Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-3467/2025 12.12.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi”nə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh X2 DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,536.77 (on dörd min beş yüz otuz altı manat, yetmiş yeddi qəpik) manat əsas borc, 307.27 (üç yüz yeddi manat iyirmi yeddi qəpik) manat faiz borcu, 8,752.63 (səkkiz min yeddi yüz əlli iki manat, altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 23,596.67 (iyirmi üç min beş yüz doxsan altı manat, altmış yeddi qəpik) manat məbləğində borcun, DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsasən 7,275.37 (yeddi min iki yüz yetmiş beş manat, otuz yeddi qəpik ) manatı əsas borc, 519.82 (beş yüz on doqquz manat, səksən iki qəpik) manat faiz borcu, 2418.41 (iki min dörd yüz on səkkiz manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,213.60 (on min iki yüz on üç manat, altmış qəpik ) manat məbləğində borcun iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 191.43 (bir yüz doxsan bir manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə X4 (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X9nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3388 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra X9 çərçivəsində: - DCLT00268137-06 saylı xx.xx.2021-ci il tarixli Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə 15,437 (on beş min dörd yüz otuz yeddi) manat məbləğində biznes kart üzrə kredit xətti açılmışdır; - DC00268137-11 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 20,000 (iyirmi min) manat məbləğində avadanlıqların alınması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 1070 gün və DCLT00268137-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 811 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,536.77 (on dörd min beş yüz otuz altı manat yetmiş yeddi qəpik) manat əsas borc, 307.27 (üç yüz yeddi manat iyirmi yeddi qəpik) manat faiz borcu, 8,752.63 (səkkiz min yeddi yüz əlli iki manat, altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 23,596.67 (iyirmi üç min beş yüz doxsan altı manat altmış yeddi qəpik) manat təşkil edir. - DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsasən 7,275.37 (yeddi min iki yüz yetmiş beş manat otuz yeddi qəpik ) manatı əsas borc , 519.82 (beş yüz on doqquz manat səksən iki qəpik) manat faiz borcu, 2418.41 (iki min dörd yüz on səkkiz manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,213.60 (on min iki yüz on üç manat altmış qəpik ) manat təşkil edir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. X6 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X9nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X6 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
6. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
İddia ərizəsinə etiraz:
7. Cavabdeh tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.
Əsaslandırıcı hissə:
a) İş materialları və sübutların tədqiqi:
8 İş materiallarından görünür ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə cavabdeh X4 (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X9nun xx.xx.2020-ci il tarixli, 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/3388 saylı Razılaşma imzalanmışdır. Həmin Razılaşmanın: 1-ci bəndinə görə, Cavabdeh Nazim oğlu (VÖEN: **********) şəxsində (bundan sonra "Müştəri" adlandırılacaq), bu Razılaşmanı (bundan sonra "Razılaşma" adlandırılacaq) imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair X9nun Bankın rəsmi internet səhifəsində https://vjwuı.pashabank. az/gsa addendum/lang,az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 N2-li versiyasının (bundan sonra "Müqavilə" adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, Müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. - 2-ci bəndinə görə, Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs "ASAN Finans" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların Banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, Bank ilə Müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikləri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. - 3-cü bəndinə görə, Bank və Müştəri link üzrə yerləşdirilən Müqaviləni imzalanmış Müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heçbir iddia qaldırmayacaqlarını bildirir. - 4-cü bəndinə görə, Bank, Müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında Müştəriyə yazılı xəbərdarlıq göndərməklə, Müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə, əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində Banka yazılı məlumat verir. Bu halda Müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya Bank ilə Müqavilə münasibətlərinə Müqaviləyə uyğun olaraq xitam verə bilər. - 5-ci bəndinə görə, Müştəri təsdiq edirki, onun Banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə Banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə Banka yazılı məlumat verməmişdirsə, Bank əlavə və dəyişikliklər barədə məlumatın Müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu haldaMüştəri daim Bankın rəsmi internet səhifəsindən Müqavilə üzrə yenilikləri özü izləməlidir. - 6-cı bəndinə görə, Bu Razılaşmada izahı verilməyən anlayışlar Müqavilədə ifadə olunduğu mənanı daşıyır. Bu Razılaşma ilə Müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə bu Razılaşmanın müddəalarına üstünlük verilir. - 7-ci bəndinə görə, Bu Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən Müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir. “Bank xidmətlərinin göstərilməsinə dair X9”nun 1-ci bəndinə görə, Bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. - 2. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin Bank tərəfindən bu Müqavilənin şərtlərini qəbul etmiş Müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan Ərizə formalarının Banka təqdim olunması və ya bu Müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün Ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə Müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “Ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi Bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. - 3. Müştəriyə yalnız sifariş etdiyi xidmət təqdim olunacaq. Ərizə Müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda Bank tərəfindən icraya qəbul ediləcək. - 4. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi Ərizədə öz əksini tapacaq. - 5. Bu Müqavilə çərçivəsində təqdim olunan Ərizə bu Müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq Ərizə ilə və Müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, Ərizə şərtləri üstünlük təşkil edəcək. - 6. Tərəflər arasında bu Müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu Müqavilənin şərtlərinin Müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu Müqavilə şərtləri tətbiq olunur. İV. KREDİT (MALİYYƏLƏŞDİRMƏ)
1. Kredit barədə məlumat - 1.1. Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. - 1.2. Müştəriyə müvafiq limit ayrıldığı halda, verilən bütün kreditlərin ümumi məbləği “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləği aşmamalıdır. - 1.3. “Maliyyələşdirmə üçün ərizə” formasına əsasən Müştəriyə Kredit limiti ayrıldığı təqdirdə, o həmin Kredit limitindən 6 (altı) ay ərzində istifadə etmədiyi təqdirdə Kredit limitinin maksimal həddinə Bank tərəfindən yenidən baxıla bilər. - 1.4. Kredit limitinin ayrılması Bankın Müştəriyə Kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində Müştərinin hər bir Kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə Bankın təklifini - müvafiq Kreditin şərtlərini göstərən “Maliyyələşmə üçün ərizə” imzalanır. - 1.5. Kreditlə bağlı hər hansı bir tələb, bildiriş, xəbərdarlıq və s. sənədlər Müştərinin müvafiq ünvanına yazılı şəkildə bildirişli məktub ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə ona çatdırılmış hesab olunur. - 2. Kreditlə bağlı tərəflərin hüquq və vəzifələri - 2.1. Bankın hüquqları: - 2.1.1. Müştərinin Kredit verilməsi üçün təqdim etdiyi sənədlər ondan tələb olunan sənədlər siyahısı, maliyyə bazarlarının tənzimləyicisinin normativ xarakterli aktları ilə müəyyən olunan tələblərə uyğun olmadıqda, həmçinin Müştərinin əmlak və/və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bu pisləşmə Kreditin qaytarılmasını real olaraq təhlükə qarşısında qoyduqda Kreditin hamısını və ya bir hissəsini verməkdən imtina etmək; - 2.1.2. Müqavilənin İV.2.4. bəndi ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək; - 2.1.3. Müştəri Müqavilə əsasında əmələ gəlmiş pul öhdəliklərini icra etmədiyi halda onun Bankda açılmış hesablarından bu pul öhdəliyini Müqavilənin İV.3.8. bəndinə uyğun ardıcıllıqla akseptsiz qaydada silmək; - 2.1.4. Müştəri Müqavilə şərtlərinə uyğun olaraq, yaranmış pul öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin, Müqavilənin şərtlərinə uyğun olaraq Kreditin müddəti bitdikdə və/ və ya pul öhdəlikləri Müştəri tərəfindən icra edilmədiyi halda əməliyyatların aparılmasının qarşısını almaq və Müştərinin hesablarına vəsait daxil olduqca onları Kredit üzrə yaranmış borclarının silinməsinə yönləndirmək; - 2.1.5. Kredit hissələrlə verildiyi halda Müştərinin əmlak və/və ya maliyyə vəziyyətindən asılı olaraq limiti birtərəfli qaydada dəyişmək və ya ləğv etmək; (birdəfəlik kreditlərə şamil olunmur). - 2.1.6. AR Mərkəzi Bankının pul-kredit siyasətinin tələblərindən irəli gələn səbəblər nəticəsində mərkəzləşdirilmiş kredit ehtiyatlarına görə faiz dərəcələri dəyişdirildikdə və ya Azərbaycan Respublikası daxilində inflyasiyanın həddi yüksəldikdə Müştərini yazılı qaydada qabaqcadan xəbərdar etmək şərti ilə Kredit üzrə faiz dərəcəsini kreditdən istifadə müddəti zamanı birtərəfli qaydada dəyişdirmək; - 2.1.7. Bu müqavilə üzrə bütün hüquqlarını üçüncü şəxslərə güzəşt etmək (satmaq və ya ötürmək); - 2.1.8. Kredit Azərbaycan manatı ilə verildiyi halda, Azərbaycan manatının, Müqavilə imzalandığı günə olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% (on) faiz həcmində aşağı düşməsi halında birtərəfli qaydada Kredit üzrə faiz dərəcəsini 2% (iki) faizədək artırmaq. - 2.1.9. Təminatın vəziyyəti əhəmiyyətli şəkildə dəyişildikdə təminatın yenidən qiymətləndirilməsini, əgər dəyəri azalıbsa, azalan hədd dəyərində yeni təminat predmeti təqdim etməsini tələb etmək; (təminatlı kreditlərə şamil olunur). - 2.1.10. Monitorinqin keçirilməsinə dair şifahi və yazılı (rəsmi məktub) müraciət etdiyi zaman, Müştəri tərəfindən heç bir tədbir görülmədiyi halda, və ya rəsmi imtina məktubu aldıqda, Müştərinin Bank qarşısındakı kredit öhdəlikləri üzrə faiz dərəcəsini birtərəfli qaydada Müştəriyə xəbərdarlıq etmədən 9% (doqquz) faizə qədər artırmaq; - 2.1.11. Əgər kreditlə əlaqədar Sığorta xərcləri hər hansı səbəbdən Bank tərəfindən ödənilərsə, bu xərcləri Müştəridən reqress qaydada tələb etmək, habelə onun Bankda olan istənilən bank hesabından akseptsiz qaydada silmək; - 2.1.12. Müştəriyə kredit xətti ayrıldığı halda Müştəriyə yazılı məlumat verməklə istənilən an birtərəfli qaydada kredit xəttini dayandırmaq və/və ya kredit xəttinin istifadə edilmədiyi məbləği verməkdən imtina etmək; - 2.1.13. Qanunvericiliklə Banka verilən digər hüquqlar. - 2.2. Bankın vəzifələri: - 2.2.1. Müştərinin Kredit verilməsi üçün təqdim etdiyi sənədlər ondan tələb olunan sənədlər siyahısı, maliyyə bazarlarının tənzimləyicisinin normativ xarakterli aktları ilə müəyyən olunan tələblərə uyğun olduqda və müqavilənin İV 2.4.9 yarımbəndi ilə müəyyən olunan sənədlər təqdim olunduqdan sonra Müştəriyə Kredit vermək; 2.2.2. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək; - 2.2.3. Müştəriyə onun sorğusuna əsasən kreditin verildiyi hesab üzrə çıxarışları təqdim etmək; - 2.2.4. Qanunvericiliklə üzərinə düşən digər vəzifələr. - 2.3. Müştərinin hüquqları: - 2.3.1. Bankdan verilmiş Kredit üzrə özünün mövcud cari borcları barədə məlumat almaq. 2.3.2. Müqavilənin İV.2.2. bəndi ilə üzərinə götürdüyü öhdəliklərinin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək. - 2.4. Müştərinin vəzifələri: 2.4.1. Kredit verilməsi üçün Müqavilənin ona təqdim olunan sənədlər siyahısı, AR Mərkəzi Bankının və Maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən olunan sənədləri Banka təqdim etmək; - 2.4.2. Kreditdən yalnız müqavilənin “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlər üçün istifadə etmək; - 2.4.3. Kredit və faizləri müqavilənin İV.3 bəndi və “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək; - 2.4.4. Bu Müqavilə üzrə yaranmış öhdəliklərinin icrasına təsir edə biləcək və ya onunla bağlı olan, özünün cəlb olunduğu məhkəmə mübahisələri və icraatı ilə bağlı bütün sənəd və/və ya məlumatları dərhal Banka təqdim etmək; - 2.4.5. Kreditin və faizlərin qaytarılması məqsədilə özünün sağlam maliyyə vəziyyətinin təmin edilməsinə dair müvafiq tədbirlər görmək və öhdəliklərinin icrasını çətinləşdirəcək heç bir fəaliyyətə yol verməmək; - 2.4.6. Müqavilənin İV.5.2 bəndi ilə müəyyənləşdirilən hallardan hər hansı biri mövcud olduqda, Bankın tələbnaməsində göstərilən müddətdə Krediti Banka qaytarmaq və faizləri ödəmək; - 2.4.7. Kreditdən “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən dövrü monitorinqlərin keçirilməsi üçün Bankın nümayəndəsinə lazımi şərait yaratmaq və müvafiq sənədləri ona təqdim etmək; - 2.4.8. Maliyyə vəziyyətinə dair sənədləri tələb olunduqda Banka təqdim etmək; - 2.4.9. Kredit təminatlı olduğu halda bu müqavilədən irəli gələn pul öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanmış girov (ipoteka) müqaviləsinin qeydə alınmasını təsdiq edən və tələb olunan, habelə yüklülük predmetlərinin sığorta olunmasından irəli gələn sənədləri Banka təqdim etmək və müvafiq xərcləri ödəmək; - 2.4.10. Əgər kreditlə əlaqədar Sığorta xərcləri hər hansı səbəbdən Bank tərəfindən ödənilərsə, bu xərcləri Banka geri qaytarmaq; - 2.4.11. Təqdim etmiş olduğu sənədlərdə baş vermiş dəyişikliklər barədə bütün məlumatları 3 (üç) iş günü ərzində müvafiq təsdiqedici sənədlər qoşulmaqla Banka təqdim etmək 2.4.12. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək. - 3. Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri: - 3.1. Kredit, Bank tərəfindən kredit məbləğinin Müştəriyə Bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). - 3.2. Müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. - 3.3. Nəzərdə tutulduğu halda, Müştəri Kreditin verilməsi üzrə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan Komissiya haqqını, həmçinin kreditin təminat predmeti üzrə (daşınar və daşınmaz) yüklülüyün dövlət qeydiyyatına alınması və məlumatların rəsmi reyestrə daxil edilməsi ilə bağlı yaranan xərcləri, Sığorta və Qiymətləndirmə xərclərini də ödəyir. Bu halda, Kredit üzrə Faktiki illik faiz dərəcəsi “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən həddən artıq olmayacaq. - 3.4. Faizlər Kreditin verildiyi günün ertəsi günündən Kredit qaytarılan günədək hesablanır. - 3.5. Kreditin əsas məbləği və ona hesablanmış faizlər Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi Kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). - 3.6. Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müqavilənin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. - 3.7. Kredit məbləği Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarılır. - 3.8. Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. - 3.9. Bank, Müştərinin Kredit və ona hesablanmış faizlər üzrə yaranmış öhdəlikləri özünün ödəmə tələbnaməsi əsasında Kredit alanın müvafiq hesablarından akseptsiz qaydada silə bilər. - 3.10. Kredit üzrə müəyyən olunan əsas məbləğ və faizlərin ödəniş günü qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti iş günü həyata keçiriləcək. Bu halda, Kredit üzrə müəyyən olunan faizlər növbəti iş gününədək hesablanacaq. - 3.11. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. - 3.12. Müştəri tərəfindən Banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesabaalma aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, Müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə Müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə Bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün müqavilədə göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. - 3.13. Kredit xətti güzəşt müddəti ilə verildikdə Müştəri Əsas borc məbləğini Güzəşt müddəti bitənədək tam şəkildə Banka qaytararsa, həmin məbləğə heç bir faiz hesablanmır. Əks halda əməliyyat aparıldığı tarixdən faiz ətbiq olunur. Bu halda Müştərinin yenidən kredit xəttindən güzəştli şərtlə istifadə etməsi üçün kredit xətti üzrə bir üş günü ərzində Müştərinin heç bir öhdəliyi olmamalıdır. - 5. Tərəflərin məsuliyyəti - 5.1. Müştərinin hesabından vəsait Bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında Bank Müştəriyə hər ötən gün üçün cərimə ödəyir. - 5.2. Bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud Bankın xidmətlərini vaxtında ödəmədikdə Müştəri Banka hər ötən gün üçün cərimə ödəyir. - 5.3. Bu bölmənin 5.1. və 5.2. bəndlərində qeyd olunan cərimə faizlərinin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi ilə müəyyənləşdirilir. 6 ver 1.0.2. tarix xx.xx.2020 - 5.4. Bank Müştəriyə xidmət edərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyatlar zamanı), öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin dondurulması üçün Müştəri qarşısında heç bir məsuliyyət daşımır. - 5.5. Müştəri, Bank hesabından cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məqsədlər üçün istifadə etməmək öhdəliyini üzərinə götürür və qanunvericilikdə nəzərdə tutulan müvafiq məsuliyyət daşıyır. - 5.6. Bank, tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı halların qarşısının alınması məqsədilə Müştəridən heç bir izah verilmədən və hər hansı bir bank əməliyyatını icra etmədən əlavə sənədlər və məlumatlar tələb edilə bilər.
9. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış X9 çərçivəsində: - DCLT00268137-06 saylı xx.xx.2021-ci il tarixli Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33.5% olmaqla "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə 15,437 manat məbləğində biznes kart üzrə kredit xətti açılmışdır.
10. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış - DCLT00268137-06 saylı xx.xx.2021-ci il tarixli Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı məqsədi ilə 15437 (on beş min dörd yüz otuz yeddi) manat məbləğində birdəfəlik kredit verilmişdir.
11. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış - DC00268137-11 saylı xx.xx.2022-ci il tarixli Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, avadanlıqların alınması məqsədi ilə 20000 (iyirmi min) manat məbləğində birdəfəlik kredit verilmişdir.
12. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,536.77 (on dörd min beş yüz otuz altı manat, yetmiş yeddi qəpik) manat əsas borc, 307.27 (üç yüz yeddi manat, iyirmi yeddi qəpik) manat faiz borcu, 8,752.63 (səkkiz min yeddi yüz əlli iki manat, altmış üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 23,596.67 (iyirmi üç min beş yüz doxsan altı manat, altmış yeddi qəpik) manat, - DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsasən 7,275.37 (yeddi min iki yüz yetmiş beş manat, otuz yeddi qəpik ) manatı əsas borc, 519.82 (beş yüz on doqquz manat səksən iki qəpik) manat faiz borcu, 2418.41 (iki min dörd yüz on səkkiz manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,213.60 (on min iki yüz on üç manat altmış qəpik ) manat təşkil edir.
14. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubundan görünür ki borcun məktub alındığı tarixdən 7 iş gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, həmçinin cavabdehlər tərəfindən öhdəliyin pozulduğuna görə kredit müqaviləsinin bir tərəfli qaydada ləğv edildiyi qeyd olunmuş, borcun ödənilməyəcəyi təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.
15. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi verilməsi üçün ümumilikdə 192,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
17.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Məhkəmə baxışının hədləri:
-AR MPM-non 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
c) Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrinin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh borc (kredit) verməyi, Cavabdeh isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. 22. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqavilələri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.
23. Məhkəmə iş materiallarına əsasən iddianı DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 14,536.77 (on dörd min beş yüz otuz altı manat, yetmiş yeddi qəpik) manat əsas və 307.27 (üç yüz yeddi manat iyirmi yeddi qəpik) manat faiz borcuna aid hissələrdə əsaslı hesab edir. Ona görə ki, iş materiallarından DCLT00268137- 06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcunun qeyd olunan müvafiq məbləğlərdə olduğu müəyyən edimişdir.
24. Məhkəmə “maliyyələşdirmə üçün ərizə”ni, mahiyyətini nəzərə alaraq tərəflər arasında bağlanmış, hüquq və vəzifələr müəyyənləşdirən etibarlı kredit razılaşması olaraq qiymətləndirir.
25. Məhkəmə, iş materiallarına əsasən iddianı, həmçinin DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizə 7,275.37 (yeddi min iki yüz yetmiş beş manat, otuz yeddi qəpik ) manat əsas borc, 519.82 (beş yüz on doqquz manat, səksən iki qəpik) manat faiz borcuna aid hissələrdə də əsaslı hesab edir. Belə ki, iş materiallarından DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcunun qeyd olunan müvafiq məbləğlərdə olduğu müəyyən edimişdir.
26. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində eyni zamanda borcun ödənilməsinin gecikdirilməsinə görə DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.752,63 manat və DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.418,41 manat cərimə cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Məhkəmə iddiaçı tərəfindən hesablanmış və tələb olunan DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.752,63 manat və DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 2.418,41 manat cərimə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, iddia tələbi cəriməyə aid hissədə mahiyyəti üzrə əsaslıdır. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğləri azaldılaraq DCLT00268137-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 750 manat, DC00268137-11 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 380 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli, DCLT00268137-06 nömrəli kredit razılaşması üzrə 14.536,77 manat məbləğində əsas borc, 307,27 manat məbləğində faiz borcu, 750 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli, DC00268137-11 nömrəli kredit razılaşması üzrə 7.275,37 manat məbləğində əsas borc, 519,82 manat məbləğində faiz borcu, 380 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 23.769,23 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna görə 161,31 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 30,69 manat isə iddiaçının özünə aid edilməlidir.
Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, DCLT00268137-06 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 14.536,77 manat məbləğində əsas borc, 307,27 manat məbləğində faiz borcu, 750 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli, DC00268137-11 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 7.275,37 manat məbləğində əsas borc, 519,82 manat məbləğində faiz borcu, 380 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 23.769,23 (iyirmi üç min yeddi yüz altmış doqquz manat, iyirmi üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 161,31 (bir yüz altmış bir manat, otuz bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissdə təmin edilməsin Ödənilmiş qalan 30,69 (otuz manat, altımış doqquz qəpik) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rəmzi Nəbiyev