Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3292/2024 16.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı ərizəsinə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vəsatət”lə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi barədə iddiası üzrə işə tərəfə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, İddiaçı ərizəsində məhkəmənin icraatında olan iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir, lakin ərizənin statusu elektron sistemdə iddia icraatı qaydasında ərizə olaraq seçilmişdir. Bununla da ərizənin tərtibində yalnışlığa yol verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Bundan əlavə məhkəmə izah edir ki, hazırki tələb üzrə İddiaçı pozulduğunu hesab etdiyi hüquqlarının müdafiəsi məqsədi ilə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş iddia ərizəsi ilə ayrı icraatda məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir. Buna görə də ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov
Məhkəmə qərarları › İş №e-2-2(121)-3292/2024
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3292/2024
16.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver