Məhkəmə qərarları › İş №e-2-2(121)-30/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-30/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-30/2021 18.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı Cavabdeh6 7.644,97 manat əsas borcun, 194,55 manat faiz borcun, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.106,64 manat faiz borcunun, 1.272,25 manat cərimə borcunun, ümumilkdə 10.218,41 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh6, Cavabdeh8, Cavabdeh5 Saroğlan qızının, Cavabdeh2, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh14 və Cavabdeh7 mülkiyyətində olan Cəlilabad rayonu, Ətcələr kəndində, 0,22 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə, B literində yerləşən tövləyə, C literində yerləşən tövləyə və D literindəki hamama tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh6 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh6 tutularaq Ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış 12.03.2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 14.500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh6 ilə 12.03.2014-cü il tarixli ZC-3548-İİN/4 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh6, Cavabdeh8, Cavabdeh5 Saroğlan qızının, Cavabdeh2, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh14 və Cavabdeh7 mülkiyyətində olan Cəlilabad rayonu, Ətcələr kəndində, 0,22 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi, B literində yerləşən tövlə, C literində yerləşən tövlə və D literindəki hamam İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq, borclu Cavabdeh6 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 7.644,97 əsas, 194,55 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1.106,64 məbəğində faiz (5%) borcu, 1.272,25 cərimə borcu, cəmi 10.218,41 manat məbləğində borcu mövcuddur. Borc ödənilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı1 ASC-nin Cəlilabad filialı ilə Cavabdeh6 arasında bağlanmış 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh6 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə, heyvandarlığın inkişafı üçün 14.500 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 18.03.2014-cü il tarixli, 05 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh6 14.500 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı1 ASC-nin Cəlilabad filialı ilə Cavabdeh6 və Cavabdeh7 arasında bağlanmış 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı ipoteka müqaviləsinə əsasən, 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı kredit müqaviləsin təminatı kimi Cavabdeh7 məxsus, Cəlilabad rayonu, Ətcələr kəndində mülkiyyətində olan, 0,22 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 136,2 m2 ümumi, 75,1 m2 yaşayış, 61,1 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, tikinti altında olan 54,0 m2 sahədə-B literində yerləşən 1 mərtəbəli tövlə, tikinti altında olan 147,0 m2 sahədə-C literində yerləşən 1 mərtəbəli tövlə və tikinti altında olan 18,5 m2 sahədə-D literində yerləşən 1 mərtəbəli hamam İddiaçı1 ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 28.02.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu, Ətcələr kəndində yerləşən 0,22 hektar torpaq sahəsi üzərindəki fərdi yaşayış evi Cavabdeh7 tam, həmin torpaq sahəsi isə Cavabdeh6, Cavabdeh8, Cavabdeh5 Saroğlan qızının, X1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh14 və Cavabdeh7 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan 19.03.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5 Saroğlan qızı, X2, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh14 və Cavabdeh7 məxsus Cəlilabad rayonu, Ətcələr kəndində yerləşən fərdi yaşayış evi 0,22 ha torpaq sahəsi ilə birlikdə İddiaçı1 ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı1 ASC-nin 31.01.2020-ci il tarixli, **********475 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı1 ASC ilə Cavabdeh6 arasında bağlanmış 13 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı kredit müqaviləsi üzrə onun 21.01.2020-ci il tarixə banka 7.644,97 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 194,55 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1.272,25 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanan 1.105,64 manat faiz borcu olmaqla, ümumi borc 10.218,41 manat təşkil edir. İş materialında 21 fevral 2020-ci il tarixli, **********219 saylı bildirişdən görünür ki, İddiaçı1 ASC-nin Cəlilabad filialı ilə Cavabdeh6 arasında bağlanılmış 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı kredit müqaviləsi əsasında aldığı 14.500 manat kreditə görə 10.218,41 manat məbləğində borcunun olması, qeyd olunan borc ödənilmədiyi halda tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh6, Cavabdeh8, Cavabdeh5 Saroğlan qızı, X2, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh14 və Cavabdeh7 məlumatlandırılmışdır. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh6 Ləğv prosesində olan İddiaçı1 ASC-yə olan əsas kredit borcu 7.644,97 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, 9/3437 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış ZC-3518-İİN/4 saylı, 12 mart 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh6 iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-yə sualda soruşulan tarixlərə olan borcu 12.03.2017-ci il tarixinə olan borcu üzrə: əsas borc üzrə 9.950,59 manat, faiz borcu üzrə 43,12 manat; 21.01.2020-ci il tarixinə olan borcu üzrə: əsas borcu üzrə 7.650,62 manat, faiz borcu üzrə 1.218,04 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 noyabr 2020-ci il tarixli, 252/ZB/20 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı1 ASC-nin Cəlilabad filialı ilə Cavabdeh7 arasında bağlanmış 12 mart 2014-cü il tarixli, ZC- 3518-İİN/4 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh7 məxsus Cəlilabad rayonu, Ətcələr kəndində mülkiyyətində olan, 0,22 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 136,2 m2 ümumi, 75,1 m2 yaşayış, 61,1 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evinin, tikinti altında olan 54,0 m2 sahədə-B literində yerləşən 1 mərtəbəli tövlənin, tikinti altında olan 147,0 m2 sahədə-C literində yerləşən 1 mərtəbəli tövlənin və tikinti altında olan 18,5 m2 sahədə-D literində yerləşən 1 mərtəbəli hamamın likvid dəyəri 21.000 manat təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı1 ASC-nin Cəlilabad filialı ilə Cavabdeh6 arasında 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh6 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 14.500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı1 ASC-nin Cəlilabad filialı ilə Cavabdeh6 və Cavabdeh7 arasında 12 mart 2014-cü il tarixli, 3548-İİN/4 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh7 məxsus, Cəlilabad rayonu, Ətcələr kəndində mülkiyyətində olan, 0,22 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 136,2 m2 ümumi, 75,1 m2 yaşayış, 61,1 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, tikinti altında olan 54,0 m2 sahədə-B literində yerləşən 1 mərtəbəli tövlə, tikinti altında olan 147,0 m2 sahədə-C literində yerləşən 1 mərtəbəli tövlə və tikinti altında olan 18,5 m2 sahədə-D literində yerləşən 1 mərtəbəli hamam sözügedən kredit müqaviləsinin təminatı kimi, İddiaçı1 ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh6 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı əsas borc kimi 7.644,97 manat məbləğində pulun tutulmasını tələb edir. 05 oktyabr 2020-ci il tarixli, 9/3437 saylı ekspert rəyi ilə 12 mart 2014-cü il tarixli, ZC- 3548-İİN/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh6 müqavilə müddətinə, yəni 12.03.2017cı il tarixə əsas borc üzrə 9.950,59 manat, faiz borcu 43,12 manat, maliyyə arayışında qeyd olunan 21.01.2020-ci il tarixinə əsas borc üzrə 7.650,62 manat, faiz borcu üzrə 1.218,04 manat borcunun olması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 mart 2014cü il tarixli, ZC-3548-İİN/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh6 7.644,97 manat əsas borcunun mövcud olması iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə, yəni əsas borc məbləğinin tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh6 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh6 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən, o cümlədən, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbi yalnız restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməli, faiz borcu və cərimə hissəsində iddia rədd edilməlidir. Belə ki, Fərmanın tətbiqi ilə bağlı vətəndaşın müraciət edəcəyi halda da, iddiaçı hazırda irəli sürdüyü tələb üzrə borc məbləğinin yenidən güzəştli şərtlərlə qaytarılmasını deyil, restrukturizasiya olunması təklif olunan məbləği müəyyən edəcəkdi. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. İddia tələbindən görünür ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni cəriməni tələb edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləği, yəni cəriməni tələb etdiyindən, iddianın qeyd edilən hissəsi əsassızdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı1 ASC-nin Cəlilabad filialı ilə Cavabdeh6 və Cavabdeh7 arasında 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı ipoteka müqaviləsi bağlanılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin yəni, Cavabdeh7 məxsus, Cəlilabad rayonu, Ətcələr kəndində mülkiyyətində olan, 0.22 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 136,2 m2 ümumi, 75,1 m2 yaşayış, 61,1 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evini və tikinti altında olan 54,0 m2 sahədə-B literində yerləşən 1 mərtəbəli tövlə tikinti altında olan 147,0 m2 sahədə-C literində yerləşən 1 mərtəbəli tövlə tikinti altında olan 18,5 m2 sahədə-D literində yerləşən 1 mərtəbəli hamamın ilkin satış qiyməti 21.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh6 dən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Digər cavabdehlər Cavabdeh8, Cavabdeh5 Saroğlan qızı, Cavabdeh2, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh14 münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbində fərdi yaşayış evinin Cavabdeh8, Cavabdeh5 Saroğlan qızı, Cavabdeh2, Cavabdeh9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh14 mülkiyyətində olması göstərilsə də, 28.02.2014-cü il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, yuxarıda göstərilən cavabdehlərin fərdi yaşayış evi üzrə mülkiyyət hüquqları olmamışdır. Onların yalnız 0,22 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləridir. Həmçinin 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı ipoteka müqaviləsindən görünür ki, həmin cavabdehlər qeyd edilən müqavilə üzrə tərəf olmamışdırlar. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə Cavabdeh8, Cavabdeh5 Saroğlan qızı, X2, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh14 cavabdeh qismində göstərilsə də, 12 mart 2014-cü il tarixli, ZC-3548-İİN/4 saylı ipoteka müqaviləsinin tərəfi olmadığından, həmin müqavilələrdən irəli gələn öhdəliklərə görə cavabdehlik daşımırlar. Ona görə də, onlara münasibətdə iddia təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 7,56 manatı iddiaçıya aid edilməli, 22,44 manatı isə Cavabdeh6 iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 108 (bir yüz səkkiz) manatı müştərək qaydada cavabdehlər Cavabdeh6 və Cavabdeh7, 37 (otuz yeddi) manatı isə iddiaçı “Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh6 7.644,97 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,44 manat olmaqla, cəmi 7.667,41 (yeddi min altı yüz altmış yeddi manat, qırx bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 21.000 (iyirmi bir min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh7 məxsus İddiaçı1 ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad rayonu, Ətcələr kəndində mülkiyyətində olan, 0,22 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 136,2 m2 ümumi, 75,1 m2 yaşayış, 61,1 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə, tikinti altında olan 54 m2 sahədə-B literində yerləşən 1 mərtəbəli tövləyə, tikinti altında olan 147 m2 sahədə-C literində yerləşən 1 mərtəbəli tövləyə və tikinti altında olan 18,5 m2 sahədə-D literində yerləşən 1 mərtəbəli hamama yönəldilməli, həmin əmlaklar açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh7 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh6 7.644,97 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,44 manat olmaqla, cəmi 7.667,41 (yeddi min altı yüz altmış yeddi manat, qırx bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 21.000 (iyirmi bir min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh7 məxsus Cəlilabad rayonu, Ətcələr kəndində mülkiyyətində olan, 0,22 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 136,2 m2 ümumi, 75,1 m2 yaşayış, 61,1 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə, tikinti altında olan 54 m2 sahədə-B literində yerləşən 1 mərtəbəli tövləyə, tikinti altında olan 147 m2 sahədə-C literində yerləşən 1 mərtəbəli tövləyə, tikinti altında olan 18,5 m2 sahədə-D literində yerləşən 1 mərtəbəli hamama yönəldilsin, həmin əmlaklar açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan İddiaçı1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh7 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 108 (bir yüz səkkiz) manatı müştərək qaydada cavabdehlər Cavabdeh6 və Cavabdeh7, 37 (otuz yeddi) manatı isə iddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar