Məhkəmə qərarları › İş №e-2-2(121)-334/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-334/2023

10.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-334/2023 10.10.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi-vəkili Qanuni nümayəndə, Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi-vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və Cavabdeh2 qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" Şirkətinə və Cavabdeh2 qarşı – cavabdehlərdən 41.196 manat pulun, 200 manat mediasiya xərcinin və 13,59 manat dövlət rüsumunun, ümumilikdə 41.409,59 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 18 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində İddiaçı ASC-də sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında yerləşən X33 məxsus daşınmaz əmlaka, X75 məxsus daşınmaz əmlaka, X14 məxsus daşınmaz əmlaka zərər vurulmuşdur. Baş vermiş yanğın hadisə ilə bağlı "xxxx" ASC-də sığorta olunmuş əmlaklar üzrə X33 məxsus daşınmaz əmlaka görə 2.423 manat, X75 məxsus daşınar əmlaka görə 29.700 manat, X14 məxsus daşınmaz əmlaka 9.073 manat olmaqla, ümumilikdə 41.196 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Saatlı Rayon Məhkəməsinin 1(055)-46/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən cavabdeh Rzayev X83 şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yerləşən 29 nömrəli piştaxtanın istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda «Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalan»nın 1.2, 6.1, 6.2, 6.4, 6.5, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21 və «Elektrik enerjisindən istifadə qaydaları»nın 9.1 bəndlərinin tələblərini kobud surətdə pozaraq yanğın təhlükəsizliyinə riayət etməyib istifadəsində olan piştaxtaya elektrik şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisinin verilməsi üçün alüminium kabellə çəkilmiş elektrik xəttini qaydalara uyğun istismar etməyərək ticarət mərkəzinin ərazisində digər sahibkarlar tərəfindən istifadə olunan ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədi ilə ona məxsus alüminium kabelə mis naqillərin “soyuq burma" üsulu ilə birləşməsinin və həmin xətlərin digər obyektlərin yanar materiallarının üzəri ilə çəkilməsinin qarşısını almaması, mülkiyyətində olan xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyindən ehtiyatsızlıqdan 18 oktyabr 2015-ci il tarixdə saat 02 radələrində çəkilmiş elektrik xəttinin X89 tərəfindən istifadə olunan 17 nömrəli piştaxtanın üzərindən keçən hissəsində elektrik təbiətli qəza halının yaranması nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş verməsi və yanğın yüksələn xətt üzrə inkişaf edərək digər sahələrə yayılaraq 3500 m sahədə yerləşən mağazalar və piştaxtalar eləcə də satış üçün nəzərdə tutulmuş sənaye, məişət və s. mallar yanaraq məhv olması nəticəsində "xxxx" şirkətinə tikintisinə 408240 manat, X61 əmtəə üzrə 6008 manat, X42 əmtəə üzrə 3836 manat, X4 əmtəə üzrə 5975 manat, X76 əmtəə üzrə 19300 manat, tikinti üzrə 9198 manat, cəmi 28498 manat. X20 əmtəə üzrə 986 manat, X15 əmtəə üzrə 10000 manat, X77 əmtəə üzrə 3463 manat, tikinti üzrə 4599 manat, cəmi 8062 manat, X52 əmtəə üzrə 4604 manat, X62 əmtəə üzrə 2066 manat, X21 əmtəə üzrə 1427 manat, X22 əmtəə üzrə 33000 manat, X8 əmtəə üzrə 50600 manat, X23 əmtəə üzrə 7160 manat, X24 əmtəə üzrə 20193 manat, X78 tikinti üzrə 9198 manat, X16 əmtəə üzrə 2000 manat, X5 əmtəə üzrə 12304 manat, X63 əmtəə üzrə 12816 manat. X9 əmtəə üzrə 2000 manat, X25 əmtəə üzrə 6465 manat, X26 əmtəə üzrə 5615 manat, X64 əmtəə üzrə 413 manat, X17 əmtəə üzrə 173 manat, X79 əmtəə üzrə 604 manat, X34 əmtəə üzrə 900 manat, X35 əmtəə üzrə 51987 manat, tikinti üzrə 9198 manat, cəmi 61185 manat, X36 əmtəə üzrə 429 manat, X2 əmtəə üzrə 12900 manat, X27 əmtəə üzrə 2650 manat, X10 əmtəə üzrə 2175 manat, X65 əmtəə üzrə 5700 manat, X66 əmtəə üzrə 6490 manat, X43 əmtəə üzrə 2070 manat, X37 əmtəə üzrə 881 manat, X28 əmtəə üzrə 525 manat, X44 əmtəə üzrə 4010 manat, X45 əmtəə üzrə 1620 manat, X3 əmtəə üzrə 714 manat, X53 əmtəə üzrə 1220 manat, X18 əmtəə üzrə 47527 manat, tikinti üzrə 9198 manat, cəmi 56725 manat, Soltanov Zabiİ Səməndar oğluna tikinti üzrə 11520 manat, X46 əmtəə üzrə 165 manat, X38 əmtəə üzrə 1760 manat, X1 əmtəə üzrə 1270 manat, Abdullayev 2 Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Mursalı Səmidağa oğluna əmtəə üzrə 5080 manat, X47 əmtəə üzrə 30008 manat, X29 əmtəə üzrə 3560 manat, X80 əmtəə üzrə 22245 manat, tikinti üzrə 4599 manat, cəmi 26844 manat, X48 əmtəə üzrə 7784 manat, X81 əmtəə üzrə 5227 manat, X67 əmtəə üzrə 36717 manat, X75 əmtəə üzrə 36290 manat, X11 əmtəə üzrə 3800 manat, X6 əmtəə üzrə 3810 manat, X54 tikinti üzrə 11541 manat 30 qəpik, X30 tikinti üzrə 8760 manat, X68 tikinti üzrə 9198 manat, X82 əmtəə üzrə 121516 manat, X39 əmtəə üzrə 20975 manat. X12 tikinti üzrə 9198 manat, Saatlı rayon Kooperativ Cəmiyyətinə tikinti üzrə 20736 manat, X7 əmtəə üzrə 1366 manat cəmi ******* manat 30 qəpik ziyan dəyməklə ağır nəticələrə səbəb olması məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Saatlı Rayon Məhkəməsinin 1(055)- 46/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi-vəkili izahat verərək "xxxx" Şirkətinə münasibətdə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi "xxxx" Şirkətinə münasibətdə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında Saatlı Rayon Məhkəməsinin hökmünə əsasən cinayət əməlini törətməkdə təqsirli olduğunu və cəzasını çəkdiyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı, "xxxx" Şirkətinə münasibətdə isə əsassız olduğu üçün iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli yanğın haqqında ilkin aktda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. İş materiallarında olan BA seriyalı, 460544 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X33 məxsus olan Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 4027/FŞ/CFİ-0311/2016 nömrəli sığorta aktından görünür ki, X33 məxsus olan Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixində baş vermiş yanğın nəticəsində zədələnmişdir və müəyyən edilmiş zərərin məbləği 500 manat azadolma məbləği çıxılaraq cəmi 2.423 manat təşkil etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, 1537 saylı ödəniş tapşırığından görünür ki, 2.423 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən “X138 Klubu” MMC-yə ödənilmişdir. İşə əlavə olunan sənədlərdən görünür ki, “X138 Klubu” MMC-nin rəhbəri X40r. İş materiallarında olan 037251 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, X75 məxsus olan daşınar əşyalar "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan 1360/FŞ/Fİ-080/2015-2016 nömrəli sığorta aktından görünür ki, X75 məxsus olan Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən ticarət obyektində olan sənaye malları xx.xx.2015-ci il tarixində baş vermiş yanğın nəticəsində zədələnmişdir və müəyyən edilmiş zərərin məbləği 29.700 manat təşkil etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, 6844 saylı ödəniş tapşırığından görünür ki, 29.700 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X75 ödənilmişdir. İş materiallarında olan BA seriyalı, 536208 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X18 məxsus olan Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan 1398/FŞ/CFİ-0262/2016 nömrəli sığorta aktından görünür ki, X18 məxsus olan Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixində baş vermiş yanğın nəticəsində zədələnmişdir və müəyyən edilmiş zərərin məbləği 9.073 manat təşkil etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, 6821 saylı ödəniş tapşırığından görünür ki, 9.073,35 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X18 ödənilmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 1(055)-46/2016 saylı, xx.xx.2016cı il tarixli hökmü ilə vətəndaş Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə o, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikasl Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli, 1(102)-1525/2017 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Cavabdeh2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2017-ci il tarixli qərarından iş üzrə zərərçəkmiş şəxslər X55 və X102 tərəfindən verilmiş kassasiya şikayətlərindən imtina etmələrinə dair ərizələri təmin edilmiş və kassasiya şikayətlərinə baxılmasına xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/4974 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində ticarətlə məşğul olan Cavabdeh2, istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrin şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisi verilməsi üçün alyümin kabellə çəkilmiş elektrik xəttini “Elektrik qurğularının quraşdırma qaydaları”na uyğun quraşdırıb istismar etməyərək, ticarət mərkəzinin ərazisində yerləşən digər ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə ona məxsus alyümin kabelə “soyuq burma” üsulu ilə mis naqillərlə elektrik xətlərinin birləşməsinə, həmin xətlərin yanar materiallardan olan digər ticarət obyektlərinin üzəri ilə çəkilməsinə icazə verdiyinə, eləcə həmin xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21 və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndlərinin tələbləri pozulmuşdur. "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5 bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin tələbləri qərardadın təsviri hissəsində göstərildiyi kimi həmin xəttin çəkilməsini həyata keçirmiş elektrik montyoru X56 tərəfindən pozulmuşdur. Qərardadın təsviri hissəsində göstərildiyi kimi, elektrik montyoru X56 tərəfindən Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9-cu bəndlərinin tələbləri "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndinin tələblərinə riayət olunmaması yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. İşdə olan X49 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, o, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, baş vermiş yanğın hadisəsi ilə bağlı vəkil Qanuni nümayəndə verdiyi xx.xx.2023-cü il tarixli, 334/1 nömrəli məlumatı təsdiq etdiyini bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən X33 məxsus olan qeyri-yaşayış sahəsi, X75 məxsus olan daşınar əşyalar və X18 məxsus olan qeyri-yaşayış sahəsi sığorta müqavilələrinə əsasən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, hadisə nəticəsində ticarət mərkəzinin ərazisində yerləşən X33, X75 və X18 məxsus ticarət obyektləri yanğının təsirinə məruz qalmışdır. Cavabdeh2 istifadəsində olan ticarət obyektində (piştaxtada) yanğın təhlükəsizliyi qaydaları pozulması nəticəsində sığortalı X31, X69 və X13 fəaliyyət göstərdiyi ticarət obyektlərində yanğın baş vermiş, yanğın nəticəsində sonunculara maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən sığortalı X33 2.423 manat, X75 29.700 manat və X18 9.073 manat olmaqla, ümumilikdə 41.196 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qeyd olunan Qanunun 36.1.1-ci maddəsinə əsasən yanğın, ildırım düşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəmə, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 təqsirli əməli nəticəsində "xxxx" ASC şirkəti tərəfindən sığortalanmış əmlaklara ziyan dəymişdir. İddiaçı "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək sığorta hadisəsi nəticəsində əmlaklara dəyən ziyanın əvəzini ödədiyindən, haqlı olaraq ödənilmiş əvəz miqdarının geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iş materiallarında olan sənədlərlə hadisənin Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrin şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisi verilməsi üçün alyümin kabellə çəkilmiş elektrik xəttini “Elektrik qurğularının quraşdırma qaydaları”na uyğun quraşdırıb istismar etməyərək, ticarət mərkəzinin ərazisində yerləşən digər ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə ona məxsus alyümin kabelə “soyuq burma” üsulu ilə mis naqillərlə elektrik xətlərinin birləşməsinə, həmin xətlərin yanar materiallardan olan digər ticarət obyektlərinin üzəri ilə çəkilməsinə icazə verməsi, eləcə də həmin xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyinə görə elektrik təbiətli qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verməsi, baş vermiş hadisə ilə əlaqədar yanğın təhlükəsizlik qaydalarının tələblərinin pozulması öz təsdiqini tapmışdır. Cavabdeh2 yanğının baş verməsində təqsirli olması ilə bağlı məhkəmə qeyd edir ki, həmin hallar cinayət xarakterli əməlləri ehtiva edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq oluna bilər. Qeyd olunmalıdır ki, həmin hallarla bağlı Saatlı Rayon Məhkəməsinin 1(055)-46/2016 saylı, xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş hökmü mövcuddur. Hökmdən görünür ki, Cavabdeh2 18 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə o, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsində təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə, eyni zamanda cavabdeh "xxxx" Şirkətinin mülki məsuliyyətini araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qanunvericiliyin yuxarıda sadalanan normalarının dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün mövcudluğu, zərər vuranın təqsirli və hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. İşin hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia "xxxx" Şirkətinə münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda "xxxx" Şirkətinin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər ki, hazırkı işdə isə bu əsaslar müəyyən edilmir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli, 10/4974 saylı ekspert rəyində "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5 bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin tələbləri qərardadın təsviri hissəsində göstərildiyi kimi həmin xəttin çəkilməsini həyata keçirmiş elektrik montyoru X56 tərəfindən pozulduğu, elektrik montyoru X56 tərəfindən Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9-cu bəndlərinin tələbləri "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulduğu qeyd edilsə də X32 yanğın hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2015-ci il tarixində "xxxx" Şirkətinin işçisi olduğu işdə olan sənədlərlə öz təsdiqini tapmır. Belə ki, Saatlı Rayon Məhkəməsinin 1(055)-46/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, məhkəmə istintaqında şahid kimi dindirilmiş X56 ifadəsində 01 aprel 2009-cu il tarixdən 30 dekabr 2013-cü il tarixə kimi Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində elektrik mantyoru işlədiyini göstərmişdir. Məhkəmə, ekspert rəyini işdə olan sənədlərlə birgə tədqiq edərək belə qənaətə gəlir ki, 04 avqust 2023-cü il tarixli, 10/4974 saylı ekspert rəyi kifayət qədər əsaslandırılmadığından həmin rəy hazırki işdə sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qanunvericiliyin yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, zərər yalnız hüquqi şəxsin işçisi tərəfindən vurulduğu halda hüquqi şəxs məsuliyyət daşıyır. Lakin hazırki işdə bu hal mövcud deyildir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" Şirkətinə münasibətdə rədd edilməlidir. Məhkəmə, həmçinin iddianın 200 manat mediasiya xərcinin cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia "xxxx" Şirkətinə münasibətdə rədd olunmalı olduğundan iddianın bu hissəsi Cavabdeh2 münasibətdə əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 13,59 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 subroqasiya qaydasında vurulmuş zərərin əvəzi olaraq 41.196 manat məbləğində pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41.409,59 (qırx bir min dörd yüz doqquz manat, əlli doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X19, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar