Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-333/2020 08.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərCavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 14.761 manat əsas, 1.222,68 manat faiz, 2.241,06 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2.197,60 manat faiz məbləği olmaqla, cəmi 20.422,34 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edilərək, Cavabdeh1 14.761 manat əsas, 1.222,68 manat faiz, 2.241,06 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2.197,60 manat faiz məbləği olmaqla, cəmi 20.422,34 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi,ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, döngə 7 ünvanında yerləşən fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% ödənilmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 2907-İİN-9 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, döngə 7 ünvanında yerləşən fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 14.761 manat əsas, 1.222,68 manat faiz, 2.241,06 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2.197,60 manat faiz məbləği olmaqla, cəmi 20.422,34 manat borcu mövcuddur. Qeyd olunanlara əsasən, hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə iri buynuzlu mal-qaranın yetişdirilməsi üçün 15.000 (on beş min) manat məbləğində kredit verilməsinə dair tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, 13 saylı kassa məxaric orderindən görünür ki, xx.xx.2013-cü il tarixdə 15.000 kredit İddiaçı ASC tərəfindən Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Azərbaycan küçəsində mülkiyyətində olan 0,06 ha. torpaq sahəsində, döngə 7-də yerləşən 1 nömrəli, 1 mərtəbəli, 2 otaqlı, 73,8 m2 ümumi, 39,6 m2 yaşayış, 34,2 m2 yaşayış sahəsindən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 məxsus İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Cəlilabad şəhəri, Azərbaycan küçəsində mülkiyyətində olan 0,06 ha. torpaq sahəsində, döngə 7-də yerləşən 1 nömrəli, 1 mərtəbəli, 2 otaqlı, 73,8 m2 ümumi, 39,6 m2 yaşayış, 34,2 m2 yaşayış sahəsindən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad filialının hüquqları xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli, **********799 saylı arayışından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2020-ci il tarixə banka 14.761 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 1.222 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 2.241 manat, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 5% olan, həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 2,05 manat X 1.072, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2.197,60 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 20.422 manat təşkil edir. İş materialında olan xx xxxxxx 2020-ci il tarixli, **********846 saylı pretenziya məktubunun və xx.xx.2020-ci il tarixli, **********849 saylı bildirişin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN- 9 saylıkredit müqaviləsi əsasında aldığı kreditə görə 14.761 manat əsas, 1.222,68 manat müddət sonuna hesablanan faiz, 2.241,06 manat məbləğində cərimə və 2.197,6 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 20.422,34manat məbləğində kredit borcunun olması barədə xəbərdar edilmişdir. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə ünvanlanmış bildirişin qeydə alınmasına dair xx.xx.2020ci il tarixli, **********744 saylı ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsin müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********9 saylı məktubda qeyd olunur ki, Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 7-ci döngə, 1 ünvanında yerləşən 0,06 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ipoteka predmetinə tutmanın yönədilməsinə dair bildiriş xx.xx.2020-ci il tarixli, ********** saylı müraciət əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsində xx xxxxxx 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən etdi ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh2 məxsus Cəlilabad şəhəri, Azərbaycan küçəsində mülkiyyətində olan 0,06 ha. torpaq sahəsində, döngə 7-də yerləşən 1 nömrəli, 1 mərtəbəli, 2 otaqlı, 73,8 m2 ümumi, 39,6 m2 yaşayış, 34,2 m2 yaşayış sahəsindən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında ZC-2907-İİN-9 saylı kredit müqaviləsi xx xxxxxx 2013-cü il tarixdə, 3 il müddətinəbağlanmışdır. xx xxxxxx 2013-cü il tarixli, ZC-2907-İİN-9 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə ödənişlər xx xxxxxx 2016-cı il tarixdə bitməli idi. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ödəniş edilmişdir. Hazırki iddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə, yəni müqavilə üzrə müddətin bitməsindən 4 (dörd) ilə yaxın müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə bağlı iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olsa da (əsas borc və faiz borcu hissəsində, o cümlədən tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsində tam, cərimə borcu hissəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi nəzərə alınmaqla qismən əsaslı, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq hesablanmış 2.197,60 manat faiz məbləğinin tutulması hissəsində isə əsassız) olsa da, hazırki iddia üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərCavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-333/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-333/2020
08.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver