Məhkəmə qərarları › İş №e-2-2(121)-34/2020

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-34/2020

15.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-34/2020 15.07.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı X7 X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı X7 X4 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 X4 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tariхli, 2016/00320-01 saylıkrеdit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxxxx 2018ci il tarixinə kreditin əsas borcu üzrə 28.273,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 7.226,25 ABŞ dolları məbləğində faiz borcun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 28.530 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 64.029,71 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41 ünvanında yerləşən 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına həmin borcunİddiaçı BOKT ASC-yə ödənilməsi,ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və digər şəxslərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı X7 X4 Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tariхli, 2016/00320-01 saylıkrеdit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxxxx 2018-ci il tarixinə kreditin əsas borcu üzrə 28.273,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 9.161,37 ABŞ dolları məbləğində faiz borcun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 32.400 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 69.834,83 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41 ünvanında yerləşən 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına həmin borcun İddiaçı BOKT ASC-yə ödənilməsi,ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və digər şəxslərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı X7 X4 Cəmiyyəti tərəfindən məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tariхli, 2016/00320-01 saylıkrеdit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxxxx 2018-ci il tarixinə kreditin əsas borcu üzrə 28.273,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 13.009,62 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 42.120 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 83.403,08 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41 ünvanında yerləşən 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına həmin borcunİddiaçı BOKT ASC-yə ödənilməsi,ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və digər şəxslərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki,İddiaçı BOKTASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tariхli, 2016/00320-01 saylı kreditmüqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 28% hesablanmaq şərti ilə 45.000 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41 ünvanında yerləşən 55 nömrəli mənzilini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx xxxx 2016-cı il tariхli, 2016/00320- 01İP nömrəliipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2016cı il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən BOKT tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı X7 X4 Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 izahat verərək bildirmişdir ki, Cavabdeh müəyyən gecikmələr olsa da aktiv ödəyici olmuşdur. İddaçı tərəfindən məhkəməyə təqdim olunan hesabdan çıxarışdan da görünür ki, demək olar ki, bəzi ayları çıxmaq şərti ilə hər ay ödəniş edilmiş, elə aylar olub ki, 2 dəfə ödəniş olmuş, arada buraxılan aylar üçün də əlavə olaraq artıq ödəmələr olmuşdur. Cavabdehin krediti ödəməkdən yayınmaq kimi fikri olmamışdır. Cavabdeh 45.000 ABŞ dolları kredit borcundan 39.000 ABŞ dollarını ödəyib ki, bu özüdə böyük məbləğdir. İddiaçı işin ekspertizada olmasını əsas gətirərək müqavilə müddəti bitəndən sonrada dəbbə pulunu hesablamışdır. Lakin bununla bağlı cavabdehin heç bir təqsiri yoxdur. İpoteka predmeti olan mənzil 90.000 manat qiymətləndirilmişdir. Lakin həmin mənzilin dəyəri 90.000 manatdan artıqdır. Ekspert rəyi və iddiaçının təqdim etdiyi əlavədə artırmalar olduğuna görə hesab edirik ki, cavabdeh tərəfindən edilmiş müəyyən ödənişlər nəzərə alınmayıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 28 faiz dərəcəsi ilə, 36 ay müddətinə dövriyyə vəsaitlərinin alınması üçün 45.000 (qırx beş min) ABŞ dolları məbləğində kreditin verilməsinə dair tərəflər razılaşmışlar. İş materiallarında olan İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01İP saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m2 ümumi, 57 m2 yaşayış və 31,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzil İddiaçı X7 X4 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli köçürmə sifarişindən görünür ki, xx.xx.2016-cı il tarixdə 45.000 ABŞ dolları kredit İddiaçı X7 Təşkilatı ASC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. İş materialında olan xx.xx.2019-cu il tarixli, ***-**** saylı bildirişdən görünür ki, İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320- 01 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 28 faiz dərəcəsi ilə, 36 ay müddətinə 45.000 (qırx beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01İP saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m2 ümumi, 57 m2 yaşayış və 31,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzil İddiaçı X7 X4 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsinə və bu müqaviləyə əlavə olan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit ödəniş qrafikinə vaxtında və lazımi qaydada əməl edilməmişdir. Cavabdeh xx xxxx 2019-cu il tarixinə olan borcu xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 28.273,46 ABŞ dolları, hesablanmış faiz borcu üzrə 5.730,93 ABŞ dolları, cərimə borcu üzrə 15.946,53 ABŞ dolları, ümumilikdə 49.950,92 ABŞ dolları məbləğində kredit borcunun olması barədə xəbərdar edilmişdir. Əks təqdirdə qeyd olunan borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən borcun və ödəniləcək dövlət rüsumunun, o cümlədən iddia ilə bağlı çəkiləcək digər xərclərin ondan tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01İP saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus İddiaçı X7 X4 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41, 55 saylı mənzilə İddiaçı X7 X4 Cəmiyyətinin hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5 tərəfindən İddiaçı X7 Təşkilatı ASC-yə ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********50 saylı məktubda qeyd olunur ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən **********25- **********23 reyestr nömrəli mənzil üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan İddiaçı X7 Təşkilatı ASC-ninxx.xx.2020-ci il tarixli, 827-072020 saylı borc haqqında arayışından görünür ki, İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2020-ci il tarixə İddiaçı X7 Təşkilatı ASC-yə əsas borc üzrə 28.273,46 ABŞ dolları, faiz borcu üzrə 13.009,62 ABŞ dolları, 42.120 ABŞ dolları məbləğində ödənişlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu, cəmi borcu 83.403,08 ABŞ dolları təşkil edir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 01/029 saylı mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01İP saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus İddiaçı X7 X4 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41, 55 saylı mənzilin dəyəri 90.000 manat təşkil edir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 9/600 saylı ekspert rəyində qeyd olunur ki, xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan borcu 34.985,71 ABŞ dolları təşkil edir. Həmin borcun 31.277,04 ABŞ dolları hissəsini əsas borc, 3.708,67 ABŞ dolları hissəsini faiz borcu təşkil edir. Məhkəmə müəyyən etdi ki, İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh illik 28 faiz dərəcəsi ilə, 36 ay müddətinə 45.000 (qırx beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı X7 Təşkilatı ASC ilə Cavabdeh arasında xx xxxx 2016-cı il tarixli, 2016/00320-01İP saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m2 ümumi, 57 m2 yaşayış və 31,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzil İddiaçı X7 X4 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir:

1. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tariхli, 2016/00320-01 saylıkrеdit müqaviləsinin ləğv edilməsi;

2. Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxxxx 2018-ci il tarixinə kreditin əsas borcu üzrə 28.273,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 13.009,62 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 42.120 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 83.403,08 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması;

3. Tələbin Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41 ünvanında yerləşən 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına həmin borcun İddiaçı BOKT ASC-yə ödənilməsi;

4. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və digər şəxslərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması. Məhkəmə qeyd olunan iddia tələblərinin hər birinə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tariхli, 2016/00320-01 saylıkrеdit müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə 36 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək bağlanılmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə, yəni müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilənin qüvvədə olduğu müddət bitmişdir. Başqa sözlə, müqavilə artıq qüvvədə deyildir. Belə olan halda isə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və artıq qüvvədə olmayan kredit müqaviləsinin ləğv edilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. İddianın Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx xxxxxxxx 2018-ci il tarixinə kreditin əsas borcu üzrə 28.273,46 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 13.009,62 ABŞ dolları məbləğində faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 42.120 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 83.403,08 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı isə əsas borc kimi 28.273,46 ABŞ dolları,faiz borcu kimi isə13.009,62 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir. xx xxxx 2020-ci il tarixli, 9/600 saylı ekspert rəyi ilə xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) 31.277,04 ABŞ dolları hissəsini əsas borcunun və 3.708,67 ABŞ dolları faiz borcunun olması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylıkredit müqaviləsi üzrə 28.273,46 ABŞ dolları əsas borcunun olması (iddiaçı mövcud olan 31.277,04 ABŞ dolları əsas borcdan 28.273,46 ABŞ dolları hissəsini tələb edir) iş materialları ilə sübut olunduğundan iddia həmin hissədə tam, 13.009,62 ABŞ dolları faiz borcu hissəsində isə qismən, yəni 3.708,67 ABŞ dolları faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmənəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddianın cərimə borcu hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 %-i həcmində dəbbə pulu (cərimə) ödəyir. İddiaçı 42.120 ABŞ dollarıcərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hazırki iş üzrə tələb olunan cərimə borcunun tənasübsüz surətdə yüksək olduğundan məhkəmə hesab edir ki, iddiaçının cərimə borcu hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən 200 ABŞ dolları dəbbə pulu (cərimə) tutulmalıdır. Tələbin Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, ev 41 ünvanında yerləşən 55 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına həmin borcun İddiaçı BOKT ASC-yə ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməlidir. Belə ki, İddiaçı X7 X4 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 2016/00320-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tərəflər arasında xx xxxx 2016-cı il tarixli, 2016/00320-01İP saylı ipoteka müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m2 ümumi, 57 m2 yaşayış və 31,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzil İddiaçı X7 X4 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cu maddəsində İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Bunlar 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1), ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (maddə 59.3.2). Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi hüququna əsasən məhkəməyə müraciət etmişdir. Yuxarıda sadalanan normalara əsasən və “xxxx” MMC tərəfindən ipoteka predmetinin mənzilin dəyərinin 90.000 manat həcmində qiymətləndirildiyi nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, ipoteka predmetinin yəni, ipoteka qoyan Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m2 ümumi, 57 m2 yaşayış və 31,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzilin ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə müraciət edərkən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə yanaşı ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və digər şəxslərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasıda xahiş etmişdir. Bunula bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1, 59.3, 59.3.1 və 59.4-cü maddəsində göstərilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu baxımdan məhkəmə hesab edir ki, qanunvericiliyə görə ipoteka predmeti satıldıqda və ipoteka qoyan və onunla birgə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini tərk etmədikdə həyata keçirilməli olduğundan və bunun üçün ayrıca məhkəmə qərarı tələb olunmadığından, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və digər şəxslərin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manatın 89 (səksən doqquz) manatı İddiaçı X7 Təşkilatı ASC-dən, 56 (əlli altı) manatı isə Cavabdeh tutularaqAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 18,50 manatı iddiaçıya aid edilməli, 11,50 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.273,46 ABŞ dolları əsas borc, 3.708,67 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə borcu) olmaqla, cəmi 32.182,13 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,5 manat məbləğində pul tutularaq İddiaçı X7 X4 Cəmiyyətinə ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m2 ümumi, 57 m2 yaşayış və 31,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzilə yönəldilməli həmin əmlak açıq hərrac yolu ilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı X7 X4 Cəmiyyətinə olan borc ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 28.273,46 ABŞ dolları əsas borc, 3.708,67 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə borcu) olmaqla, cəmi 32.182,13 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,5 manat məbləğində pul tutularaq İddiaçı X7 X4 Cəmiyyətinə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat müəyyən edilərək, tutulacaq məbləğ ipoteka qoyan Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi, 41 nömrəli binanın 4-cü mərtəbəsində yerləşən, 88,7 m2 ümumi, 57 m2 yaşayış və 31,7 m2 yardımçı sahədən ibarət 3 otaqlı, 55 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı X7 X4 Cəmiyyətinə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh qaytarılsın. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 (bir yüz qırx beş) manatın 89 (səksən doqquz) manatı İddiaçı X7 X4 Cəmiyyətindən, 56 (əlli altı) manatı isə Cavabdehtutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar