Məhkəmə qərarları › İş №e-2-2(121)-31/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-31/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-31/2025 17.02.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh2 nümayəndəsi Hüseynov Vasif Yolçu oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8705,35 manat - bundan 2237,58 manat əsas, 1207,95 manat faiz, 4941,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 318,68 manat faiz borcu və iş üzrə ödənilmiş 107.06 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 404/14 bank №-li 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə təsərrüfatının genişləndirilməsi məqsədi ilə 18 (on səkkiz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 3900 (üç min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-404/14 bank №-li 17 sentyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Daha sonra 17 sentyabr 2014-cü il tarixli 404/14 saylı bank kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2807,49 (iki min səkkiz yüz yeddi ABŞ dolları 49 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 18 (on səkkiz) ay tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə 03 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,4 AZN) 3769,11 (üç min yeddi yüz altmış doqquz manat 11 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 48 ay olmaqla xx.xx.2021-ci il tarixədək uzadılır və illik 16 (on altı) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********423 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 8705,35 (səkkiz min yeddi yüz beş manat 35 qəpik) manat təşkil edir. Bundan 2237,58 (iki min iki yüz otuz yeddi manat 58 qəpik) manat əsas, 1207,95 (bir min iki yüz yeddi manat 95 qəpik) manat faiz, 4941,14 (dörd min doqquz yüz qırx bir manat 14 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 318,68 (üç yüz on səkkiz manat 68 qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Hüseynov Vasif Yolçu oğlu iddia müddətinin tətbiqinə dair ərizə verərək iddianın təmin olunmamasını xahiş etdi və əlavə olaraq bildirdi ki, 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən məlumatları olmamışdır və həmin Saziş Cavabdeh2 tərəfindən imzalanmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə, digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh2 təsərrüfatın genişləndirilməsi məqsədi ilə 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3900 ABŞ dolları məbləğində krеdit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2 3900 manat məbləğində pul (kredit) verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, 17 sentyabr 2014cü il tarixli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2807,49 ABŞ dolları təşkil edir. Kreditin müddəti 18 ay tarixədək təyin olunur, Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il kimi qeyd olunmuşdur. İş materiallarında olan 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3769,11 manat təşkil edir. Kredit illik 16 faiz olmaqla, xx.xx.2021-ci il tarixədək uzadılır, Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsi üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə üzrə əsas borc 2237,58 manat, fazi borcu 1207,95 manat, cərimə borcu 4941,14 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 318 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış 8698,84 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-845/2024 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1533 nömrəli rəyində, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin 3-cü vərəqəsinin 9-cu bəndində “Borcalan Cavabdeh2" qrafasındakı imza, i/v 69-da olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində “Borcalan: Cavabdeh2” qrafasındakı imza, i/v 70-də olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli, 52 saylı əlavə sazişin 4.2-ci bəndində “Borcalan (Birgə Borcalan) Cavabdeh2” qrafasındakı imza, i/v 71-də olan xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində “Borcalan: Cavabdeh2” qrafasındakı imza, i/v 72-də olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, işin 72-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” qrafasındakı yazılar Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3.Ekspertizaya təqdim olunmuş, İşin 74-cü vərəqəsində olan 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə edilmiş 03 mart 2017-ci il tarixli, 2 saylı əlavə sazişin 3-cü bəndində “Borcalan Cavabdeh2" qrafasındakı imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmaması qeyd olunmuşdur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə, ilk növbədə iddiaçının hazırki tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında, etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC Cavabdeh2 borc (kredit) verməyi, Cavabdeh2 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarına əsasən, İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək kredit məbləğini Cavabdeh2 vermişdir (xx.xx.2014-cü il tarixli məxaric orderinə əsasən), Cavabdeh2 isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçı Banka 2237,58 manat məbləğində əsas, 1207,95 manat məbləğində faiz borcu yaranmışdır. İşdə olan digər sənədlərlə də müəyyən olunur ki, Cavabdeh2nın qeyd olunan məbləğdə ödənilməmiş borcu qalmışdır. Bununla da Cavabdeh2nın kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyası ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehin də iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə Cavabdeh1 imzaladığı zaminlik müqavilələri ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyin tamamı ilə icra etməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliyini pozduğuna görə zaminin də onunla birlikdə kreditor qarşısında birgə (solidar) məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Beləliklə, sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsindən yaranan əsas öhdəlik lazımınca icra edilmədiyinə görə hər iki müqavilə (kredit və zaminlik müqavilələri) üzrə cavabdehlərə qarşı iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yaranmışdır və kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin cavabdehlərdən tutulması barədə iddiaçının tələbi haqlı və qanunidir. Lakin, Cavabdeh2 nümayəndəsi ona qarşı yönəldilmiş iddia tələbi üzrə borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, Cavabdeh2 nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli və xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlər bağlanmışdır. xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişin “Ödəniş cədvəli”nə görə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2016-cı il kimi, xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişin “Ödəniş cədvəli”nə görə xx.xx.2017ci il tarixli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci il kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 nümayəndəsi tərəfindən 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş mübahisələndirilərək həmin Sazişdən məlumatlı olmadıqlarını, Sazişin Cavabdeh2 tərəfindən imzalanmadığı bildirilmişdir. Mübahisələndirilən Sazişdə olan imzanın Cavabdeh2 məxsus olub-olmamasının müəyyən edilməsinin mümkün olmaması isə təyin edilmiş ekspert rəyində qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış son kredit müqaviləsi (saziş) kimi 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Saziş qəbul edilməlidir və müddətlərin hesablanması da həmin Sazişə əsasən aparılmalıdır. Məhkəmə qeyd edir ki, 17 sentyabr 2014-cü il tarixli, 404/14 nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən kredit məbləğinin son ödəniş tarixi kimi xx.xx.2016-cı il tarixi müəyyən edilmişdir. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 18 ay müddətinə bağlanmışdır və həmin müqavilə üzrə öhdəliklərin son icra müddəti kimi xx.xx.2016-cı il tarixi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2016-cı il tarixindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımının tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2016-cı il tarixindən etibarən başlamasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdehlərə qarşı ilk tələbini, xəbərdarlıq məktubunu xx.xx.2023-cü il tarixdə göndərmişdir, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti təxminən 4 il 5 aya yaxın müddətdə ötürülmüşdür. Buna görə də, iddia müddətinin tətbiqinə dair Cavabdeh2 nümayəndəsinin ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh2 kredit müqaviləsi üzrə borcu və həmin borca hesablanmış əlavə ödənişləri tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını itirmişdir. Buna görə də, iddiaçının kredit müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması barədə iddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar