Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-310/2021 08.04.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tatiyeva Günel Əli qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı torpaq icarəsi üzrə borcun alınması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.012,5 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə cavabdeh tərəfindən ərizə (iddia tələbinə qarşı etiraz) təqdim edilmişdir. Ərizə (etiraz) onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tələb olunan 1.012,5 manat borc məbləğindən cavabdeh tərəfindən ödənişlər edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-310/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə iddia həcminin dəyişdirilməsi (azaldılması) barədə ərizə ünvanlanaraq, Cavabdeh 731,25 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsi və iddia həcminin dəyişdirilməsi (azaldılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, Biləsuvar rayon İcra Hakimiyyəti ilə Cavabdeh (VÖEN: **********) arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü ilə qədər bağlanmış xx.xx.2013-cü il tarixli “Torpaq icarəsi müqaviləsi”nə əsasən bir illik icarə haqqı 135 manat təşkil etməklə, 15 (on beş) hektar dövlət ehtiyyat fondundan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2020-ci il tarixə torpaq icarə haqqı üzrə borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 (yeddi) gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində qeyd olunan tələbi müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 813 saylı sərəncamının surətindən görünür ki, Biləsuvar şəhər sakini Cavabdeh kənd təsərrüfatı məhsulları istehsal etmək üçün dövlət ehtiyat fond torpaqlarından müvəqqəti istifadə etmək məqsədilə 15 ha torpaq sahəsinin 10 (on) il müddətinə icarəyə verilməsi və bağlanılmış icarə müqaviləsinin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 469 saylı “Torpaq icarə müqaviləsi”nin surətindən görünür ki, 15 hektar torpaq sahəsi əkinçilik məqsədilə 10 il müddətinə cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi müqavilə şərtlərinə uyğun icarə haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 185 saylı sərəncamının surətindən görünür ki, Biləsuvar şəhər sakini Cavabdeh kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmiş 15 ha torpaq sahəsinin icarədə qalma müddətinin 10 (on) il müddətinə, xx.xx.2023-cü ilə kimi uzadılması, bağlanılmış torpaq icarəsi müqaviləsinin təsdiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 52 saylı “Torpaq icarə müqaviləsi”nin surətindən görünür ki, 15 hektar torpaq sahəsi əkinçilik məqsədilə 10 il müddətinə cavabdehə icarəyə verilmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi müqavilə şərtlərinə uyğun 135 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə 1.012,5 manat məbləğində ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh cəmi ödənilməli icarə haqqı borcu 1.012,5 manat təşkil edir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış məktubda qeyd olunur ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 813 nömrəli sərəncamı əsasında vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) müvəqqəti istifadə üçün dövlət ehtiyat fond torpaqlarından 15 hektar torpaq sahəsi ayrılmışdır. Qeyd olunan sərəncam əsasında İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanılmış 469 nömrəli müqavilə üzrə illik icarə haqqı məbləği 135 manat olmaqla, torpaq sahəsindən istifadə hüququ, müqavilənin başlandığı tarixdən etibarən 10 il müddətinə qüvvədə olmuşdur. İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 185 nömrəli sərəncamı əsasında icarə müqaviləsinin müddəti daha 10 il müddətinə uzadılmışdır. Eyni zamanda bildiririk ki, xx.xx.2002-ci il tarixli 469 nömrəli və xx.xx.2013-cü il tarixli 52 nömrəli müqavilələrin qüvvədə olma müddətləri nəzərə alınmaqla 2006 - 2021ci illər üzrə ödəyiciyə ümumilikdə 2.081,25 manat icarə haqqı məbləği hesablanmışdır. Cavabdeh tərəfindən “torpaq icarə haqqı” üzrə ödənişlər ona məxsus şəxsi hesab vərəqəsinə qanunamüvafiq qaydada işlənməsi müvafiq dövrlərdə təmin edilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixə ödəyici tərəfindən “dövlət torpaq sahələrinin icarəsi üzrə” ümumilikdə 1.215 manat ödəniş edildiyi üçün ona məxsus şəxsi hesab vərəqəsində 866,25 manat ödənilməmiş icarə haqqı məbləği mövcuddur. Ödəyicinin vergi orqanına xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə təqdim etdiyi sənədlər əsasında torpaq icarə haqqı üzrə hesablamalar yenidən aparılmışdır. Belə ki, 1.012,5 manat borc məbləği 281,25 manat azaldılmış əlavə olaraq 2021-ci il üzrə 135 manat icarə haqqı məbləği hesablanmışdır. Nəticədə, 1.012,5 manat borc məbləği 146,25 manat azalaraq, halhazırda 866,25 manat olmuşdur. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli, 280 saylı Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində koronavirus pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar dövlət və bələdiyyə torpaqları üçün icarə haqqından 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək azad edilirlər. Ödəyicinin fəaliyyət göstərdiyi sahə pandemiyadan əziyyət çəkən sahələrə aid edilmədiyi üçün 2020-ci ilin torpaq icarəsi üzrə hesablamalarda hər hansı güzəşt nəzərdə tutulmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh cəmi ödənilməli icarə haqqı borcu 866,25 manat (2021-ci il üçün icarə haqqı da nəzərə alınmaqla) təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”-nin 4.0.27-ci maddəsinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli şəxsi hesab vərəqəsi ilə 2021-ci il üçün icarə haqqı da nəzərə alınmaqla Cavabdeh cəmi ödənilməli icarə haqqı borcunun xx.xx.2021-ci il tarixə 866,25 manat təşkil etdiyi müəyyən olunsa da, iddiaçı cavabdehdən yalnız 731,25 manat məbləğində icarə haqqı borcunu tələb etmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzləri şəxsi hesab vərəqəsində öz əksini tapmış və borc hesablanarkən nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 731,25 manat məbləğində icarə haqqı (2020-ci il daxil olmaqla) borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 731,25 (yeddi yüz otuz bir manat, iyirmi beş qəpik) manat məbləğində icarə haqqı borcu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-310/2021
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-310/2021
08.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver