Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-326/2022 25.04.2022 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli və 21 noyabr 2016-cı il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında, 21 aprel 2017-ci il tarixli “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı”nın kənd maliyyə xidmətləri komponentlərinin icrasının davam etdirilməsi şərtləri haqqında” müqavilələrin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcuna görə 544,06 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcuna görə 749,24 manat və 21 aprel 2017-ci il tarixli müqavilə üzrə əsas borca görə 11.263,72, faiz borcuna görə 215,98 manat, cərimə borcuna görə 5.000 manat olmaqla, cəmi 16.479,70 manat, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 450 manat olmaqla, ümumilikdə cəmi 18.414,22 manat pulun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli və 21 noyabr 2016-cı il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında, 21 aprel 2017-ci il tarixli “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı”nın kənd maliyyə xidmətləri komponentlərinin icrasının davam etdirilməsi şərtləri haqqında” müqavilələrin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcuna görə 544,06 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcuna görə 749,24 manat və 21 aprel 2017-ci il tarixli müqavilə üzrə əsas borca görə 11.263,72, faiz borcuna görə 215,98 manat, cərimə borcuna görə 5.000 manat olmaqla, cəmi 16.479,70 manat, habelə mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 450 manat olmaqla, ümumilikdə cəmi 18.414,22 manat pulun iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli və 21 noyabr 2016-cı il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri” haqqında, 21 aprel 2017-ci il tarixli “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı”nın kənd maliyyə xidmətləri komponentlərinin icrasının davam etdirilməsi şərtləri haqqında” müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehin "xxxx" ASC-nin Füzuli rayon filialında olan bank hesabına 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 100.000 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 30.000 manat, 21 aprel 2017-ci il tarixli müqavilə üzrə isə 50.000 manat pul köçürmüşdür. 05 oktyabr 2016-cı il tarixli və 21 noyabr 2016-cı il tarixli müqavilələrin 3.3-cü bəndində müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki bank günü keçdikdən sonra, 21 aprel 2017-ci il tarixli müqavilənin 2.5-ci bəndində isə müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə iki iş günü keçdikdən sonra xidmətə illik 2% hesablanılması nəzərdə tutulmuşdur. Həmçinin 05 oktyabr 2016-cı il tarixli və 21 noyabr 2016-cı il tarixli müqavilələrin 3.4-cü bəndində kreditlərin müddətlərinin Qaydalara əsasən kreditlərin hədlərindən və layihələrin məqsədindən asılı olaraq müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2007-ci il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsitlərindən istifadə edilməsi” Qaydalarının 5.1-ci bəndinə əsasən 50.000 manatdan 200.000 manatadək kreditlər böyük həcmli kreditlər hesab olunur və həmin Qaydaların 5.2-ci bəndinə əsasən isə böyük həcmli kreditlər 5 il müddətinə verilir. Həmin müddəalar 21 aprel 2017-ci il tarixli müqavilənin 2.1-ci və 2.2-ci maddələrində də razılaşdırılmışdır. Sonradan cavabdeh "xxxx" MMC tərəflər arasında bağlanmış müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməyərək borcun ödənilməsini gecikdirmişdir. Cavabdehin 05.11.2021-ci il tarixə 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 544,06 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 749,24 manat və 21 aprel 2017-ci il tarixli müqavilə üzrə əsas borcu 11.263,72 manat, faiz borcu 215,98 manat, cərimə borcu 5.000 manat olmaqla, cəmi 16479.70 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə sonuncu ödəniş 20.11.2020-ci il tarixdə, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 18.09.2020-ci il tarixdə, 21 aprel 2017-ci il tarixli müqavilə üzrə isə 17.06.2021-ci il tarixdə edilmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 450 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasının xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək əsas borcu qəbul etdiyini və cərimələrin çox hesablandığını bildirərək məhkəmədən cərimələrin azaldılmasını xahiş etdi. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri” haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən müvəkkil kredit təşkilatı üçün 100.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli 12.10.2016-cı il tarixli ödəniş tağşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti "xxxx" MMC-nin hesabına 100.000 manat məbləğində pul köçürmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri” haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən müvəkkil kredit təşkilatı üçün 80.000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir. İş materiallarında olan ********** nömrəli 07.12.2016-cı il tarixli ödəniş tağşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti "xxxx" MMC-nin hesabına 30.000 manat məbləğində pul köçürmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 21 aprel 2017-ci il tarixli “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı”nın kənd maliyyə xidmətləri komponentlərinin icrasının davam etdirilməsi şərtləri haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə(lər)yə əsasən müvəkkil kredit təşkilatı kreditləşmə məqsədilə 50.000 manat məbləğində vəsait ayrılmışdır. İş materiallarında olan 104İNTL171160004 nömrəli 26.04.2017-ci il tarixli ödəniş tağşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti "xxxx" MMC-nin hesabına 50.000 manat məbləğində pul köçürmüşdür. İşdə olan 17.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti arasında 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 544,06 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 749,24 manat və 21 aprel 2017-ci il tarixli müqavilə üzrə əsas borcu 11.263,72 manat, faiz borcu 215,98 manat, cərimə borcu 5.000 manat olmaqla, cəmi 16479.70 manat borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 544,06 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 749,24 manat və 21 aprel 2017-ci il tarixli müqavilə üzrə əsas borcu 11.263,72 manat, faiz borcu 215,98 manat, cərimə borcu 5.000 manat yaranmışdır. Müqavilələrin ləğv edilməsi və müqavilə üzra öhdəliklərin (əsas borc, faiz və cərimə borcunun ödənilməsi) icra olunması teklif olunmuşdur. Əks təqdirdə, həmin müqavilələrin ləğv olunması və öhdəliklərin icrası ilə əlaqədar məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 24 oktyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1.-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh sözü gedən müqavilələr üzrə müəyyən edilmiş öhdəliklərini pozmuşdur. Bu isə həmin müqavilələrin ləğv edilməsi və kredit vəsaitlərinin qaytarılması məqsədi ilə iddiaçının məhkəməyə müraciət etməsi üçün əsas təşkil etmişdir. Odur ki, iddia tələbi müqavilələrin ləğv edilməsi, əsas borcun və faizin tutulması hissəsində əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimə(lər)nin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iş üzrə tələb olunan cərimə(lər) borcu tənasübsüz surətdə yüksək olduğundan, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimə(lər)nin həmin məbləğ(lər)də deyil, 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 55 manat, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə cərimə borcu 75 manat və 21 aprel 2017ci il tarixli müqavilə üzrə cərimə borcu 500 manat müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 450 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Məhkəmə həmçinin iddianın 100 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 05 oktyabr 2016-cı il tarixli və 21 noyabr 2016cı il tarixli “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında, 21 aprel 2017-ci il tarixli“ Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi Proqramı”nın kənd maliyyə xidmətləri komponentlərinin icrasının davam etdirilməsi şərtləri haqqında” müqavilələr ləğv edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 05 oktyabr 2016-cı il tarixli müqavilə üzrə 55 manat cərimə, 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə 75 manat cərimə və 21 aprel 2017-ci il tarixli müqavilə üzrə 11.263,72 manat əsas borc, 215,98 manat faiz borcu, 500 manat cərimə, mediasiya prosesi ilə bağlı cavabdehin əvəzinə ödənilmiş 100 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 450 manat, cəmi 12.659,70 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2-2(121)-326/2022
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-326/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver