Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3150/2025 05.11.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit razılaşmalarının və sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, X1 və X2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 022R********** saylı krеdit razılaşması üzrə 20432,58 manat məbləğində krеdit bоrcu, 1666,16 manat faiz bоrcu və 3669,67 manat cərimə olmaqla, cəmi 25768,41 manat, 055R********** saylı krеdit razılaşması üzrə 75298,8 manat krеdit bоrcu, 5663,09 manat faiz bоrcu və 14577,87 manat cərimə olmaqla, cəmi 95539,76 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 121308,20 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 180 manat xidmət haqqının tutulması; Tutmanın Cavabdeh1 məxsus İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0.1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 121308,20 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 12 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 400 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 45 manat rüsum və 180 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X1 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 87.6 m ümumi sahədən ibarət fərdi yaşayış evinə və İmişli şəhəri P.Həsənov küçəsində 0.1656 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 151.2 m ümumi sahədən ibarət 61A saylı qeyri yaşayış binasına tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-3150/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Bununla əlaqədar iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-3150/2025 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin geri qaytarılması qərara alındığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1 və 114.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3150/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3150/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver