Məhkəmə qərarları › İş №e-2-2(121)-35/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-35/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-35/2024 20.02.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Niftiyev Vüsal Nəbi oğlunun katibliyi, Cavabdeh, həmçinin digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı – kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması barəsində iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı – DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51969,45 manat əsas borc, 9002,04 manat cərimə borcu olmaqla, cəmi 60971,49 manat, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66679 manat əsas borc, 944,62 manat faiz borcu, 12743,10 manat cərimə borcu olmaqla, cəmi 80366,72 manat, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15949 manat əsas borc, 466,80 manat faiz borcu, 2892,09 manat cərimə borcu olmaqla, cəmi 19307,89 manat, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19046 manat əsas borc, 809,46 manat faiz borcu, 2827,27 manat cərimə borcu olmaqla, cəmi 22682,73 manat, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41474 manat əsas borc, 2311,02 manat faiz borcu, 4940,01 manat cərimə borcu olmaqla, cəmi 48725,03 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 123 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx"MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-03872LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X2 çərçivəsində iddiaçı ilə "xxxx" MMC arasında: - xx.xx.2021-ci il tarixli DCL00313632-18 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60.292 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmış; - xx.xx.2021-ci il tarixli DCL00313632-19 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 66.679 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2021-ci il tarixli DCL00313632-20 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15.949 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DCL00313632-23 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 19.046 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli DCL00313632-24 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 41.474 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq Bank ilə Cavabdeh1 arasında DCL00313632-18 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********36 saylı zaminlik müqaviləsi, DCL00313632-19 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********789 saylı zaminlik müqaviləsi, DCL00313632-20 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********057 saylı zaminlik müqaviləsi, DCL00313632-23 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********460 saylı zaminlik müqaviləsi və DCL00313632-24 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********916 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 251 gün, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 216 gün, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 238 gün, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 223 gün və DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 223 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51969,45 manat əsas borc, 11219,40 manat cərimə borcu olmaqla, cəmi 63188,85 manat, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66679 manat əsas borc, 944,62 manat faiz borcu, 15588,07 manat cərimə borcu olmaqla, cəmi 83211,69 manat, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15949 manat əsas borc, 466,80 manat faiz borcu, 3572,58 manat cərimə borcu olmaqla, cəmi 19988,38 manat, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19046 manat əsas borc, 809,46 manat faiz borcu, 3639,90 manat cərimə borcu olmaqla, cəmi 23495,36 manat, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41474 manat əsas borc, 2311,02 manat faiz borcu, 6709,57 manat cərimə borcu olmaqla, cəmi 50494,59 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 131 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh, həmçinin digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında həm öz adından, həm də digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi kimi iddianı qismən, yəni əsas və faiz borcu hissələrində qəbul edərək, cərimə borcu hissəsinə etiraz etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında 1.0.3 nömrəli, xx.xx.2021-ci il tarixli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03872LE/2019 saylı razılaşma imzalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, DCL00313632-18 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60.292 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DCL00313632-19 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 66.679 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DCL00313632-20 Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15.949 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DCL00313632-23 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 19046 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DCL00313632-24 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 41.474 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-18 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********36 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-19 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********789 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-20 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********057 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-23 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********460 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, borcalanın iddiaçı qarşısında olan öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh1 arasında DCL00313632-24 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********916 saylı zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubları (bildirişlər) göndərilmişdir. İş materiallarına əlavə edilən PB/BPŞ-OUT-00901-2023/1 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51.969,45 manat əsas borc, 11.219,40 manat cərimə borcu olmaqla, cəmi 63.188,85 manat; - DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66,679 manat əsas borc, 944.62 manat faiz borcu, 15.588,07 manat cərimə borcu olmaqla, cəmi 83.211,69 manat; - DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15.949 manat əsas borc, 466,80 manat faiz borcu, 3.572,58 manat cərimə borcu olmaqla, cəmi 19.988,38 manat; - DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19.046 manat əsas borc, 809,46 manat faiz borcu, 3.639,90 manat cərimə borcu olmaqla, cəmi 23.495,36 manat; - DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41.474 manat əsas borc, 2.311,02 manat faiz borcu, 6.709,57 manat cərimə borcu olmaqla, cəmi 50.494,59 manat məbləğində borcu təşkil edir. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/6922 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-cü il tarixədək 55.280,27 manat məbləğində əsas, 0,00 manat məbləğində faiz borcu, DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 51.681,89 manat məbləğində əsas, 5.128,74 manat məbləğində faiz borcu, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək 66.679,00 manat məbləğində əsas, 944,63 manat məbləğində faiz borcu, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 66.679,00 manat məbləğində əsas, 9.351,74 manat məbləğində faiz borcu, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək 15.956,38 manat məbləğində əsas, 444,56 manat məbləğində faiz borcu, DCL00313632- 20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 15.956,38 manat məbləğində əsas, 2.388,58 manat məbləğində faiz borcu, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 19.046,00 manat məbləğində əsas, 809,47 manat məbləğində faiz borcu, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 19.046,00 manat məbləğində əsas, 2.779,14 manat məbləğində faiz borcu, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 41.473,99 manat məbləğində əsas, 2.311,02 manat məbləğində faiz borcu, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 41.473,99 manat məbləğində əsas, 5.953,82 manat məbləğində faiz borcu müəyyən edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə (razılaşma) əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun və hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, digər maliyyələşdirmə üçün ərizələrə əsasən kredit vəsaitləri üzrə tələb olunan məbləğlər düzgün hesablanmış olsalar da, DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 51.681,89 manat məbləğində əsas borc, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixədək 444,56 manat məbləğində faiz borcu, DCL00313632- 24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən kredit vəsaiti üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixədək 41.473,99 manat məbləğində əsas borcunun olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissələrdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimələr əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11219,40 manat cərimə borcu məbləğində deyil, 785 manat məbləğində, DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15588,07 manat cərimə borcu məbləğində deyil, 1.091 manat məbləğində, DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3572,58 manat cərimə borcu məbləğində deyil, 250 manat məbləğində, DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3639,90 manat cərimə borcu məbləğində deyil, 255 manat məbləğində, DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6709,57 manat cərimə borcu məbləğində deyil, 470 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdeh kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır(lar). Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi (razılaşması) üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1, cavabdeh "xxxx" MMC-nin iddiaçıya olan kredit müqaviləsi (razılaşması) üzrə alınmış kreditə görə zamin olduğun(qların)dan, bununla da iddiaçı qarşısında olan "xxxx" MMC-nin pul vəsaitini qaytamaqla bağlı öhdəliyi üzərinə götürmüşdür(lər). Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəmişdir. Odur ki, mediasiya xərci də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdehlərdən 395 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya və dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia qismən təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən qismən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 530,38 manat dövlət rüsumunun 395 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə, 130 manatı isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddianın borc məbləği (əsas borc və faiz borcu hissəsində) qismən (cüzi məbləğdə fərq olduğundan) təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. DCL00313632-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 51681,89 manat əsas borc, 785 manat cərimə borcu olmaqla, cəmi 52466,89 manat; DCL00313632-19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 66679 manat əsas borc, 944,62 manat faiz borcu, 1091 manat cərimə borcu olmaqla, cəmi 68714,62 manat; DCL00313632-20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15949 manat əsas borc, 444,56 manat faiz borcu, 250 manat cərimə borcu olmaqla, cəmi 16643,56 manat; DCL00313632-23 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 19046 manat əsas borc, 809,46 manat faiz borcu, 255 manat cərimə borcu olmaqla, cəmi 20110,46 manat; DCL00313632-24 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 41473,99 manat əsas borc, 2311,02 manat faiz borcu, 470 manat cərimə borcu olmaqla, cəmi 44255,01 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. 395 manat məbləğində mediasiya xərci və 130 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 395 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti "xxxx" MMCdən və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar