Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2851/2024 02.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı sadələşdirilmiş icraat qaydasında təqdim etdiyi ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə sadələşdirilmiş icraat qaydasında elektron ərizə ilə müraciət edərək, "xxxx" ASC, "xxxx" ASC və Finca Bank olmayan kredit təşkilatı barələrində tədbir görülməsini və müraciətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmadığına görə geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddia ərizəsinin forma və məzmununa dair tələbləri nəzərdə tutan 149-cu və iddia ərizəsinə əlavə edilməsi zəruri olan sənədlərin siyahısını nəzərdə tutan 150-ci maddəsinə və kiçik iddialara dair ərizənin forma və məzmununu müəyyən edən 284-3-cü maddəsinə uyğun şəkildə tərtib edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, ərizədə hərəkətlərindən şikayət olunan təşkilatların hər üçü Bakı şəhəri üzrə qeydiyyata alındıqlarına görə ərazi aidiyyəti üzrə həmin təşkilatlara qarşı iş Bakı şəhəri üzrə aidiyyəti məhkəməyə verilməlidir. Əks halda ərazi aidiyyət qaydaları pozulmuş hesab ediləcəkdir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tərəfindən iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Sadalanan hallara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267, 268 və 284-3.5-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2851/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2851/2024
02.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver