Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-31/2023 18.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barəsində iddiasına dair işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 008R********** saylı krеdit razılaşması üzrə 4879,82 manat krеdit bоrcu, 767,76 manat faiz bоrcu və 229 manat cərimə borcu olmaqla, cəmi 5876,58 manat, 008R********** saylı krеdit razılaşması üzrə 3376,37 manat krеdit bоrcu, 593,07 manat faiz bоrcu və 153 manat cərimə borcu olmaqla, cəmi 4122,44 manat, 2 kredit razılaşması üzrə ümumilikdə 9999,02 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 150 manat xidmət haqqının tutulması, tutmanın Masallı şəhəri, Həmid Sultanov küçəsində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə 9999,2 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat dövlət rüsumun, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 150 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Masallı şəhəri, Həmid Sultanov küçəsində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı 08L000004459 saylı, xx.xx.2012-ci il tarixli krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları 08L000004459S saylı, xx.xx.2017-ci il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti 184 ay, məbləği 100000 ABŞ dolları müəyyən edilmişdir. Tərəflərin imzaladıqları 08L000004459SA saylı, xx.xx.2019-cü il tarixli sazişlə kredit xətti müqaviləsinin müddəti 210 ay, məbləği ******* ABŞ dolları, veriləcək kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı 008R********** saylı, xx.xx.2019-cu il tarixli krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 55120,18 manat ödəmiş, onun 4879,82 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 301 gün üçün hesablanmış faiz borcu 767,76 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 301 gün üçün hеsablanmış cərimə 229 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı 008R********** saylı, xx.xx.2019-cu il tarixli krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 11623,63 manat ödəmiş, onun 3376,37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 406 gün üçün hesablanmış faiz borcu 593,07 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 406 gün üçün hеsablanmış cərimə 153 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 08M000000816 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında Masallı şəhəri, Həmid Sultanov küçəsində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını İddiaçıQSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında bağlanmış 08M000000816S saylı, xx.xx.2017-ci il tarixli sazişə əsasən kredit xətt müqaviləsinin müddəti və məbləği barədə edilmiş dəyişikliklər, yəni kredit xətt müqaviləsinin müddətinin 184 ay, məbləğinin 100000 ABŞ dolları olması barədə müddəalar ipoteka müqaviləsinin 1.1-ci bəndində öz əksini tapmışdır. İpotekanın əlavə qeydiyyatı Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 1 №-li reyestr kitabının 33 №-li vərəqində qeydiyyata alınmış və RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Çıxarışa əsasən Masallı şəhəri, Həmid Sultanov küçəsində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi əlavə qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış 08M000000816SA saylı, xx.xx.2019-cu il tarixli sazişə əsasən kredit xətt müqaviləsinin müddəti və məbləği barədə edilmiş dəyişikliklər, yəni kredit xətt müqaviləsinin müddətinin 210 ay, məbləğinin ******* ABŞ dollar, veriləcək kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz olması barədə müddəallar ipoteka müqaviləsinin 1.1-ci bəndində öz əksini tapmışdır. İpotekanın əlavə qeydiyyatı Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 1 №-li reyestr kitabının 33 №-li vərəqində qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli elektron çıxarış verilmişdir. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-cimaddəsinə əsasən İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. Masallı şəhəri, Həmid Sultanov küçəsində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən, daha sonra isə ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilərkən ipoteka qoyanın arvadı Cavabdeh3 notariat kontoruna ərizələr təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə və o satıldıqda əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi əsasında Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 hatorpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 №-li reyestr kitabının 72 №-li vərəqində qeydiyyata alınmış və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış 008M**********01S saylı, xx.xx.2019-cu il tarixli sazişə əsasən kredit xətt müqviləsinin müddəti və məbləği barədə edilmiş dəyişikliklər, yəni kredit xətt müqaviləsinin müddətinin 210 ay, məbləğinin ******* ABŞ dollar, veriləcək kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz olması barədə müddəallar ipoteka müqaviləsinin 1.1-ci bəndində öz əksini tapmışdır. İpotekanın əlavə qeydiyyatı Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27 №-li reyestr kitabının 72 №-li vərəqində qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixli elektron çıxarış verilmişdir. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumisahəsi 131.3 kv.metr olan fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən, daha sonra isə ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilərkən ipoteka qoyanın arvadı Cavabdeh3 notariat kontoruna ərizələr təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 100 manat haqq ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1891/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən iddia ərizəsinin Cavabdeh4 aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 008R********** saylı krеdit razılaşması üzrə 4879,82 manat krеdit bоrcu, 767,76 manat faiz bоrcu və 229 manat cərimə borcu olmaqla, cəmi 5876,58 manat, 008R********** saylı krеdit razılaşması üzrə 3376,37 manat krеdit bоrcu, 593,07 manat faiz bоrcu və 153 manat cərimə borcu olmaqla, cəmi 4122,44 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 9999,2 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 150 manat xidmət haqqının tutulması, tutmanın Masallı şəhəri, Həmid Sultanov küçəsində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə 9999,2 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 100 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 150 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Masallı şəhəri, Həmid Sultanov küçəsində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən, yəni kredit razılaşmaları üzrə əsas borc tam şəkildə, hər iki kredit razılaşmaları üzrə ekspert rəyində müəyyən edilmiş faizləri qəbul edərək, iddianın qalan hissəsinə etiraz etdi. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını və işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi əsasında əsasında ******* ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan 008L000004459S saylı, xx.xx.2017-ci il tarixli sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə hissələrlə verilən kreditlər üçün kredit alana ******* ABŞ dolları məbləğində kredit xətti müqaviləsi açılmış, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 184 ay müddətinə, xx.xx.2027-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 60000 manat məbləğində kredit vəsaiti aylıq 1.5 faiz olmaqla, 30 ay müddətinə verilmişdir. İş materiallarında olan 08L000004459SA saylı, xx.xx.2019-cu il tarixli sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459SA saylı kredit xətti müqaviləsi üzrə hissələrlə verilən kreditlər üçün kredit alana ******* ABŞ dolları məbləğində kredit xətti müqaviləsi açılmış, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 210 ay müddətinə, xx.xx.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi: 28 faiz müəyyən olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 008R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 15000 manat məbləğində kredit vəsaiti aylıq 1.5 faiz olmaqla, 24 ay müddətinə verilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi ilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsində kredit xətti müqaviləsinin məbləğinin ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddətinin 184 ay müddətinə olmasına dair xx.xx.2017-ci il tarixdə dəyişiklik və əlavələr edilmişdir. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi ilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsində kredit xətti müqaviləsinin məbləğinin ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddətinin 210 ay müddətinə, kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddinin 28% olmasına dair xx.xx.2019-cu il tarixdə dəyişiklik və əlavələr edilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi ilə Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsində kredit xətti müqaviləsinin məbləğinin ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddətinin 210 ay müddətinə, kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddinin 28% olmasına dair xx.xx.2019-cu il tarixdə dəyişiklik və əlavələr edilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh5 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi ilə Cavabdeh5 ilə bağlanmış zaminlik müqaviləsində kredit xətti müqaviləsinin məbləğinin ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddətinin 210 ay müddətinə, kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddinin 28% olmasına dair xx.xx.2019-cu il tarixdə dəyişiklik və əlavələr edilmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi ilə Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsində kredit xətti müqaviləsinin məbləğinin ******* ABŞ dolları, kredit xətti müqaviləsinin müddətinin 210 ay müddətinə, kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddinin 28% olmasına dair xx.xx.2019-cu il tarixdə dəyişiklik və əlavələr edilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə 08M000000816 saylı, xx.xx.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Masallı şəhəri, Həmid Sultanov küçəsində xüsusi mülkiyyətində olan 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli xidmət təyinatlı qeyri-yaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə 08M000000816S saylı, xx.xx.2017-ci il tarixdə saziş bağlanmış və sazişə əsasən, Masallı şəhəri, Həmid Sultanov küçəsində xüsusi mülkiyyətində olan 0,05448 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 150.5 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli xidmət təyinatlı qeyri-yaşayış binası, 174 kv.metr tikintialtı sahədən ibarət emalatxana kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə 08M000000816SA saylı, xx.xx.2019-cu il tarixdə saziş bağlanmış və sazişə əsasən, Masallı şəhəri, Həmid Sultanov küçəsində xüsusi mülkiyyətində olan 0,05448 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 150.5 kv.metr ümumi sahədən ibarət xidmət təyinatlı qeyri-yaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Masallı şəhəri, Həmid Sultanov küçəsində xüsusi mülkiyyətində olan 150.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh4 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə xx.xx.2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Masallı şəhəri, Azərbaycan küçəsində xüsusi mülkiyyətli, yaşayış məntəqələrinin torpaqları təyinatlı, 0,07 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 131,3 kv.metr ümumi sahədən ibarət, xüsusi mülkiyyətli fərdi yaşayış evini kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə 008M**********01S saylı, xx.xx.2019-cu il tarixdə saziş bağlanmış və sazişə əsasən, Masallı şəhəri, Azərbaycan küçəsində xüsusi mülkiyyətli, yaşayış məntəqələrinin torpaqları təyinatlı, 0,07 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən 131,3 kv.metr ümumi sahədən ibarət, xüsusi mülkiyyətli fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Masallı şəhəri, Azərbaycan küçəsində xüsusi mülkiyyətli, yaşayış məntəqələrinin torpaqları təyinatlı, 0,07 ha torpaq sahəsinin üzərində yerləşən 131,3 kv.metr ümumi sahədən ibarət, xüsusi mülkiyyətli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, ********** dövlət qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Masallı şəhəri, Azərbaycan küçəsində xüsusi mülkiyyətli, yaşayış məntəqələrinin torpaqları təyinatlı, 0,07 ha torpaq sahəsinin üzərində yerləşən 131,3 kv.metr ümumi sahədən ibarət, xüsusi mülkiyyətli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh4 “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə “borcun ödənilməsi” barədə xəbərdarlıq məktubları göndərmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən 008R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 4879,82 manat məbləğində əsas borc, 767,76 manat məbləğində faiz borcu, 229 manat məbləğində cərimə borcu, cəmi 5876,58 manat borcu vardır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən 008R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 3376,37 manat məbləğində əsas borc, 593,07 manat məbləğində faiz borcu, 153 manat məbləğində cərimə borcu, cəmi 4122,44 manat borcu vardır. İşdə olan Azərbaycan Rrespublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********06 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilən sənədlərdən görünür ki, Masallı şəhəri, Həmid Sultanov küçəsində yerləşən ümumi sahəsi 150,5 kv.m olan qeyri-yaşayış binası 1999-cu ildə Cavabdeh4 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Masallı şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 131,3 kv.m olan fərdi yaşayış evi xx.xx.2017-ci il tarixində Cavabdeh2 adına ilkin qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli 4Ə-253 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 adına xx.xx.2017-ci İİ tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşdə olan Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 941 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1959-cu ildə anadan olmuş, Masallı rayonu, Ərkivan qəsəbə ünvanında yaşamış, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh4 adına heç bir vərəslik işi rəsimləşdirilməmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası DİN BDYPİ-nin məhkəməyə ünvanladığı ********** saylı, xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilən kompüter çıxarışından görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh4 adında xx.xx.1998-ci il tarixdə “QAZ-24” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçir. İşə əlavə olunmuş Masallı rayon İcra Hakimiyyətinin Başçısının Ərkivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 133 saylı, xx.xx.2022-ci il tarixli və 135 saylı, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, xx.xx.1959-cu ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh4 ailə üzvləri 6 nəfərdən ibarətdir. Həmin ailə üzvləri halhazırda onun fərdi yaşayış evində yaşayırlar. Aşağıdakı tərkibdə ailə üzvləri vardır: xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh3 (təsərrüfat başçısı), xx.xx.1990-cı il təvəllüdlü oğlu Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü oğlu Cavabdeh5, xx.xx.1993-cü il təvəllüdlü gəlini Cavabdeh6, xx.xx.2014-cü il təvəllüdlü nəvəsi X5 və xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X3. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın likvid qiyməti ilə qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Masallı şəhəri, Azərbaycan küçəsində xüsusi mülkiyyətli, yaşayış məntəqələrinin torpaqları təyinatlı, 0,07 ha torpaq sahəsinin üzərində yerləşən 131,3 kv.metr ümumi sahədən ibarət, xüsusi mülkiyyətli fərdi yaşayış evinin likvid dəyəri 40296 manat, Masallı şəhəri, Həmid Sultanov küçəsində xüsusi mülkiyyətində olan 150.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının likvid dəyəri 46189 manat məbləğində olması müəyyən olunmuşdur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8925 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış 008R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh4 İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixə 5083,44 manat əsas borcu, 101,67 manat faiz, xx.xx.2022-ci il tarixə 5083,44 manat əsas borcu, 101,67 manat faiz borcu və tərəflər arasında bağlanmış 008R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh4 İddiaçı QSC-yə xx.xx.2021-ci il tarixə 3611,28 manat əsas borcu, 32,5 manat faiz, xx.xx.2022-ci il tarixə 3611,28 manat əsas borcu, 32,5 manat faiz borcu müəyyən edilmişdir. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İşə əlavə edilən Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, hər 2 müqavilə üzrə tələb edilən əsas borcu qəbul edir, qalan tələbləri qəbul etmir. Evdə o, Cavabdeh3 və Cavabdeh1 yaşayır və atası öldüyü zaman da yaşamışlar. İş materiallarına əlavə olunan Cavabdeh2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddianı qismən, yəni kredit razılaşmaları üzrə əsas borc tam şəkildə, hər iki kredit razılaşmaları üzrə ekspert rəyində müəyyən edilmiş faizləri qəbul edir. “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlarla müəyyən edilmişdir ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 08L000004459 nömrəli kredit xətti müqaviləsi çərçivəsində 008R********** nömrəli və 008R********** nömrəli kredit razılaşmalarına (və onlara əlavə sazişlərlə) əsasən bank Cavabdeh4 kredit vəsait(lər)i vermişdir. Qeyd olunan kredit(lər)in təminatı kimi İddiaçı QSC ilə Cavabdeh4 arasında Masallı şəhəri, Həmid Sultanov küçəsində yerləşən qeyri-yaşayış binasının; Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi ilə bağlı ipoteka müqavilə(lər)i bağlanmışdır. Cavabdeh4 xx.xx.2022-ci il tarixdə öldüyündən, iddiaçı isə müvcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən iddia ərizəsinin Cavabdeh4 aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 arvadı Cavabdeh3, oğlanları Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 öldüyü zaman Cavabdeh4 mülkiyyətində olmuş Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evində yaşamaqla vərəsəliyi faktiki qəbul etmişdir. Göründüyü kimi, qeyd edilən fərdi yaşayış evinin mülkiyyətçisi olmuş Cavabdeh4 xx.xx.2022-ci il tarixdə ölməsi ilə həmin fərdi yaşayış evinə dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 arvadı və uşaqları mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmişlər, lakin, arvadı və oğlanları həmin fərdi yaşayış evində yaşayaraq, əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamış, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişlər. Göründüyü kimi, cavabdehlər mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələrinə dair hərəkətlər edərək, miras əmlakı qəbul etmişlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədirlər. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı miras əmlak olan fərdi yaşayış evində faktiki yaşamaqla qəbul etmiş Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh4 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh4 öldüyündən, arvadı Cavabdeh3, oğlanları Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 onun vərəsələri olduğundan, bununla da, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduqlarından, kredit borcu qeyd edilən cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin, Cavabdeh6 mərhum Cavabdeh4 gəlini olduğundan, bununla da onun vərəsəsi hesab edilmədiyindən, iddia tələbi ona aid hissədə əsassıdır. Buna görə də, iddia Cavabdeh6 münasibətdə rədd edilməlidir. Digər tərəfdən, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 iş üzrə cavabdeh olmaqla, həm də Cavabdeh4lə iddiaçı arasında bağlanmış kredit xətti müqaviləsi (kredit razılaşmaları) üzrə zamin olmuşlar. Belə ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Həmçinin qeyd olunmalıdır ki, bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının 1-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 həm vərəsə, həm də zamin olduqlarından, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbi bu hissədə həmçinin ona görə qismən təmin edilməlidir ki, iddia tələbi həm də cavabdeh X2 özü tərəfindən həmin hissədə qismən etiraf edilərək, iddia tələbi qeyd edilən hissədə qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edilərək, iddia qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 008R********** saylı kredit razılaşması üzrə 229 manat məbləğində deyil, 29 manat məbləğində, 008R********** saylı kredit razılaşması üzrə 153 manat məbləğində deyil, 15 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə eyni zamanda iddianın 100 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehdən 90 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 15 manatı cavabdehlərə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, tələb ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh(lər)in iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlak(lar)ın boşaldılması”na dair hissələrini araşdıraraq hesab edir ki, qeyd edilən əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissələrdə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak(lar), həmin əmlak(lar)ın mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi”nə dair hissələrini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə əsassızdır. Belə ki, əmlakın təhvil verilməsi üçün həmin əmlaka tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, əmlakda olan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində əmlakı könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi (əmlakın cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi və) əmlakın ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçi və orada olan şəxslər yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun (və ya başqa şəxsin) baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “əmlakların alıcıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “əmlakların alıcıya təhvil verilməsi” hissəsi rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 150 manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.2. Bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması ilə bağlı çıxarışın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddia qismən təmin olduğundan, iddia bu hissədə qismən təmin edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehlərə, 10 manatı iddiaçıya, xidmət haqqının 140 manatı cavabdehlərə, 10 manatı iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 20 manatı və xidmət haqqının 140 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 manatı "xxxx" QSC-dən, 150 manatı cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 105 manatı cavabdeh(lər)dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 008R********** nömrəli kredit razılaşması üzrə 4879,82 manat məbləğində əsas borc, 101,67 manat məbləğində faiz borcu, 29 manat məbləğində cərimə, cəmi 5010,49 manat məbləğində kredit borcu Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. 008R********** nömrəli kredit razılaşması üzrə 3376,37 manat məbləğində əsas borc, 32,50 manat məbləğində faiz borcu, 15 manat məbləğində cərimə, cəmi 3423,87 manat məbləğində kredit borcu Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. 15 manat məbləğində dövlət rüsumu, 90 manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 140 manat məbləğində xidmət haqqı Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb (mərhum Cavabdeh4 mülkiyyətində olan) Masallı şəhəri, Həmid Sultanov küçəsində yerləşən qeyri-yaşayış binasına və (mərhum Cavabdeh4 mülkiyyətində olan) Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinə yönəldilsin. Masallı şəhəri, Həmid Sultanov küçəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 46189 manat məbləğində; Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 40296 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 008R********** nömrəli kredit razılaşması üzrə 5010,49 manat məbləğində kredit borcu, 008R********** nömrəli kredit razılaşması üzrə 3423,87 manat məbləğində kredit borcu, 15 manat məbləğində dövlət rüsumu, 90 manat məbləğində mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 140 manat məbləğində xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. Masallı şəhəri, Həmid Sultanov küçəsində yerləşən qeyri-yaşayış binasına; Masallı şəhəri, Azərbaycan küçəsində olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 131.3 kv.metr olan fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin əmlaklar boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı QSC-dən, 150 manatı Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. 105 manat məbləğində dövlət rüsumu Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2-2(121)-31/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-31/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver