Məhkəmə qərarları › İş №e-2-2(121)-285/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-285/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-285/2021 05.05.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 46.479 manat, faiz borcuna görə 1.714,67 manat, cərimə borcuna görə 4.647,90 manat olmaqla, cəmi 52.841,57 manat, 29 mart 2017-ci il tarixli müqavilə üzrə isə əsas borca görə 46.479 manat, faiz borcuna görə 1.772,36 manat, cərimə borcuna görə 4.647,90 manat olmaqla, cəmi 52.899,26 manat pulun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi (həcminin artırılması) barədə ərizə ünvanlanaraq, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 46.479 manat, faiz borcuna görə 2.024,53 manat, cərimə borcuna görə 5.000 manat olmaqla, cəmi 53.503,53 manat və 29 mart 2017-ci il tarixli müqavilə üzrə isə əsas borca görə 46.479 manat, faiz borcuna görə 2.082,22 manat, cərimə borcuna görə 5.000 manat olmaqla, cəmi 53.561,22 manat pulun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlanaraq, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 92.958 manat məbləğində pulun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia ərizəsi və iddia həcminin dəyişdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyəti arasında 14 noyabr 2016-cı il tarixdə və 29 mart 2017-ci il tarixdə “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehin "xxxx” ASC-nin İmişli rayon filialında olan bank hesabına 14 noyabr 2016-cı il tarixli və 29 mart 2017-ci il tarixli müqavilələrin hər biri üzrə 50.000 manat pul köçürmüşdür. Cəmiyyətin idarə heyətinin sədri vəzifəsində işləmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, eyni zamanda iş üzrə mülki iddia təmin edilərək, cavabdeh X3 92.958 manat məbləğində pul tutularaq, .Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə İmişli Rayon Məhkəməsi tərəfindən 10.06.2020-ci il tarixli, 1(036)- 04/2020 nömrəli hökm çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.05.2007-ci il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən, Dövlət Xidmətinin vəsaitləri layihə və proqramların həyata keçirilməsində iştirak üçün seçiləcək banklar və bank olmayan kredit təşkilatları tərəfindən öz adlarına və öz riskləri hesabına yerləşdirilir. Müvəkkil kredit təşkilatlan Dövlət Xidməti qarşısında borcalanların öz öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, məsuliyyət daşıyırlar. Eyni zamanda məsələ Dövlət Xidməti ilə Cəmiyyət arasında bağlanılmış müqavilələrin 1.3-cü bəndində də müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir İstinad olunan maddələrdən göründüyü kimi, qanunda işçinin vurduğu zərərə görə işəgötürənin (hüquqi şəxsin) də mülki hüquq məsuliyyəti (birgə məsuliyyət) müəyyən edilmişdir. Ona görə də dəymiş zərər məhkəmənin müvafiq hökmü əsasında işçidən tutulmasına baxmayaraq, həmin zərərin ödənilməsi vəzifəsi işçi ilə birgə qaydada Cəmiyyətin də üzərinə qoyula bilər. Bu zaman eyni zərərin ayrı-ayrılıqda həm X3, həm də Cəmiyyətdən tutulmasının, yəni zərərin iki dəfə tutulmasının qarşısını almaq üçün məhkəmə öz qətnaməsində onun icra qaydasını müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Odur ki, qeyd edilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, vurulmuş zərərin əvəzi olaraq 92.958 manat məbləğində pulun ‘xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətindən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin dəyişdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi, həmçinin iddia ərizəsinin məhkəmədə baxılmamalı olduğunu qeyd edərək, bu barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyəti arasında 14 noyabr 2016-cı il tarixdə və 29 mart 2017-ci il tarixdə “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr bağlanmışdır. Göstərilən kredit müqavilələrinin hər biri üzrə ayrıayrılıqda “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə 50.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti açılmışdır. İş materiallarında olan 18.11.2016-cı il tarixli, ********** saylı və 30.03.2017-ci il tarixli, ********** saylı ödəniş tapşırıqlarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına tərəflər arasında bağlanılmış müqavilələrin hər biri üzrə 50.000 manat olmaqla, cəmi 100.000 manat pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 17.11.2020-ci il tarixli, 22/01/06-3063/1 saylı maliyyə arayışında qeyd olunur ki, “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinin 17.11.2020-ci il tarixə Agentliyə 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə 46.479 manat əsas borc, 1.714,67 manat faiz borcu və 4.647,90 manat cərimə borcu olmaqla, cəmi 52.841,57 manat məbləğində, 29 mart 2017-ci il tarixli müqavilə üzrə 46.479 manat əsas borc, 1.772,36 manat faiz borcu və 4.647,90 manat cərimə borcu olmaqla, cəmi 52.899,26 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 17.03.2021-ci il tarixli, 22/01/06-786 saylı maliyyə arayışında qeyd olunur ki, “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinin 17.03.2021-ci il tarixə Agentliyə 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə 46.479 manat əsas borcu, 2.024,53 manat faiz borcu, 5.000 manat cərimə borcu olmaqla, cəmi 53.503,53 manat və 29 mart 2017-ci il tarixli müqavilə üzrə isə 46.479 manat əsas borcu, 2.082,22 manat faiz borcu, 5.000 manat cərimə borcu olmaqla, cəmi 53.561,22 manat məbləğində borcu vardır. İş materialında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 26.08.2020-ci il tarixli, 22/02/05-2252 saylı məktubunda qeyd edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında öhdəlikləri üzrə müəyyən ödənişlərin aparılmasına baxmayaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 iyul 2020-ci il tarixə əsas məbləğ üzrə 92.958 manat, 2.934,45 manat faiz və 9.258 manat həcmində cərimə borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün müddətində Agentliyə ödənilməsinin təmin olunması “xxxx” MMC-dən tələb olunmuş, əks təqdirdə, ayrılan vəsaitin vaxtından əvvəl tam həcmdə ödənilməsinin təmin edilməsi və digər hüquqi addımların atılacağı barədə Cəmiyyət məlumatlandırılmışdır. İş materiallarında olan cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 1(036)-04/2020 saylı, 10.06.2020-ci il tarixli hökmü ilə, X4 92.958 manat məbləğində pulun tutularaq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qərara alınmışdır. İş üzrə icra vərəqəsi icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və hazırda həmin qurumun icraatındadır. X1 13 saylı Cəzaçəkmə Məntəqəsində cəza çəkir. İddiaçı tərəfindən həmin ziyanın ödənilməsi barədə mülki iddia vermiş və həmin mülki iddia tam təmin edilmişdir. Ona görə də, həmin mülki iddiaya ikinci dəfə baxılması qanuna ziddir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 04.03.2021-ci il tarixli, 22/02/05-617 saylı məktuba, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilələr üzrə vəsaitin ayrılmasına əsas olmuş sənədlər əlavə olunmuşdur. İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 1(036)-04/2020 saylı, 10.06.2020-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mülki iddiası təmin edilmiş və X4 92.958 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilən İmişli Rayon Məhkəməsinin SDS-184 saylı, 15.03.2021-ci il tarixli məktubundan görünür ki, İmişli Rayon Məhkəməsinin 1(036)- 04/2020 saylı, 10.06.2020-ci il tarixli hökmündən apelyasiya şikayəti və ya protesti verilməmiş, hökm 08.07.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyəti arasında 14 noyabr 2016-cı il tarixdə və 29 mart 2017-ci il tarixdə “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələr bağlanmış, həmin kredit müqavilələrinin hər biri üzrə ayrı-ayrılıqda “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə 50.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti açılmış və 18.11.2016-cı il tarixli, ********** saylı və 30.03.2017-ci il tarixli, ********** saylı ödəniş tapşırıqlarına əsasən həmin müqavilələrin hər biri üzrə 50.000 manat olmaqla, cəmi 100.000 manat pul iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 46.479 manat, faiz borcuna görə 1.714,67 manat, cərimə borcuna görə 4.647,90 manat olmaqla, cəmi 52.841,57 manat, 29 mart 2017-ci il tarixli müqavilə üzrə isə əsas borca görə 46.479 manat, faiz borcuna görə 1.772,36 manat, cərimə borcuna görə 4.647,90 manat olmaqla, cəmi 52.899,26 manat pulun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi (həcminin artırılması) barədə ərizə ünvanlanaraq, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 14 noyabr 2016-cı il tarixli müqavilə üzrə əsas borca görə 46.479 manat, faiz borcuna görə 2.024,53 manat, cərimə borcuna görə 5.000 manat olmaqla, cəmi 53.503,53 manat və 29 mart 2017-ci il tarixli müqavilə üzrə isə əsas borca görə 46.479 manat, faiz borcuna görə 2.082,22 manat, cərimə borcuna görə 5.000 manat olmaqla, cəmi 53.561,22 manat pulun iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 1(036)-04/2020 saylı, 10.06.2020-ci il tarixli hökmü ilə əvvəllər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və sədri vəzifəsində işləmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mülki iddiası təmin edilmiş və X4 92.958 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qərara alınmışdır. Həmin hökmdən apelyasiya şikayəti və ya protesti verilməmiş, hökm 08.07.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ünvanlanaraq, iddianın əsası dəyişdirilmiş, tərəflər arasında bağlanılmış hər iki müqavilə üzrə əsas borc olan və İmişli Rayon Məhkəməsinin 1(036)-04/2020 saylı, 10.06.2020-ci il tarixli hökmü ilə X4 tutulması qərara alınmış 92.958 manat məbləğində pulun vurulmuş maddi ziyan kimi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə tərəflər arasında bağlanılmış 14 noyabr 2016-cı il tarixli və 29 mart 2017-ci il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilələrə əsasən, iddiaçı tərəfindən cavabdehə ayrılmış cəmi 100.000 manat pul vısaitindən, cavabdeh tərəfindən ödənilməmiş 92.958 manat (46.479 + 46.479) əsas borc əvvəllər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və sədri vəzifəsində işləmiş X4 tutulmuşdur. Həmin iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mülki iddiaçı olmuşdur. Hazırda isə iddiaçı iddianın əsasını dəyişdirərək, qeyd olunan məbləği bağlanmış müqavilələrə əsasən, ödənilməmiş qalıq məbləğ kimi deyil, vurulmuş zərərin əvəzi kimi tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 1(036)-04/2020 saylı, 10.06.2020-ci il tarixli hökmü ilə hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mülki iddiası əsasında 92.958 manat məbləğində pulun əvvəllər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və sədri vəzifəsində işləmiş X4 tutulması qərara alındığından, həmin məbləğin başqa formada, yəni vurulmuş zərərin əvəzi olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulması qanunvericiliyin tələbinə ziddir. Digər tərəfdən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X7 Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onlara 92.958 manat məbləğində zərərin vurulmasına dair məhkəməyə hər-hansı sənəd və sübut təqdim etməmişdir. Belə ki, məhkəmə hesab edir ki, vurulmuş ziyanın ödənilməsi bаrədə iddiа о hаllаrdа təmin edilə bilər ki, iddiаçıya bu ziyan cаvаbdehin qаnunsuz hərəkəti və yа hərəkətsizliyi nəticəsində dəymiş olsun, qаnunsuz hərəkət və hərəkətsizliklə vurulmuş ziyan аrаsındа səbəbli əlаqə оlmаqla, zərərvurаn şəxsin təqsiri müəyyən edilmiş оlsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən iş materiallarına ona zərərin dəyməsi ilə bağlı hər hansı sübut əlavə edilmədiyindən, həmin zərərin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri iş materialları ilə müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar