Məhkəmə qərarları › İş №e-2-2(121)-3372/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3372/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3372/2024 17.10.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər araşdıraraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ERS-002-2024-002 saylı daşınar əmlakın icarə müqaviləsi üzrə yaranmış ƏDV daxil, cəmi 21.584,92 (iyirmi bir min beş yüz səksən dörd, doxsan iki qəp.) AZN qalıq borcunun, həmin vəsaitin gecikdirilməsinə görə müqavilənin 4.4-cü bəndinə əsasən 755,47 dəbbə pulunun, əldə çıxmış faydaya görə Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq 4.532,82 AZN və 170.40 (yüz yetmiş, qırx qəp.) AZN dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 2597/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair eyni məzmunlu iddia ərizəsinin, həmçinin İddiaçı MMC tərəfindən ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 170 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC hazırki iddia ərizəsinə geri qaytarılması qərara alınmış ********** nömrəli qəbzi əlavə edərək prosessual pozuntuya yol vermişdir. Bununla da, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun dövlət rüsumu iddia ərizəsinin verildiyi məhkəmənin hesabına ödənilməmiş hesab edildiyinə görə iddia ərizəsi icraata götürülə bilməz və hazırki iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar