Məhkəmə qərarları › İş №e-2-2(121)-289/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-289/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-289/2025 18.03.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 872233,10 ABŞ dolları məbləğində əsas və 19833,82 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 892066,92 ABŞ dollarının manata məzənnə ilə və iş üzrə ödənilmiş 1549, 03 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, 2371/10B saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 4,5% faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə üzrə ayrılmış krediti və həmin məbləğə hesablanmış faizlərin Borc alandan müqaviləyə uygun ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.4.2-cü bəndinə əsasən borcalan aldığı krediti qanunvericiliyə uyğun olaraq kredit məqsədi üzrə istifadə edilməsi və kreditin vaxtında qaytarılması üçün məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/2-84/2024 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin Banka 872233,10 ABŞ dolları məbləğində əsas, 19833,82 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 892066,92 ABŞ dolları məbləğində borcu yaranmışdır. Sonradan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC ilə "xxxx" ASC arasında 03 mart 2014-cü il tarixdə 2371/2 B nömrəli kredit xətti müqaviləsi bağlandığını, həmin müqavilə üzrə 25 sentyabr 2024-cü il tarixə yaranmış borc tələbinin 58058, 99 (əlli səkkiz min əlli səkkiz manat doxsan doqquz qəpik) manat təşkil etdiyini, bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/2-2639/2024 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehin Banka heç bir cavab vermədiyini və kredit borcunun Banka qaytarılmasını təmin etmədiyini bildirmiş, cəmi 1574572, 75 manat borcun və iş üzrə ödənilmiş 1589,03 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, 892066,92 ABŞ dollarının həmin günə olan manata məzənnəsi ilə, 58058,99 manat borcun və iş üzrə ödənilmiş 1589,03 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsinə dair” qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianı rədd edilərək, cavabdeh ləğv prosesində olan İddiaçı ASC-dən iddiaçı Lənkəran Yol Tikinti” ASC-yə vurulmuş ******* ABŞ dollarının Azərbaycan manatı ekvivalentini təşkil edən ******* manat məbləğində vurulmuş maddi zərərin və 2401,43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 872 233,10 məbləğində əsas və 19 833,82 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 892 066,92 ABŞ dollarının manata məzənnə ilə və iş üzrə ödənilmiş 1549, 03 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizəsinə iddia tələbinin artırılmasına dair əlavə verərək, cəmi 1 574 572, 75 manat, iş üzrə ödənilmiş 1589,03 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra son olaraq iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 892 066,92 ABŞ dollarının həmin günə olan manata məzənnəsi ilə, 58 058, 99 AZN və iş üzrə ödənilmiş 1589,03 AZN dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası əsassızdır, rədd edilməlidir. Ləğv prosesində olan İddiaçı ASC-nin hərəkətləri nəticəsində iddiaçı "xxxx" ASC-yə vurulmuş maddi zərər ödənilməlidir. Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Sifarişçi) ilə "xxxx" ASC (Podratçı) arasında Podrat müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən tərəflərindən öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyinə bank qarantiyası tələb olunduğu üçün Azərbaycan Respublikasının ərazisində yerləşən banklara müraciət olunmuşdur. Qarşılıqlı razılığa əsasən İddiaçı ASC (“Qarant”) ilə "xxxx" MMC (“Prinsipial”) arasında “Qarantiya verilməsi şərtləri haqqında” aşağıda göstərilən 4 ədəd:

1. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 4 282 725.90 ABŞ dolları məbləğinə dair LG-31 nömrəli 04 oktyabr 2022-ci il tarixli,

2. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 7 395 106.07 ABŞ dolları məbləğinə dair LG-31 nömrəli 04 oktyabr 2022-ci il tarixli,

3. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 4 282 725.90 ABŞ dolları məbləğinə dair LG-31 nömrəli 11 oktyabr 2022-ci il tarixli,

4. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 10 461 304.21 ABŞ dolları məbləğinə dair LG-31 nömrəli 11 oktyabr 2022-ci il tarixli “SAZİŞ”lər imzalanmışdır. Sözügedən Sazişlərlə bağlı tərəflərindən komission haqq olaraq bütün öhdəliklər vaxtında və lazımi qaydada icra olunmuşdur. Belə ki, cavabdehin iddia tələbində istinad etdiyi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, 2371/10B saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 4,5% faiz dərəcəsi ilə 1 476 830 ABŞ dolları məbləğində götürülmüş kreditdən 1 000 000 hissəsi götürüldüyü gün 4 ədəd Qarantiya Sazişlərinin komission haqqının ödənilməsi məqsədilə dərhal cavabdehin hesabına köçürülmüşdür. Yəni Sazilşlər üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanmış 04 oktyabr 2022-ci il tarixli və 11 oktyabr 2022-ci il tarixli 4 ədəd Saziş üzrə öz üzərinə 05 oktyabr 2024-cü il və 01 noyabr 2024-cü il tarixədək Bank qarantiyası öhdəliyi götürsə də, "xxxx" ASC-nin qarantiyaları 19 oktyabr 2023-cü il tarixindən etibarən qüvvədən düşmüşdür. Tərəflərindən dərhal bununla bağlı addımların atılması tələb olunsa da, istərsə "xxxx" ASC, istərsə hüquqi varisi tərəfindən heç bir tədbir görülməmişdir. "xxxx" ASC-nin qarantiyaları 19 oktyabr 2023-cü il tarixindən etibarən qüvvədən düşdüyü üçün Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi və X10 tərəfindən xəbərdarlıq məktubları göndərilərək, "xxxx" ASC-dən yeni bank qarantiyalarının təqdim edilməsi tələb olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə yaranmış vəziyyətlə bağlı tədbir görülməsi tələb olunsa da, cavabdeh tərəfindən bank qarantiyaları ilə bağlı məsələ açıq qalmışdır. Bu səbəbdən Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi qarşısında üzərlərinə götürülmüş öhdəliyin təmin olunması məqsədilə yeni bank qarantiyasının alınması üçün başqa banka müraciət etməli olmuşlar və bu səbəbdən yeni bank qarantiyalarına görə Performance ve Advance payment üçün ******* ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Yəni, "xxxx" ASC-nin qarşılarındakı öhdəliklərin icra edilməməsi nəticəsində onlara ******* ABŞ dolları məbləğində zərər vurulmuşdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan İddiaçı ASC-dən iddiaçı "xxxx" ASC-yə vurulmuş Azərbaycan manatı ekvivalenti ilə ******* ABŞ dolları məbləğində vurulmuş maddi zərərin, buna görə ödənilmiş 2401,43 manat dövlət rüsumunun, həmçinin icra edilməmiş 04 oktyabr 2022-ci il tarixli və 11 oktyabr 2022-ci il tarixli 4 ədəd Saziş üzrə aldığı və qaytarıldığı günə olan manatla məzənnəsi ilə ******* ABŞ dollarının və buna görə ödənilmiş 1640 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddia tələbinin həcminin artırılmasına dair” ərizə belə əsaslandırılmışdır ki, Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Sifarişçi) ilə "xxxx" ASC (Podratçı) arasında Podrat müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən tərəflərindən öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyinə bank qarantiyası tələb olunduğu üçün Qarşılıqlı razılığa əsasən İddiaçı ASC (“Qarant”) ilə "xxxx" MMC (“Prinsipial”) arasında “Qarantiya verilməsi şərtləri haqqında” aşağıda göstərilən 4 ədəd: 1. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 4 282 725.90 (dörd milyon iki уüz səksən iki min yeddi уüz iуirmi beş 90) АВŞ dolları məbləğinə dair LG-31 nömrəli 04 oktyabr 2022-ci il tarixli, 2. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 7 З95 106.07 (yeddi milуоn üç уüz doxsan beş min bir yüz altı 07) АВŞ dolları məbləğinə dair LG-31 nömrəli 04 oktyabr 2022-ci il tarixli, 3. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 4 282 725.90 (dörd milyon iki уüz səksən iki min yeddi уüz iуirmi beş 90) АВŞ dolları məbləğinə dair LG-31 nömrəli 11 oktyabr 2022-ci il tarixli, 4. Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 10 461 З04.21 (on milyon dörd yüz altmış bir min üç уüz dörd 21) АВŞ dolları məbləğinə dair LG-31 nömrəli 11 oktyabr 2022-ci il tarixli “Saziş”lər imzalanmışdır. Sözügedən Sazişlərlə bağlı tərəflərindən komission haqq olaraq bütün öhdəliklər vaxtında və lazımi qaydada icra olunmuşdur. Belə ki, cavabdehin iddia tələbində istinad etdiyi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli, 2371/10B saylı Kredit xətti müqaviləsinə əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 4,5% faiz dərəcəsi ilə 1 476 830 (bir milyon dörd yüz yetmiş altı min səkkiz yüz otuz) ABŞ dolları məbləğində götürülmüş kreditdən 1 000 000 (bir milyon) ABŞ dollar hissəsi götürüldüyü gün 4 ədəd Qarantiya Sazişlərinin komission haqqının ödənilməsi məqsədilə dərhal cavabdehin hesabına köçürülmüşdür. (Qoşma qismində göstərilən hesabdan çıxarışın 17-ci səh). Yəni Sazişlər üzrə öhdəlik tərəflərindən tam olaraq yerinə yetirilmişdir İddiaçı Açıq Səhmdar Cəmiyyəti, aralarında bağlanmış 04 oktyabr 2022-ci il tarixli və 11 oktyabr 2022-ci il tarixli 4 ədəd Saziş üzrə öz üzərinə 05 oktyabr 2024-cü il və 01 noyabr 2024-cü il tarixədək Bank qarantiyası öhdəliyi götürsə də, "xxxx" ASC-nin qarantiyaları 19 oktyabr 2023-cü il tarixindən etibarən qüvvədən düşmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanmış 04 oktyabr 2022-ci il tarixli və 11 oktyabr 2022-ci il tarixli 4 ədəd Saziş üzrə öhdəlikləri yerinə yetirilməmişdir. Yəni, İddiaçı ASC-nin yuxarıda qeyd edilən sazişlər üçün aldığı ******* (bir milyon) ABŞ dollarının qarşılığında göstərməli olduğu xidməti göstərməmişdir. Yəni, qarşılıqlı iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, İddiaçı ASC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda ******* (bir milyon) ABŞ dolları məbləğində vəsaiti əsassız olaraq özündə saxlamaqdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tədbir görülməsi tələb olunsa da, cavabdeh tərəfindən bank qarantiyaları ilə bağlı öhdəlikləri icrasız qalmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş iddia tələbini 58058,99 manat pulun tutulması hissəsində iddia müddəti ötürüldüyünə görə rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

Əsaslandırıcı hissə:

Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, işdə iştirak edən tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına və məhkəmə iclasında tədqiq olunan digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hər iki ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2371/2 B nömrəli kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən borc alana dövriyyə vəsaitinin artırılması məqsədi ilə 500000 manat məbləğində 03 mart 2015-ci il tarixinədək bərpa olunan kredit xətti açır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, 2371/2 B nömrəli kredit xətti müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borcu 0 manat, faiz borcu 58058,99 manat olmaqla, cəmi borc məbləği 58058,99 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsinin: 1.2-ci bəndinə əsasən, borc verən bu müqavilənin 2-d bəndində nəzərdə tutulan məqsədlər ücün Borc alana 24 ay müddətinə illik 4.5 % olmaqla ******* ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.2-ci bəndində göstərilən kredit məbləği Borc alana dövriyyə vəsaitlərinin artırılması üçün verilir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsinə əsasən 07 avqust 2024-cü il tarixə əsas borcu 872233,10 ABŞ dolları, faiz borcu 19833,82 ABŞ dolları olmaqla, cəmi borc məbləği 892066,92 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LG31 nömrəli qarantiya verilməsi şərtləri haqqında sazişin: 1.1-ci bəndinə əsasən, Qarant Prinsipialın sifarişinə əsasən, Prinsipialın Benefisiar qarşısında öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək üçün Benefisiara bu Sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik- Qarantiya (bundan sonra “Qarantiya” adlandırılacaq) verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Qarantiya Benefisiara xx.xx.2023-ci il tаriхiпə (daxil olmaqla) kimi verilir va həmiп müddət bitdikdən sопrа öz qüvvəsini itiгir. 2.1-ci bəndinə əsasən, Qarant, Prinsipial tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 4282725,90 ABŞ dolları məbləğindən artıq olmayan istənilən tələb məbləğini sonuncuya ödəməyi öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, Benefisiarın xeyrinə Qarantiyanın verilməsinə görə Prinsipial Qaranta 444350 ABŞ dolları və qarantiya verilməsi üçün sənədlərin araşdırılması və müvafiq məktubların hazırlanıb təqdim edilməsinə görə 300 ABŞ dolları məbləğində komissiya haqqı ödəyir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LG31 nömrəli qarantiya verilməsi şərtləri haqqında sazişin: 1.1-ci bəndinə əsasən, Qarant Prinsipialın sifarişinə əsasən, Prinsipialın Benefisiar qarşısında öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək üçün Benefisiara bu Sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik- Qarantiya (bundan sonra “Qarantiya” adlandırılacaq) verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Qarantiya Benefisiara xx.xx.2024-cü il tаriхiпə (daxil olmaqla) kimi verilir va həmiп müddət bitdikdən sопrа öz qüvvəsini itiгir. 2.1-ci bəndinə əsasən, Qarant, Prinsipial tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 7395106,07 ABŞ dolları məbləğindən artıq olmayan istənilən tələb məbləğini sonuncuya ödəməyi öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, Benefisiarın xeyrinə Qarantiyanın verilməsinə görə Prinsipial Qaranta 0.00 ABŞ dolları və qarantiya verilməsi üçün sənədlərin araşdırılması və müvafiq məktubların hazırlanıb təqdim edilməsinə görə 0.00 ABŞ dolları məbləğində komissiya haqqı ödəyir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LG31 nömrəli qarantiya verilməsi şərtləri haqqında sazişin: 1.1-ci bəndinə əsasən, Qarant Prinsipialın sifarişinə əsasən, Prinsipialın Benefisiar qarşısında öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək üçün Benefisiara bu Sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik- Qarantiya (bundan sonra “Qarantiya” adlandırılacaq) verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Qarantiya Benefisiara xx.xx.2023-ci il tаriхiпə (daxil olmaqla) kimi verilir va həmiп müddət bitdikdən sопrа öz qüvvəsini itiгir. 2.1-ci bəndinə əsasən, Qarant, Prinsipial tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 4282725,90 ABŞ dolları məbləğindən artıq olmayan istənilən tələb məbləğini sonuncuya ödəməyi öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, Benefisiarın xeyrinə Qarantiyanın verilməsinə görə Prinsipial Qaranta 555650 ABŞ dolları və qarantiya verilməsi üçün sənədlərin araşdırılması və müvafiq məktubların hazırlanıb təqdim edilməsinə görə 300 ABŞ dolları məbləğində komissiya haqqı ödəyir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LG31 nömrəli qarantiya verilməsi şərtləri haqqında sazişin: 1.1-ci bəndinə əsasən, Qarant Prinsipialın sifarişinə əsasən, Prinsipialın Benefisiar qarşısında öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək üçün Benefisiara bu Sazişlə nəzərdə tutulmuş miqdarda, şərtlərlə və qaydada pul məbləğinin ödənilməsi haqqında yazılı öhdəlik- Qarantiya (bundan sonra “Qarantiya” adlandırılacaq) verməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, Qarantiya Benefisiara xx.xx.2024-cü il tаriхiпə (daxil olmaqla) kimi verilir va həmiп müddət bitdikdən sопrа öz qüvvəsini itiгir. 2.1-ci bəndinə əsasən, Qarant, Prinsipial tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq Qarantiya məktubunun şərtlərinə uyğun olaraq 10461304,21 ABŞ dolları məbləğindən artıq olmayan istəlinən tələb məbləğini sonuncuya ödəməyi öz öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən, Benefisiarın xeyrinə Qarantiyanın verilməsinə görə Prinsipial Qaranta 0.00 ABŞ dolları və qarantiya verilməsi üçün sənədlərin araşdırılması və müvafiq məktubların hazırlanıb təqdim edilməsinə görə 100 ABŞ dolları məbləğində komissiya haqqı ödəyir. İş materiallarında olan İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/17-3062 nömrəli “İcra təminatı” məktubundan görünür ki, İddiaçı ASC həmin sənədlə "xxxx" ASC-nin (“Podratçı”) Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyindən (Benefisiar) aldığı xx.xx.2022-ci tarixli З1/10-1038 saylı qəbul məktubuna əsasən SRRP/CW/Lot 3. 4R100 yolunun Km 128 - 174 hissəsinin layihələndirilməsi, təchizat və WİM sisteminin quraşdırılması da daxil olmaqla yenidən qurulması (bundan sonra “Müqavilə” adlandırılacaq) işlərinin icrası ilə əlaqədar tələb olunan İcra Təminatını Podratçının xahişi ilə Zamin kimi dönməz şəkildə öhdəsinə götürür ki, Benefisiara 10461304,21 ABŞ dollan məbləğindən artıq olmamaq şərti ilə istənilən məbləği ödəyəcəkdir. Bu qarantiya 01 noyabr 2024-cu ildən gec olmayaraq qüvvədən düşəcək və bu tarixdən əvvəl və ya həmin tarixdə təqdim olunmayan hər hansı tələb üzrə ödəniş aparılmayacaq. İş materiallarında olan İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/17-3063 nömrəli “İcra təminatı” məktubundan görünür ki, İddiaçı ASC həmin sənədlə "xxxx" ASC-nin (“Podratçı”) Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyindən (Benefisiar) aldığı xx.xx.2022-ci tarixli З1/10-1036 saylı qəbul məktubuna əsasən SRRP/CW/Lot 1. 4R105 yolunun Km 5 - 37,5 hissəsinin layihələndirilməsi, təchizat və WİM sisteminin quraşdırılması da daxil olmaqla yenidən qurulması (bundan sonra “Müqavilə” adlandırılacaq) işlərinin icrası ilə əlaqədar tələb olunan İcra Təminatını Podratçının xahişi ilə Zamin kimi dönməz şəkildə öhdəsinə götürür ki, Benefisiara 7 395 106,07 ABŞ dollan məbləğindən artıq olmamaq şərti ilə istənilən məbləği ödəyəcəkdir. Bu qarantiya 01 noyabr 2024-cu ildən gec olmayaraq qüvvədən düşəcək və bu tarixdən əvvəl və ya həmin tarixdə təqdim olunmayan hər hansı tələb üzrə ödəniş aparılmayacaq. İş materiallarında olan İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/17-3064 nömrəli “İcra təminatı” məktubundan görünür ki, İddiaçı ASC həmin sənədlə "xxxx" ASC-nin (“Podratçı”) Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyindən (Benefisiar) aldığı xx.xx.2022-ci tarixli З1/10-1037 saylı qəbul məktubuna əsasən SRRP/CW/Lot 2. 4R105 yolunun Km 37,5 - 70 hissəsinin yenidən qurulması (bundan sonra “Müqavilə” adlandırılacaq) işlərinin icrası ilə əlaqədar tələb olunan İcra Təminatını Podratçının xahişi ilə Zamin kimi dönməz şəkildə öhdəsinə götürür ki, Benefisiara 4282725,90 ABŞ dollan məbləğindən artıq olmamaq şərti ilə istənilən məbləği ödəyəcəkdir. Bu qarantiya 01 noyabr 2024-cu ildən gec olmayaraq qüvvədən düşəcək və bu tarixdən əvvəl və ya həmin tarixdə təqdim olunmayan hər hansı tələb üzrə ödəniş aparılmayacaq. İş materiallarında olan İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/17-3072 nömrəli “Avans ödənişi təminatı” məktubundan görünür ki, İddiaçı ASC həmin sənədlə "xxxx" ASC (“Podratçı”) ilə Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) arasında bağlanmış “SRRP/CW/Lot 3. 4R100 yolunun Km 128 - 174 arası yenidən qurulması, WİM sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması” işlərinin nəzərdə tutulduğu xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 10461304,21 ABŞ dollan məbləğində avans ödənişinin Podratçının müraciəti əsasında Benefisiara ödəməyə qəti və geri dönməz şəkildə öhdəlik götürür. Bu qarantiya, Bankın avans ödənişi məbləğinin 90%-nin ödənildiyini təsdiq edən aralıq ödəniş sertifikatı alındığı tarixdə və ya xx.xx.2024-cü il tarixində qüvvədən düşəcəkdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/17-3071 nömrəli “Avans ödənişi təminatı” məktubundan görünür ki, İddiaçı ASC həmin sənədlə "xxxx" ASC (“Podratçı”) ilə Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) arasında bağlanmış “SRRP/CW/Lot 1. 4R105 yolunun Km 5 - 37,5 arası yenidən qurulması, WİM sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması” işlərinin nəzərdə tutulduğu xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 7 395 106,07 ABŞ dollan məbləğində avans ödənişinin Podratçının müraciəti əsasında Benefisiara ödəməyə qəti və geri dönməz şəkildə öhdəlik götürür. Bu qarantiya, Bankın avans ödənişi məbləğinin 90%-nin ödənildiyini təsdiq edən aralıq ödəniş sertifikatı alındığı tarixdə və ya xx.xx.2024-cü il tarixində qüvvədən düşəcəkdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, M/17-3070 nömrəli “Avans ödənişi təminatı” məktubundan görünür ki, İddiaçı ASC həmin sənədlə "xxxx" ASC (“Podratçı”) ilə Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) arasında bağlanmış “əsasən SRRP/CW/Lot 2. 4R105 yolunun Km 37,5 – 70 arası yenidən qurulması” işlərinin nəzərdə tutulduğu xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb edilən 4282725,90 ABŞ dollan məbləğində avans ödənişinin Podratçının müraciəti əsasında Benefisiara ödəməyə qəti və geri dönməz şəkildə öhdəlik götürür. Bu qarantiya xx.xx.2024-cü il tarixindən gec olmayaraq qüvvədən düşəcəkdir. İş materiallarında olan “Performans təhlükəsizliyi” adlandırılan xx.xx.2024-cü il tarixli məktubların surətlərindən görünür ki, “X11” həmin sənədlərlə "xxxx" ASC (“Podratçı”) ilə Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) arasında bağlanmış müqavilələr üzrə icra və ödəniş zəmanətlərini öz üzərinə götürür. İş materiallarında olan “İlkin ödəniş təhlükəsizliyi” adlandırılan xx.xx.2024-cü il tarixli məktubların surətlərindən görünür ki, “X5” Əmanət Bankı həmin sənədlərlə "xxxx" ASC (“Podratçı”) ilə Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) arasında bağlanmış müqavilələr üzrə icra və ödəniş zəmanətlərini öz üzərinə götürür. Məhkəmənin, iş materiallarında olan sənədlərə, tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən müəyyən etdiyi işin faktiki halları belədir ki, tərəflər arasında kredit və qarantiya müqavilələri üzrə hüquq münasibətləri mövcud olmuşdur və hər iki tərəf həmin müqavilələr üzrə qarşı tərəfin öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində subyektiv hüququnun pozulduğunu iddia edərək bir-birlərinə qarşı həmin hüquqlarının bərpa edilməsinə dair qarşılıqlı tələblər irəli sürmüşlər. Belə ki, ilk iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra edərək kredit məbləğini qarşılıqlı iddiaçıya verdiyini, qarşılıqlı iddiaçının isə ilk kredit müqaviləsi üzrə faiz borcunu, sonrakı kredit müqaviləsi üzrə isə həm əsas, həm də faiz borcunu tam ödəmədiyini iddia edir. Qarşılıqlı iddiaçı isə iddia tələbinə etiraz edərək, ilk kredit müqaviləsi üzrə tələb olunan faiz borcuna münasibətdə iddia müddətinin ötürüldüyünü, sonrakı kredit müqaviləsi üzrə isə aldıqları kredit məbləğinin bir hissəsini ilk iddiaçı ilə aralarında bağladıqları qarantiya müqavilələri üzrə muzd şəklində geri ödədiklərini, lakin ilk iddiaçının qarantiya müqavilələrindən irəli gələn vəzifələrini yerinə yetirmədiyini, buna görə də muzd şəklində ödənilmiş məbləğin kredit borcu kimi tələb edilməsinin əsassız olduğunu, qalan kredit borcunu isə tam şəkildə ödədiklərini bildirir, bununla yanaşı ilk iddiaçıya qarşı qarşılıqlı iddia irəli sürərək ilk iddiaçının qarantiya müqavilələri üzrə vəzifələrinin icra edilməməsi nəticəsində məruz qaldıqları zərərin ödənilməsini, həmçinin qarantiya muzdu olaraq ödədikləri pul məbləğinin geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit və qarantiya müqavilələrinin bağlandığı, kredit müqavilələri üzrə razılaşdırılmış məbləğdə kredit məbləğinin qarşılıqlı iddiaçıya verilməsi, qarantiya müqavilələrinə əsasən ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaçının podratçı qismində iştirak etdiyi müqavilə münasibətləri üzrə öhdəliklərini lazımınca icra etməsinə görə üç yazılı təminat (qarantiya) verildiyi, sonradan qarşılıqlı iddiaçıya eyni podrat öhdəliklərinə görə digər banklar tərəfindən yeni qarantiyalar verildiyi baxılan işin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə hesab edir ki, işin mübahisəli halları tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin (kredit ödənişlərinin) qarşılıqlı iddiaçı tərəfindən yerinə yetirilməməsi barədə ilk iddiaçının tələbindən, həmin tələbə qarşı qarşılıqlı iddiaçının etirazında istinad etdiyi hallardan, həmçinin ilk iddiaçının qarantiya müqavilələri üzrə vəzifələrini icra etməməsi nəticəsində məruz qaldığı zərərin ödənilməsi və qarantiya muzdu olaraq ödədiyi pul məbləğinin geri qaytarılması barədə qarşılıqlı iddiaçının tələbindən ibarətdir. Məhkəmə, kredit müqavilələri üzrə öhdəliklərin (kredit ödənişlərinin) qarşılıqlı iddiaçı tərəfindən yerinə yetirilməməsi barədə ilk iddiaçının tələbi üzrə aparılmış araşdırmanın nəticəsi olaraq bu qənaətə gəlir ki, ilk iddiaçının iddia tələbinin təmin edilə bilməsi üçün kifayət qədər hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə, ilk olaraq tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2371/2 B nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş 58058,99 manat məbləğində faiz borcunun qarşılıqlı iddiaçıdan tutulması hissəsində ilk iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, qarşılıqlı iddiaçı borc məbləğini mübahisələndirməklə yanaşı, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ilk iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, qarşılıqlı iddiaçının iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olub-olmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2371/2 B nömrəli kredit xətti müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixinə kimi müəyyən edilmişdir. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 1 il (12 ay) müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi xx.xx.2015-ci il tarixi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, ilk İddiaçı ASC ilə qarşılıqlı iddiaçı "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2015-ci il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, ilk iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 2371/2 B nömrəli kredit xətti müqaviləsi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, ilk İddiaçı ASC ilə qarşılıqlı iddiaçı "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımının tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2015-ci il tarixindən etibarən başlamasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə bitməsinə baxmayaraq, işdən görünür ki, ilk iddiaçı hazırki iddiası ilə bağlı qarşılıqlı iddiaçıya qarşı ilk tələbini əks etdirən bildirişi xx.xx.2024-cü il tarixdə göndərmişdir, iddia ərizəsi ilə isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, ilk iddiaçı tərəfindən iddia müddəti təxminən 6 il 7 aydan çox müddətdə ötürülmüşdür. Buna görə də, iddia müddətinin tətbiqinə dair qarşılıqlı iddiaçı "xxxx" ASC-nin ərizəsi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2371/2 B nömrəli kredit xətti müqaviləsi üzrə ödənilməmiş 58058,99 manat məbləğində faiz borcunun tutulması hissəsində mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Məhkəmə həmçinin müəyyən edir ki, iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi, eləcə də iddia müddətinin bərpası üçün üzürlü hallar aşkar edilməmişdir. Buna görə də, iddia müddətinin tətbiqinə dair qarşılıqlı iddiaçı "xxxx" ASC-nin ərizəsi əsaslı hesab edilməli və həmin hissədə ilk iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə, ilk iddianın tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə münasibətdə ilk növbədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflərin məhkəmə qarşısında bərabərliyi, dispozitivlik və mübahisəyə dair qərarın yalnız tərəflərin təqdim etdikləri sübutların qiymətləndirilməsi yolu ilə qəbul edilə biləcəyi kimi mülki prosesin əsas qayda və prinsipləri, mübahisə tərəflərinin üzərinə bir sıra prosessual vəzifələr qoymuşdur. Bu vəzifələr əsas olaraq tərəflərdən öz tələb və etirazlarını yetərli və mötəbər sübutlarla əsaslandırmalarını, bu məqsədlə zəruri dəlillərin onlar tərəfindən təqdim edilməsini tələb edir. Sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürülməsi, kimin, hansı halı, hansı sübut vasitələri ilə təsdiq etməsinin zəruri olduğunun müəyyən edilməsi mülki prosesin başlıca elementlərini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, sübutetmə yükünün bölüşdürülməsi prinsipini nəzərə aldıqda, adi borc münasibətləri üzrə alınmış borc məbləğinin geri qaytarılmasını sübut etmə vəzifəsi əsasən borcalanın üzərinə düşür. Lakin, borc münasibətləri üzrə tərəflərdən biri (kreditor) bu sahədə ixtisaslaşmış kommersiya hüquqi şəxsi olan bank olduğu halda, kredit münasibətləri üzrə mühüm əhəmiyyət kəsb edən kredit müqaviləsinin bağlanması, kredit məbləğinin borcluya verilməsi, eləcə də mübahisə olduğu təqdirdə borclu tərəfindən kredit ödənişlərinin hansı məbləğdə həyata keçirilməsi, ödənilməmiş əsas, faiz və s. borcun olması və onların məbləğləri (həcmi) kimi halları sübut etmək vəzifəsi həmin kommersiya hüquqi şəxsi olan bankın üzərinə düşür. Belə ki, "Banklar haqqında'' Azərbaycan Respublikası Qanununun: 31.1-ci maddəsinə əsasən, banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, digər normativ hüquqi aktların, habelə bu Qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər. 31.2-ci maddəsinə əsasən, banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat uçotu sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər. 39.1-ci maddəsinə görə, banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. 39.2-ci maddəsinə əsasən, müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. 43.1-ci maddəsinə əsasən, bank və xarici bankın yerli filialı maliyyə hesabatlarını X2 Standartlarına əsasən tərtib edir. Banklarda və xarici bankın yerli filiallarında mühasibat uçotunun aparılması qaydaları, o cümlədən illik maliyyə hesabatlarının forması və məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, Mərkəzi Bank tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X8 tərəfindən 2013-cü il 30 iyul tarixli, 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"ın İİ fəslinin 55-ci bəndinə görə, Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır. Azərbaycan Respublikası Mərkəzi X8 tərəfindən 2021-ci il 12 noyabr tarixli, 32/1 nömrəli qərarla təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.2-ci və 3.7-ci bəndlərinə əsasən, kreditlər haqqında məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. X9-1-də göstərilir ki, MKR-ə təqdim edilən məlumatların tərkibinə hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği (7.5); hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği (7.6); hesabat tarixinə sonuncu ödənişin tarixi (7.14); kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı (7.16); faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı (7.17) daxil edilməlidir. “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 1.0-cı bəndinə əsasən, bu Qaydalar "Banklar haqqında", "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Azərbaycan Respublikası Milli Bankının normativ xarakterli aktlarına və Maliyyə X1 (MHBS) tələblərinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında (bundan sonra - "bank") mühasibat uçotunun təşkili və aparılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 3.1 və 3.4-cü bəndlərinə əsasən, aparılan bütün bank əməliyyatları haqqında, tələb və öhdəliklərin mövcudluğu və bank tərəfindən istifadə olunan maddi və maliyyə resursları haqqında ətraflı, tam və düzgün uçotun aparılması banklarda mühasibat uçotunun əsas vəzifələridir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, banklarda mühasibat uçotu, bankın hüquqi şəxs kimi qeydiyyata alındığı gündən onun yenidən təşkili və ya qanunvericiliyə uyğun olaraq digər şəkildə ləğv olunması tarixinə qədər fasiləsiz olaraq aparılmalıdır. Yenə həmin Qaydaların 15.1-ci bəndində göstərilir ki, banklar mühasibat sənədlərinin etibarlı şəkildə saxlanmasını təmin etməlidirlər. Məhkəmə, yuxarıda sadalanan normativ tələbləri ümumiləşdirərək qeyd edir ki, baxılan işdə kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulmasına dair tələbin faktiki hallarını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsinin bağlandığı, həmin müqavilə üzrə ******* ABŞ dolları məbləğində kreditin qarşılıqlı iddiaçıya verilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, qarşılıqlı iddiaçı qeyd olunan məbləğdə kreditin ona verilməsini etiraf etmişdir. Lakin, qarşılıqlı iddiaçı götürdüyü kredit məbləğini ilk iddiaçıya tam qaytardığını, adı çəkilən müqavilə üzrə borcunun qalmadığını iddia edir. Yuxarıda şərh olunduğu kimi, alınmış kreditdən qarşılıqlı iddiaçı tərəfindən hansı məbləğdə ödəniş edildiyinə, həmin ödənişlərin hansı məbləğdə əsas və faiz borcuna hesablandığına dair sənədlərin isə ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi tələb olunur. İş materiallarından görünür ki, ilk iddiaçı xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələbinin sübutu qismində "xxxx" ASC-nin "xxxx" ASC-nin Masallı filialında açılmış AZ26MUGA**********02371USD31 nömrəli və digər hesabları üzrə pul dövriyyəsini əks etdirən çıxarışları əlavə etmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə həyata keçirilmiş ödənişləri, həm də ayrı-ayrı ödənişlərin əsas və faiz borcuna hesablanmasını əks etdirən, həmin kredit müqaviləsinə aid olan hesabdan çıxarış ilk iddia tələbinin tam və ya qismən əsaslılığını müəyyən edən mötəbər və yetərli sübut qismində çıxış edə bilər. Məhkəmə qeyd edir ki, ilk iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələbinin əsası kimi təqdim edilmiş pul dövriyyəsinə dair çıxarışdan, həmin müqavilə üzrə hansı məbləğdə ödənişlərin həyata keçirilməsini, ödənişlərin hansı hissədə əsas və faiz borcuna hesablanmasını, qalıq borc məbləğini müəyyən etmək mümkün deyildir. İlk iddiaçı təqdim etdiyi maliyyə arayışında "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsinə əsasən 07 avqust 2024-cü il tarixə əsas borcunun 872233,10 ABŞ dolları, faiz borcunun 19833,82 ABŞ dolları olmaqla, cəmi borc məbləğinin 892066,92 ABŞ dolları təşkil etdiyi qeyd olunsa da, bu məbləğlərdə kredit borcunun hansı sənədlərə əsasən və hansı hesablamalar nəticəsində yarandığını əsaslandıra bilməmişdir. Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi isə xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsinə dair sənədlərin saxlanılmadığını bildirmişdir. Məhkəmə, yuxarıda şərh olunanları yükunlaşdıraraq bu nəticəyə gəlir ki, ilk iddiaçı xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələbinin əsaslılığını mötəbər dəlillərlə sübut edə bilməmişdir. Məhkəmə, xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair ilk iddiaçının tələbinin əsaslılığını, həmçinin qarşılıqlı iddiaçının etirazında göstərdiyi hallara əsasən qiymətləndirərək aşağıdakıları müəyyən edir. Qarşılıqlı iddiaçı, xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə ilk iddiaçıdan götürdüyü ******* ABŞ dolları məbləğində kreditin ******* manat hissəsini, kreditin götürüldüyü gün ilk iddiaçı ilə bağladığı 4 ədəd Qarantiya Sazişlərinin komission haqqının ödənilməsi məqsədilə dərhal cavabdehin hesabına köçürüldüyünü, ilk iddiaçının isə qarant kimi öhdəliyini yerinə yetirmədiyini, bu səbəbdən yeni bank qarantiyasının alınması üçün başqa banka müraciət etməli olduğunu, yeni bank qarantiyalarına görə əlavə olaraq ******* ABŞ dolları məbləğində vəsait ödədiyini əsas gətirərək, ilk iddiaçının xx.xx.2022-ci il tarixli, 2371/10 B nömrəli kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələbinin rədd edilməsini xahiş edir. İlk iddiaçının nümayəndəsi məhkəmə baxış iclasında qarşılıqlı iddiaçının yuxarıda göstərilən dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı ASC-nin iflas proseduruna qarantiya müqavilələrində nəzərdə tutulmuş qarantiya müddətinin bitməsindən sonra başlanıldığına görə, bank tərəfindən qarantiya razılaşmaları üzrə öhdəliklərin pozuntusuna yol verilməmişdir. Məhkəmə, hər iki tərəfin gətirdikləri dəlilləri işin müəyyən edilmiş faktiki hallarına əsasən qiymətləndirərək müəyyən edir ki, tərəflər arasında xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə eyni nömrəli 4 ədəd qarantiya müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin hamısının predmetini İddiaçı ASC-nin (qarantın) "xxxx" ASC-nin (prinsipalın) Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) qarşısında podrat müqaviləsi üzrə öhdəliyi üçün təminat (qarant) verməsi təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış qarantiya müqavilələrinin şərtlərinə görə, İddiaçı ASCnin (qarantın) öhdəliyinin həcminin bir müqavilə üzrə 4282725,90 ABŞ dolları məbləğində olması, qarantiya öhdəliyinin xx.xx.2023-ci il tаriхiпə (daxil olmaqla) kimi verilməsi, "xxxx" ASC-nin qarantiya verilməsinə görə 444350 ABŞ dolları məbləğində muzd ödəməsi, digər müqavilə üzrə öhdəliyin həcminin 7395106,07 ABŞ dolları məbləğində olması, qarantiya öhdəliyinin xx.xx.2024-ci il tаriхiпə (daxil olmaqla) kimi verilməsi, "xxxx" ASC-nin qarantiya verilməsinə görə muzd ödəməsinin nəzərdə tutulmaması, xx.xx.2022-ci il tarixli tarixdə bağlanmış qarantiya müqavilələrinin şərtlərinə görə İddiaçı ASC-nin (qarantın) öhdəliyinin həcminin bir müqavilə üzrə 4282725,90 ABŞ dolları məbləğində olması, qarantiya öhdəliyinin xx.xx.2023-ci il tаriхiпə (daxil olmaqla) kimi verilməsi, "xxxx" ASC-nin qarantiya verilməsinə görə 555650 ABŞ dolları məbləğində muzd ödəməsi, digər müqavilə üzrə öhdəliyin həcminin 10461304,21 ABŞ dolları məbləğində olması, qarantiya öhdəliyinin xx.xx.2024-ci il tаriхiпə (daxil olmaqla) kimi verilməsi, "xxxx" ASC-nin qarantiya verilməsinə görə muzd ödəməsinin nəzərdə tutulmaması razılaşdırılmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli M/17-3063 və M/17-3064 nömrəli “İcra təminatı” məktubları ilə xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin öhdəliklərinə görə Benefisiara 7395106,07 ABŞ dollan və 4282725,90 ABŞ dollan məbləğlərindən artıq olmamaq şərti ilə istənilən məbləği ödəməyi, xx.xx.2022-ci il tarixli, M/17-3071 nömrəli və M/17-3072 nömrəli “Avans ödənişi təminatı” məktubları ilə xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin öhdəliklərinə görə Benefisiara 7395106,07 ABŞ dollan və 10461304,21 ABŞ dollan məbləğlərindən artıq olmamaq şərti ilə istənilən məbləği ödəməyi İddiaçı ASC öz üzərinə götürmüşdür. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan biri də odur ki, Azərbaycan Respublikası Mərkəzi X6 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən İddiaçı ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin müəyyən etdiyi baxılan işin mübahisəsiz hallarından birini də, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı ASC-nin hesabına 444350 ABŞ dolları və 555650 ABŞ dolları məbləğlərində olmaqla, ümumilkdə cəmi ******* ABŞ dolları məbləğində “komissiya haqqı”nın ödənilməsi təşkil edir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, tərəflərin tələb və etirazlarında istinad etdikləri hallar, onların arasında bağlanmış qarantiya verilməsinin şərtləri haqqında razılaşmalar üzrə hüquq və vəzifələrin icrası ilə bağlı məsələlərin aydınlaşdırılması yolu ilə qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, həmin qiymətləndirilmənin aparılması üçün ilk növbədə qarantiya müqaviləsinin hüquqi təbiətinə, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinin məzmununa açıqlıq gətirilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə qarantiya öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 478-ci maddəsində qarantiyanın leqal anlayışı verilmişdir. Mülki Məcəllənin 478-ci maddəsinə görə, qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Qarantiyaya verilən leqal tərifdən göründüyü kimi, bu hüquqi konstruksiyanın əsas əlaməti bir subyektin (qarantın) digər subyektin (prinsipalın) öhdəliyinin lazımınca icra edilməsinə görə həmin öhdəliyin kreditoru olan üçüncü subyektə (benefisiara) yazılı öhdəlik (qarantiya) verməsindən ibarətdir. Qarantiyanın verilməsinin məqsədi isə əsas öhdəlik üzrə borclunun (prinsipalın) kreditor (benefisiar) qarşısında olan öhdəliyinin təmin edilməsidir. Qeyd olunmalıdır ki, qarantiya üzrə öhdəlik mahiyyət etibarı ilə təminat xarakteri daşısa da (Mülki Məcəllənin 479.1-ci maddəsinə əsasən, qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir.), təminat verdiyi öhdəlikdən asılı olmayan, müstəqil öhdəlikdir və ən əsası bu öhdəlik qarantla benefisiar arasında əmələ gəlir (MM-nin 480-ci maddəsinə əsasən, qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir). Məhkəmə qeyd edir ki, qarantiyaya dair normaların təhlili belə qənaətə gəlməyə əsas verir ki, qarantiya ilə təminat verilən əsas öhdəlik prinsipalla benefisiar arasında mövcud olan münasibətlərdən irəli gələn prinsipalın öhdəliyidir. Qarantiya benefisiara verilən, qarantın benefisiar qarşısında yerinə yetirməli olduğu öhdəlikdir. Bu mənada, qarant verilməsi üçün prinsipalın qarantla bağladığı qarantiya şərtləri haqqında müqavilə öz hüquqi təbiətinə görə qarantiyaya verilən leqal tərifdə nəzərdə tutulmuş prinsipalın xahişini ehtiva edən razılaşma mahiyyətindədir. Prinsipalla qarant arasında bağlanan müqavilə qarantiyanın verilməsi barədə onların arasında razılaşmanın şərtlərini nəzərdə tutduğuna görə, həmin razılaşmanın şərtləri benefisiar üçün hər hansı bir hüquqi əhəmiyyət kəsb etmir. Benefisiar üçün əsas olan və qarantiya öhdəlik hüququ münasibətlərinin yaranması üçün zəruri və yetərli olan qarantın benefisiara qarantiya verməsidir. Məhz bu xüsusiyyətlərinə görə, qanunvericilik qarantiyanı müstəqil öhdəlik kimi tənzimləmişdir. Məhkəmə, yuxarıda şərh olunanları ümumiləşdirərək qeyd edir ki, qarantiya öhdəliyinin etibarlılığı, həcmi və eləcə də müddəti qarant tərəfindən benefisiara verilən qarantiya sənədinə əsasən müəyyən edilməlidir. Qarantiya sənədinə dair yazılı forma tələbi də, onun məhz bu xüsusiyyətindən irəli gəlir. Məhkəmə, şərh edilənləri baxılan işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı ASC tərəfindən verilən qarantiyaların bitmə müddətləri, İddiaçı ASC tərəfindən benefisiar Özbəkistan Respublikası Yollar Komitəsi nəzdində “Avtoyolinvest” Agentliyinə ünvanlanmış qarantiya sənədlərində qeyd olunmuş müvafiq olaraq xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixləri olaraq qəbul edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının qarantiya müddəti daxilində ilk iddiaçı tərəfindən qarantiya öhdəliklərinin icrasının mümkün olmaması səbəbindən pozuntusuna yol verilməsi barədə iddiası əsaslıdır. Belə ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı ASC-nin lisenziyası xx.xx.2023-cü il tarixindən etibarən ləğv edilmişdir və həmin tarixdən etibarən İddiaçı ASC qarant kimi öhdəliklərinin icrası imkanından məhrum olmuşdur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, Mərkəzi Bank bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5 təqvim günü müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş göndərməli və mediada rəsmi məlumat dərc etdirməlidir. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda başqa müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən, bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank, filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici bankın yerli filialının iflası proseduruna başlanıldığı hallar istisna olmaqla, bu Qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır. Məhkəmə, baxılan işin mübahisəli hallarından birini təşkil edən qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş qarantiya muzdu məbləğlərinin, kredit müqaviləsi üzrə ödənişlərə hesablanıb-hesablanmaması barədə məsələyə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edir ki, baxılan işin mübahisəsiz hallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı ASC-nin hesabına 444350 ABŞ dolları və 555650 ABŞ dolları məbləğlərində olmaqla, ümumilkdə cəmi ******* ABŞ dolları məbləğində “komissiya haqqı” ödənilmişdir. Qarşılıqlı iddiaçı həmin ödənişlərin qarantiya muzdu olduğunu iddia edir, ilk iddiaçı isə bunu təkzib etməmişdir. İşdən o da görünür ki, "xxxx" ASC tərəfindən 444350 ABŞ dolları məbləğində muzd xx.xx.2022-ci il tarixdə bağlanılmış qarantiya müqaviləsi üzrə, 555650 ABŞ dolları məbləğində muzd isə xx.xx.2022-ci il tarixdə bağlanılmış qarantiya müqaviləsi üzrə ödənilmişdir. Həmin müqavilələrdə qarantiya müddətlərinin bitmə tarixləri müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il olaraq göstərilmişdir. Həmçinin, eyni tarixlərdə bağlanmış digər qarantiya müqavilələrində isə qarantiya müddətlərinin bitmə tarixləri müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il olaraq göstərilmişdir. İlk iddiaçının nümayəndəsi muzd ödənilmiş müqavilələr üzrə öhdəliklərin bankın lisenziyasının qüvvədə olduğu müddət ərzində tərəflərindən pozulmadığını, muzd ödənilməmiş müqavilələr üzrə isə heç bir ödəniş olmadığına görə kredit borcundan silinmənin aparılmasının mümkün olmadığını iddia etmişdir. Məhkəmə, ik iddiaçının nümayəndəsinin gətirdiyi dəlillərə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli qarantiya şərtləri haqqında müqavilədə, qarantiya müddətinin bitmə tarixi xx.xx.2023-cü il olaraq göstərilmişdir və həmin müqavilə üzrə qarşılıqlı iddiaçı tərəfindən 444350 ABŞ dolları məbləğində qarantiya muzdu ödənilmişdir. İddiaçı ASC-nin lisenziyası isə xx.xx.2023-cü il tarixindən etibarən ləğv edilmişdir. Bununla da müəyyən olunur ki, qarant bankın lisenziyası ləğv edilən zaman onun qarantiya müqaviləsi üzrə öhdəlikləri hələ davam edirdi. Məhkəmə, araşdırılan məsələ ilə bağlı ilk iddiaçının dəlillərini həm də ona görə əsassız hesab edir ki, tərəflər arasında ayrı-ayrı 4 sayda qarantiya şərtləri haqqında müqavilə bağlansa da, həmin müqavilələrin şərtlərindən, bağlandıqları tarixdən və sonradan qarant bank tərəfindən benefisiara ünvanlanmış təminat məktublarının məzmunundan aydın olur ki, tərəflər arasında dörd sayda müqavilə bağlansa da, onların iradələri və hüquqi niyyətləri "xxxx" ASC-nin (prinsipalın) Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) qarşısında podrat müqaviləsi üzrə öhdəliyi üçün vahid təminat (qarant) verilməsinə yönəlmişdir. Bu baxımdan, "xxxx" ASC tərəfindən ödənilmiş cəmi ******* ABŞ dolları məbləğində vəsait tərəflər arasında vahid niyyətlə bağlanmış dörd müqavilə üzrə muzd mahiyyətində olmuşdur və buna görə də, qarşlılıqlı iddiaçı tərəfindən ödənilmiş vəsaitin bütövlükdə 4 müqavilə üzrə muzdu əhatə etməsi qəbul edilməlidir. Əks halda, fəaliyyətinin əsas istiqaməti ən az risklə gəlir əldə etməkdən ibarət kommersiya bankı olan ilk iddiaçının heç bir muzd almadan əvəzsiz olaraq 7395106,07 ABŞ dolları və 10461304,21 ABŞ dolları kimi yüksək məbləğlərdə qarşılıqlı iddiaçının öhdəliklərinə görə qarantiya verməsi ağlabatanlıq meyarlarına uyğun hesab edilə bilməz. Məhkəmə, həmçinin nəzərə alınmasını zəruri sayır ki, bankların fəaliyyətlərinin hüquqi əsası qanunvericilikdə dəqiq və əsasən imperativ qaydada tənzimlənmişdir. Belə ki, “Banklar haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Həmçinin, Mülki Məcəllənin 479.2-ci maddəsinə əsasən, qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. Məhkəmə qeyd edir ki, banklar mülki hüquq subyekti qismində daxil olduqları münasibətlərdə, o cümlədən qarantiya verilməsinə dair münasibətlərə daxil olarkən qanunvericiliyin tələblərinə dəqiq əməl etməlidirlər. Qarantiya öhdəliyinə dair mülki qanunvericiliyin tələblərinə əsasən isə, qarantiya öhdəliyi istisnasız olaraq əvəzli öhdəlikdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, qeyd olunan qarantiya şərtləri haqqında müqavilələr ayrı-ayrı hüquqi akt formasında olsa da, "xxxx" ASC-nin (prinsipalın) Özbəkistan Respublikası Avtomobil Yolları Komitəsi yanında Avtoyolinvest Agentliyi (Benefisiar) qarşısında podrat müqaviləsi üzrə öhdəliyi üçün vahid təminatın verilməsi məqsədi ilə bağlanmışdır və ödənilmiş qarantiya muzdu həmin müqavilələr üzrə qarşılıqlı iddiaçı "xxxx" ASC-nin öhdəliyini ehtiva etmişdir. Məhkəmə, yuxarıda şərh olunanları ümumiləşdirərək bu qənaətə gəlir ki, ilk iddiaçı aldığı qarantiya muzdu məbləğini, qarantiya müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə baxmayaraq, kredit müqaviləsi üzrə qarşılıqlı iddiaçının öhdəliklərindən çıxmamaqda haqlı deyildir. Məhkəmə hesab edir ki, ilk iddiaçı kredit müqaviləsi üzrə borcun mövcudluğu, onun məbləği barədə mötəbər sübutlar əsasında kredit borcunun tutulmasına dair tələb irəli sürəcəyi təqdirdə, üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi qarantiya müqavilələri üzrə aldığı muzdun həmin kredit borcundan silinməli olmasını nəzərə almalıdır. Məhkəmə, yuxarıda göstərilənləri yekunlaşdıraraq belə nəticəyə gəlir ki, ilk iddia əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə, qarşılıqlı iddianı da əsassız hesab edərək gəldiyi nəticənin əsaslandırılması olaraq qeyd edir ki, əvvəla qarşılıqlı iddiaçı ilk iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ona ******* ABŞ dolları məbləğində maddi zərər vurmasına dair tələbini əsaslandıra bilməmişdir. Bu tələblə bağlı qarşılıqlı iddiaçının gətirdiyi dəlil, yəni onun başqa banklarla qarantiya verilməsi haqqında müqavilə bağlaması nəticəsində zərərə məruz qalması və bu zərərin ilk iddiaçının təqsirli hərəkətləri nəticəsində yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, ilk iddiaçının qarantiya verilməsi haqqında müqavilə şərtlərini pozmasının labüd hüquqi nəticəsi, qarşılıqlı iddiaçının ərizəsində göstərdiyi şərtlərlə və məbləğdə yeni qarantiya müqavilələri bağlamasını şərtləndirmir. Məhkəmə, qarşılqlı iddianı, ilk iddiaçıdan icra edilməmiş 04 oktyabr 2022-ci il tarixli və 11 oktyabr 2022-ci il tarixli 4 ədəd Saziş üzrə aldığı və qaytarıldığı günə olan manatla məzənnəsi ilə ******* ABŞ dollarının tutulmasına dair hissəsində də əsassız hesab edərək qeyd edir ki, qarşılıqlı iddiaçı qarantiya muzdu olaraq ödədiyi ******* ABŞ dolları məbləğində vəsaiti, ilk iddiaçı ilə bağladıqları kredit müqaviləsi üzrə əldə etdiyini etiraf etmişdir. Həmçinin, qarşılıqlı iddiaçı həmin məbləğin aldığı kredit borcundan silinməli olmasını da iddia edir. Belə olan halda, qarantiya muzdu olaraq ödədiyi məbləği geri tələb etməklə qarşılıqlı iddiaçı ziddiyətə yol verdiyinə görə əsassız iddia qaldırmış olur. Buna görə də, qarşılıqlı iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hər iki iddia tələbi rədd edildiyinə görə məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, hər iki tələb əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Nəticə hissəsi:

Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar