Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-2986/2024 31.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predtmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 12 aprel 2019-cu il tarixli 18 saylı kredit müqaviləsi üzrə əsas borc 5461,33 manat, faiz borcu 34,13 manat olmaqla, cəmi 5495,46 manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması; Borc tələbinin sonrakı ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 49,9 kv.m ümumi, 29,9 kv.m yaşayış, 20 kv.m köməkçi sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməsi; Sonrakı ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borc 5461,33 manat, faiz borcu 34,13 manat olmaqla, cəmi 5495,46 manat kredit borcunun və ödənilmiş 74.95 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 bank qarşısında öhdəliyi olmadığını nəzərə alınaraq iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq müəyyən edir ki, iddiadan imtinanın səbəbi cavabdeh tərəfindən iddia ərizəsində tələb olunan borc məbləğinin tam şəkildə ödənilməsi ilə əlaqədar tərəflər arasında mübahisənin həll olunmasıdır. Məhkəmə, iddiaçının iddiadan imtinasında qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması hallarının olmadığını nəzərə alaraq hesab edir ki, iddiadan imtina barədə ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 74,95 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-2986/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-2986/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver