Məhkəmə qərarları › İş №e-2-2(121)-322/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-322/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-322/2025 27.01.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlnizam qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 14901 manat, faiz borcuna görə 3699 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 18600 manat məbləğində borcun və 145.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********2232 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədi ilə illik 23.79% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 manat, eyni tarixli **********8462 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədi ilə illik 23.79% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 424 manat və 424 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq X2 və Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2015-ci il tarixli **********8462 saylı kredit müqaviləsi, xx.xx.2016-ci il tarixli **********2008 hesab nömrəli sazişlə 48 ay müddətinə, 28% dərəcəsi ilə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 11683.20 manat müəyyən edilmişdir. Restrukturizasiya sazişi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2008 - ******* saylı Zaminlik müqaviləsi ilə Gülmalıyev Bəxtiyar Sahib oğlu və **********2008 - 660125 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 oğlu zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixli **********2232 saylı kredit müqaviləsi və xx.xx.2016-ci il tarixli **********2008 hesab nömrəli Restrukturizasiya sazişi birləşdirilərək, xx.xx.2016-ci il tarixli **********6391 hesab nömrəli sazişlə 33 ay müddətinə, 18 % dərəcəsi ilə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 16939 manat müəyyən edilmişdir. Restrukturizasiya sazişi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********6391 - ******* saylı Zaminlik müqaviləsi ilə Gülmalıyev Bəxtiyar Sahib oğlu və **********6391 - 660125 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 oğlu zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Gülmalıyev Sahil Sahib oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh Gülmalıyev Sahil Sahib oğlunun əsas borc üzrə 14901 manat, faiz borcuna görə 3699 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 18600 manat təşkil edir. Cavabdeh3 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində iddiaçı ilə aralarında bağlanmış kredit müqavilələrinin müddətinin bitdiyini nəzərə alaraq, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə təmin olunmaması barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (zamin) Cavabdeh1 izhatında iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş materiallarında olan sənədlərə, məhkəmə iclasında tədqiq edilən digər sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********8462 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh3 24 ay müddətinə, kredit üzrə illik faiz 23,79% olmaqla, 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli **********8462 nömrəli krеdit müqaviləsi üzrə ilk ödəniş tarixi kimi xx.xx.2015-ci il, son ödəniş tarixi isə xx.xx.2017-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********2232 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh3 24 ay müddətinə, kredit üzrə illik faiz 23.79% olmaqla, 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli **********2232 nömrəli krеdit müqaviləsi üzrə ilk ödəniş tarixi kimi xx.xx.2015-ci il, son ödəniş tarixi isə xx.xx.2017-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********8462 nömrəli kredit müqaviləsi üzrə borc xx.xx.2016-cı il tarixli sazişlə 48 ay müddətinə, 28% dərəcəsi ilə restrukturizasiya olunmuşdur və öhdəliyin icra olunmamış hissəsi əsas borc 11683,20 manat müəyyən edilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli sazişə əsasən ilk ödəniş tarixi kimi xx.xx.2016-cı il, son ödəniş tarixi isə xx.xx.2019cu il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********2232 nömrəli və xx.xx.2016-cı il tarixli **********2008 nömrəli kredit müqaviləsi üzrə borc xx.xx.2016-cı il tarixli sazişlə 33 ay müddətinə, 18% dərəcəsi ilə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc 16939 manat müəyyən edilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli sazişə əsasən ilk ödəniş tarixi kimi xx.xx.2016-cı il, son ödəniş tarixi isə xx.xx.2019cu il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı MM QBKT ilə X2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli (zaminlik) müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən, borclunun xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürürlər. İş materiallarında olan İddiaçı MM QBKT ilə X2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli (zaminlik) müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən, borclunun xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürürlər. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, **********2008 - ******* saylı Zaminlik müqaviləsinə əsasən, Gülmalıyev Bəxtiyar Sahib oğlu restrukturizasiya sazişi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq borclu Cavabdeh3 tərəfindən öhdəliklərin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, **********2008 - 660125 saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 oğlu restrukturizasiya sazişi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq borclu Cavabdeh3 tərəfindən öhdəliklərin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış kredit müqavilələri üzrə borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MM QBKT-na ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə, ilk növbədə iddiaçının hazırki tələb irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmamasına və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmamasına münasibət bildirməyi vacib hesab edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında, etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, bağlanmış kredit müqavilələrinin şərtlərinə görə İddiaçı MM QBKT Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarına əsasən, İddiaçı MM QBKT kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək kredit məbləğini Cavabdeh3 vermişdir. Cavabdeh3 isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə onun iddiaçıya əsas və faizdən ibarət ödənilməmiş borcu yaranmışdır. Bununla da Cavabdeh3 kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi aşkar olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə müəyyən edir ki, Cavabdeh3 ona qarşı yönəldilmiş iddia tələbinin obyekti olan borcun əsas və istifadə faizi hissəsinin məbləğini mübahisələndirməsə də, həmin borcun tələb edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünə dair məhkəməyə ərizə vermişdir. Məhkəmə, Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 375.1, 375.2-ci, 377.1, 377.2, 377.3-cü və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Sadalanan maddi hüququ normalarının tələblərindən aydın olur ki, bir şəxsin başqa şəxsdən tələb etmək hüququna müddət şamil edilir və bu müddət əgər pozulmuş hüququn bərpası məhkəmə müdafiəsi yolu ilə həyata keçirilirsə iddia müddəti sayılır. İddia müddəti isə müqavilə tələbləri üzrə üç illə məhdudlaşır. İddia müddətinin keçməsi hüququ pozulmuş şəxsin tələblə məhkəməyə müraciət etməsinə mane olmasa da, digər tərəfin iddia müddətinin keçməsinə istinad etməsi və bu barədə məhkəməyə ərizə verməsi məhkəmənin həmin əsasla iddianı rədd etməsi üçün hüquqi zəmin yaradır. O da qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair məsələlərin həlli zamanı həmin müddətin axımının başlanması anının dəqiq müəyyən edilməsi, həmçinin hər bir konkret iş üzrə iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi hallarının mövcud olubolmamasının araşdırılması zəruridir. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********2232 nömrəli və xx.xx.2016-cı il tarixli **********2008 nömrəli kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli sazişə əsasən kredit məbləğinin son ödəniş tarixi kimi xx.xx.2019-cu il, xx.xx.2015-ci il tarixli **********8462 nömrəli kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli sazişə əsasən kredit məbləğinin son ödəniş tarixi kimi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. Bununla da müəyyən olunur ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin son icra müddəti kimi müvafiq olaraq xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixləri nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış kredit müqavilələrindən yaranan tələblər üzrə iddia müddətinin axımı tərəflərin razılaşması ilə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindən etibarən başlamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bitmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətləri ötürülmüşdür. Belə ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsindən yaranan tələblər üzrə iddia müddətinin axımının tərəflərin razılaşması ilə kredit müqavilələri üzrə son icra müddəti kimi müəyyən edilmiş xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərindən etibarən başlamasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində bitməsinə baxmayaraq, işdən görünür ki, iddiaçı hazırki iddiası ilə bağlı cavabdehlərə qarşı ilk tələbini, pretenziya məktubunu xx.xx.2024-cü il tarixdə cavabdehlərə göndərmiş, iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Yuxarıda şərh olunanlara yekun vuraraq məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia müddəti təxminən 2 ilə yaxın müddətdə ötürülmüşdür. İddia müddətinin axımının kəsilməsi və ya dayanması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir.Buna görə də, iddia müddətinin tətbiqinə dair Cavabdeh3 ərizəsi əsaslı hesab edilməli və hazırki mübahisə iddia müddəti tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqinin əsaslarını və nəticələrini tənzimləyən maddi hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı MM QBKT Cavabdeh3 kredit müqavilələri üzrə borcu və həmin borca hesablanmış əlavə ödənişləri tələb etmək hüququ olsa da, iddia müddəti keçdiyinə görə həmin hüququn dövlət məcburetmə vasitələri ilə həyata keçirilməsi imkanını iddiaçı itirmişdir. Buna görə də, iddiaçının kredit müqavilələri üzrə pul tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə, iş üzrə əsas borclu ilə yanaşı digər cavabdehlərin (zaminlərin) iddiaçı qarşısında mülki məsuliyyətinin faktiki və hüquqi əsasları ilə əlaqədar qeyd edir ki, iş üzrə cavabdehlər X2 və Cavabdeh1 imzaladıqları zaminlik müqavilələri ilə borclu Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliyinin tamamı ilə icra edilməsini, o cümlədən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı tələb hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar