Məhkəmə qərarları › İş №e-2-2(121)-27/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-27/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-27/2023 15.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və.s tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına qarşı - cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən banka 42.891,88 manat əsas, 7.776,76 manat faiz, 1.908,95 manat cərimə borcu, xx.xx.2020-cu il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən banka 54.910,6 manat əsas, 9.994,25 manat faiz, 2.470,15 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən banka 108.012,63 manat əsas, 19.583,41 manat faiz, 4.806,26 manat cərimə borcu, xx.xx.2020ci il tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən banka 45.708,38 manat əsas, 6.832,42 manat faiz, 2.053,38 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən banka 917.542,77 manat əsas, 148.211,38 manat faiz, 41.211,34 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən banka 187.240,98 ABŞ dolları əsas, 14.029,08 ABŞ dolları faiz, 8.589,04 ABŞ dolları cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən banka 85.694,91 ABŞ dolları əsas, 6.420,94 ABŞ dolları faiz, 3.932,11 ABŞ dolları cərimə borcu, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən banka 21.552,46 ABŞ dolları əsas, 1.581,43 ABŞ dolları faiz, 818,6 ABŞ dolları cərimə borcu, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən banka 16.000 ABŞ dolları əsas, 1.171,74 ABŞ dolları faiz, 580,37 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1.413.914,56 manat və 347.611,66 ABŞ dolları borcun, ödənilmiş 1795,69 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 345 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına; tutmanın ipoteka predmetləri olan Cavabdeh2 məxsus olan ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsinə, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə və Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasına; tutma Cavabdeh2 məxsus olan ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsinə, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə və Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə illik 30% dərəcəsi ilə 60 aylıq müddətə 500.000 manat kredit limiti ayrılmışdır. 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsinə 19 sentyabr 2019-cu il tarixli, 5 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 30% dərəcəsi ilə, 18 sentyabr 2019-cu il tarixindən 60 ay müddətinə 2.000.000 manat (USD və ya EUR qarşılığı) kredit limiti ayrılmışdır. 01 iyul 2020-ci tarixində 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsinə 6 nömrəli Əlavə Razılaşma edilərək, tərəflər arası müqavilə şərtləri üzrə hüquq və vəzifələr müəyyən edilməklə, limit 2.000.000 manat (USD və ya EUR ekvivalenti) təyin edilmişdir. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanılmış 12 mart 2020-ci il tarixli, 020CRLN16000042-25 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə illik 14% dərəcəsi ilə, 24 ay müddətinə 925.000.000 manat, 19 mart 2020-ci il tarixli, 020CRLN16000042-26 nömrəli Kredit müqaviləsinə əsasən illik 14% dərəcəsi ilə, 24 ay müddətinə 50.000 manat, 07 aprel 2020-ci il tarixli, 020CRLN16000042-27 nömrəli Kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 50.000 manat, 30 aprel 2020ci il tarixli, 020CRLN16000042-28 nömrəli Kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 60.000 manat, 01 iyul 2020-ci il tarixli, 020CRLN16000042-29 nömrəli Kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 115.000 manat, 06 avqust 2020-ci il tarixli, 020CRLN16000042-30 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 200.000 ABŞ dolları, 28 avqust 2020-ci il tarixli, 020CRLN16000042-31 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 94.000 ABŞ dolları, 01 mart 2021-ci il tarixli, 020CRLN16000042-32 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 25.000 ABŞ dolları, 30 aprel 2021-ci il tarixli, 020CRLN16000042-33 nömrəli Kredit müqaviləsinə əsasən illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 16.000 ABŞ dolları kredit verilmişdir. 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 nömrəli Baş kredit müqaviləsi üzrə borcun təminatı olaraq Cavabdeh3 ilə 23 sentyabr 2016-cı il tarixli 002REAL16000108 nömrəli, Cavabdeh1 ilə 21 avqust 2017-ci il tarixli 003REAL17000028 nömrəli, Cavabdeh2 ilə 06 avqust 2020-cı il tarixli 003REAL20000093 nömrəli İpoteka müqavilələri bağlanmış və həmin müqavilələrdə göstərilən əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Bağlanmış ipoteka müqavilələri üzrə aşağıda göstərilən əmlaklar Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir:

1. ünvan 1 ünvanında yerləşən mənzil, 2. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi, 3. ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsi. Bundan əlavə, borcun təminatı olaraq Cavabdeh3 ilə 22 sentyabr 2016-cı il tarixli 002GRNT16000107 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Baş kredit müqaviləsinə əsasən həmin müqavilənin predmetini Kreditorun Borcalana həmin müqavilədə müəyyən edilmiş şərtlərlə kredit limitinin ayrılması, Borcalanın isə bu Müqavilədə və bu Müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə kreditin və kreditə hesablanmış faizlərin Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Baş kredit müqaviləsi çərçivəsində cavabdehlə yuxarıda göstərilən kredit müqavilələri rəsmiləşdirilmişdir. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən Zamin və ya Zaminlər Kredit Müqaviləsinə əsasən bağlanan və onun tərkib hissəsini təşkil edən digər müqavilələr üzrə öhdəlik daşıyır. Bundan əlavə, Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin zaminlər də müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar. xx.xx.2022-ci il tarixinə Borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı Kredit müqaviləsinə əsasən Banka 42.891,88 manat əsas, 7.776,76 manat faiz, 1.908,95 manat cərimə borcu, xx.xx.2020-cu il tarixli 020CRLN16000042-28 saylı Kredit müqaviləsinə əsasən Banka 54.910,6 manat əsas, 9.994,25 manat faiz, 2.470,15 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı Kredit müqaviləsinə əsasən Banka 108.012,63 manat əsas, 19.583,41 manat faiz, 4.806,26 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-26 saylı Kredit müqaviləsinə əsasən Banka 45.708,38 manat əsas, 6.832,42 manat faiz, 2.053,38 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı Kredit müqaviləsinə əsasən Banka 917.542,77 manat əsas, 148.211,38 manat faiz, 41.211,34 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042- 30 saylı Kredit müqaviləsinə əsasən Banka 187.240,98 ABŞ dolları əsas, 14.029,08 ABŞ dolları faiz, 8.589,04 ABŞ dolları cərimə borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı Kredit müqaviləsinə əsasən Banka 85.694,91 ABŞ dolları əsas, 6.420,94 ABŞ dolları faiz, 3.932,11 ABŞ dolları cərimə borcu, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı Kredit müqaviləsinə əsasən Banka 21.552,46 ABŞ dolları əsas, 1.581,43 ABŞ dolları faiz, 818,6 ABŞ dolları cərimə borcu, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-33 saylı Kredit müqaviləsinə əsasən Banka 16.000 ABŞ dolları əsas, 1.171,74 ABŞ dolları faiz, 580,37 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1.413.914,56 manat və 347.611,66 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə Mediasiya Şurasına müraciət olunmuş və müraciət əsasında X5 iş üzrə mediator təyin olunmuşdur. 22 iyun 2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün mediator tərəfindən iddiaçıya X3 İştirak Edilməməsi barədə Arayış təqdim olunmuşdur. Bundan əlavə, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq işdə iştirak edən cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinə əsasən, Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə, 60 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli, 5 nömrəli Əlavə Razılaşma əsasında cavabdehə illik 30% dərəcəsi ilə, 18 sentyabr 2019-cu il tarixindən 60 ay müddətinə 2.000.000 manat (USD və ya EUR qarşılığı) kredit limiti ayrılmışdır. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 14% dərəcəsi ilə, 24 ay müddətinə 925.000.000 manat kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 14% dərəcəsi ilə, 24 ay müddətinə 50.000 manat kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 50.000 manat kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 60.000 manat kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 115.000 manat kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 200.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 94.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 16.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002GRNT16000107 saylı zaminlik müqaviləsindən və həmin zaminlik müqaviləsinə edilmiş əlavə razılaşmalardan görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002REAL16000108 saylı ipoteka müqaviləsinə əsasən, 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003REAL17000028 saylı ipoteka müqaviləsinə əsasən, 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003REAL20000093 saylı ipoteka müqaviləsinə əsasən, 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus, ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus, ünvan 4 torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7904 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-25 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 917.542,77 manat əsas, 148.211,38 manat faiz, 41.211,34 manat cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7903 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-26 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 45.708,38 manat əsas, 6.832,42 manat faiz, 2.053,38 manat cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7902 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-27 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 42.891,88 manat əsas, 7.776,76 manat faiz, 1.908,95 manat cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7901 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-28 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 54.910,6 manat əsas, 9.994,25 manat faiz, 2.470,15 manat cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7900 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-29 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 108.012,63 manat əsas, 19.583,41 manat faiz, 4.806,26 manat cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7899 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-30 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 187.240,98 manat əsas, 14.029,08 manat faiz, 8.589,04 manat cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7898 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-31 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 85.694,91 manat əsas, 6.420,94 manat faiz, 3.932,11 manat cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7897 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-32 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 21.552,46 ABŞ dolları əsas, 1.581,43 ABŞ dolları faiz, 818,6 ABŞ dolları cərimə təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, ZB-7896 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-33 saylı kredit müqaviləsi üzrə cavabdehin banka 16.000 ABŞ dolları əsas, 1.171,74 ABŞ dolları faiz, 580,37 ABŞ dolları cərimə təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan (pretenziyadan) görünür ki, tərəflər arasında bağlanılmış kredit müqavilələri üzrə borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızına ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış kredit müqavilələri əsasında aldığı kredit üzrə cəmi borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Ağaməmməd qızı məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, 45 manat məbləğində dövlət rüsumu və 345 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 noyabr 2022-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003REAL20000093 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsinin likvid dəyəri 114.000 manat; İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003REAL17000028 saylı ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 366.282 manat; İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 002REAL16000108 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 270.750 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən qiymətləndirmə haqqı 1.500 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 9/7877 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış məlumatları xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 915.652,89 manat, faiz borcu 87.094,14 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 915.652,89 manat, faiz borcu 123.058,95 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 45.411,90 manat, faiz borcu 4.344,41 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 45.411,90 manat, faiz borcu 6.004,46 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 42.672,89 manat, faiz borcu 5.360,19 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 42.672,89 manat, faiz borcu 6.891,67 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 54.555,45 manat, faiz borcu 7.393,78 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 54.555,45 manat, faiz borcu 8.759,18 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 107.483 manat, faiz borcu 17.663,04 manat; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 107.483 manat, faiz borcu 17.256,99 manat; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 186.539,73 ABŞ dolları, faiz borcu 13.892,03 ABŞ dolları; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 186.539,73 ABŞ dolları, faiz borcu 12.332,35 ABŞ dolları; xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas kredit borcu 85.258,38 ABŞ dolları, faiz borcu 6.714,10 ABŞ dolları; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 85.258,38 ABŞ dolları, faiz borcu 5.636,53 ABŞ dolları; xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas kredit borcu 21.511,64 ABŞ dolları, faiz borcu 1.422,16 ABŞ dolları; xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2022-ci il tarixə əsas kredit borcu 15.986,35 ABŞ dolları, faiz borcu 1.056,88 ABŞ dolları müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-ci il tarixli, 020CRLN16000042 saylı saylı baş kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə, 60 ay müddətinə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. Daha sonra xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-25 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 illik 14% dərəcəsi ilə, 24 ay müddətinə 925.000.000 manat; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 14% dərəcəsi ilə, 24 ay müddətinə 50.000 manat; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 50.000 manat; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 60.000 manat, xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 17% dərəcəsi ilə, 24 ay müddətinə 115.000 manat, xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 200.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 94.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 25.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 7% dərəcəsi ilə, 24 ay müddətinə 16.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda 22 sentyabr 2016-cı il tarixli, 020CRLN16000042 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixli, 002REAL16000108 saylı ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən, Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən mənzil, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 003REAL17000028 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 003REAL20000093 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus, ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsi sözügedən kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7877 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, əsas və faiz borcları üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-25 saylı kredit müqaviləsi üzrə 915.652,89 manat əsas və 87.094,14 manat faiz borcunun; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-26 saylı kredit müqaviləsi üzrə 45.411,90 manat əsas və 4.344,41 manat faiz borcunun; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-27 saylı kredit müqaviləsi üzrə 42.672,89 manat əsas və 5.360,19 manat faiz borcunun; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-28 saylı kredit müqaviləsi üzrə 54.555,45 manat əsas və 7.393,78 manat faiz borcunun; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-29 saylı kredit müqaviləsi üzrə 107.483 manat əsas və 17.663,04 manat faiz borcunun; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-30 saylı kredit müqaviləsi üzrə 186.539,73 ABŞ dolları əsas və 13.892,03 ABŞ dolları faiz borcunun; xx.xx.2020-ci il tarixli, 020CRLN16000042-31 saylı kredit müqaviləsi üzrə 85.258,38 ABŞ dolları əsas və 6.420,94 ABŞ dolları faiz borcunun; xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-32 saylı kredit müqaviləsi üzrə 21.511,64 ABŞ dolları əsas və 1.422,16 ABŞ dolları faiz borcunun; xx.xx.2021-ci il tarixli, 020CRLN16000042-33 saylı kredit müqaviləsi üzrə 15.986,35 ABŞ dolları əsas və 1.056,88 ABŞ dolları faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə, iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə cərimənin xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsi üzrə 1.908,95 manat məbləğində deyil, 195 manat, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsi üzrə 2.470,15 manat məbləğində deyil, 250 manat, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsi üzrə 4.806,26 manat məbləğində deyil, 485 manat, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsi üzrə 2.053,38 manat məbləğində deyil, 210 manat, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsi üzrə 41.211,34 manat məbləğində deyil, 4.125 manat, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsi üzrə 8.589,04 ABŞ dolları məbləğində deyil, 860 ABŞ dolları, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsi üzrə 3.932,11 ABŞ dolları məbləğində deyil, 395 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsi üzrə 818,6 ABŞ dolları məbləğində deyil, 85 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsi üzrə 580,37 ABŞ dolları məbləğində deyil, 60 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak və sahibkarlıq mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə, eyni zamanda Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehə kredit müqaviləsi üzrə alınmış pula görə zamin olduğundan, qeyd edilən məbləğlərin və həmin məbləğlərə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh3 Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyini üzərinə götürmüşdür. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə, həmçinin tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaklara yönəldilməsi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetlərindən Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən mənzilin, Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və Cavabdeh2 məxsus, ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan məhkəmənin qərardadı ilə göstərilən daşınan əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMCnin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 270.750 manat, Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 366.282 manat və Cavabdeh2 məxsus, ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsinin ilkin satış qiyməti 114.000 manat müəyyən edilmişdir. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 1.500 manat məbləğində təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 270.750 manat, Cavabdeh1 məxsus, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 366.282 manat və Cavabdeh2 məxsus, ünvan 4 24.9248 ha ölçüdə olan torpaq sahəsinin ilkin satış qiyməti 114.000 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetləri açıq hərracdan satılmalı və həmin daşınmaz əmlakların satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra 1 ay ərzində həmin əmlakların Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən boşaldılması və həmin əmlaklardan çıxarılması” hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və qeyd edilən daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditlərin qaytarılması üçün ipotekaya qoyulduğundan, borc ödənilmədiyi təqdirdə ipoteka qoyan, yəni Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ipoteka predmeti olan əmlaklardan çıxacağını və boşaldacağını öhdəsinə götürdüyündən iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan daşınmaz əmlaklara qeydiyyatda olan şəxslərlə birlikdə ipoteka predmeti olan yaşayış sahəsindən çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 1.642 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, 345 manat xidmət haqqı və mediasiya xərci olaraq ödənilmiş 400 manat Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 1.500 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-yə, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 900 manat məbləğinin 600 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 300 manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli 020CRLN16000042-27 saylı kredit müqaviləsinə əsasən 42.672,89 manat məbləğində əsas borc, 5.360,19 manat məbləğində faiz borcu, 195 manat cərimə (dəbbə pulu) borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-28 saylı kredit müqaviləsinə əsasən 54.555,45 manat məbləğində əsas borc, 7.393,78 manat məbləğində faiz borcu, 250 manat cərimə (dəbbə pulu) borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-29 saylı kredit müqaviləsinə əsasən 107.483 manat məbləğində əsas borc, 17.663,04 manat məbləğində faiz borcu, 485 manat cərimə (dəbbə pulu) borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-26 saylı kredit müqaviləsinə əsasən 45.411,90 manat məbləğində əsas borc, 4.344,41 manat məbləğində faiz borcu, 210 manat cərimə (dəbbə pulu) borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-25 saylı kredit müqaviləsinə əsasən 915.652,89 manat məbləğində əsas borc, 87.094,14 manat məbləğində faiz borcu, 4.125 manat cərimə (dəbbə pulu) borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-30 saylı kredit müqaviləsinə əsasən 186.539,73 ABŞ dolları məbləğində əsas borc, 13.892,03 ABŞ dolları məbləğində faiz borcu, 860 ABŞ dolları cərimə (dəbbə pulu) borcu, xx.xx.2020-ci il tarixli 020CRLN16000042-31 saylı kredit müqaviləsinə əsasən 85.258,38 ABŞ dolları məbləğində əsas borc, 6.420,94 ABŞ dolları məbləğində faiz borcu, 395 ABŞ dolları cərimə (dəbbə pulu) borcu, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-32 saylı kredit müqaviləsinə əsasən 21.511,64 ABŞ dolları məbləğində əsas borc, 1.422,16 ABŞ dolları məbləğində faiz borcu, 85 ABŞ dolları cərimə (dəbbə pulu) borcu, xx.xx.2021-ci il tarixli 020CRLN16000042-33 saylı kredit müqaviləsinə əsasən 15.986,35 ABŞ dolları məbləğində əsas borc, 1.056,88 ABŞ dolları məbləğində faiz borcu, 60 ABŞ dolları cərimə (dəbbə pulu) borcu olmaqla, ümumilikdə 1.292.896,69 manat və 333.488,11 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, 1.642 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu, 345 manat xidmət haqqı və mediasiya xərci olaraq ödənilmiş 400 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb Cavabdeh2 məxsus olan ünvan 4 24.9248 ha torpaq sahəsinə, Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilə və Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin. Cavabdeh2 məxsus olan ünvan 4 24.9248 ha torpaq sahəsinin ilkin satış qiyməti 114.000 manat məbləğində, Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 270.750 manat məbləğində və Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 366.282 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan borc ödənilsin. Cavabdeh2 məxsus olan ünvan 4 24.9248 ha torpaq sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2, Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh3 və Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. Cavabdeh2 məxsus olan ünvan 4 24.9248 ha torpaq sahəsi, Cavabdeh3 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzil və Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və digər şəxslər həmin əmlaklardan çıxarılsın və həmin əmlaklar boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manatın 600 (altı yüz) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 300 (üç yüz) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1.500 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar