Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-32/2022 23.02.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı - cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh4 və Cavabdeh3 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə 22854,95 manat, faiz borcuna görə 521,07 manat, cərimə borcuna görə 14000 manat olmaqla, cəmi 37376,02 manat, 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsi üzrə 49150,72 manat, faiz borcuna görə 7566,19 manat,cəmi 56716,91 manat, ümumilikdə hər iki kredit üzrə 94 092,93 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 90 (doxsan) manat məbləğində pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında yerləşən 452,8 kv.m ümumi sahəsi, 0,0262 ha torpaq sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh "xxxx" MMC-nin 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı və 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqavilələri üzrə ümumilikdə 94.092,93 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 90 (doxsan) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında yerləşən 452,8 kv.m ümumi sahəsi, 0,0262 ha torpaq sahəsi olan qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 və Kazımov Cavabdeh4 Rəna Ağacan qızına məxsus olan ünvan 1i ünvanında yerləşən 452,8 kv.m ümumi sahəsi, 0,0262 ha torpaq sahəsi olan qeyri-yaşayış binasından çıxarılması və əmlakln boşaldılması, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1i ünvanında yerləşən 452,8 kv.m ümumi sahəsi, 0,0262 ha torpaq sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 5 Fevral 2019-cu il tarixli, RBLLF-396 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh4 və Cavabdeh3 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin "xxxx" filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 70 000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 1.1., 2.2. və 2.3. maddələri). İddiaçı ASC-nin "xxxx" filialı ilə cavabdeh ELT-AZ MMC arasında bağlanmış 30.11.2018-ci il tarixli RBLLF-391saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 50 000 manat məbləği limitində kredit xətti ayrılmışdır (kredit müqaviləsinin 1.1., 2.2. və 2.3. maddələri). Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 30.11.2018-ci il tarixdə İddiaçıASC-nin Lənkəran filialı ilə digər cavabdeh(lər) Cavabdeh4, Cavabdeh3arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 30.11.2018-ci il tarixli, RBLLF-390 və 30.11.2018-ciil tarixli RBLLF-391 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 30.11.2018-ci il tarixli, RBLLF-390 və 30.11.2018-ciil tarixli RBLLF-391 saylı kredit müqavilələrinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavadehlər öhdəliklərinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh ELT-AZ MMC-nin 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 22854,95 manat, faiz borcuna görə 521,07 manat, cərimə borcuna görə 14000 manat olmaqla,cəmi 37376,02 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh ELT-AZ MMC-nin 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 49150,72 manat, faiz borcuna görə 7566,19 manat, cəmi 56716,91 manat təşkil edir. 30.11.2018-ci il tarixli, RBLLF-390 və 30.11.2018-ciil tarixli RBLLF-391 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olanünvan 1i ünvanında yerləşən 452,8 kv.m ümumi sahəsi, 0,0262 ha torpaq sahəsi olan qeyri-yaşayış binası İddiaçı ASC qarşısında 30.11.2018-ci il tarixli, RBLLF-390/391 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Sonradan iddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” 24.12.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddianın ilk tələbi üzrə dəqiqləşdirmə edərək cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh4 və Cavabdeh3 30.11.2018-ci il tarixli, RBLLF- 390 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2444,98 manat, faiz borcuna görə 4.534,40 manat, cərimə borcuna görə 14000 manat olmaqla,cəmi 20.979,38 manat, 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 48728,09 manat, faiz borcuna görə 3.0351,81 manat, cəmi 79.079,90 manat, ümumilikdə hər iki kredit üzrə 100.059,28 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 390,06 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” 21.01.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddianın ilk tələbi üzrə dəqiqləşdirmə edərək cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh4 və Cavabdeh3 30.11.2018-ci il tarixli, RBLLF- 390 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 0 manat, faiz borcuna görə 4.515,98 manat, cərimə borcuna görə 14000 manat olmaqla, cəmi 18.515,98 manat, 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 46.228,09 manat, faiz borcuna görə 31.728,87 manat, cəmi 77.956,96 manat, ümumilikdə hər iki kredit üzrə 96 472,94 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 379,42 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirərək mülki işə baxılmasını və iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsinə əsasən, "xxxx" MMC-yə illik 18 faiz dərəcəsi ilə 24 ay müddətinə ticarət və xidmət məqsədilə 70.000 (yetmiş min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsinə əsasən, "xxxx" MMC-yə illik 20 faiz dərəcəsi ilə, 24 ay müddətinə ticarət və xidmət məqsədilə 50.000 (əlli min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-390/391 saylı ipoteka müqaviləsinə əsasən, 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 saylı və 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqavilələrinin təminatı kimi Cavabdeh1 məxsus, ünvan 1ində 0,0262 hektar torpaq sahəsində yerləşən, 452,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 11.12.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 1ində yerləşən qeyri-yaşayış binası, ticarət obyekti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 21.01.2022-ci il tarixli, RB-02/PK-464 saylı arayışından görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə cavabdehin 18.01.2022-ci il tarixə banka müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 4.515,98 manat, cərimə borcu 14.000 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 18.515,98 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin 21.01.2022-ci il tarixli, RB-02/PK-465 saylı arayışından görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsi üzrə cavabdehin 18.01.2022-ci il tarixə banka 46.228,09 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 31.728,87 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 77.956,96 manat təşkil edir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə, Cavabdeh4 və Cavabdeh3 ünvanlanmış pretenziyalardan görünür ki, tərəflər arasında bağlanılmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 saylı və 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 kredit müqaviləsi üzrə borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə və Cavabdeh1 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 saylı və 2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqavilələri əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə və Cavabdeh1 məlumatlandırılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 0402/0908 saylı və 0402/0909 saylı ərizələrdən görünür ki, İddiaçı ASC ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. Həmçinin, İddiaçı ASC müvafiq ərizələr üçün ümumilikdə 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 07.08.2020ci il tarixli bildirişin qeydə alınması barədə məktubun surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 9/5450 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan iddiaçı bank tərəfindən təqdim edilmiş ödənişlərlə bağlı məlumatlar və tərəflər arasında imzalanmış 30.11.2018-ci il gtarixli, RBLLF-390 saylı və RBLLF-391 saylı kredit müqavilələrinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh "xxxx" MMC-nin İddiaçı ASC-yə maliyyə arayışlarında qeyd olunan 15.09.2020-ci il tarixə və iddiaçı bank tərəfindən təqdim edilmiş ödənişlərlə bağlı məlumatların verildiyi 25.05.2021-ci il tarixə olan borcu 31.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə - 15.09.2020-ci il tarixə əsas borc üzrə 22.681,80 manat, faiz borcu üzrə 442,30 manat, 25.05.2021-ci il tarixə əsas borc üzrə 5.690,74 manat, faiz borcu üzrə 1.517,04 manat; 30.11.2018-ci il tarixli RBLLF-391 saylı kredit müqaviləsi üzrə - 15.09.2020-ci il tarixə əsas borc üzrə 49.091,51 manat, faiz borcu üzrə 7.554,38 manat, 25.05.2021-ci il tarixə əsas borc üzrə 49.091,51 manat, faiz borcu üzrə 10.793,05 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2021-ci il tarixli, 425/RB/21 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsi rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, RBLLF- 390/391 saylı ipoteka müqaviləsinə əsasən, ünvan 1ində yerləşən qeyri-yaşayış binasının likvid dəyəri 195.000 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə "xxxx" MMC-yə kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında zaminlik müqavilələrinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh "xxxx" MMC həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh1 arasında sözügedən kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə sonuncunun mülkiyyətində olan ünvan 1ində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 9/5450 saylı saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 və 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 saylı müqavilələrdə faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 9/5450 saylı ekspert rəyi ilə 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 və 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 saylı müqavilələrdə kredit müqaviləsi üzrə əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə 442,30 manat faiz borcunun olması və 30 noyabr 2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsi üzrə 46.228,09 manat əsas, 7.554,38 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, əsas borcunun tutulması hissəsində iddia tam, faiz borcunun tutulması hissələrində isə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Belə ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrindən görünür ki, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi, habelə həmin kredit və zaminlik müqavilələri qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabehlər həmin müqavilələrə əsasən öhdəliklərini yerinə yetiməmiş və bu səbəbdən də cavabdeh "xxxx" MMC-nin banka 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsinə əsasən 442,30 manat faiz borcu, 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsinə əsasən 46.228,09 manat əsas, 7.554,38 manat faiz borcu yaranmışdır. 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı və 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı müqavilələr üzrə Cavabdeh3, Cavabdeh4 zamin qismində borclu "xxxx" MMC ilə birgə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Buna görə də iddianın 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsinə əsasən 442,30 manat faiz borcun ödənilməsinə dair hissəsi və 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsinə əsasən 46.228,09 manat əsas, 7.554,38 manat faiz borcun ödənilməsinə dair hissəsi iş materialları ilə sübut olunduğundan iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddianın “30.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə 14.000 manat cərimənin ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 30.11.2018-ci il tarixli, RBLLF-390 saylı kredit müqaviləsi üzrə 1.400 manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 30 noyabr 2018-ci il tarixli, RBLLF-390/391 saylı ipoteka müqaviləsi bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Həmin Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə borcun ipoteka predmetinə yönəldilərək, həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən iddia tələbi həmin hissədə əsaslıdır. Odur ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh1 məxsus İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 1ində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 195.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, həmin qeyriyaşayış binasından çıxarılması, əmlakın boşaldılması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka müqaviləsi üzrə kredit götürmüş şəxs həmin ipoteka predmeti olan qeyri-yaşayış binasından çıxmaq öhdəliyini qəbul etmiş və bu öhdəliyin icrası üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “dövlət rüsumu kimi ödənilmiş 379,42 manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 30 manat məbləğində (qəbzin nömrəsi: 6********) dövlət rüsumu ödəmişdir. Lakin iddiaçı 379,42 manat məbləğində pulun dövlət rüsumunun əvəzi olaraq tələb etməsinə dəlalət verən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 13 manatı iddiaçıya aid edilməli, 17 manatı və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat isə cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 (bir yüz) manatı cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada, 45 (qırx beş) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən, Cavabdeh3, Cavabdeh4 30.11.2018-ci il tarixli, RBLLF- 390 saylı kredit müqaviləsinə əsasən 442,30 manat faiz borcu, 1.400 manat cərimə (dəbbə pulu) borcu, 30.11.2018-ci il tarixli, RBLLF-391 saylı kredit müqaviləsinə əsasən 46.228,09 manat əsas, 7.554,38 manat faiz borcu, 17 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat rüsum, ümumilikdə 55.701,77 (iyirmi bir min on doqquz manat, otuz beş qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 məxsus ünvan 1ində 0,0262 hektar torpaq sahəsində yerləşən, 452,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin. Cavabdeh1 məxsus ünvan 1ində 0,0262 hektar torpaq sahəsində yerləşən, 452,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 195.000 (bir yüz doxsan beş min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh1 məxsus ünvan 1ində 0,0262 hektar torpaq sahəsində yerləşən, 452,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın 100 (bir yüz) manatı müştərək qaydada cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh3 və Cavabdeh4, 45 (qırx beş) manatı isə iddiaçı “Rabitəbank ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-32/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-32/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver