Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3384/2025 17.02.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s. tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə əsas borc üzrə 118.975,24 manat, faiz borcu üzrə 5324,69 manat, cərimə qalıq 0 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 manat, cəmi 124.299,93 manat 93 qəpik, kredit borcunun və 415 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə, İpoteka qoyan Cavabdeh məxsus xx.xx.2024-cü il tarixli, № 113-MF- 32/İM saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Ağcabədi Rayonu, Ağcabədi Şəhəri, M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 511.1 kvm ümumi sahəsi olan fərdi yaşayış evi olan daşınmaz əmlak olan sahəsinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 124.299,93 manat 93 qəpik, kredit borcunun və 415 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi barəsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 145.000 manat məbləğində 48 ay müddətinə kredit ayrılmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsi məbləğində dəbbə pulu hesablanır. Həmin kredit müqaviləsinin 3.1.6-cü bəndinə əsasən Borcalan davam edən 60(altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, Borcalan tərəfindən annuitet ödənişlər 12( on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; Kreditin təminatı olaraq Cavabdeh məxsus Ağcabədi Rayonu, Ağcabədi Şəhəri, M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 511.1 kvm ümumi sahəsi olan fərdi yaşayış evi olan daşınmaz əmlak xx.xx.2024-cü il tarixli, № 113-MF-32/İM saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 5.5-ci bəndinə əsasən İpoteka saxlıyanın İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır. Əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. Bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin İpoteka qoyanın yerinə yetirməməsi Bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya göndəriləndən sonra xx.xx.2025 tarixində 959 azn və xx.xx.2025 tarixində 1000 azn ödəniş etmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə onun xx.xx.2024-cü il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsinə əsasən Banka xx.xx.2025-ci il tarixə Sizin Banka əsas borc üzrə 118.975,24 manat 24 qəpik, faiz borcu üzrə 5324,69 manat 69 qəpik, cərimə qalıq 0 manat Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 manat, cəmi 124.299,93 manat 93 məbləğində borcu yaranmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsi). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır(Azərbaycan Respublikasının MM-nin 445.2-ci maddəsi). Borclu öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki Cavabdehəxəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2025 tarixdə 1000 manat məbləğində ödənilmişdir.
Tərəflərin izahatları:
3.Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
5. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə qeyd olunanlara əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8. İş materiallarından görünür ki, iddiaçı "AFB Bank” MMC ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2024-cü tarixli, 1**-MF-*** №-li “Sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə dair kredit müqaviləsinə əsasən, Cavabdeh illik 16% dərəcəsi olmaqla, 48 ay müddətinə, 145.000 manat məbləğində kredit verilmişdir.
9. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2028-ci il kimi qeyd olunmuşdur.
10. İş materiallarından görünür ki, "AFB Bank” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli, 113-MF-32/İM №-li nömrəli ipoteka müqaviləsinə görə Cavabdeh məxsus Ağcabədi rayonu, Ağcabədi şəhəri, M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 511.1 kvm ümumi sahəsi olan fərdi yaşayış evi olan daşınmaz əmlak xx.xx.2024-cü il tarixli, № 113-MF-32/İM saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir.
11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “bildiriş-xəbərdarlıq”dan görünür ki, iddiaçı "AFB Bank” MMC cavabdeh “Cavabdeh xx.xx.2024-cü tarixli, 113-MF-32 kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 118.975,24 manat məbləğində əsas borcun, hesablanmış 4500,53 manat məbləğində faiz borcu olmaqla, cəmi 123.475,77 manat borcun 3 iş günü ərzində ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü tarixli, 1**-MF-*** №-li kredit müqaviləsi üzrə iddia qaldirılan günə əsas kredit borcu 118.975,24 manat, 25 avqust 2025-ci il tarixə faiz borcu 5324,69 manat, 25 avqust 2025-ci ii tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmalı dəbbə pulu (cərimə) 0 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında — illik 5% olmaqla) 0 manat olmaqla, cəmi 124299,93 manat təşkil edir.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 3 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir.
14. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən və müşayiət məktubundan görünür ki, Cavabdeh mülkiyyətindəki Ağcəbədi rayonu Ağcəbədi şəhəri M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və 511,1 kv. m ümumi sahəsi olan fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 199.000 manat, likvid dəyəri 180.000 manat təşkil edir.
15. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşayiət məktubundan görünür ki, qiymətləndirmə xidmətinin haqqı 1000 (bir min) manat təşkil edir. Premium Qiymətləndirmə MMC-nin qiymətləndirmə xərci olan 1000 (bir min) manatın 500 (beş yüz ) manatı cavabdeh tərəfindən ödənilmişdir. Ödənilməmiş qalan məbləğ 500 (beş yüz) manat təşkil edir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, 9/5134 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 07 iyun 2024-cü il tarixli 1**-MF-*** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 118.975,82 manat, faiz borcu üzrə 4.537,25 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 118.975,82 manat, faiz borcu üzrə 4.436,18 manat müəyyən edilir. Qeyd: Hazırki ekspertiza tədqiqatı zamanı təqdim edilmiş iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatlarında Cavabdeh 07 iyun 2024-cü il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə sualda qeyd edilən tarixlərdən sonra xx.xx.2025-ci il tarixdə 1.000,00 manat məbləğində ödənişi müəyyən edilir.
17. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 9/5134 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.
18. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, 415 manat dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) v axtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
21. Məhkəmə baxışının hədləri:
Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
23. Məhkəmə ş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin kredit müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 743.1-ci maddəsinnin əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
25. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, iddiaçı cavabdehə borc (kredit) verməyi, cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehlərin üzərinə düşür.
27. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
28. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşımalıdır.
29. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, X3 oğlu kredit razılaşması üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5134 saylı ekspert rəyində müəyyən olunduğu kimi 07 iyun 2024-cü il tarixli 1**-MF-*** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə əsas borc üzrə 118.975,82 manat, faiz borcu üzrə 4.537,25 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 118.975,82 manat, faiz borcu üzrə 4.436,18 manat müəyyən edilir.
30. Həmçinin ekspert rəyindən hazırki ekspertiza tədqiqatı zamanı təqdim edilmiş iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatlarında Cavabdeh 07 iyun 2024-cü il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə sualda qeyd edilən tarixlərdən sonra xx.xx.2025-ci il tarixdə 1.000 (bir min) manat məbləğində ödənişi müəyyən edilir.
31. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5134 saylı ı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
32. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə əsas borc üzrə 118.975,24 manat, faiz borcu üzrə 5324,69 manat tələb edir.
33. İşin müəyyən olunan hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 118.975,24 manat əsas borca aid hissədə əsaslıdır. Ona görə ki, ekspert rəyi ilə əsas borcun 118.975,82 manat təşkil etdiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının əsas borc üzrə tələbi ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən aşağıdır. Odur ki, iddia tələbi əsas borca aid hissədə verilmiş tələb üzrə əsaslıdır.
34. Məhkəmə 5324,69 manat faiz borcuna münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən çıxış edərək qeyd edir ki, xəbərdarlıq məktubu göndərməklə iddiaçı cavabdeh ilə aralarında olan kredit müqaviləsini bir tərəfli qaydada ləğv etdiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Ekspert rəyindən göründüyü kimi xx.xx.2025-ci il tarixə faiz borcu üzrə 4.537,25 manat, xx.xx.2025-ci il tarixə isə 4.436,18 manat müəyyən təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna aid hissədə qismən olmaqla 4.436,18 manat məbləğində əsaslıdır.
35. Məhkəmə, eyni zamanda hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 07 iyun 2024-cü il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə edilmiş 1.000 (bir min) manat məbləğində ödəniş nəzərə alınmalı və həmin ödəniş cavabdehin faiz borcundan çıxılmalıdır. Belə olan halda, yəni cavabdehin 4.436,18 manat məbləğində faiz borcundan 1000 manat məbləğində kredit ödənişi çıxıldıqda faiz borcu üzrə qalıq borc məbləği 3.436,18 manat təşkil edir.
36. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehdən 118.975,24 manat əsas borc, 3.436,18 manat faiz borcu, cəmi 122411,42 (bir yüz iyirmi iki min dörd yüz on bir manat, qırx iki qəpik) manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
37. İddia ərizəsində eyni zamanda ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
38. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 1**-MF-*** №-li kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Ağcabədi rayonu, Ağcabədi şəhəri, M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 511.1 kvm ümumi sahəsi olan fərdi yaşayış evi iddiaçı qarşısında etibarlı şəkildə bağlanmış xx.xx.2024-cü tarixli, 113-MF-32/İM №-li nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edildiyindən və o özü borclu kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
39. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyinə görə, Cavabdeh məxsus Ağcabədi rayonu, Ağcabədi şəhəri, M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 511.1 kvm ümumi sahəsi olan fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 199.000 manat, likvid dəyəri 180.000 manat təşkil edir.
40. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin iddiaçıya 118.975,24 manat əsas borc, 3.436,18 manat faiz borcu, cəmi 122411,42 (bir yüz iyirmi iki min dörd yüz on bir manat, qırx iki qəpik) manat məbləğində borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissələrdə əsaslı olduğu üçün təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyənləşdirilərkən likvid qiyməti əsas götürülməli, bu baxımdan Cavabdeh məxsus Ağcabədi rayonu, Ağcabədi şəhəri, M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0.16 ha torpaq sahəsi və 511.1 kvm ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 280.000 manat məbləğində müəyyən edilməlidir.
Məhkəmə xərcləri:
42. Məhəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ödənilmiş 412,41 dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,59 manat isə iddiaçının özünə aid edilməlidir.
43. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 98,48 manatı cavabdehdən 1,52 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.
44. Məhkəmə, həmçinin iş üzrə ipoteka predmeti əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 1000 manatın 500 manatının cavabdeh tərəfindən ödənilməsini və AR MPM-nin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 1000 manatın 984,8 manatı cavabdehə 15,2 manatı isə iddiaçıya aid edilməlidir. Hazırda cavabdeh 500 manat ödəniş etdiyindən, ödənilməmiş qalan 484,8 manat cavabdehdən, 15,2 manat isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab nömrəsi: AZ85ACAB********************, Müxbir hesab:- AZ10NABZ**********000005644, bank kodu:505000) ödənilməlidir.
Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə 118.975,24 manat əsas borc, 3.436,18 manat faiz borcu, cəmi 122411,42 (bir yüz iyirmi iki min dörd yüz on bir manat, qırx iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 412,41 (dörd yüz on iki manat, qırx bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASCyə ödənilsin. Tələb, Cavabdeh məxsus olan Ağcəbədi rayonu Ağcəbədi şəhəri M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və 511,1 kv. m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh məxsus olan Ağcəbədi rayonu Ağcəbədi şəhəri M.Ş.X4 42 (keçmiş Səməd Vurğun küçəsi ev 224) ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və 511,1 kv. m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti 180.000 (bir yüz səksən min) manat məbləğində müəyyən edilsin, həmin torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-nə olan ümumilikdə cəmi 122.411,42 (bir yüz iyirmi iki min dörd yüz on bir manat, qırx iki qəpik) manat məbləğində borc və 412,41 (dörd yüz on iki manat, qırx bir qəpik) manat pul vəsaiti ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 98,48 manatı Cavabdeh, 1,52 manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə ipoteka predmeti əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan və ödənilməmiş qalan 484,8 manat məbləğində pul Cavabdeh, 15,2 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********,Hesab nömrəsi:AZ85ACAB********************, Müxbir hesab: - AZ10NABZ**********000005644, bank kodu:505000) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev