Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-33/2023 15.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh8 və Cavabdeh7 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər “Azad-1 Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə və qeyrilərinə qarşı – borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və əmlakların hərracda satılması barəsində iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC BOKT cavabdehlər “Azad-1 Kəndli (Fermer) Təsərrüfatı” MMC, Cavabdeh9, Cavabdeh7, X7, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 Əhməd oğluna qarşı – cavabdeh "xxxx" MMC-dən 37 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 50000 manat əsas borcun, 41409,3 manat faiz borcunun, cəmi 91409,3 manat borc məbləğinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehlər: 1) Cavabdeh9un mülkiyyətində olan İmişli şəhəri, 20 Yanvar küçəsi ev 2, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 32,4 kv.metr, yaşayış sahəsi 18,6 kv.m, yardımçı sahəsi 13,8 kv.m olan 1 otaqlı mənzilə, Cavabdeh8 mülkiyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən ümumi sahəsi 117,2 kv.m, yaşayış sahəsi 64,0 kv.m, yardımçı sahəsi 53,2 kv. metr olan 3 otaqlı fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə, Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən ümumi sahəsi 84,6 kv.metr, yaşayış sahəsi 38,9 kv.metr, yardımçı sahəsi 45,7 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka qoyanlarla razılaşdırılmış ipoteka müqavilələrinin şərtləri əsas tutularaq, Cavabdeh9 məxsus İmişli şəhəri, 20 Yanvar küçəsi, ev 2, mənzil 2 ünvanında yerləşən mənzilin ilik satış qiymətinin 25000 manat məbləğində, Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 30000 manat məbləğində, Cavabdeh8 mülkiyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin 0,07 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməsi, ipoteka qoyulmuş əmlakların açıq hərracdan satılması və əldə edilən vəsait hesabına "xxxx" MMC-nin cəmi 91409,3 manat borc məbləğinin və ödənilmiş 400 manat mediasiya xərcinin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İmişli filial ilə cavabdeh “Azad-1 X5” MMC arasında bağlanmış 37 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən “Azad-1 X5” MMC-yə heyvandarlığın inkşafı məqsədi ilə illik 21%lə 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin İmişli filialı ipoteka qoyanlar Cavabdeh9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh1 və borclan “Azad-1 X5” MMC arasında bağlanmış 37 saylı, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən aşağıdakı əmlaklar ipoteka qoyulmuşdur: 1. Cavabdeh9un mülkiyyətində olan İmişli şəhəri, 20 Yanvar küçəsi ev 2, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 32,4 kv.metr, yaşayış sahəsi 18,6 kv.m, yardımçı sahəsi 13,8 kv.m olan 1 otaqlı mənzil;
2. Cavabdeh8 mülkiyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən ümumi sahəsi 117,2 kv.m, yaşayış sahəsi 64,0 kv.m, yardımçı sahəsi 53,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə; 3. Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən ümumi sahəsi 84,6 kv.metr, yaşayış sahəsi 38,9 kv.metr, yardımçı sahəsi 45,7 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə. İpoteka müqaviləsinin 2.7-ci bəndinə görə Cavabdeh9 məxsus İmişli şəhəri, 20 Yanvar küçəsi ev 2, mənzil 2 ünvanında yerləşən mənzilin razılaşdırılmış dəyəri 25000 manat; 37 saylı, xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsinin 2.8-ci bəndinə görə Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə razılaşdırılmış dəyəri 30000 manat; İpoteka müqaviləsinin 2.9-cu bəndinə görə Cavabdeh8 mülkiyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinin 0,07 ha torpaq sahəsi ilə birlikdə razılaşdırılmış dəyəri 25000 manat müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. İddiaçi ilə cavabdeh “Azad-1 X5” MMC arasında bağlanmış 37 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan “Azad-1 X5” MMC tərəfindən kredit müqaviləsi üzrə 50000 manat əsas borc və ona hesablanmış 47699,3 manat faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh “Azad-1 X5” MMC-nin iddiaçıya xx.xx.2022-ci il tarixə əsas borcu 50000 manat, faiz borcu 41409,3 manat, cəmi borcu 91409,3 manat təşkil edir. Sözügedən mübahisə üzrə “Azad-1 X5” MMC-nin direktoru Cavabdeh6, Cavabdeh9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, X4, Cavabdeh4 və Cavabdeh1 Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı medaitor X2 tərəfindən təyin edilmiş ilkin mediasiya sessiyası ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İlkin mediasiya sessiyasında borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün mediator X2 tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar ilkin mediasiya sessiyasında iştirakı təmin olunmamışdır. Sözügedən mübahisə üzrə medaitor X2 tərəfindən MŞB/11–00192 saylı, xx.xx.2022-ci il tarixli arayış təqdim etmişdir. Qeyd olunmalıdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Cavabdehlərə qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi məqsədilə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, həmin iddia ərizəsi İmişli Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli 2(036)-0236/2019 saylı qərardadı ilə baxılmamış saxlanmışdır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ilkin mediasiya sessiyası keçirilmiş, həmin mediasiya sessiyasının nəticəsi ilə bağlı arayış alınmışdır. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh8 və Cavabdeh7 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdilər. Cavabdehlər “Azad-1 Kəndli (Fermer) Təsərrüfatı” MMC, Cavabdeh9, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 Əhməd oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə cavabdeh “Azad-1 X5” MMC arasında bağlanmış 37 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 24 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh9, Cavabdeh7, X7, Cavabdeh2, X8, Cavabdeh4 və X9 arasında bağlanmış 37 saylı, xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, 1. Cavabdeh9un mülkiyyətində olan İmişli şəhəri, 20 Yanvar küçəsi ev 2, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 32,4 kv.metr, yaşayış sahəsi 18,6 kv.m, yardımçı sahəsi 13,8 kv.m olan 1 otaqlı mənzil; 2. Cavabdeh8 fərdi yaşayış evi üzrə tam və torpaq sahəsi üzrə ümumi birgə, Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh1 torpaq sahəsi üzrə ümumi birgə mülkiyyətlərində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən ümumi sahəsi 117,2 kv.m, yaşayış sahəsi 64,0 kv.m, yardımçı sahəsi 53,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə; 3. Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən ümumi sahəsi 84,6 kv.metr, yaşayış sahəsi 38,9 kv.metr, yardımçı sahəsi 45,7 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş(lər) göndərilmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 37 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 41409,3 manat, cəmi 91409,3 manat məbləğində kredit borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8174 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış 2737 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdeh “Azad-1 X5” MMC-nin xx.xx.2018-ci il tarixə əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 13514,17 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 50000 manat, faiz borcu 13514,17 manat, 9111,11 manat faiz borcu 5% ilə borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə 1. Cavabdeh9un mülkiyyətində olan İmişli şəhəri, 20 Yanvar küçəsi ev 2, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 32,4 kv.metr, yaşayış sahəsi 18,6 kv.m, yardımçı sahəsi 13,8 kv.m olan 1 otaqlı mənzilin likvid dəyəri 21000 manat məbləğində; 2. Cavabdeh8 (və digərlərinin) mülkiyyətində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən ümumi sahəsi 117,2 kv.m, yaşayış sahəsi 64,0 kv.m, yardımçı sahəsi 53,2 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 25650 manat məbləğində; 3. Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən ümumi sahəsi 84,6 kv.metr, yaşayış sahəsi 38,9 kv.metr, yardımçı sahəsi 45,7 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 31350 manat məbləğində olması müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə faiz borcu üzrə 13514,17 manat borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 50000 manat məbləğində əsas borc və 13514,17 manat məbləğində faiz borcu (müqavilə müddətinə) tutulmalıdır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 300 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği qismən təmin edildiyindən ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatından, 100 manatı “Azad-1 Kəndli (Fermer) Təsərrüfatı” MMCdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 364.23 manat dövlət rüsumunun 250 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 50000 manat məbləğində əsas borc, 13514,17 manat məbləğində faiz borcu, cəmi 63514,17 manat məbləğində kredit borcu “Azad-1 Kəndli (Fermer) Təsərrüfatı” MMC-dən alınaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Tələb Cavabdeh9 mülkiyyətində olan İmişli şəhəri, 20 Yanvar küçəsi, 2 saylı evin, 2 saylı mənzilinə; Cavabdeh8 fərdi yaşayış evi üzrə tam və torpaq sahəsi üzrə ümumi birgə, Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh1 torpaq sahəsi üzrə ümumi birgə mülkiyyətlərində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə); Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən fərdi yaşayış evinə (0,08 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. Cavabdeh9 mülkiyyətində olan İmişli şəhəri, 20 Yanvar küçəsi, 2 saylı evin, 2 saylı mənzilin ilkin satış qiyməti 19950 manat, Cavabdeh8 fərdi yaşayış evi üzrə tam və torpaq sahəsi üzrə ümumi birgə, Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh1 torpaq sahəsi üzrə ümumi birgə mülkiyyətlərində olan İmişli şəhəri, M.Müşviq küçəsi 38 ünvanda yerləşən fərdi yaşayış evinin (0,07 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 25650 manat, Cavabdeh7 mülkiyyətində olan İmişli rayonu, Yalavac kəndində yerləşən fərdi yaşayış evinin (0,08 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 31350 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 63514,17 manat məbləğində kredit borcu və 300 manat məbləğində mediasiya xərci İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatından, 100 manatı “Azad-1 Kəndli (Fermer) Təsərrüfatı” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. 250 manat məbləğində dövlət rüsumu “Azad-1 Kəndli (Fermer) Təsərrüfatı” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Namidar Misirzadə