hüquqi qiymət verilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı adına olan kodlar üzrə, yenə ona məxsus olan sayğaclarda qeyd edilən borc məbləğlərinin qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən digər şəxsə aid olması səbəbindən həmin şəxsdən tutulması qərara alındığına görə, həmin borc məbləğlərinin baxılan iş üzrə İddiaçı adında qalması tamamilə əsassızdır və bu hal iddiaçının qanuni maraqlarının pozuntusuna səbəb olmuşdur. Buna görə də iddia təmin edilməli və iddiaçının adında əsassız olaraq qeyd edilən borc məbləğləri silinməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. ünvan 2 kəndində yerləşən 3.8835 ha kənd təsərrüfatı təyinatlı torpaqda olan istixanalarda **********00010 kod üzrə 268306,30 manat və **********00000 kod üzrə 52327.88 manat olmaqla, cəmi 320634,18 manat borcun qeyd edilən abonent kodlarından və 80099891 saylı və 83047663 saylı sayğaclardan silinməsi öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulsun. Ödənilmiş 611 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-259/2025
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-259/2025
04.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver